80
Şəkildə MS-müqayisə sxemi, İP -impulslar paylayı-
cısı, YÖ -yaddaş özəkləri, CQ -cəmləyici qurğu, HME -
həssas müqayisə elementidir.
Kod-impuls TÖS-də ölçülən parametr analoq-kod
çeviricisi vasitəsilə kod kombinasiyasına çevrilib, rabitə
kanalına verilir. Bu TÖS-nin verici tərəfinə analoq-kod
çeviricisindən əlavə kod kombinasiyasına nəzarət simvolları
və sinxronlaşdırma impulsunu verən bloklar da daxildir.
Qəbuledici tərəfdə isə çevirici və kod aydınlaşdırıcı,
sinxronlaşdırma və nəzarət blokları vardır.
Müasir
kod-impuls
TÖS-lərinin
əksəriyyəti
çoxkanallı TÖS-lərinə aiddir.
Kod-impuls TÖS-də dəqiqliyin iki dəfə artırılması
üçün kod kombinasiyasıa yalnız bir mərtəbənin artırılması
kifayət olduğu halda, analoq TÖS-də müddətin iki dəfə
artırılması lazımdır. Bundan əlavə əgər informasiya
elektron-hesablama maşınına daxil edilməlidirsə, kod-
impuls teleölçmə aparatları ilə kompyuter arasında aralıq
çeviricilərə ehtiyac olmur.
Lakin kod-impuls TÖS-lərinin onlarla tamamilə əvəz
etmək lazım gəldiyini söyləmək olmaz. Çünki kod-impuls
TÖS-ləri müddət impuls və tezlik-impuls sistemlərindən
çox-çox mürəkkəbdir və baha başa gəlir.
Onların birkanallı TÖS-də istifadə edilməsi iqtisadi
cəhətdən səmərəli seyildir. Kod-impuls TÖS-lərinin yalnız
çoxkanallı TÖS-lərində istifadə edilməsi səmərəli sayılır.
3.5. Elektroenergenikada teleölçmə sistemləri
Energetika sistemlərinin telemexanikləşdirilməsinin
ümumi həcmində teleölçmə qabaqcıl yer tutur. Müasir ener-