Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

80 
 
Şəkildə  MS-müqayisə  sxemi,  İP  -impulslar  paylayı-
cısı,  YÖ  -yaddaş  özəkləri,  CQ  -cəmləyici  qurğu,  HME  -
həssas müqayisə elementidir. 
Kod-impuls  TÖS-də  ölçülən  parametr  analoq-kod 
çeviricisi  vasitəsilə  kod  kombinasiyasına  çevrilib,  rabitə 
kanalına  verilir.  Bu  TÖS-nin  verici  tərəfinə  analoq-kod 
çeviricisindən əlavə kod kombinasiyasına nəzarət simvolları 
və  sinxronlaşdırma  impulsunu  verən  bloklar  da  daxildir. 
Qəbuledici  tərəfdə  isə  çevirici  və  kod  aydınlaşdırıcı, 
sinxronlaşdırma və nəzarət blokları vardır. 
Müasir 
kod-impuls 
TÖS-lərinin 
əksəriyyəti 
çoxkanallı TÖS-lərinə aiddir.  
Kod-impuls  TÖS-də  dəqiqliyin  iki  dəfə  artırılması 
üçün kod  kombinasiyasıa  yalnız bir mərtəbənin artırılması 
kifayət  olduğu  halda,  analoq    TÖS-də    müddətin    iki  dəfə 
artırılması  lazımdır.  Bundan  əlavə  əgər  informasiya 
elektron-hesablama  maşınına  daxil  edilməlidirsə,  kod-
impuls  teleölçmə  aparatları  ilə  kompyuter  arasında  aralıq 
çeviricilərə ehtiyac olmur.  
Lakin kod-impuls TÖS-lərinin onlarla tamamilə əvəz 
etmək  lazım  gəldiyini  söyləmək  olmaz.  Çünki  kod-impuls 
TÖS-ləri  müddət  impuls  və  tezlik-impuls  sistemlərindən 
çox-çox mürəkkəbdir və baha başa gəlir.  
Onların  birkanallı  TÖS-də  istifadə  edilməsi  iqtisadi 
cəhətdən  səmərəli  seyildir.  Kod-impuls  TÖS-lərinin  yalnız 
çoxkanallı TÖS-lərində istifadə edilməsi səmərəli sayılır.  
3.5.  Elektroenergenikada teleölçmə sistemləri 
 
Energetika  sistemlərinin  telemexanikləşdirilməsinin 
ümumi həcmində teleölçmə qabaqcıl yer tutur. Müasir ener-


81 
 
jisistemlərdə  dispetçer  məntəqələrinə  elektrik  stansi-
yalarının,  yarımstansiyaların  və  elektrik  enerjisini  ötürmə 
xətlərinin  parametrlərinin  dəyişməsi  haqqında  çoxlu  sayda 
informasiya daxil olur.  
Elektroenergetikada əsasən aşağıdakı kəmiyyətlər öl-
çülür:  əsas  elektrik  stansiyalarının  yüklərinin  ümumi  gücü; 
ayrı-ayrı  elektroenergetika  sistemlərinin  (EES)  yüklərinin 
ümumi gücü; birləşdirilmiş energetika sistemlərinin yükləri-
nin  ümumi  gücü;  elektrik  veriliş  xətləri  ilə  güc  axınları; 
mübadilə gücləri; elektrik şəbəkəsinin düyün nöqtələrindəki 
gərginlik;  rayon  enerji  sistemlərində  tezlik;  xüsusən  payla-
yıcı şəbəkələrdə bəzi xətlərin və tansformatorların yük cərə-
yanları;  bəzi  hidroelektrik  stansiyaların  anbarlarında  suyun 
səviyyəsi. 
 
Daha  çox  gücün  teleölçülməsi  yerinə  yetirilir  və  bu 
da  elektroenergetika  sistemlərindəki  teleölçmənin  digər 
sahələrdəki teleölçmədən əsas fərqidir. 
Şəkil  3.24-də  rabitə  kanalından  RK  və  teleölçmə 
qurğusundan  (TÖQ)  ibarət  birobyektli  TÖS-nin  funksional 
sxemi göstərilmişdir.  
 
Şəkil 3.24. Birölçülü TÖS-in funksional sxemi 
Teleölçmə qurğusu NM TÖ və DM TÖ komplektlərin-
dən  təşkil  olunmuşdur.  NM  TÖ  komplekti  NM-də  teleöl-
çülən  kəmiyyətin  götürüldüyü  yerə  yaxın  yerdə,  məsələn 


82 
 
elektrostansiyada,  yarımstansiyada və  yaxud DM-də  yerləş-
dirilir  ki,  oradan  da  teleölçülən  kəmiyyətin  qiyməti  digər 
DM-ə ötürülür. 
DM  TÖ  komplekti  DM-də  teleölçmə  informasiyasını 
alanın yaxınlığında yerləşdirilir. İnformasiyanı alan ya bila-
vasitə  dispetçer,  yaxud  da  teleölçmə  informasiyasını  emal 
edən bu və ya digər avtomatik sistem ola bilər.  
NM TÖ komplekti teleölçülən kəmiyyətin ölçmə çevi-
ricisindən  U  və  teleölçmə  ötürücüsündən  TÖÖ  təşkil  olun-
muşdur.  Teleölçülən  kəmiyyətin  P
T
  təsirindən  ölçmə 
çeviricisi ölçmə informasiya siqnalı CA yaradır. TÖÖ-də bu 
siqnal  rabitə  kanalının  girişi  ilə  uyğunlaşdırılmış  CK1 
siqnalına çevrilir. 
İlkin  ölçmə  çeviricisinin  konstruksiyası  teleölçülən 
kəmiyyətin  növündən  və  onun  dəyişmə  diapazonundan  ası-
lıdır.  Lakin  bu  tip  TÖQ-da  istənilən  kəmiyyətin  ölçmə 
çeviricisi eyni tipli TÖÖ-nin girişi ilə uyğunlaşdırılmış siq-
nal CA yaradır. Bu halda istənilən kəmiyyətin teleölçülmə-
sində  həmin  tipli  TÖQ-da  eyni  tipli  TÖÖ  istifadə  olunur, 
dəyişdirilən yalnız ilkin çeviricilər olur.  
Ümumi  sənaye  təyinatlı  TÖQ-da  DMTÖ  komplekti 
teleölçmə  qəbuledicisindən  TÖQE,  göstərici  cihazdan  PT 
təşkil olunur. DM-də teleölçülən kəmiyyətin qiyməti PT-nin 
adi  şit  ölçmə  cihazlarının  şkalasına  oxşar  dərəcələnmiş 
şkalasında hasil olur (analoq və ya rəqəm formasında). 
Məsələn,  gücü  teleölçərkən  PT-nin  şkalası  vattmetrin 
şkalası kimi dərəcələnir. Bu tip TÖQ-da istənilən kəmiyyə-
tin  teleölçülməsində  eyni  tipli  PT  əksər  TÖQ-da  cərəyana 
(gərginliyə)  görə  dəyişməyən  hədli  milliampermetrlər  (mil-
livoltmetrlər) tətbiq edilir. 


83 
 
Teleölçülən  kəmiyyətin  növündən  və  onun  ölçmə 
diapazonundan  asılı  olaraq  PT-nin  yalnız  dərəcələnməsi 
dəyişir. TÖQE-nin rolu rabitə kanalı ilə gələn CK2 siqnalını 
CБ  siqnalına  çevirməkdən  ibarətdir.  CK2  və  CБ  TÖQ-nun 
verilən  tipi  üçün  standart  siqnallardır.  Buna  görə  də  DM 
TÖ-də  aparaturanın  konstruksiyası  teleölçülən  kəmiyyətin 
növündən asılı deyildir. 
Dispetçer  idarəetmə  sistemində  alınan  teleölçmə 
informasiyası,  adətən,  kompyuterdə  ilkin  emal  olunur, 
informasiyanı  bu  və  ya  digər  əksetdirmə  qurğusunun 
köməyi  ilə  (displeylər  və  s.)  dispetçerə  emal  olunmuş 
şəkildə  verilir.  Bu  halda  TÖQE    PT-nin  əvəzinə 
informasiyanı  kompyuterə  daxiletmə  qurğusu  ilə  bilavasitə 
əlaqələndirilir. 
Teleölçmə  qurğuları  rabitə  kanalı  ilə  ötürülən 
siqnalların  növünə  görə  ayrılırlar:  intensiklik  sistemlərinin, 
tezlik  sistemlərinin,  kod-impuls  sistemlərinin,  müddət-
impuls sistemlərinin və i.a. TÖQ-ları. 
İntensivlik  sisteminin  TÖQ-ı  daha  sadə  və  ucuzdur. 
Bu halda TÖQ və TÖQE kimi sabit cərəyan gücləndiriciləri, 
PT  cihazları  kimi  isə  teleölçülən  kəmiyyətin  qiymətlərində 
dərəcələnmiş  sabit  cərəyan  milliampermetrləri  istifadə 
olunur. 
TÖQE-nin  girişində  sabit  cərəyanın  qiyməti  (siqnalın 
intensivliyi)  rabitə  kanalındakı  sönmədən  asılı  olduğundan 
TÖQ-lu  intensivlik  TÖS-də informasiya təhrifsiz rabitə ka-
nalındakı sönmə dəyişməz qaldığı halda ötürülə bilər. 
 Əgər  U,  TÖÖ  və  TÖQE-nin  çevirmə  əmsalları  da 
dəyişməz  qalarsa,  CБ  siqnalının  intensivliyi  U-nin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə