Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   ...   18   19   20   21   22   23   24   25   26

88 
 
Müasir  çoxobyektli  TÖS-də  kontaktsız  impuls 
paylayıcıları  əsasında  yüksək  etibarlılıqlı  cəld  işləyən 
çevirgəclər  tətbiq  edilir.  Hər  bir  teleölçülən  kəmiyyətin 
qiyməti  haqqında  informasiya  3-4  san.-dən  böyük  olmayan 
kiçik intervallarla ötürülür. 
Göstərici  cihazlar  kimi  qısa  müddətli  yaddaşı  olan 
cihazlar  istifadə  olunur.  Buna  görə  də  bütün  cihazlar 
teleölçülən  kəmiyyətlərin  qiymətlərini  göstərir  və  dispetçer 
eyni  zamanda  bütün  kəmiyyətlərə  nəzarət  etmək  imkanına 
malik olur. 
Qeyd  etmək  lazımdır  ki,  çoxobyektli  TÖS  bir  neçə 
ayrıca  birobyektli  TÖS-ə  nisbətən  az  etibarlıdırlar,  belə  ki, 
yeganə  RK-nın  və  yaxud  TÖÖ-nün,  yaxud  da  TÖQE-nun 
işdən  çıxması  bütün  kəmiyyətlərin  TÖS-nin  işinin 
pozulmasına  səbəb  olur.  Buna  baxmayaraq  çoxobyektli 
TÖS-ləri  avtomatlaşdırılmışdispetçer İE sistemlərində daha 
sərfəli sistemlər kimi geniş istifadə edilir. 
3.6. Avtomatlaşdırılmış ölçmə kompleksləri 
  Avtomatlaşdırılmış  ölçmə  kompleksləri    (AÖK)  
mürəkkəb  texniki  vasitə  olub,ümumi  halda  nəzarət  olunan 
obyektin  vəziyyətini  idarə  edir,onun  ilkin  parametrlərinin  
toplusunu  ölçür,ölçmə  informasiyasını  emal  edir  və  ölçmə 
nicələrinin qeydiyyatını aparır. 
AÖK-nin  xarakterik  xüsusiyyətlərinə  nəzarət  obyekti 
ilə  qarçılıqlı  əlaqədə        baxmaq  daha  məqsədəuyğundur 
(şəkil 3.27   ). 
Ölçmənin  məqsədi  nəzarət  obektinin  vəziyyəti  və 
yaxud keyfiyyəti haqqında həqiqi informasiyanı almaqdır. 
 


89 
 
 
Şəkil 3.27.  AÖK-in nəzarət obyekti ilə qarşılıqlı 
əlaqəsi 
Praktiki  istənilən  nəzarət  obyektinin  keyfiyyəti  və 
yaxud  vəziyyəti  tam  ölçüdə  nəzarət  olunan  parametrlərin 
toplusu  ilə  müəyyən  olunur.  Fakniki  olaraq  isə    bir  sıra 
kompleks 
ölçmələrdə 
obyektin 
bütün 
xassələrinin 
qiymətləndirilməsi  ilə  yox,həmin  sinif  obyektlər  üçün  daha 
vacib olan keyfiyyəti ilə maraqlanırlar. 
Nəzarət  olunan  obyektin  təbiətindən  asılı  olmayaraq, 
onun  xassələri  ölçülərin,temperaturun,nəmliyin,  təzyiqin 
məhdud 
hədlərində 
(diapazonda) 
dəyişir.Bütün 
bu 
parametrlərə  kompleks  ölçmə  və  nəzarət    prosesində  asılı 
olmayan dəyişənlər kimi baxılır.  
Komplkes  ölçmə  prosedurlarının  təşkilinin  bir  neçə 
variantı  vardır.Onlardan  birində  asılı  olmayan  x
1
,  x
2
,…,x
k
  
dəyişənləri nəzarət olunan obyektə naməlum təsadüfi qanun 
üzrə  təsir  göstərir,  nəticədə  nəzarət  obyektinin  vəziyyəti 
fasiləsiz  olaraq  dəyişir    və  ilkin  ölçülən  y
1
,  y
2
,…,y
m
  
parametrləri  nəzarət  olunan  obyektin  ani  vəziyyətini 
xarakterizə  edir.Bu  halda  həm  qeyri-asılı  dəyişənlərin    x
1
,  
x
2
,  …x

  ani  qiymətləri,  həm  də  asılı  y
1
,  y
2
,…y
m
  
dəyişənlərin uyğun qiymətləri ölçülməlidir.  


90 
 
Kompleks  ölçmələrin  ümumiləşdirilmiş  piyazi  təsviri 
aşağıdakı kimi təqdim oluna bilər: 
y
1
 = f
1
(x
1
, x
2
, …, x
k
);   
y
2
 = f
2
(x
1
, x
2
, …, x
k
);   
y
3
 = f
3
(x
1
, x
2
, …, x
k
);  
………………………  
y
m
 = f
m
 (x
1
, x
2
, …, x
k
).   
f
1
,  f
2
,  …  f
m
    funksiyaları  nəzarət  obyektinin 
xassələrinin müxtəlif xarici təzahürlərini (daxili vəziyyətini) 
xarakterizə edir. 
x
1
, x
2
, …, x
k  
arqumentlərinin  buraxıla bilən qiymətlər 
toplusuna çoxölçülü (k  - ölçülü) fəza kimi  baxmaq olar ki, 
bunun  sərhədləri  daxilində  obyektin  varlığı  praktiki 
əhəmiyyət kəsb edir. 
Obyektin  vəziyyətini  dəyişən  xarici  təsirlər  kompleks 
ölçmələrdə çox vaxt idarəedici və ya stimullaşdırıcı təsirlər 
adlandırılır. 
AÖK  ilə  nəzarət  obyektinin  qarşılıqlı  təsirini 
xaraktetizə  edən  kompleks  ölçmələrin  ümumiləşdirilmiş 
alqoritmi  x
1
,  x
2
,  …,  x
k
    stimullaşdırıcı  təsirləri  və  ilkin 
ölçülən  parametrlərin    y
1
,  y
2
,  …,  y
m
    cari  qiymətlərinin 
ölçülməsini və nəzarət  olunan obyektin nəticəvi  xassələrini 
qiymətləndirmək  üçün  bu  ölçmə  informasiyasının  emalını 
nəzərdə  tutur.Beləliklə,  kompleks  ölçmələrdə  ölçmə 
informasiyasının  böyük  massivinin  alınması,  yığılması  və 
emalının vacibliyi önə gəlir. 


91 
 
Kompleks  ölçmələrin  tam  tsikli  ilkin  ölçmə 
informasiyasının  ədədi  qiymətlərinin  (kodlarının)  sayı  ilə  
aşağıdakı kimi xarakterizə oluna bilər:  
N = n
 
          
  
 
 
     
  
   
  
 
 
 
          
  
 
 , 
burada    n  =  m  +  k    -    nəzarət  obyektinin  xassəsinin 
varlığının bir nöqtəsi üçün bir ölçmə informasiyasının ədədi 
qiymətləri  sayı  (kodu);   
 
     
   
  
-    Xi    koordinatı  üzrə 
nəzarət obyektinin xassəsinin dəyişmə diapazonu;  
  
 
   
 
 
qeyri-asılı dəyişənin kvantlanmasının diskretləşməsidir. 
 
AÖK-nin məhsuldarlığı son nəticədə onarın istismar 
periodu  ərzində  nə  qədər  ölçmə  apara  bilmə  qabiliyyətini 
xarakterizə  edir.Aparılan  ölçmələrin  həqiqi  sayı  onların 
istismar  göstəricisi  olub,AÖK-nin  istifadə  effektivliyini 
xarakterizə edir. 
 
AÖK-nin  effektivliyinin  tam  qiymətləndirilməsində 
onun  qiymətini  də  nəzərə  almaq  lazımdır.Aydın  məsələdir 
ki,AÖK-dən  əsasən  daha  kütləvi  kompleks  ölçmə 
növlərində  istifadə olunması məqsədəuyğundur. 
 
Burada iki xarakterik qrupu qeyd etmək olar: 
-
 
mürəkkəb 
çoxparametrli 
komplekslərin 
üzün 
müddətli  ölçmələri.Belə  obyektlərdə  (məsələn, 
mürəkkəb  radioelektron  qurğuları)  parametrlərin  və 
stimullaşdırıcı  təsirlərin  sayı  boyük  ilkin  ölçmə 
informasiya massivləri ilə xarakterizə olunur. 
-
 
ölçmələrin  tez-tez  təkrarlrnan    eyni  tipli  nəzarət 
obyektlərində nisbətən qısa müddətli ölçmələr. 
Hər bir nəzarət obyektinin ölçmə tikli böyük olmaya 
bilər.Lakin  AÖK-in  girişinə  böyük  miqdarda  eyni 
tipli nəzarət obyektlərinin növbə ilə qoşulması belə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə