Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   ...   18   19   20   21   22   23   24   25   26

96 
 
fəaliyyətinin  idarə  edilməsi;  metroloji  xarakteristikalara 
nəzarət  də  daxil  olmaqla  komplekslərin  traktlarının    işləmə 
qabiliyyətlərinə  nəzarət;  alınan  informasiyanın  servis  emalı 
(nəticələrin cədvəl, qrafika və s. şəklində təqdim olunması); 
alınan  informasiyanın  yadda  saxlanması;  analoq  və  diskret 
siqnallar  şəklində  tədqiqat  obyektinə  idarəedici  təsirlərin 
yaradılması. 
 
ÖHK-də ölçmə və hesablama vasitələri ölçmə infor-
masiyasının alınması, emalı və istifadəsini təmin edən vahid 
alqoritm  əsasında  fəaliyyət  göstərirlər.  ÖHK  blok-modul 
prinsipində  icra edilən texniki vasitələr  əsasında  qurulur ki, 
bu 
da 
belə 
komplekslərin 
dəyişən 
struktur  üzrə 
yaradılmasına  imkan  verir.  Bu  cür  ÖHK  elmi  tədqiqatların 
(ET AİS), texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə 
sistemlərinin  (TP  AİS)  yaradılması,  eləcə  də  kosmik 
gəmilər,  dəniz  gəmiləri  və  digər  nəqliyyat  vasitələri  kimi 
mürəkkəb obyektlərin idarə edilməsi üçündür. 
 
Təyinatından asılı olaraq ÖHK-nin aşağıdakı növləri 
vardır: 
-
 
ET AİS-lərin yaradılması,eləcə də müxtəlif məmulatların 
və  materialların  sınağı  üçün  universal  ÖHK;  onların 
xarakterik xüsusiyyəti dəyişən strukturun və inkişaf etmiş 
proqram-alqoritm təminatının olmasıdır; 
-
 
ET  AİS  və  yaxud  TP  AİS-nin  məhdud  saylı  eyni  tipli 
məsələ yığımları üçün problem yönlü ÖHK; 
-
 
tək-tək (spesifik) tədqiqat və yaxud sınaq məsələləri üçün 
unikal ÖHK. 
ÖHK–nin  proqramla  idarə  olunmasını  proqramlaş-
dırılan prosessor həyata keçirir.Ölçmə vasitələrinə rəqəm və 
analoq  ölçmə  cihazları;  normallaşdırıcı,  xətti,  funksional 
ölçmə  çeviriciləri;  ölçmə  dövrələrinin  kommutatorları, 
kalibratorlar, ölçmə qida mənbələri və s. aiddir. 


97 
 
ÖHK-də hesablama vasitələri kimi analoq, hibrid və 
rəqəm  hesablama  qurğuları,  mikro-  və  mini-kompyuterlər 
istifadə oluna bilər. 
ÖHK-nin riyazi təminatını alqoritmlər və proqramlar 
təşkil edir.Alqoritmlər fiziki kəmiyyətlərin ölçülməsi, ölçmə 
nəticələrinin  emalı,  eksperiment  planının  yerinə  yetirilməsi 
və s. ilə əlaqədar prosedurların həyata keçirilməsini nəzərdə 
tutur.  Proqramlar  kompleksin  fəaliyyətini  təmin  edir,  ona 
görə  də  burada  kompleksin  özü-özünə  təşkili,  qovşaqların 
özü-özünə  nəzarəti  üzrə  təlimatlar,  tipik  prosedurların 
alqoritmlərinin  yerinə  yetirilməsi   və  tipik  məsələlərin həlli 
üçün altproqramlar nəzərdə tutulur. 
3.8.
 
Ölçmə hesablama komplekslərinin 
strukturları 
Hazırda  ölçmə-hesablama  kompleksləri  yaratmaq 
işində  müəyyən  təcrübə  əldə  edilmişdir  və  bu    ÖHK-nin 
tipik 
strukturunu 
yaratmağa 
imkan 
verir.Müxtəlif 
məsələlərin həll edilməsi imkanının əldə edilməsi üçün həlli 
tələb edilən məsələlərin  müxtəlifliyini və konkret ÖHK-nin 
istismarı  zamanı  belə  məsələlərin  dəyişə  bilməsini  nəzərə 
alaraq,  onların  strukturu  elə  olmalıdır  ki,texniki  vasitələrin 
sayını  və  tərkibini  müəyyən  həddə  qədər  artırmağa  imkan 
versin. 
Bütün müasir ÖHK-nin tərkibində bir və ya bir neçə 
idarəedici hesablama kompleksi (İHK) olur.Bu İHK-ların da 
tərkibində informasiyanı daxil və xaricetmə qurğuları,yadda 
saxlama  qurğuları,eləcə  də  insanla  informasiya  mübadiləsi 
funksiyalarını icra edən əməli-dispetçer qurğuları vardır. 


98 
 
Buna  görə  də  ÖHK-ların  tərkibinə  daxil  olan  digər 
texniki  vasitələr  əsasən  informasiyanın  alınması  və 
sistemdaxili mübadilə funksiyalarını icra edirlər. 
Müasir  ÖHK-nin  ən  çox  yayılmış  strukturu  şəkil 
3.31  –də  göstərilmişdir.ÖHK-nin  tərkibində  İHK  və 
magistral  tipli  mübadilə  şinləri  ilə  əlaqələndirilmiş  analoq 
ölçmə  vasitələri  (ÖV)  və  analoq  siqnalları  verən  qurğular 
(ASVQ)  ,diskret  siqnalları  daxil  (DQ)  və  xaric  edən 
qurğular  (XQ),əməli-dispetçer  qurğuları  (ƏDQ)  vardır.Bu 
magistral  İHK-nın  magistralı  ilə  budağın  kontrolleri  (BK) 
vasitəsilə  əlaqələndirilmişdir.Budağın  kontrolleri,budağın 
magistralı və ona birləşdirilmiş qurğular ÖHK-nin budağını 
əmələ  gətirir.Qurğunun  magistrala  birləşdirilməsi  birbaşa 
mümkün  olmazsa,o,  magistrala  adapter  (A)  vasitəsilə 
qoşulur.Bəzən  bir  neçə  qurğu  magistrala  bir  kollektiv 
adapter  (KA)  vasitəsilə  qoşulur.Kəsilməz  və  diskret 
siqnallar magistralla əlaqələndirilmiş qurğulara bilavasitə və 
ya adapter vasitəsilə qoşula bilər. 
Budağın magistralı qoşulan qurğuların sayını istifadə 
edilən  interfeysin  imkanı  daxilində  artırmağa  imkan 
verir.Bəzi  hallarda  magisteral  interfeysi  olaraq  İHK-nin 
magistralından 
istifadə 
edilir.Bu 
zaman 
budağın 
kontrollerinin  vəzifəsi  İHK-nin  daxili  və  xarici  hissələri 
arasında elektrik siqnallarını uyğunlaşdırmaq olur.Belə BK-
lar magistral genişləndiriciləri adlanırlar. 
Hazırda  istifadə  olunan  magistrallar  paralel-ardıcıl 
mübadilə üsulunu icra etdiklərindən  və məntiqi siqnalların 
boyük sürətlə dəyişməsi halı üçün nəzərdə tutulan çoxnaqilli 
şinlər  şəklində  hazırlandığından  3.31  şəklindəki  struktur 
əsasında  bir  neçə  metr  (20  m)  məsafədə  səpələnmiş  ÖHK-
ləri yaradılır. 


99 
 
 
Şəkil 3.31. Ölçmə hesablama kompleksinin  
strukturu 
Müəyyən  səbəblər  üzündən  OHK-ya  daxil  olan 
vasitələri 
müxtəlif 
yerlərdə 
yerləşdirmək 
ehtiyacı 
yarandıqda  şəkil  3.32-də  göstərilən  strukturdan  istifadə 
edilir. 
 
Şəkil 3.32. Çoxbudaqlı ÖHK strukturu 
Çoxbudaqlı ÖHK-da hər birinin daxili strukturu şəkil 
3.28-dəkinə  uyğun  olan  bir  neçə  budaq    (B
1
...B
N
  )  özünün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə