Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   ...   18   19   20   21   22   23   24   25   26

100 
 
fərdi 
kontrolleri 
 
(BK
1
...BK
n

vasitəsilə 
İHK-nin 
magistralına qoşulur.  
Avtomatlaşdırılmış  sınaq  sistemlərində  səpələnmiş 
ÖHK-ləri  yaradılarkən  iki  səviyyəli  radial  strukturdan 
istifadə olunur (şəkil 3.33). 
 
Şəkil 3.33. İki səviyyəli radial strukturlu ÖHK. 
 
Bu strukturda özlərinin fərdi budaqları olan İHK1 – 
İHKM    idarəedici  htsablama  kompleksləri  maşınlararası 
əlaqələndirmə qurğusu (MƏQ)  vasitəsilə ikinci səviyyədəki 
İHK2    ilə  birləşdirilir.Birinci  və  ikinci  səviyyəli  İHK-lar 
arasında  mübadiləni  icra  etmək  üçün  ardıcıl  radial 
interfeyslərdən  istifadə edilir. Bu İHK-lar 1-3 km məsafədə 
yerləşdirilə bilər. 
ÖHK    digər    prinsiplərdə  də  qurula  bilərlər.  3.34  a 
şəklində  İÖS  və  kompyuterin  kaskadlı  birləşməsindən 
istifadə  edən  ÖHK-nin  struktur  sxemi,  b    şəklində  isə 
kompyuterin  qapalı  kontura  qoşulduğu  ÖHK-nin  struktur 
sxemi göstərilmişdir. 


101 
 
 
Şəkil 3.34.  İÖS və kompyuter kaskadlı birləşməsindən 
istifadə edən (a) və     kompyuter qapalı kontura qoşulduğu 
(b )ölçmə - hesablama komplekslərinin  struktur sxemləri 
3.34,  a  şəklindəki  sxemdən  görünür  ki,ölçmə  infor-
masiyası  TO-dan  vericilər  (V)  vasitəsilə    qəbul  edilərək, 
informasiyanı  çevirmə  və  təsviretmə  bloklarına  (ÇTB) 
verilir.Bu bloklar informasiyanı münasib formada, məsələn, 
rəqəm kodları şəklində təsvir edir. 
 Ölçmə  informasiyası  rəqəm  tablolarının  köməyi  ilə 
tədqiqatçıya  (T)  çatdırılır  və  müxtəlif  hesablamalar 
aparılması üçün kompyuterə daxil edilir. 
 Tədqiqatçı  obyektə  təsiretmə  qurğuları  (TQ) 
vasitəsilə TO-ya təsir edərək onun vəziyyətinin tələb olunan 
xarakteristikalarını  ala  bilir.  Bütün  kompleks  qapalı 
avtomatik sistem kimi qurulduqda ÖHK-nın  yeni imkanları 
tam şəkildə aşkar olur. 
Belə  sistem  ümumi  proqramla  işləməyə,ölçmə 
informasiyasının  emalına,TO-ya  təsir  etmək  üçün  qərarlar 
qəbul  etməyə,həmçinin    T    ilə  qarşılıqlı  təsir  şəraitinə  görə 
birləşmiş olur (şəkil 3.34, b). 


102 
 
 Burada    ORQ-obyektlə  rabitə  qurğusudur.  ÖHK 
qurulmasının  əsasını  rəqəm  ölçmə  texnikasının  müasir 
vasitələri  və  kiçik  kompyuterlər  təşkil  edir.  ÖHK    də  İÖS  
kimi  eyni  sistem  uyğunluğu  əlamətləri  olan  aqreqat-modul 
prinsipi  əsasında  qurulur.  Ancaq  ÖHK    üçün  daha  bir 
uyğunluq  əlamətini,yəni  proqram  uyğunluğu  əlamətini 
yerinə  yetirmək  lazımdır.  Proqram  uyğunluğu  dedikdə 
funksional  bloklar  arasında  informasiya  mübadiləsi 
qaydalarının 
unifikasiya 
edilməsi, 
uyğunluğu 
və 
normalaşdırılması başa düşülür. 
  
Yuxarıda  qeyd  erilən  problemləri    həll  etmək  üçün 
çoxprossersorlu  ,çoxmaşınlı,təkrar  ÖHK-lardan  istifadə 
edilir. 
3.9.
 
Çoxmaşınlı və çoxprosessorlu ölçmə 
hesablama kompleksləri 
 
 
Çoxmaşınlı  ölçmə  hesablama  kompleksləri 
(ÇMÖHK)  üzərinə  qoyulmuş  funksiyaları  yerinə  yetirmək 
üçün  tərkibində  bir-birilə  əlaqələndirilmiş  iki  və  daha  artıq 
EHM  olan  kompleksdir.Bu  EHM-lərdən  hər  birinin 
prosessoru,operativ yaddaş qurğusu,ətraf qurğuları vardır və 
özünün əməliyyat sisteminin idarəsi altında işləyir. 
EHM-lər  arasındakı  əlaqələrin  xarakterinə  görə 
komplekslər üç tipə bölünə bilər: 
-dolayı və ya zəif əlaqəli
-birbaşa əlaqəli; 
-satellit (asılı). 
Dolayı və ya zəif əlaqəli komplekslərdə EHM-lər 
bir-birilə  yalnız  xarici  yaddaş  qurğuları  (XYQ)  vasitəsilə 
əlaqələndirilirlər.Bu əlaqələri yaratmaq üçün XYQ-nu idarə 
edən  iki  və  daha  çox  girişli  qurğulardan  istifadə  edilir.  İki 
daha artıq EHM-li komplekslər də eyni qayda üzrə yaradılır. 


103 
 
Dolayı  əlaqəli  komplekslərdə  EHM-lər  arasında 
əlaqə  yalnız  informasiya  mübadiləsi  səviyyəsində  mövcud 
olur.İnformasiya  mübadiləsi  əsasən  “poçt  qutusu”  prinsipi 
üzrə icra edilir.Bu prinsipə görə hər bir EHM öz proqramına 
uyğun olaraq xarici yaddaşa informasiya verir.Uyğun olaraq 
digər EHM bu informasiyanı ümumi XYQ-dan qəbul edir. 
Belə 
əlaqələndirmə  əsasən  ehtiyat  EHM 
vasitəsilə  kompleksin  etibarlılığını  artırmaq  üçün  istifadə 
edilir.Bu  halda  əsas  sayılan  EHM  verilmiş  məsələləri  həll 
edir  və  nəticələri  qmumi  XYQ-ə  verilir,və  bütün 
informasiyanı orada saxlayır. 
Ehtiyatda  sayılan  ikinci  EHM  bu  müddətdə 
gözləmə  rejimində  olur  və  birincinin  sıradan  çıxdığı  anda 
operatorun  siqnalı  üzrə  ümumi  XYQ-da  saxlanılan 
informasiyadan  istifadə  etməklə  əsas  EHM-in  funksiyasını. 
icra etməyə başlayır. 
Real  komplekslərdə  EHM-lər  arasında  bir  əlaqə 
növü  deyil,  iki  və  daha  artıqəlaqə  növü  mövcud  olur.O 
cümlədən  birbaşa  əlaqəli  komplekslərdə  həm  də  XYQ 
vasitəsilə dolayı əlaqə mövcüd olur. 
Satellit  (asılı)  EHM-li  komplekslər  üçün  əlaqə 
üsulu  deyil,EHM-lərin  qarşılıqlı  işləmə  prinsipi  xarakterik 
sayılır.Belə  komplekslərin  xarakterik  xüsusiyyəti  ondan 
ibarətdir ki,birinci-iştirak edən EHM-lər xarakteristikalarına 
görə  xeyli  fərqlənirlər,  ikincisi-hər  bir  EHM-in  yerinə 
yetirdiyi  funksiyalar  fərqlənir.EHM-lərdən  biri,əsas  EHM 
yüksər  məhsuldarlığa  malik  olur  və  informasiyanın 
işlənməsinin əsas həcmini  yerinə  yetirir.İkinci EHM,satellit 
EHM isə köməkçi olub,kiçik məhsuldarlığa malikdir və əsas 
EHM  ilə  satellit  EHM  informasiyanı  növlərə  ayırır,əsas 
EHM üçün səmərəli şəklə çevirir və s. 
Beləliklə,satellit EHM böyük məhsuldarlıqlı əsas 
EHM-i sadə əməliyyatları icra etməkdən azad edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə