Teqvim-2015. pdf


Tarixdə bu gün Zəngilan rayonunun



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə132/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   128   129   130   131   132   133   134   135   ...   173

291
Tarixdə bu gün
Zəngilan rayonunun
işğalı günü
1993 
OKTY
ABR
Zəngilan rayonu 1993-cü il okt-
yabr ayının 29-da erməni işğalçıları 
tərəfindən işğal olunmuşdur. Zəngilan 
ərazisi  ən qədim insanların yaşayış 
məskənlərindən hesab olunur. Bölgə 
ərazisində mövcud olan bir neçə ma-
ğara (Əsgülüm və Süsən dağlarında) 
burada ibtidai insanların yaşayışından 
xəbər verir. 
Zəngilan rayonu 1930-cu ildə təşkil 
olunmuşdur. Rayonun sahəsi 707 
km²

əhalisi isə 33900 nəfərdir. Rayonda bir 
şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 
81 kənd var idi. Mərkəzi Zəngilan 
şəhəridir. 
 XX əsrin sonu Azərbaycan xalqının 
tarixinə faciələrlə dolu bir dövr kimi ya-
zılmışdı. Ölkədə mövcud ictimai-siyasi 
vəziyyət, daxili çəkişmələr, bir-birinə 
xəyanət edən silahlı birləşmələrin bəd 
əməlləri torpaqlarımızın itirilməsi ilə 
nəticələndi. Zəngilan da, digər rayon-
larımız kimi xəyanətin qurbanı olmuş, 
təqvimimizdə daha bir qara günün sayı 
artmışdı - 29 oktyabr 1993-cü il.
 Zəngilanın işğalı artıq 1992-ci ildə 
faktiki olaraq reallaşmışdı. Ermənilərin 
hücumu iyunun 29-da olmuş, çox ağır 
və qanlı döyüşlər iki saat çəkmişdi. Ar-
tıq iyulun 6-da düşmən rayon mərkəzini 
atəşə tutmuş, bütün yayı  Zəngilanın 
kəndləri və rayon mərkəzi düşmən 
atəşinə  məruz qalmışdı. Bir müddət 
fasilə verdikdən sonra oktyabrın 20-
də ermənilərin döyüş təyyarələri rayon 
mərkəzini bombalamışdı. Beləliklə 
də, 1992-ci ilin sonuna Zəngilanın 
13 yaşayış  məntəqəsi, bir çox strate-
ji yüksəklikləri düşmənin  əlinə keç-
mişdi. Oktyabrın sonuna yaxın rayon 
tam mühasirə  vəziyyətinə düşmüşdü. 
Oktyabrın 25-26-da Sığırt və Bartaz 
yüksəklikləri işğal olunmuş, bununla 
da Zəngilanın mühasirəsi başa çatmış-
dı.
Təxminən 34 min əhali  İran 
sərhədinə - Araz çayının kənarına 
toplaşmışdı. Gur sulu Araz çayını isə 
keçmək mümkün deyildi. Xalqımızın 
xilaskarı, ulu öndərimiz H.Əliyev bu 
dəfə  də xalqın köməyinə  gəlmişdi. O, 
İran hökuməti ilə danışıqlar aparmış və 
Araz çayı üzərindəki bənddə suyu bağ-
latdırmışdı. Yalnız bundan sonra əhali 
çayı keçib xilas olmuşdu. Buna görə 
də, zəngilanlılar Heydər Əliyeva daim 
minnətdardırlar.
Zəngilanda nəyimiz qaldi?   
Zəngilan boyda Vətən;
Dünyada II, Avropada I Nadir Çinar 
meşələri;
Torpaq üzərində olan bütün var-
dövlət; 
67 məktəb, 56 kitabxana, 34 klub, 
9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri 
dəmiryol stansiyası, 2 şərab zavodu, 
konserv zavodu, dəmiryol deposu...
Hazırda Zəngilan rayonunun 
məcburi köçkünləri Bakıda və respub-
likamızın 43 rayonunda müvəqqəti 
məskunlaşmışdır. Zəngilan rayo-
nunda erməni təcavüzü nəticəsində 
Milli Ordunun 33 nəfər döyüşçüsü 
qəhrəmancasına həlak olmuş, 7 nəfər 
polis işçisi itkin düşmüşdür. Zəngilan 
200 nəfərdən çox şəhid vermiş, 12800 
uşaq zərər çəkmiş, 395 uşaq yetim qal-
mışdır. 44 nəfərin aqibəti bəlli deyil, 
127 nəfər isə müharibə əlilidir. 
Ə d ə b i y y a t
Kərimli, A. Zəngilan 
şəhidləri /A.Kərimli; red. 
Q.Aslanov.-Bakı: İşıq, 
1994.- 192 s. 
Bayramov, V.  Zəngilan 
rayonunun sosial-iqtisadi 
inkişafının yekunları və 
qarşıda duran vəzifələr 
təhlil olunmuşdur 
/V.Bayramov //Xalq qəzeti.-
2011.- 9 fevral.- S.5.
Zəngilan rayonunun 
erməni hərbi birləşmələri 
tərəfindən işğalının 20 illiyi 
ilə bağlı anma mərasimi 
keçirilmişdir //Azərbaycan.- 
2013.- 30 oktyabr.- S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaycanli.org
www. az.wikipedia.org
www.zengilan-ih.gov.az
www.zengilan.com
29
Ərazisi: 707  
• 
km² 
Əhalisi: 33900 nəfər
• 
İşğal tarixi: 29.10.1993
• 


292
NOY
ABR

 
 
B.
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş.
B.
B.E.









10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30
 
Azərbaycan Bayrağı Günü (09.11.2009)
• 
Kоnstitusiya Günü (12.11.1995)
• 
Milli Dirçəliş Günü (17.11.1992)
• 
Qarakənd faciəsi (20.11.1991)
• 
Ədliyyə İşçilərinin Peşə Bayramı Günü 
• 
(22.11.2000)
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə 
• 
Günü (25.11.1999)
Üzeyir bəy Hacıbəylinin anadan olmasının 100 illik yubileyi dünyada bö-
yük təntənə ilə keçirilmişdir. UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönü-
mü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəylinin yubileyi 
beynəlxalq miqyasda da qeyd edilmişdir.
2009-cu ildən başlayaraq Azərbaycanda Üzeyir Hacıbəylinin xatirəsinə 
həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan 
bəstəkarları  və musiqiçiləri ilə birgə yaxın və uzaq ölkələrdən gəlmiş 
musiqiçilər də iştirak etmişdirlər.
2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir Hacıbəylinin anadan ol-
masının 125 illik yubileyi təntənə ilə qeyd edilmişdir. 
Artıq 5-ci ildir ki, Azərbaycan peşəkar musiqisinin banisi, dahi bəstəkar 
Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı təşkil olunur. 
1 noyabr
Gün çıxır 07:09 
Gün batır 17:38
30 noyabr 
Gün çıxır 07:42 
Gün batır 17:16
24 oktyabr-  
22 noyabr
Əqrəbin Nişanı 
sudur. Marsın 
və Neptunun 
himayəsindədir. 
Günəşin Əqrəb 
bürcündən keçdiyi 
dövrdə doğulanlar 
güclü xarakterli 
olurlar. 

130 il
1885-1948
  Üzeyir Hacıbəyli


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə