Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə134/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   130   131   132   133   134   135   136   137   ...   173

297
75 
illiyi
Baba Mahmudoğlu 
1940-2006 
NOY
ABR
Baba Mahmud oğlu Mirzəyev (Baba 
Mahmudoğlu) 1940-cı il noyabr ayı-
nın 7-də Qazax rayonunun Muğanlı 
kəndində doğulmuşdur. 1956-cı ildə 
orta məktəbi qızıl medalla bitirərək 
Neft Akademiyasına daxil olmuş-
dur. Tələbə olarkən Seyid Şuşinskinin 
dərslərində  iştirak etmişdir. Eyni za-
manda, S.Abdullayev, Ə.Məmmədov, 
N.Əliyev, N.Məmmədova, Z.Xanlarova 
ilə birgə A.Zeynallı adına Musiqi 
Məktəbində muğamları öyrənmişdir. 
Sonra S.Rüstəmovun rəhbərliyi ilə 
fəaliyyət göstərən orkestrlə televiziyaya 
çıxmışdır. Daha sonra Ə.Bakıxanovun, 
B.Salahovun ansamblı ilə ekranda gö-
rünməyə başlamışdır. Ə.Dadaşovun an-
samblında isə bir qədər sonra oxumaq 
hüququ almışdır.
1962-ci ildə Azərbaycan Dövlət 
Akademik Opera və Balet Teatrın-
da stajor kimi fəaliyyətə başlayan 
B.Mahmudoğlu sonralar bu teatrın mu-
ğam bölməsinin solisti olmuşdur. “Leyli 
və Məcnun”da Məcnun, “Aşıq Qərib”də 
Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm, 
“Koroğlu”da təlxək, “Şah  İsmayıl”da 
Şah  İsmayıl, “Xanəndənin taleyi”də 
Mir Seyid obrazlarını yaratmışdır. 
Sənətkar 2005-ci ilin payızında uzun 
illər çalışdığı teatrdan təqaüdə çıxmış-
dır.
B.Mahmudoğlu “Dastan” folklor 
ansamblını yaratmış, ansamblla birgə 
çoxlu xarici səfərlərdə  çıxış etmiş  və 
Azərbaycan musiqisinin gözəlliyini 
digər xalqların nümayəndələrinə  ən 
gözəl  şəkildə çatdırmışdır. Həmin an-
sambl hal-hazırda sənətkarın adını da-
şıyır. Onun lentə alınmış neçə-neçə 
musiqi nümunələri qorunub saxlanılır. 
B.Mahmudoğlu öz yaradıcılığında aşıq 
musiqisindən geniş istifadə edirdi. Bu 
sırada onun oxuduğu “Misri Koroğlu”, 
“Koroğlu qaytarması” və s. havaların 
adını  çəkə bilərik. Baba Mahmudoğlu-
nun yaradıcılığının önəmli bir cəhəti də 
onun qədim folklorumuza münasibəti 
idi. O, daim axtarışda idi. Qədim xalq 
mahnılarını arayıb axtarar və onla-
rı  bərpa edərək öz təfsirində oxuyar-
dı. “Bala gəlin”, “Yeri dam üstə, yeri”, 
“Oyna yar”, “Zərnişan” və s. mahnılar 
məhz bu qəbildəndir
Onun ifasında “Qarabağ  şikəstəsi”, 
“Bala gəlin”, “Oğuz eli”, “Segah”, 
“Azaflı dübeyti”, “Qəhrəmani”, “Ahu 
kimi”, “Həştərxana gedən gəmi”, “Mirzə 
Hüseyn segahı”, “Qara gözlər” xalq 
mahnıları və muğamlar səslənmişdir.
Baba Mahmudoğlunun həyat və ya-
radıcılığına həsr olunmuş “Xanəndənin 
taleyi”, “Sönməyən ulduzlar” verilişi 
lentə alınmışdır.
Səhhəti ilə əlaqədar olaraq bir müddət 
Şamaxı rayonunun Çuxuryurd kəndində 
yaşamış, daha sonra Bakıya qayıtmışdı.
1992-ci ildə “Xalq artisti” fəxri adına 
layiq görülmüşdü. Prezident təqaüdçüsü 
idi.
Baba Mahmudoğlu 2006-cı il dekabr 
ayının 6-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Rəhmanlı, Ə. Səhnəmizin 
Məcnunu Baba Mahmu-
doğlu /Ə.Rəhmanlı; naşir 
və red. Ə.Sayılov.- Bakı: 
Araz, 2012.- 559 s.
İsmayıl. Səhnəyə Məcnun 
gəldi, Məcnun getdi: Opera 
solisti Baba Mahmudoğ-
lunun 70 yaşı onsuz qeyd 
olundu /İsmayıl //Ayna.- 
2011.- 29 yanvar.- S.20.
Rəhmanlı, Ə. O, kim idi?: 
Baba Mahmudoğlunun 70 
illik yubileyi ərəfəsində 
düşüncələrim /Ə.Rəhmanlı 
//Azadlıq.- 2010.- 7 no-
yabr.- S.15.
Təhmirazqızı, S. Mən 
dünyada olmayanda: 
Baba Mahmudoğ-
lu - 70 /S.Təhmirazqızı                                
//Mədəniyyət.- 2010.- 5 
noyabr.- S.7.
Təranə. Baba Mahmudoğ-
lunun 70 illik yubileyinə 
həsr olunmuş xatirə gecəsi 
/Təranə //Mədəniyyət.- 
2011.- 26 yanvar.- S.2.
İ n t e r n e t d ə
www.anl.az
www.conservatory.az
www.mugam.musigi-dunya.
7
Xanəndə
Musiqi.Opera.Balet


298
Teatr.Kino
Zərnigar Ağakişiyeva 
1945
NOY
ABR
Zərnigar Fəti qızı  Ağakişiyeva 
1945-ci il noyabr ayının 7-də Quba 
rayonunun Rustov kəndində doğul-
muşdur. Uşaq yaşlarından ailəsi rayon 
mərkəzinə köçmüş və o, burada 3 saylı 
rus məktəbinin səkkizinci sinfini bi-
tirmişdir.  İki il fasilə verəndən sonra 
1963-cü ildə Bakıya gəlmiş və Koope-
rativ Texnikumun Sənaye malları üzrə 
əmtəəşünas fakültəsinə daxil olmuşdur. 
1966-cı ildə oranı bitirərək Moskva-
ya getmiş  və Kooperativ Texnikumun 
nəzdində birillik ticarət reklamı üzrə 
xüsusi kursu qurtarmışdır.
Bir il Bakıda bu ixtisas üzrə işləmiş 
və 1968-ci ildə M.Əliyev adına 
Azərbaycan Dövlət  İncəsənət  İnstitu-
tunun musiqili komediya aktyorluğu 
fakültəsinə daxil olmuşdur.
İnstitutun Tədris teatrında C.Cabbar-
lının “Aydın” faciəsində Susanna rolu-
nu məharətlə oynadığına görə ikinci 
semestrdə onu rektorun əmri ilə dram 
və kino aktyorluğu fakültəsinin gündüz 
şöbəsinə keçirmişlər. Eyni zamanda 
Tədris teartına aktrisa götürülmüş  və 
burada Züleyxa (“Yusif və Züleyxa”, 
N.Hikmət), Zənci qadın (“Bir iş gör, 
Met”, Ə.Nesin) rollarını oynamışdır.
İnstitut təhsilini tamamladıqdan 
sonra bir müddət Tədris teartında aktri-
sa kimi çalışan Z.Ağakişiyeva rejissor 
Ə.Quliyevin dəvətilə Akademik Milli 
Dram Teatrında ilk tamaşası 19 may 
1973-cü ildə göstərilən A.Ostrovskinin 
“Müdriklər” dramında Mamayeva rolu-
nu oynamışdır. Həmin il dekabr ayının 
23-də isə yenə Əşrəf Quliyevin qurulu-
şunda Nazim Hikmətin “Şöhrət və ya 
unudulan adam” dramında Qadın ob-
razını ifa etmişdir. Qazandığı uğurlara 
görə  Zərnigar Ağakişiyeva 2 sentyabr 
1974-cü ildə Akademik Milli Dram 
Teatrının aktyor heyətinə aktrisa kimi 
qəbul olunmuşdur.
O, 15 iyun 1992-ci ildə teatrdan 
uzaqlaşmış və özəl milli kamera truppa-
sı toplayaraq fərdi fəaliyyətə başlamış-
dır. B.Vahabzadənin poetik nümunələri 
əsasında “Könüldən qalan səslər” kom-
pozisiyasını, O.Qurbanovun “Yorğan-
döşək”, “Qan” musiqili estrada tama-
şalarını hazırlamışdır. Paralel olaraq 
fılmlərə  çəkilmiş, televiziya tamaşala-
rında rollar oynamışdır.
Z.Ağakişiyeva 1999-cu ildən yenə 
Akademik Milli Dram Teatrının yaradı-
cı heyətində fəaliyyət göstərir. Məşhur 
aktrisa müəyyən fasilələrlə bu teatrın 
səhnəsində xeyli rol oynamışdır.
Azərbaycan Dövlət Televiziyası-
nın hazırladığı çoxlu teletamaşalarda, 
ədəbi-bədii kompozisiyalarda çıxış et-
mişdir. Teatrda və televiziyada məşhur 
olan sənətkar “Azərbaycanfilm” kinos-
tudiyasında “Yol hadisəsi”, “Dantenin 
yubileyi” (Kəbirlinin arvadı), “Özgə 
həyat”, “Fransız” (Zərnigar), “Yara-
maz” (Qaynana), “Təhminə  və Zaur” 
(Zivər) və s. filmlərdə rol almışdır.
Zərnigar Fəti qızı Ağakişiyeva səhnə 
sənətindəki xidmətlərinə, çoxşaxəli 
fəaliyyətinə görə 1982-ci il dekabr 
ayının 1-də “Azərbaycan Respublika-
sının Əməkdar artistı”, 2000-ci il okt-
yabr ayının 28-də “Xalq artisti” fəxri 
adlarına layiq görülmüşdür. Prezident 
təqaüdçüsüdür.
20
30
7
Ə d ə b i y y a t
“Daha özgə faciələrini 
oynamaq istəmirəm…”. 
Zərnigar Ağakişiyeva: 
“Təkliyin nə olduğunu indi 
anlayıram” /Z.Ağakişiyeva 
//Xalq cəbhəsi.- 2012.- 3 
noyabr.- S.15.
“Müğənni də ola bilərdim”: 
Zərnigar Ağakişiyeva: 
“Taleyimi özüm yazmışam” 
/Z.Ağakişiyeva; müsahibəni 
apardı Ayxan //Ekspress.- 
2013.- 2-4 noyabr.- S.19.
Zərnigar Ağakişiyeva: “Gur-
hagur həyatdan gəlib təkliyə 
düşdüm...” /Z.Ağakişiyeva                 
//Ədalət.- 2013.- 5 iyun.- S. 
8.
Rəhimli, İ. Zahiri sakitliyin 
daxili çılğınlığı: Xalq artisti 
Zərnigar Ağakişiyevanın 
həyat və yaradıcılığına fo-
toların tərtibat naxışları ilə 
səmimi bir nəzər /İ.Rəhimli.-
Bakı: Çaşıoğlu, 2011.- 206 s. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.musakademiya.musigi-
dunya.az
70 
illiyi
Aktrisa


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə