Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə136/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   132   133   134   135   136   137   138   139   ...   173

301
105 
illiyi
Süleyman Vəzirov  
1910-1973
    
NOY
ABR
Süleyman Azad oğlu Vəzirov 1910-
cu il noyabr ayının 18-də  Şuşada ziyalı 
ailəsində anadan olmuşdur. 1918-ci ildən 
Şuşa real məktəbində oxumuş, sonra 
Bakı  sənaye-iqtisad texnikumuna daxil 
olmuşdur. Texnikumda oxumaqla bərabər 
o, həm də kinomexanik köməkçisi 
işləmişdir. Texnikumu bitirdikdən sonra 
İliç buxtasında - mədəndə çalışmağa baş-
lamışdır.
1928-ci ildə Azərbaycan Politexnik 
İnstitutunun dağ-mədən fakültəsinə daxil 
olmuş, 1932-ci ildə  təhsilini başa vur-
muşdur. Yüksəkixtisaslı kadr kimi Piral-
lahı, Lökbatan, Qaraçuxur kimi neft-qaz 
yataqlarının işlənilməsində bir neçə il 
ərzində mühəndis, böyük mühəndis, tres-
tin baş mühəndisi vəzifələrində çalışaraq 
kamil mütəxəssisə çevrilmişdi.
1935-1937-ci illərdə “Molotovneft” 
trestində indiki - Əmirov adına Neftqaz-
çıxarma idarəsi mədən müdirinin müavi-
ni, 1937-1940-cı illərdə “Kaqanoviçneft” 
trestinin - indiki Suraxanı Neftqazçıxarma 
idarəsi baş mühəndisi vəzifələrində çalış-
mışdır. 1940-cı ildə Azneftkombinata baş 
mühəndis vəzifəsinə irəli çəkilmişdir. 
1941-ci ildə Azərbaycan maksi-
mum - yəni 23,5 mln. ton neft hasil et-
miş  və kombinatın baş mühəndisi kimi 
S.Vəzirov  Lenin ordeni ilə təltif olunmuş-
du. 1942-ci ildə o, “Azneftekombinat”a 
rəhbər təyin edilmiş  və kombinatın 
ilk azərbaycanlı  rəhbəri olmuşdur. 
Müharibənin ağır illərində Azərbaycan 
neftçiləri 1941-1945-ci illərdə 75 mln. 
ton neft, 22 mln. ton benzin və digər 
neft məhsulları istehsal edərək, plan 
tapşırığını xeyli üstələmişdilər. Çətin 
müharibə  şəraitində neft sənayesinin 
inkişafı sahəsində göstərdiyi xüsu-
si xidmətlərinə görə SSRİ Ali Soveti 
Rəyasət Heyətinin 24 yanvar 1944-cü il 
tarixli sərəncamı ilə S.A.Vəzirov “Sosi-
alist Əməyi qəhrəmanı”, “Lenin” ordeni 
və  Qızıl “Oraq-Çəkic” medalı ilə  təltif 
olunmuşdu. 1945-ci ildə “Azneft” birli-
yinin rəisi vəzifəsində çalışmışdır. 1946-
cı ildə “Ölkənin cənub və    qərb rayon-
larında neft hasilatı üzrə Baş  İdarənin” 
rəisi vəzifəsinə  təyin edilmişdir. 1949-
cu ildə “Turkmənneft” Birliyinin mü-
diri seçilmişdir. Qumdağ yatağının kəşf 
edilməsinə  və  mənimsənilməsinə görə 
SSRİ Dövlət mükafatına layiq görülmüş-
dür. Bu dövr ərzində - onun işlədiyi dörd 
il yarımda “Türkmənneft” birliyinin neft 
hasilatı iki dəfə artmışdı. 
1954-cü ildə yaradılan Azərbaycan 
SSR Neft Sənayesi Nazirliyini nə dəvət 
edilmiş  və Azərbaycanın birinci neft 
sənayesi naziri olmuşdur. 
1958-ci ildə Azərbaycan SSR Nazirlər 
Sovetinin sədr müavini vəzifəsinə irəli 
çəkilmiş, 1959-cu ildə isə Azərbaycan 
SSR Xalq Təsərrüfatı  Şurasının sədri 
təyin edilmişdi. 
Süleyman Vəzirov 1973-cü il fevral 
ayının 7-də vəfat etmişdir.
S.Vəzirovun 100 illik yubileyinin 
keçirilməsi haqqında Azərbaycan Res-
publikasının Prezidenti cənab  İlham 
Əliyev 2010-cu il 1 oktyabr tarixində 
Sərəncam imzalamışdır.
Neft və qaz kəmərlərinin sualtı 
hissəsinin çəkilişində istifadə olunan 
borudüzən gəmilərdən biri “Süleyman 
Vəzirov”un adını daşıyır.
Ə d ə b i y y a t
Fəcri, F. Od oğullar: 
/F.Fəcri; red. Nisəxanım 
Mirzə.- Bakı:Mütərcim, 
2004.- 144 s.
Süleyman Vəzirovun 100 
illik yubileyinin keçirilməsi 
haqqında: Azərbaycan 
Respublikası Prezidentinin 
Sərəncamı, 1 oktyabr 2010-
ci il //Azərbaycan.- 2010.- 2 
oktyabr.- S. 2.
Məmmədli, İ. Neft 
sənayemizin ilk naziri 
/İ.Məmmədli //İki sahil.- 
2010.- 14 noyabr.- S. 12.
Rəhimzadə, N. Süleyman 
Vəzirovun 100 illik yubileyi 
qeyd edildi /N.Rəhimzadə     
//İki sahil.- 2010.- 25 no-
yabr.- S. 5.
Yusifzadə, X. Neft-qaz 
sənayesi tarixinin ən parlaq 
simalarından biri: Süleyman 
Vəzirov-100 /X.Yusifzadə       
//İki sahil.- 2010.- 24 no-
yabr.- S. 6-7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.muallim.edu.az
www.e-qanun.az
18
Siyasi xadim
Siyasət.Hərbi iş


302
Siyasət.Hərbi iş
140
 illiyi
Fətəli xan Xoyski 
1875-1920  
NOY
ABR
Fətəli Xan İsgəndər xan oğlu Xoys-
ki 1875-ci il noyabr ayının 25-də  Şəki 
şəhərində anadan olmuşdur.  Əslən Cənubi 
Azərbaycanın Xoy şəhərindən olan Şəki 
xanı Cəfərqulu xanın nəslindən olan general-
leytenant  İsgəndər xan Xoyskinin oğludur. 
F.Xoyski Gəncə (Yelizavetpol) klassik gim-
naziyasını, 1897-ci ildə isə Moskva Uni-
versitetinin hüquq fakültəsini bitirmişdir. 
Həmin ildən Gəncə dairə  məhkəməsində 
işə başlayan Xoyski sonradan Kutaisi dairə 
və  qəza məhkəmələrində, Zuqdidi barışıq 
məhkəməsində çalışmış, titulyar müşavir 
rütbəsinə layiq görülmüşdür. 1904-cü ildə 
kollej assessoru rütbəsi almış, Yekaterinodar 
(Krasnodar) dairə məhkəməsi prokurorunun 
müavini təyin olunmuş, 1907-ci ilədək ora-
da çalışmışdır. 1907-ci ildə Gəncə quberni-
yasından II Dövlət Dumasına deputat seçil-
mişdir. Duma buraxıldıqdan sonra Gəncəyə 
qayıtmış, burada çalışmışdır. 
1913-cü ildə Xoyski Bakıya köçərək, 
şəhər dairə  məhkəməsində andlı iclasçı ol-
muş,  şəhərin ictimai-mədəni həyatında fəal 
iştirak etmişdir. Rusiya Fevral inqilabından 
(1917) sonra Bakıda yaradılmış Müsəlman 
Milli Şurası müvəqqəti icraiyyə komitəsinin 
üzvü seçilən F.Xoyski həmin ilin aprelində 
Bakıda keçirilən Qafqaz müsəlmanları qu-
rultayının təşkilatçılarından olmuşdur. 
1917-ci ildə Bakı  şəhər dumasına 
seçkilərdə müsəlman bloku 10 mindən çox 
səs almış və bu bloku təmsil edən F.Xoyski 
dumanın sədri, 1918-ci ildə Ümumrusi-
ya Müəssislər Məclisinin deputatı seçil-
mişdir. Həmin ilin aprelində elan olunan 
müstəqil Zaqafqaziya Federativ Respubli-
kası hökumətində Xoyski xalq maarifi naziri 
vəzifəsini tutmuşdur. 
F.Xoyski 1918-ci il may ayının 28-də ya-
radılan Azərbaycan Xalq Cümhuriyyətinin 
Baş naziri və daxili işlər naziri olmuşdur. 
1918-ci il iyunun 16-da Milli Şura Gəncəyə 
köçdü, burada mürəkkəb daxili və xarici 
çətinliklərlə üzləşdi. Xoyski istefa verdi. La-
kin Milli Şura hökumətin təşkilini yenidən 
ona tapşırdı. Xoyski yenidən Baş nazir 
vəzifəsi ilə yanaşı  ədliyyə naziri vəzifəsini 
də tutur. 1918-ci il sentyabrın 15-də Bakı türk 
və Azərbaycan hərbi qüvvələrindən ibarət 
Qafqaz İslam Ordusu tərəfindən azad olun-
du, AXC Bakıya köçdü. Azərbaycan Parla-
mentinin ilk iclası 1918-ci il dekabrın 7-də 
açıldı. Xoyski çox mürəkkəb tarixi şəraitdə 
hökumətin fəaliyyəti barədə hesabat vermiş, 
istefa vermiş, lakin yenidən Baş nazir və xa-
rici işlər naziri vəzifəsini tutdu. Müxalifətçi 
partiyalar və fraksiyaların hökumətə qar-
şı yaratdığı dözülməz vəziyyətlə  əlaqədar 
1919-cu il fevralın 25-də Xoyski hökuməti 
yenidən istefa verdi. İstefadan sonra o, Par-
lament üzvü kimi bir sıra siyasi, iqtisadi və 
maliyyə məsələlərinin həllində yenə də fəak 
iştirak etmiş, Azərbaycan və Ermənistan ara-
sında mübahisəli ərazi məsələlərini araşdır-
maq üçün yaradılan Azərbaycan nümayəndə 
heyətinin sədri təyin olunmuşdu. 1919-cu 
ilin dekabrında N.Yusifbəylinin təşkil etdiyi 
hökumətin tərkibində xarici işlər naziri ol-
muşdur. 
1920-ci il aprel ayının 27-də XI Qırmı-
zı Ordu Azərbaycanı işğal etdi və AXC-nin 
varlığına son qoyulmuşdur. Tiflisə mühacirət 
edən Xoyski 1920-ci il iyun ayının 19-da ora-
da muzdlu erməni terrorçusu tərəfindən qətlə 
yetirilmiş, Tiflisdə Azərbaycan qəbiristanlı-
ğında dəfn edilmişdir. 
Ümummilli lider Heydər 
Əliyev 
F.Xoyskinin Azərbaycan dövlətçiliyi tari-
xindəki fəaliyyətini yüksək qiymətləndir-
miş, 1995-ci il dekabr ayının 18-də onun 120 
illik yubileyinin keçirilməsi barədə Sərəncam 
imzalamışdır. Tiflisdə məzarı üzərində xatirə 
abidəsi ucaldılmışdır. 
Ə d ə b i y y a t
Xoyski Fətəli Xan: 
Həyat və fəaliyyəti: 
(Sənəd və materialla-
rı).- Bakı: Azərbaycan, 
1998.- 152 s .
Əliyarlı,  İ. Fətəli xan 
İsgəndər xan oğlu Xoys-
ki /İ.Əliyarlı //Kaspi 
2012.- 15 may.- S.12. 
Xan Xoyski Fətəli 
(25.11.1875-
21.06.1920)                   
//Azərbaycan Sovet 
Ensiklopediyası: 10 
cilddə.- Bakı, 1987.- 
C.X.- S.47.
Xoyski Fətəli xan 
İsgəndər xan oğlu           
//Azərbaycan Xalq 
Cümhuriyyəti Ensiklo-
pediyası.- Bakı, 2005.- 
C.II.- S.23.
Şirinova, A. Fətəli 
Xan Xoyski hökuməti  
/A.Şirinova //Xalq 
cəbhəsi.- 2013.- 26 
fevral .- S.10. 
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
25
Siyasi  xadim


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə