303
Mədəniyyət.Maarif.Elm
Elməddin Əlibəyzadə
1925
NOY
ABR
Elməddin
Məhəmməd oğlu Əlibəy-
zadə 1925-ci il noyabr ayının 5-də Oğuz
rayonunun Muxas kəndində anadan
olmuşdur. Yeddiillik Oğuz natamam
orta məktəbini bitirmiş, Şəki Pedaqo-
ji texnikumuna daxil olmuşdur. 1941-
1943-cü illərdə Balakəndə müəllimlik
fəaliyyətinə başlamış, gənc yaşlarından
II Dünya müharibəsinin ağrı-acılarını
yaşamışdır. 1949-cu ildə ADU-nu (indi-
ki BDU) bitirmiş, elmi fəaliyyətini da-
vam etdirmək üçün aspiranturaya qəbul
olunmuşdur. EA-nın Dilçilik İnstitutun-
da geniş elmi fəaliyyətə başlamışdır.
1953-cü
ildə namizədlik, 1988-ci
ildə doktorluq dissertasiyasını müda-
fiə etmişdir. 1956-cı ildə Yerevan
Dövlət Pedaqoji institutuna işləməyə
göndərilmişdir. Xalqımızın tarixən
ata-baba torpaqları olan, indi isə zor-
la erməni qəsbkarları tərəfindən zəbt
olunmuş İrəvan, Göyçə və digər Qərbi
Azərbaycan torpaqlarında yaşayan öv-
ladlarımızın bilik və bacarığını artırmaq
yolunda əzmlə çalışmışdır. Bakıya qa-
yıtdıqdan sonra yenidən Elmlər Aka-
demiyasında elmi fəaliyyətini davam
etdirən E.Əlibəyzadə Azərbaycan Milli
Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun Azərbaycan-
Türk-Araşdırmaları Mərkəzi şöbəsinə
rəhbərlik etmişdir. Türk dillərinin
qədim türk xalqları ədəbiyyatlarının
qədim
dövrünün tədqiqi və klassik
yazılı abidələrimizin araşdırılması
məsələləri onun əsas işidir. Ulu Şu-
mer Babil mədəniyyəti və Azərbaycan
probleminin araşdırılması sahəsində
aparılan elmi işlər, Azərbaycan elmi,
mədəniyyəti tarixində qazanılmış bö-
yük müvəffəqiyyətlər məhz Elməddin
Əlibəyzadənin uğurlu fəaliyyətinin
məhsuludur.
Alim 300-dən çox elmi əsər, çox-
lu sayda qiymətli elmi, tarixi, nəzəri
kitablar yazmışdır. “Ədəbi şəxsiyyət
və dil” (1982), “Qədim dünyamızın
ulu kitabı” (1996), “Ana kitabələr”
(1996), “Azərbaycan xalqının
mənəvi
mədəniyyət tarixi (İslamaqədərki
dövr)” (1998), “Nizami və tarixi-
miz” (2004), “Türk-Azərbaycan bədii
düşüncəsinin ilkin qaynaqları” (2007),
“Azərbaycanşünaslığa giriş” (2010) və s.
elmi əsərlərin müəllifidir. E.Əlibəyzadə
“Bilqamıs” və “Dədə Qorqud” üzərində
bəzi üslubi paralellərin müqayisəli
təhlilini aparmışdır. Alp Ər Tonqa ağı-
larının zəngin, mükəmməl elmi-bədii
təhlilini aparmışdır.
Alim Türkiyədə, İranda Azərbaycan
elminin təbliğində xüsusilə fəaliyyət
göstərmiş, elmi konfranslarda “Novruz”,
“Qurban” bayramlarının tarixi, “Şumer-
Babil mədəniyyəti və Azərbaycan” möv-
zularında məruzələrlə çıxışlar etmişdir.
Elməddin Əlibəyzadə kadr hazırlığı
ilə də məşğul olmuş, onun rəhbərliyi
altında bir neçə elmlər namizədi disser-
tasiya müdafiə etmiş,
onlarla dissertasi-
yaya opponentlik etmişdir.
20
20
10
5
Ə d ə b i y y a t
“Avesta” Azərbaycan xal-
qının mənəvi mədəniyyət
tarixidir /E.Əlibəyzadə;
AMEA Nizami ad.
Ədəbiyyat İnstitutu.- Bakı:
Yurd NPB, 2005.- 238 s.
Azərbaycan dilinin tarixi:
2 cilddə /E.Əlibəyzadə b.-
Bakı: Azərbaycan tərcümə
mərkəzi, 2007.
Azərbaycan ədəbiyyatı
tarixi: ən qədim dövrlər
/E.Əlibəyzadə.- Bakı:
Qarabağ, 2009.- 831 s.
Alim-vətəndaş Elməddin
Əlibəyzadə - 80 /tərt., ön
sözün müəl. G.Şükürova.
- Bakı: Adiloğlu, 2006.-
476 s.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
90
illiyi
Ədəbiyyatşünas
304
Mədəniyyət.Maarif.Elm
85
illiyi
Qulu Xəlilov
1930-1995
NOY
ABR
Qulu Qasım oğlu Xəlilov (Xəlilli)
1930-cu il noyabr ayının 20-də Qərbi
Azərbaycanın Sisyan bölgəsində Qı-
zılcuq kəndində anadan olmuşdur.
İlk təhsilini Ağdamda, Fəhlə-gənclər
məktəbində alan Qulu Xəlilli 1949-
1954-cü
illərdə Azərbaycan Dövlət
Universitetinin jurnalistika şöbəsində
(indiki BDU Jurnalistika fakültəsi) oxu-
muşdur. Ali təhsilini tamamladıqdan
sonra 1954-1955-ci illərdə “Ədəbiyyat
və incəsənət” qəzeti redaksiyasında
tənqid şöbəsinin müdiri vəzifəsində ça-
lışmışdır. Hələ tələbə ikən universitetdə
tələbə elmi cəmiyyətinin sədri, fakültə
divar qəzetinin redaktoru olmuşdur.
1956-1959-cu illərdə Azərbaycan Pe-
daqoji İnstitutunda (indiki ADPU)
aspirant olmuş, 1959-1967-ci illərdə
Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunda baş elmi işçi,
1967-1970-ci
illərdə ADU-nun Jurna-
listika fakültəsində Azərbaycan mətbuat
tarixi kafedrasında müəllim, sonra pro-
fessor, 1977-1978-ci illərdə filologiya
fakültəsində dekan vəzifəsində çalış-
mışdır.
Milli ədəbiyyatşünaslıq tarixinə san-
ballı möhürünü vurmaqla özünəməxsus
elmi məktəb formalaşdırmış nəcib ziya-
lılardan olan Qulu Xəlillinin “Qılınc da-
ğında” adlı ilk mətbu əsəri “Ədəbiyyat
və incəsənət” qəzetinin 08 yanvar
1953-cü il tarixli nömrəsində dərc
edilmişdir. Hekayələri, publisistik və
tənqidi məqalələri ilə dövri mətbuatda
müntəzəm çıxış etmişdir. 1953-cü ildən
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
olmuşdur.
Azərbaycan
ədəbiyyatşünaslığı
sahəsində araşdırmaları ona geniş oxu-
cu auditoriyası qazandırmışdır. Elmi
məclis və yaradıcılıq plenumlarında
cəsarətli, məzmunlu və obyektiv çıxış-
ları ilə məşhurlaşan Q.Xəlilli “Vaqif”
pyesi və tarixi dram janrı” mövzu-
sunda namizədlik, sonra 1967-ci ildə
Azərbaycan romanının inkişaf tarixini
əks etdirən doktorluq dissertasiyalarını
müdafiə etmişdir.
Görkəmli alim milli ədəbiyyatşü-
naslıq elminin müxtəlif aspektləri
üzrə apardığı tədqiqatlarla müasir elm
tariximizə sanballı möhürünü vurmuş,
ədəbi-poetik düşüncənin tədqiqində
yeni səhifə, uğurlu cığır açmışdır. O,
iyirmidən çox sanballı, prinsipial, dərin
mənalı elmi-nəzəri monoqrafik,
tənqidi
əsərlərin, yüzlərlə publisistik yazıların
müəllifidir. Təkcə Azərbaycan roma-
nının inkişaf tarixinə dair fundamen-
tal əsəri ədəbiyyatşünaslığımız üçün
qiymətli tədqiqat nümunəsidir.
“Ömrün baharı”, “Atam və mən”,
“Yaşamaq istəyirəm”, “Həyat və idrak”
kimi roman və povestləri, “Yaylaq-
da”, “Qocaların söhbəti”, “Umusuq”,
“Mələk xala”, “Həyatdan gələn səslər”
və s. hekayələri geniş oxucu kütləsi
tərəfindən böyük rəğbət qazanmışdır.
Əsərləri keçmiş SSRİ xalq-
larının dillərinə
tərcümə olun-
muşdur. Azərbaycan elminin və
ədəbiyyatşünaslığının inkişafındakı
xidmətlərinə görə Azərbaycan Ali So-
vetinin Fəxri Fərmanı və beş medalla
təltif edilmiş, 1993-cü ildə “Əməkdar
elm xadimi” fəxri adına layiq görül-
müşdür.
Tənqidçi, ədəbiyyatşünas, müəllim-
pedaqoq,
görkəmli alim Qulu Xəlilli
1995-ci il noyabr ayının 18-də Bakıda
vəfat etmişdir.
Ə d ə b i y y a t
Hər şeydən keçilər,
vətən keçilməz:
polemik-publisistik
məqalələr /Q.Xəlilli;
red. R.Muradlı.- Bakı:
Gənclik, 1995.- 156 s.
Sadıqova, A. Vətəndaş
fəryadı: Qulu
Xəlillinin publisis-
tikası /A.Sadıqova;
red. A.Nəbiyev.- Bakı:
Azərbaycan Milli Ensik-
lopediyası, 2000.- 140 s.
Torpaq dərdli in-
san: Qulu Xəlilli
xatirələrdə /tərt.:
N.Xəlilov, A.Xəlilov; red.
V.Quliyev.- Bakı: Şuşa,
2000.- 352 s.
Məmmədov, Ş. “Qulu
Xəlilli jurnalisti-
ka fakültəsinə milli
ruh, vətənpərvərlik
gətirdi” /Ş.Məmmədov
//Azərbaycan müəllimi.-
2011.- 29 aprel.-S.14-15.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.mechmath.bsu.
edu.az
20
Ədəbiyyatşünas
NOY
ABR
1