Teqvim-2015. pdf


Tarixdə bu gün Kоnstitusiya Günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə139/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   135   136   137   138   139   140   141   142   ...   173

307
Tarixdə bu gün
Kоnstitusiya Günü
 1995
NOY
ABR
Azərbaycan Respublikasının 1995-
ci ildə  qəbul olunmuş Konstitusiyası, 
müstəqil Azərbaycanın ilk Konstitusi-
yası idi. 
Məlum olduğu kimi, 1918-1920-
ci illərdə 23 ay mövcud  olmuş 
Azərbaycan Xalq Cümhuriyyəti, 
dövlətin  əsas Qanununu qəbul edə 
bilməmişdi. Beləliklə, Azərbaycan 
Respublikasının Konstitusiya qu-
ruluşunun tarixi əsasən SSRİ-nin 
tərkibində olduğu dövrə düşmüşdür.
Azərbaycanın birinci Konstitu-
siyası 1921-ci il may ayının 19-da I 
Ümumazərbaycan Sovetlər qurulta-
yında qəbul edilmişdir. Azərbaycan 
SSR Konstitusiyasının 1921-ci il SSR 
Konstitusiyasına uyğunlaşdırılmış yeni 
redaksiyası 1925-ci il martın 14-də IV 
Ümumazərbaycan Sovetlər qurulta-
yında qəbul olunmuşdur. Azərbaycan 
SSR-in 1978-ci il aprelin 21-də qəbul 
edilmiş son Konstitusiyası da əvvəlki 
Konstitusiyalar kimi SSRİ Konstitusi-
yasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik 
əldə 
etdikdən sonra yeni Konstitusiyanın 
hazırlanması  zərurəti yaranmış, ulu 
öndər Heydər  Əliyev başda olmaq-
la xüsusi komissiya təşkil edilmiş 
və Konstitusiya layihəsi ümumxalq 
müzakirəsinə verilmişdi. 1995-ci il 
noyabr ayının 12-də ümumxalq refe-
rendumu ilə, müstəqil Azərbaycanın 
ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın dövlət qu-
ruculuğunun  əsaslarını qoymuş yeni 
Konstitusiya 5 bölmədən, 12 fəsildən 
və 158 maddədən ibarətdir.
2009-cu il martın 18-də keçirilən 
referendumda isə Konstitusiyaya əlavə 
və dəyişikliklər qəbul olunmuşdur.
Ölkəmizdə 12 noyabr Azərbaycan 
Respublikasının Konstitusiyası Günü 
kimi qeyd olunur.
Konstitusiya - dövlətin ali qanu-
nudur, ali hüquqi qüvvəyə malikdir, 
dövlətin siyasi, hüquqi və iqtisadi 
sistemlərinin əsaslarını təsbit edir. 
Konstitusiyanın  yaranma tarixinə 
nəzər salsaq görərik ki, dünyada 
Konstitusiya ilk dəfə 1215-ci ildə  
İngiltərədə  təsbit olunmuş, ölkədə 
qəbul olunan Azadlıqların Böyük Top-
lusu ilk konstitusiya aktı sayılmışdır. 
İlk yazılı ali qanun isə ABŞ Konstitu-
siyasıdır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının 
Konstitusiyası /burax. məsul. 
E.Əfəndiyev.- Bakı: Hüquq 
ədəbiyyatı, 2011.- 365 s.
Məmmədov, M. Azərbaycan 
Respublikasının Kons-
titusiyası onun dövlət 
müstəqilliyinin qarantıdır 
/M.Məmmədov  //Respubli-
ka.- 2011.- 4 noyabr.- S.4.
Süleymanova, E. Azərbaycan 
Respublikasının Konstitu-
siyası insan hüquqlarının 
səmərəli təmininə xidmət 
edir /E.Süleymanova             
//Respublika.- 2011.- 12 
noyabr.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.dia.edu.az
www.country.az
www.az.wikipedia.org
12
“Azərbaycanın hər bir vətəndaşı, onun ərazisində 
fəaliyyət göstərən hər bir ictimai-siyasi qurum özünün 
dövlət və xalq qarşısındakı Konstitusiya ilə müəyyən 
edilmiş  vəzifə  və borcunu vicdan və  ləyaqətlə yerinə 
yetirməli, vətənini, dövlətini sevməli, onu qorumalı və 
tərəqqisinə çalışmalıdır”.
Heydər Əliyev, ümummilli lider


308
Tarixdə bu gün
Milli Dirçəliş Günü
1992
NOY
ABR
1988-ci ilin ilk günlərində Ermənis-
tanın Azərbaycana qarşı açıq təcavüzü 
başlanmışdı. Moskvanın, xüsusən 
də  SSRİ-nin rəhbəri  M.Qorbaçovun 
buna biganə münasibətini görən 
ermənilər planlı  şəkildə, Ermənistan 
hökumətinin tapşırığı  və göstərişilə 
Ermənistanda yaşayan 200 mindən 
çox azərbaycanlını öz ata-baba yurd-
larından kütləvi surətdə qovmuşdu-
lar. Ermənilər azərbaycanlıları  təkcə 
öz ev-eşiklərindən qovmayırdılar, 
həm də onları cismən öldürmüş, 
diri-diri yandırmışdılar. Ermənilərin 
tarixdə görünməmiş bu vandalizminə 
M.Qorbaçov və onun ətrafı heç bir reak-
siya verməmişdilər. Ermənilər bunun-
la da kifayətlənməmiş, 1988-ci il fev-
ral ayının  əvvəllərində Azərbaycanın 
Dağlıq Qarabağ bölgəsində ixtişaşlar 
törətmişdilər. Onlar Azərbaycanın ta-
rixi torpağı olan Dağlıq Qarabağın 
Azərbaycandan qoparılıb Ermənistana 
birləşdirməsi haqqında məsələ qaldır-
mışdılar.
Belə bir vaxtda Azərbaycan xal-
qı ayağa qalxmış, xalq öz etirazını 
şəkildə rəhbərliyə bildirmiş, respubli-
kanın hər yerindən insanlar axın-axın 
Bakıya gəlir, Azadlıq meydanına (o 
vaxt V.İ.Lenin adını daşıyırdı) topla-
şır, ermənilərin və Sovet hökumətinin 
belə münasibətinə qarşı mitinqlər ke-
çirir, öz etirazlarını bildirirdilər.
1988-ci ilin noyabrın 17-də Bakının 
əsas meydanı sayılan Azadlıq meyda-
nında Sovet dövlətinin xalqımıza qar-
şı apardığı antiazərbaycan siyasətinə 
etiraz  əlaməti olaraq Azərbaycan 
ictimaiyyətinin sonu bilinməyən mi-
tinqi başlanmışdı. O, vaxt bütün xalq 
bir yumruq kimi düyünlənmişdi. Bu, 
əsl xalq hərəkatı, milli azadlıq hərəkatı 
idi. Dekabrın  əvvəllərində sovet qo-
şunları  tərəfindən ümumxalq mitinqi 
dağıdılmışdı. 1992-ci ildən 17 noyabr 
Milli Dirçəliş Günü kimi qeyd olunur.
Ə d ə b i y y a t
Babaoğlu, H. Milli dirçəliş 
və qurtuluşun əsası: Siyasi 
sabitliyin təmin edilməsi və 
milli inkişafın başlanğıcı; 
lider faktoru /H.Babaoğlu     
//Yeni Azərbaycan.- 2013.- 
15 iyun.- S.4.
Milli dirçəliş yolunun böyük 
öndəri //Azərbaycan.- 2010.- 
14 noyabr.- S.1. 
Ziya, Z. Milli dirçəlişin 
memarı /Z.Ziya //Ekspress.- 
2010.- 8-11 may.- S.4-5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadliq.org
17
“XX  əsri sona vuraraq, 2000-ci ilə gedərək qü-
rur hissi ilə deyə bilərəm ki, həyatımızın nə  qədər 
çətin, faciəli bir dövrünü yaşadıqsa, eyni zaman-
da ölkəmizin dirçəlişini, inkişafını, daha da gözəl 
gələcəyini təmin edə bildik”.
Heydər Əliyev, ümummilli lider


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə