Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə141/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   137   138   139   140   141   142   143   144   ...   173

311
7
Tarixdə bu gün
Beynəlxalq İnformasiya Təhlükəsizliyi 
Günü
1988
NOY
ABR
Beynəlxalq  İnformasiya Təhlükəsizliyi Günü 
1988-ci ilin 30 noyabrından qeyd olunur. Məhz 
həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat 
institutları  və  hərbi idarələr də daxil olmaqla 
ARPANET-in minlərlə qovşağını  sıradan çıxaran 
ilk kompyuter virusu meydana gəldi və  nəhəng 
itkilərə  səbəb oldu. Yaradıcısının adı ilə “Mor-
ris soxulcanı” adlandırılan bu virusun vurdu-
ğu ziyan təxminən 100 milyon dollar həcmində 
qiymətləndirilmişdir. 
“Morris soxulcanı” göstərdi ki, informasiya 
təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir 
və insanlar tərəfindən böyük səylər və müva-
fiq tədbirlərin həyata keçirilməsini tələb edir. 
Buna görə  də dünya ictimaiyyəti informasiya 
təhlükəsizliyinin təmin edilməsinə kompleks ya-
naşmanın zəruriliyi haqqında ciddi düşünməyə 
başladı. Həmin vaxtdan bəri informasiya texnolo-
giyaları, təbii olaraq informasiya cəmiyyəti inki-
şaf etdikcə bu problem daha da aktuallaşır. Bunları 
əsas tutaraq 1988-ci ildə Kompyuter avadanlığı 
üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq 
İnformasiya Təhlükəsizliyi Günü elan etmişdi. 
Ona görə ki, informasiya təhlükəsizliyi bir ölkəni 
yox, bütün bəşəriyyəti təhdid edən problemdir. 
İnformasiya Təhlükəsizliyi Günü çoxdan 
istifadə olunan parolların yeniləşdirilməsi, sis-
temdə virusların mövcudluğunun yoxlanması, 
verilənlərin arxivləşdirilməsi, lazımsız informasi-
yanın silinməsi, vacib informasiyaların mühafizə 
səviyyəsinin auditi, kompleks təhlükəsizliyin 
və digər bu kimi tədbirlərin həyata keçirilməsi, 
ictimaiyyətin diqqətinin artırılması, müvafiq qu-
rumların və mütəxəssislərin məsuliyyətinin xatır-
lanması və ümumiyyətlə, bir monitorinq günüdür. 
Həmin vaxtdan etibarən informasiya təhlükəsizliyi 
problemlərinin müxtəlif aspektlərinə həsr olunmuş 
beynəlxalq tədbirlər keçirilir. 
Keçən müddət  ərzində bu günün əhəmiyyəti 
daha da artmışdır. Cəmiyyətin bütün sahələrinin və 
insanların informasiya-kommunikasiya texnologi-
yalarından (İKT) asılılığı gücləndikcə informasi-
ya təhlükəsizliyinin  əhəmiyyəti özünü daha çox 
büruzə verir. İnformasiya təhlükəsizliyi dövlətin, 
cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təmin 
edilməsinin əsas istiqamətlərindən birinə çevrilir. 
İnternetin sürətli inkişafı  və kütləvi halda 
istifadəçilərin meydana çıxması ilə kompyuter və 
kommunikasiya sistemlərinə olan təhdidlər daha 
ehtimallı olur və onların realizəsinin nəticələri 
daha da geniş miqyas alır. 
İnformasiya təhlükəsizliyinin təmin edil-
məsinin  ən vacib vəzifələrindən biri də yüksək 
ixtisaslı mütəxəssislərin hazırlanmasıdır. Bu 
istiqamətdə ölkədə müəyyən işlər görülür. Bir sıra 
ali məktəblərdə müvafiq ixtisaslar üzrə kadr hazır-
lanmasına başlanmışdır. 
Vətəndaşlarda informasiya mədəniyyətinin 
vacib hissəsi olan informasiya təhlükəsizliyi 
mədəniyyətinin formalaşdırılması istiqamətində 
davamlı  və  məqsədyönlü tədbirlərin görülməsi 
zəruriyyəti də dövrümüzün reallıqlarıdır. Belə 
ki, istifadəçilərdə informasiya-kommunikasiya 
sistemlərində  iş zamanı  təhdidlərin vura biləcəyi 
ziyan, həmin təhdidlərdən mühafizə mexanizmləri 
haqqında zəruri bilikləri və onlarla işləmək ba-
carıqları olmalıdır.  İnternet  şəbəkəsindən istifadə 
mədəniyyətini formalaşdırmaq, neqativ təsirlərə 
qarşı “immunitet”in möhkəmləndirilməsi üçün bu 
mədəniyyət normalarını təbliğ etmək lazımdır. 
30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsiz-
liyi Gününün əsas məqsədlərindən biri də elə bu-
dur. 
Ə d ə b i y y a t
Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi-praktiki seminarın materialları /Azərb. Milli Elmlər Akademiyası, 
İnformasiya Texnologiyaları İn-tu; elmi red. R.Əliquliyev, Y.İmamverdiyev.- Bakı: [İnformasiya texnologiyaları], 2012.- 43 s.
30


312
DEKABR

 
 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç. 
C.A. 
C. 
Ş. 
B. 
B.E. 
Ç.A. 
Ç.
C.A. 
C. 
Ş. 
B. 
B.E.
Ç.A.
Ç.
C.A. 

2 





8 

10 
11 
12 
13 
14 
15 
16 
17 
18 
19 
20 
21 
22 
23 
24 
25 
26 
27 
28 
29
30 
31
QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)
• 
 Bеynəlxalq Əlillər Günü (03.12.1992)
• 
Azərbaycan Milli Arxiv İdarəsinin (06.12.1920) 
• 
yaranmasının 95 illiyi
Xankəndinin işğalı günü (28.12.1991)
• 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü 
• 
(31.12.1991)
“Bəşəriyyət tarixində elə  şəxslər var ki, onlar özləri üçün ana-
dan olmayıblar, bəlkə bütün xalqa və  hətta ümuminsaniyyətə xeyir 
gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar 
nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər.” 
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dediyi bu sözləri ilk 
növbədə bəstəkarın özünə aid etmək olar.
Üzeyir Hacıbəyli kimi dahilərin sənət dünyası ilə daha da 
zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşa-
yır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. 
O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib. İnanaq ki, dünyanı 
dolaşan  bu musiqi  tezliklə bəstəkarın bu səsə həsrət yurduna – Qa-
rabağa,  Şuşaya da çatacaq. “Üzeyir musiqi gün”ləri Cıdır düzündə 
keçiriləcək.
1 dekabr
Gün çıxır 07:43  
Gün batır 17:15
31 dekabr 
Gün çıxır 08:03 
Gün batır 17:24
23 noyabr-  
21 dekabr
Oxatan bürcünün 
Nişanı oddur. 
Yupiterin 
himayəsindədir. 
Günəşin Oxatan 
bürcündən keçdiyi 
dövrdə doğulanlar 
təmkinli, fəal 
olurlar. 
130 il
1885-1948
Üzeyir Hacıbəyli


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə