319
Şair
Milli ədəbiyyat
95
illiyi
Zeynal Cabbarzadə
1920-1977
DEKABR
Zeynal Əliabbas oğlu Cabbarov
1920-ci il dekabr ayının 31-də Bakı
şəhərində, dənizçi ailəsində anadan
olmuşdur.
Orta məktəbi bitirdikdən son-
ra 1934-1937-ci illərdə fəhlə
fakültəsində təhsil almış, 1937-
1941-ci illərdə APİ-nin ədəbiyyat
fakültəsində təhsilini davam etdir-
mişdir. Eyni zamanda 1938-1939-
cu illərdə “Balıq cəbhəsi” və “Kras-
nı kurinets” (“Qırmızı kürçaylı”)
qəzeti redaksiyalarında fəaliyyət
göstərmişdir.
1940-cı ilin yanvar-iyun ay-
larında
Şamaxı rayonunun
Mədrəsə kənd orta məktəbində
dil-ədəbiyyat müəllimi işləmişdir.
İkinci Dünya müharibəsi başlanan
vaxt səfərbərliyə alınmış, piyada
məktəbində kursant olmuş, kiçik
leytenant rütbəsi ilə 416-cı atıcı divi-
ziyasında hərbi xidmətini davam et-
dirmişdir. Naurisk rayonunda hərbi
əməliyyatda ağır zədələndiyinə
görə eşitmə və görmə qabiliyyətini
itirmişdir.
1943-cü ildə hərbi xəstəxanadan
ehtiyat baş leytenantı kimi tərxis
olunmuşdur.
Z.Cabbarzadə yaradıcılığa ki-
çik yaşlarından başlamışdır. Onun
“Puşkin” adlı ilk mətbu şeiri 1937-
ci ildə dərc edilmişdir. İkinci Dünya
müharibəsi və sonrakı illərdə coş-
qun yaradıcılıqla məşğul olmuşdur.
1943-cü ilin aprelindən 1948-ci
ilin oktyabr ayınadək Azərbaycan
Yazıçılar İttifaqında “Natəvan”
adına klubun müdiri, “Ədəbiyyat
qəzeti”ndə ədəbi işçi və məsul katib
vəzifələrində çalışmışdır.
“Pioner” jurnalında məsul
katib, 1950-ci ildən ömrünün
sonunadək məsul redaktor ol-
muşdur. Bu müddətdə dəfələrlə
Azərbaycan LKGİ MK-nın rəhbər
orqanlarına seçilmişdir. Onun
ilk “Xanımana”(1946) kitabında
cəbhə şeirləri toplanmışdır. Şai-
rin sonrakı illərdə bir-birinin ar-
dınca “Əfzələddin və şah” (1947),
“Şerlər” (1950), “Çinar” (1952),
“Bahar gəlir” (1954), “Dnepr
sahillərində” (1956), “Arzular”
(1958) , “Yaylaqda” (1960), “Sizin
səsiniz” (1963), “Məni bağışlayın”
(1965), “Uca dağ başında” (1980),
“Atasının oğlu” (1986) və digər ki-
tabları çapdan çıxmışdır.
Z.Cabbarzadə xidmətlərinə görə
bir sıra medal və fəxri fərmanlarla
təltif edilmişdir.
Şair 1943-cü ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü olmuşdur.
1970-ci ildə “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq görülmüş-
dür.
Zeynal Cabbarzadə 1977-ci il
yanvar ayının 20-də Bakıda vəfat
etmişdir.
Ə d ə b i y y a t
Atasının oğlu: [şeirlər
və poemalar]: kiçik-
yaşlı məktəblilər üçün
/Z.Cabbarzadə.- Bakı:
Gənclik, 1986.- 72 s.
Bizim dünya: [şeirlər və
poemalar] /Z.Cabbarzadə.-
Bakı: Yazıçı, 1985.- 160 s.
Elə bil ki, dünəndi...
/Z.Cabbarzadə.- Bakı:
Gənclik, 1989.- 139 s.
Şeirlər /Z.Cabbarzadə.-
Bakı: Uşaqgəncnəşr, 1951.-
20 s.
Uca dağlar başında:
[şeirlər və poemalar]
/Z.Cabbarzadə.- Bakı:
Gənclik, 1980.- 222 s.
Əhmədov, T. Azərbaycan ya-
zıçıları (XX-XXI yüzillikdə).-
Bakı, 2011.- S.1022.
İ n t e r n e t d ə
www.anl.az
www.kirimdernegi.org
31
320
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
9
110
illiyi
Reyhan Topçubaşova
1905-1970
DEKABR
Reyhan İbrahim qızı Topçubaşova
1905-ci il dekabr ayının 15-də Qu-
bada anadan olmuşdur. İlk təhsilini
Hacı Zeynalabdin Tağıyevin Bakıda
açdığı Qızlar məktəbində almışdır.
1923-cü ildə konservatoriyanın
fortepiano sinfinə qəbul olunma-
sına baxmayaraq, ailə həyatı qur-
ması və övladının dünyaya gəlməsi
ilə əlaqədar təhsilini başa vura
bilməmişdi. 1931-1935-ci illərdə
görkəmli rəssam Əzim Əzimzadənin
rəhbərlik etdiyi Azərbaycan Dövlət
Rəssamlıq Texnikumunda oxumuş-
dur.
Əsərləri 1936-cı ildən respubli-
ka sərgilərində nümayiş olunmağa
başlamışdır. Boyakarlığın portret
(“M.Ə.Sabir”, “Q.Almaszadə” və
s.), məişət (“Köhnə bazar”, “Toy”,
“Küçə” və s.) və mənzərə (“Qız qa-
lası”, “Dəniz”, “Mərdəkanın görünü-
şü”, “Gecə vaxtı dənizin mənzərəsi”
və s.) janrlarında gözəl əsərlər yarat-
mış, eləcə də süjetli kompozisiyalar
və natürmortlar çəkmişdir.
Mənzərə rəsmlərində Abşeron
təbiətinin təsviri əsas yer tutur. Rey-
han xanımın çəkdiyi əsərlərin hər
birində müəllimi Əzim Əzimzadənin
realist üslubu duyulurdu. Onun ya-
radıcılığı çoxşaxəli olmuş, bir çox
janrlarda əsərlər yaratmışdır.
Balerina Qəmər Almaszadənin
İncəsənət Muzeyinin daimi ekspo-
zisiyasında nümayiş olunan port-
reti də Reyhan xanımın yaradıcı-
lığının çoxşaxəli olmasının bariz
nümunəsidir. Yaşadığı dövrün, za-
manın bir çox hadisələrini gerçəkliyi
ilə əsərlərində təsvir edərək əbədiləş-
dirməyə nail olmuşdur.
Tanınmış
rəssamın “Köhnə
Bakı küçəsi”, “Şahdağ”, “Dəniz”
(Mərdəkandan görünüş), “Qa-
yıq”, N.Gəncəvinin “Xəmsə”sinə,
M.Ə.Sabirə həsr edilmiş əsərləri ona
böyük uğur gətirmişdir. Rəssamın
əsərləri hazırda İncəsənət Muzeyində
mühafizə olunur.
Reyhan xanımın təsviri incəsənət
sahəsində uğurlu işlərindən biri
də əsərlərində ustalıqla təsvir et-
diyi milli geyim eskizləri əsasında
mahnı və rəqs ansamblları üçün ge-
yim eskizləri işləməsidir. Hazırda
rəssamın evində 50-yə yaxın geyim
eskizi saxlanılır.
1941-1945-ci illərdə Azərbaycan
Rəssamlar İttifaqı İdarə Heyətinin
sədr müavini olmuşdur.
R.Topçubaşova 1943-cü ildə
“Əməkdar incəsənət xadimi” fəxri
adına layiq görülmüşdür. O, bu fəxri
adı alan ilk azərbaycanlı qadındır.
Reyhan xanım Topçubaşova uzun
sürən ağır xəstəlikdən sonra 1970-ci
il mart ayının 5-də, Bakıda vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Günay. Əməkdar
incəsənət xadimi adını
almış ilk azərbaycanlı
qadın /Günay //Paritet.-
2008.- 8-12 may.- S.16.
Reyhan Topçubaşova
(1905-1970) İzzət Seyi-
dova (1910-1973) /layih.
rəhb. Ç.Fərzəliyev.- Bakı,
2013.- S.8-42.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.books.google.com
www.kitabxana.net
15
Rəssam
Dostları ilə paylaş: |