321
Bəstəkar
Musiqi.Opera.Balet
85
illiyi
Tofiq Bakıxanov
1930
DEKABR
Tofiq Əhmədağa oğlu Bakıxa-
nov 1930-cu il dekabr ayının 8-də
Bakıda, görkəmli tarzən, respubli-
kanın Xalq artisti Əhməd Bakıxa-
novun ailəsində dünyaya göz açıb.
O, XIX əsrdə Azərbaycanın məşhur
alimi, tarixçisi, şairi və ictimai xa-
dimi Abbasqulu Ağa Bakıxanovun
(təxəllüsü Qüdsi) nəslindəndir.
Tofiq Bakıxanov ilk musi-
qi təhsilini Ü.Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatori-
yası (indiki Bakı Musiqi Akade-
miyası) nəzdindəki onillik musiqi
məktəbində (indiki Bülbül adına
orta ixtisas musiqi məktəbi) skripka
aləti üzrə respublikanın Əməkdar
müəllimi M.İ.Simberovdan al-
mışdır. Sonra Azərbaycan Dövlət
Konservatoriyasında təhsilini da-
vam etdirərək oranı iki ixtisas
üzrə - 1953-cü ildə skripka üzrə
professor A.N.Amitonun, 1957-
ci ildə bəstəkarlıq üzrə professor
Q.Qarayevin sinfini - bitirmişdir.
Tələbəlik illərində T.Bakıxanov
ifaçılıq fəaliyyəti ilə məşğul ola-
raq Azərbaycan Dövlət Simfonik
Orkestrində, həmçinin Azərbaycan
radiosunun simfonik orkestrində
solist kimi çalışmışdır.
T.Bakıxanovun yaradıcılığın-
da kamera-instrumental və simfo-
nik janrlı əsərlər üstünlük təşkil
edir. O, üç balet (“Xəzər balladası”,
“Şərq poeması” və “Xeyir və Şər”),
bəstəkar Nəriman Məmmədovla
birlikdə yazdığı 3 musiqili komediya
(“Altı qızın biri pəri”, “Məmmədəli
kurorta gedir”, “Qız görüşə tələsir”),
tar və müxtəlif alətlər ilə simfonik
orkestr üçün 25 konsert, 20 sonata,
5 simfonik muğam (“Nəva”, “Şah-
naz”, “Rahab”, “Humayun”, “Dü-
gah”), 8 simfoniya, 6 simfonik po-
ema, kamera musiqisi sahəsində 26
sonata, müxtəlif tərkibli ansambllar
üçün əsərlərin, 100-dən artıq mahnı
və romansın müəllifidir.
Bəstəkar
yarım əsrdən artıqdır ki,
Bakı Musiqi Akademiyasında gənc
nəslə musiqinin sirlərini öyrədir.
Professor Tofiq Bakıxanovun
çoxşaxəli yaradıcılığı dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmiş,
o, 1991-ci ildə “Xalq artisti” fəxri
adına layiq görülmüş, 2000-ci ildə
“Şöhrət” ordeni ilə, bir sıra medal-
lar və Fəxri fərmanlarla təltif edil-
mişdir.
Haqqında resenziyalar, monoq-
rafiyalar, silsilə məqalələr yazılmış,
“Tofiq Bakıxanov” adlı televiziya
filmi çəkilmişdir.
Bəstəkar bu gün də yorulmaq
bilmədən bir-birindən gözəl əsərlər
yaradaraq milli musiqi xəzinəmizi
zənginləşdirir.
Ə d ə b i y y a t
“Xeyir və Şər” baletindən
skripka və fortepiano üçün
köçürmələr: dərs vəsaiti
/T.Bakıxanov.- Bakı, 2010.-
44 s. (17 s.)
“Kəlam” gəzir dünyanı:
[L.Mirzəbəylinin sözlərinə
yazılmış musiqilər. For-
tepiano ilə oxumaq üçün]
/T.Bakıxanov.- Bakı, 2012.-
28 s.
Quzey Kıprıs fəsilləri: Quzey
Kıprıs suitaları: Kaman:
Skripka və fortepiano üçün
/T.Bakıxanov.- Bakı, 2014.-
70 s.
Abdullayev, A. Tofiq Bakı-
xanovun yaradıcılığında
xalq sevgisindən istifadənin
bəzi bədii prinsipləri
/A.Abdullayev //Musiqi dün-
yası.- 2012.- №2/51.- S.105.
Тофик Бакиханов: “Живу
музыкой”: [сборник]
/сост. О.Алиева; ред.
Г.Абдуллазаде; БМА им.
Уз.Гаджибейли.- Баку:
Мутарджим, 2014.- 463 с.
İ n t e r n e t d ə
www.anl.az
www.kirimdernegi.org
8
322
Müğənni
Musiqi.Opera.Balet
100
illiyi
Rəşid Behbudov
1915-1989
DEKABR
Rəşid Məcid oğlu Behbudov 1915-ci
il dekabr ayının 14-də Tiflisdə, xanəndə
Məcid Behbudalı oğlunun ailəsində
dünyaya gəlmişdir. Anası Firuzə xanım
Vəkilovlar nəslinə mənsub idi.
Uşaq yaşlarından məktəb xorunda
oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu
Texnikumuna daxil olmuşdur. Təhsil
illərində tələbə özfəaliyyət orkestrində
çalışmışdır.
Hərbi xidməti zamanı ordu ansamb-
lının solisti olan R.Behbudov, əsgəri
xidmətdən sonra Tiflis estrada qrupla-
rından birində solistlik etmişdir.
1945-ci ildə Bakı kinostudiyasında
Ü.Hacıbəylinin eyniadlı operettasının
motivləri əsasında çəkilən “Arşın mal
alan” filmində baş rol alan R.Behbudov
filmin nümayişindən sonra dünyanın 50-
dən artıq ölkəsində yaratdığı Əsgər obrazı
ilə təkrarsız səsi, yüksək musiqi duyumu
və zərif artistlik qabiliyyəti ilə tanınmış
və sevilmişdir. 1946-cı ildə bu rola görə
“Stalin mükafatı” ilə təltif olunmuş-
dur. 1949-cu ildə Budapeştdə keçirilən
Gənclərin və tələbələrin Ümumdünya
festivalının iştirakçısı olmuşdur.
1946-1956-cı illərdə Azərbaycan
Dövlət Filarmoniyasının, 1953-1960-
cı illərdə fasilələrlə Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti, 1957-
1959-cu illərdə Azərbaycan Dövlət Kon-
sert Ansamblının təşkilatçısı və rəhbəri
olmuşdur.
“Sevimli mahnı” (1958), “Bəxtiyar”,
“1001-ci qastrol” (1974) bədii filmlə-
rində, həmçinin “Doğma xalqıma”
(1954) bədii-sənədli filmdə çəkilmişdir.
1966-cı ildə Azərbaycan Dövlət Mahnı
Teatrını yaratmış və ömrünün sonunadək
teatrın solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı,
dünyanın 60-dan artıq ölkəsində qastrol
səfərlərində olmuş, Azərbaycan musiqisi-
ni layiqincə təbliğ etmişdir. Onun ifasın-
da “Azərbaycan” mahnısı Azərbaycanın
əbədi vizit kartına çevrilmişdir. Lirik
tenor səsə malik müğənninin repertua-
rında hind, alban, bolqar, türk, fars, ital-
yan xalq mahnıları öz ifa gözəlliyi ilə
seçilirdi. R.Behbudov Hindistana səfəri
haqqında “Uzaq Hindistanda” kitabını
yazmışdır.
O, Azərbaycan xalq mahnıları-
nı və dünya bəstəkarlarının əsərlərini
oxuyarkən yalnız ifaçı kimi deyil, həm
də yaradıcı kimi çıxış edirdi.
Azərbaycahn SSR Ali Sovetinə (III-
VI çağırış) deputat seçilmişdir.
Müğənninin yaradıcılığı
və
fəaliyyəti dövlət tərəfindən yüksək
qiymətləndirilmiş, 1959-cu ildə ona
“SSRİ Xalq artisti”, 1980-ci ildə “So-
sialist Əməyi Qəhrəmanı” fəxri adları
verilmişdir. SSRİ-nin “Lenin”, “Qırmı-
zı Əmək Bayrağı”, “Xalqlar Dostluğu”
ordenləri ilə təltif olunmuş, bir sıra xa-
rici ölkələrin dövlət mükafatlarına layiq
görülmüşdür.
1996-cı ildə onun adına poçt markası
buraxılmışdır.
Rəşid Behbudov 1989-cu il iyun ayı-
nın 9-da, Moskva şəhərində vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Uzaq Hindistanda
/R.Behbudov; red.
Y.Məmmədov.- Bakı:
Uşaqgəncnəşr, 1952.-
56 s.
Behbudov Rəşid Məcid
oğlu //Azərbaycan Sovet
Ensiklopediyası: on
cilddə.- Bakı, 1978.-
C.II.- S.129.
Səməd, M .Yaddaşımızın
yaşıdları /M.Səməd.-
Bakı, 2003.- S.105-117.
Şərif, A. Əbədi bərq
vuran ulduz XX əsr
//Şərif Ə. Azərbaycanın
yaradıcı nəsilləri.-
Bakı, 2007.- S.37-39.
Гордость
азербайджанского
народа /сост.
И.Эфендиева.- Баку:
Şərq-Qərb, 1996.-
112 s.
İ n t e r n e t d ə
www.anl.az
14
Dostları ilə paylaş: |