Teqvim-2015. pdf


340 338 341 338 337 Texnika.Mühəndis işi



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə143/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   139   140   141   142   143   144   145   146   ...   173

316
340
338
341
338
337
Texnika.Mühəndis işi
Texnika elmləri doktoru, professor Abbasov Vaqif Abbas oğlunun 
(04.12.1945) anadan olmasının 70 illiyi
Akademik İbrahimov İsmayıl Əli oğlunun (31.12.1915) anadan olmasının 
100 illiyi 
Kitabxanaşünaslıq.Biblioqrafiya
Pedaqogika üzrə fəlsəfə doktoru, publisist, şair Aslan Knyaz İlyas oğlunun  
(25.12.1960) anadan olmasının 55 illiyi
Tarixdə bu gün
QİÇS-ə Qarşı Mübarizə Günü (01.12.1988)
Bеynəlxalq Əlillər Günü (03.12.1992)
Azərbaycan Milli Arxiv İdarəsinin (06.12.1920) yaranmasının 95 illiyi 
Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı  
(06.12.2006)
Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (12.12.)
Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda  Milli 
Hökumətin  (12.12.1945 ) yaradılmasının 70 illiyi
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının 
(16.12.2005) 10 ili
Beynəlxalq təqvim və  saat qəbul edilmişdir (25.12. 1925 )
Xankəndinin işğalı günü (28.12.1991)
28 dövlətin iştirakı ilə Dünya Bankı qurulmuşdur (27.12.1945)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)
 
336
339
342


317
Milli ədəbiyyat 
110 
illiyi
Osman Sarıvəlli
1905-1990 
DEKABR
Osman Abdulla oğlu Qurbanov 
(Osman Sarıvəlli) 1905-ci il dekabr 
ayının 17-də Azərbaycanın Qazax ra-
yonunun II Şıxlı (Sarıvəlli) kəndində 
anadan olmuşdur. Orta təhsilini Qa-
zax Müəllimlər Seminariyasında al-
dıqdan sonra 1929-1938-ci illərdə 
Göyçay rayonunun Qaraməryəm və 
Bığır kənd  məktəblərində müəllimlik 
etmiş, 1929-1932-ci illərdə ikinci 
Moskva Dövlət Universitetinin filo-
logiya fakültəsində  təhsilini davam 
etdirmişdir. 1932-1935-ci illərdə Bakı 
Pedaqoji Texnikumunda müəllim, 
1939-1940-cı illərdə Bakı Teatr Tex-
nikumunda müdir, 1941-1942-ci 
illərdə  Təbrizdə  çıxan “Vətən yo-
lunda” qəzeti redaksiyasında məsul 
katib, Azərbaycan EA Nizami adına 
Dil və Ədəbiyyat İnstitutunda müdir 
müavini, “Ədəbiyyat” qəzetinin re-
daktoru, “Uşaqgəncnəşr”də redaktor, 
Azərbaycan Sovet Yazıçılar İttifaqın-
da şeir üzrə məsləhətçi vəzifələrində 
çalışmışdır.   
  Ədəbi fəaliyyətə 1928-ci ildə 
“Gənc işçi” qəzetində  çıxan “Ayaq-
sıza” şeiri ilə başlamış, 1934-cü ildə 
“Dəmir sətirlərim” adlı ilk şeirlər 
kitabını çap etdirmişdir. Daha sonra 
“Bənövşə” (1940), “Gənclik eşqi” 
(1946), “Şeirlər”  (1948), “Yeni 
dünyanın qapısı”  (1950), “Balaca 
dostlar” (1955), “Sabahı yaradan-
lar” (1970), “Hər kim yüz il yaşa-
masa” (1976), “Seçilmiş əsərləri” (II 
cilddə. 1986-1987), “Kür qırağın-
da” (1987), bütövlükdə isə 26 adda 
kitabı  işıq üzü görmüşdür. Dövri 
mətbuatda müntəzəm olaraq çıxış-
lar etmiş,  əsərləri xarici ölkə xalq-
larının dillərinə  tərcümə olunmuş-
dur.  Özü isə Nizami Gəncəvinin, 
Əfzələddin  Xaqaninin, Viktor Hüqo-
nun, Nazim Hikmətin, A.S.Puşkinin, 
N.A.Nekrasovun, T.Q.Şevçenkonun, 
N.Tixonovun, K.Simonovun, 
 
Y.Çarensin və başqalarının bir sıra 
əsərlərini, Sofoklun “Antiqona” 
faciəsini dilimizə çevirmişdir. Dünya 
xalqlarının sülh, demokratiya və azad-
lıq uğrunda mübarizəsi, beynəlxalq 
imperializmin ifşası Sarıvəlli poe-
ziyasının başlıca mövzuları idi. Şair 
xalq yaradıcılığının təbliği, aşıqların 
əsərlərinin tərtibi və tədqiqi sahəsində 
də fəaliyyət göstərmişdir. 
1937-ci ildən Azərbaycan Yazıçı-
lar Birliyinin üzvüdür.
1977-ci ildə ona “Azərbaycanın 
Xalq şairi” fəxri adı verilmişdir. “Qır-
mızı Əmək Bayrağı”, “Xalqlar Dost-
luğu”, “Şərəf nişanı” ordenləri və 
Fəxri fərmanlarla  təltif edilmişdir.
Osman Sarıvəlli 1990-cı il iyul 
ayının 3-də Bakıda vəfat etmiş, do-
ğulduğu kənddə dəfn edilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 
[şeirlər, poemalar]: 
iki cilddə /O.Sarıvəlli.- 
Bakı: Azərnəşr,  1986.- 
C.I.- 448 s.
Seçilmiş əsərləri: iki 
cilddə /O.Sarıvəlli.-  
Bakı: Azərnəşr, 1987.- 
C.II.- 445 s.
Bizim babalar, bizim 
nəvələr: [şeirlər və 
poemalar] /O.Sarıvəlli.- 
Bakı: Gənclik, 1980.-   
84 s.
Kür qırağında: [şeirlər 
və mənzum dram]           
/O.Sarıvəlli.- Bakı: Yazı-
çı, 1987.- 348 s.
Mən sabaha gedirəm  
/O.Sarıvəlli.- Bakı: Yazı-
çı, 1979.- 232 s.
Hər kim yüz il yaşa-
masa /O.Sarıvəlli; red. 
M.Seyidzadə.- Bakı: 
Gənclik, 1976.- 190 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.azerbaycanevi.com
www.bakunights.net
17
Şair


318
DEKABR
6
Milli ədəbiyyat 
80 
illiyi
Yusif Səmədoğlu 
1935-1998 
DEKABR
Yusif Səməd oğlu Vəkilov 1935-ci 
il dekabr ayının 25-də Bakı şəhərində 
Xalq şairi Səməd Vurğunun ailəsində 
anadan olmuşdur.  
44 saylı Bakı şəhər orta məktəbini 
bitirərək 1953-cü ildə Moskvada Ya-
zıçılar  İttifaqı  nəzdindəki M.Qorki 
adına  Ədəbiyyat  İnstitutuna daxil 
olmuş, 1957-1958-ci illərdə  həmin 
institutun dördüncü kursundan ADU-
nun  filologiya fakültəsinin beşinci 
kursuna dəyişilmişdir. 
Əmək fəaliyyətinə 1958-1959-cu 
illərdə “Kommunist” qəzeti redak-
siyasında tərcüməçi-redaktor kimi 
başlamışdır. 
1959-cu ildə “Azərbaycan” jur-
nalı redaksiyasında  ədəbi işçi, 
1960-1965-ci illərdə  həmin redak-
siyada Nəsr şöbəsinin müdiri, 1965-
1969-cu illərdə C.Cabbarlı adına 
“Azərbaycanfilm” kinostudiyasında 
kinostudiyanın Ssenari redaksiya 
heyətinin üzvü, ssenari redaksiya 
heyətinin baş redaktoru, 1969-1976-
cı illərdə “Azərbaycanfilm” kinos-
tudiyasının direktor müavini, 1976-
1987-ci illərdə “Ulduz” jurnalının 
baş redaktoru olmuş, 1987-ci ildən 
“Azərbaycan” jurnalının baş redak-
toru vəzifəsində çalışmışdır. 
1991-ci ildə Azərbaycan Yazıçılar 
Birliyi katibliyi heyətinə (nəsr üzrə 
katib) seçilmişdir. 
Bədii yaradıcılığa 1953-cü ildə 
“Azərbaycan gəncləri” qəzetində 
çıxan “Qanlı çörək”  adlı ilk mətbu 
hekayəsi ilə başlamışdır. Nasirin 
“220 nömrəli otaq” (1960), “Qalak-
tika” (1973), “Qətl günü” (1987) və 
“Seçilmiş  əsərləri” (2005) kitabları 
çapdan çıxmışdır. Dövri mətbuatda 
vaxtaşırı çıxış etmişdir. Onun “Yeddi 
oğul istərəm” ssenarisi əsasında film 
çəkilmişdir. 
“Qətl günü” romanına görə 1987-
ci ildə SSRİ Yazıçılar İttifaqının mü-
kafatına  layiq görülmüşdür. 
1972-1974-cü illərdə bir sıra xarici 
ölkələrdə yaradıcılıq ezamiyyətində 
olmuşdur. 
1958-ci ildən Azərbaycan Ya-
zıçılar Birliyinin üzvü idi. 1970-ci 
ildə  Azərbaycan Komsomolu mü-
kafatı laureatı olmuş, 1980-ci ildə 
“Azərbaycanın  Əməkdar incəsənət 
xadimi” fəxri adına layiq görülmüş-
dür. 1990-cı ildə  Azərbaycan Res-
publikası Ali Sovetinin deputatı se-
çilmişdir.
Yusif Səmədoğlu 1998-ci il av-
qust ayının 17-də Bakıda vəfat etmiş, 
Fəxri Xiyabanda dəfn edilmişdir. 
Ə d ə b i y y a t
Seçilmiş əsərləri 
/Y.Səmədoğlu.- Bakı: Şərq-
Qərb, 2005.- 320 s.
220 nömrəli 
otaq: [hekayələr] 
/Y.Səmədoğlu.- Bakı: 
Uşaqgəncnəşr, 1960.-79 s.
Qalaktika: [hekayələr] 
/Y.Səmədoğlu.- Bakı: 
Gənclik, 1973.- 56 s.  
Qətl günü: [roman] 
/Y.Səmədoğlu.- Bakı: 
Yazıçı, 1987.- 183 s. 
Əhmədov, T. Azərbaycan 
yazıçıları (XX-XXI 
yüzillikdə): [ensiklopedik        
məlumat kitabı].- Bakı, 
2011.- S .1005. 
Həbibbəyli, İ. Azərbaycan 
ədəbiyyatında Səməd 
Vurğun məktəbi 
və Səmədoğlular 
/İ.Həbibbəyli //Ədəbiyyat 
qəzeti.- 2008.- 1 fevral.- 
S.3. 
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.kataloq.net
25
Yazıçı


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə