Teqvim-2015. pdf


Tarixdə bu gün Qarakənd faciəsi



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə140/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   136   137   138   139   140   141   142   143   ...   173

309
Tarixdə bu gün
Qarakənd faciəsi 
1991
NOY
ABR
Qarakənd faciəsi və ya 20 noyabr faciəsi - 
1991-ci il 20 noyabrda Xocavənd rayonunun 
Qarakənd kəndinin yaxınlığında, Ağdam rayo-
nunun Mərzili kəndi ərazisində hərbi vertolyotun 
erməni quldurları  tərəfindən vurulduğu gündür. 
Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan 
Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də 
saat 14:42 radələrində vurulmuşdu. Faciə haqqın-
da ilkin məlumat Prezident Aparatına saat 19:55-
də çatmış, lakin nə qədər maraqlı olsa da bu faciə 
haqqında xəbər Xankəndindən erməni dilində ya-
yımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər 
bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin 
gün bu məlumatı saat 16:15-də Tehran radiosu, 
17:00-da Moskva radiosu açıqlamışdı.
1991-ci il noyabr ayının 20-də Xocavənd ra-
yonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 
hərbi helikopterinin erməni silahlıları  tərəfindən 
atəşə tutulması  nəticəsində heyət və  sərnişinlər 
– Azərbaycanın görkəmli dövlət və hökumət 
nümayəndələri, Rusiya və Qazaxıstandan olan 
müşahidəçilər – dövlət katibi Tofiq Kazım oğlu 
İsmayılov, Baş prokuror İsmət  İsmayıl oğlu Qa-
yıbov, dövlət müşaviri Məhəmməd Nəbi oğlu 
Əsədov, Baş nazirin müavini Zülfi Saleh oğlu Ha-
cıyev, deputatlar Vaqif Cəfər oğlu Cəfərov və Vəli 
Hüseyn oğlu Məmmədov, Prezidentin İcra Apara-
tının şöbə müdiri Osman Hüseyn oğlu Mirzəyev, 
nazir müavini Qurban Hüseyn oğlu Namazəliyev, 
DQMV prokuroru İqor Aleksandroviç Plavski, 
DQMB Daxili İşlər İdarəsinin rəisi Vladimir Vla-
dimiroviç Kovalyov, Dağlıq Qarabağ üzrə milli 
təhlükəsizlik  şöbəsinin rəisi Sergey Semyonoviç 
İvanov, fövqəladə vəziyyət rayonunun komendan-
tı Nikolay Vladimiroviç Jinkin, Qazaxıstan daxili 
işlər nazirinin müavini Sanlal Dasumoviç Serikov, 
milis general-mayoru Mixail Dmitriyeviç Luka-
şov, polkovnik-leytenant Oleq Nikoloyeviç Ko-
çerev, dövlət katibinin köməkçisi Rafiq Məmməd 
oğlu Məmmədov, telejurnalist Alı Mustafa oğlu 
Mustafayev, AzTV-nin işıqçısı Arif İsmayıl oğlu 
Hüseynzadə, videooperator Fəxrəddin  İbrahim 
oğlu Şahbazov, vertolyot heyətinin komandiri Vya-
çeslav Vladimiroviç Kotov, heyət üzvləri Gennadi 
Vladimiroviç Domov, Dmitri Borisoviç Yaroven-
ko həlak olmuşlar.
Əvvəlcə  rəsmi olaraq helikopterin dumana 
düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə 
də, bir neçə gündən sonra onun vurulması faktı 
təsdiqlənmişdi.
Üstündən iyirmi dörd il keçməsinə baxmaya-
raq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara 
bu günə qədər aydınlıq gətirilməmişdir. Məsələn, 
nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda 
bir helikopterdə toplanmışdır? Nə üçün döyüş 
zonasında mühafizə üçün onu hərbi helikopter 
müşayiət etməmişdir? Uçuşun dəqiq marşrutu-
nu ermənilər haradan bilmişdir? Yeri gəlmişkən, 
həmin məlumata yalnız Qarabağda sovet silahlı 
qüvvələrinin komandanlığı malik olmuşdu. He-
likopterin vurulduğu raketin mənbəyi də  məlum 
deyil. Qarabağda o zaman ən çox istifadə edilən 
silah təyyarəvuran zenit raketləri və eyninövlü 
“Alazan” raketləri idi. İstilik raketlərindən istifadə 
edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və 
zədəsiz qalan qara qutudakı lentin “yanması” da 
qaranlıq məsələ olaraq qalmışdır.
Bu terror aktı ilə erməni separatçıları özlərinin 
terrorçu mahiyyətini bir daha sübut etmişdilər. 
Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qar-
nizon Prokurorluğu tərəfindən cinayət işi açılmış, 
istintaqın aparılması Respublika Prokurorluğuna 
verilmişdir. Hazırda isə cinayət işi üzrə istintaq 
dayandırılmış və buna səbəb terror aktının baş ver-
diyi ərazinin Ermənistan silahlı qüvvələrinin işğalı 
altında olmasıdır.
20


310
Tarixdə bu gün
Ədliyyə İşçilərinin Peşə Bayramı Günü 
2000
NOY
ABR
Azərbaycanda  ədliyyə sistemi-
nin xalqımızın müstəqillik uğrunda 
mübarizəsini, onun şanlı keçmişini 
əks etdirən zəngin tarixi vardır. 
Müstəqil dövlətimizin  ədliyyə 
tarixinin  ən  şərəfli anları 1918-ci 
ildə Azərbaycan Demokratik Res-
publikasının yaranması ilə başla-
nır. Belə ki, Ədliyyə Nazirliyinin 
təsis edilməsinə xüsusi əhəmiyyət 
verilərək 1918-ci il may ayının 
28-də - Azərbaycan Demokratik 
Respublikasının elan edildiyi gün 
Ədliyyə Nazirliyi də yaradılmışdır.
Ədliyyə Nazirliyinin yenidən 
yaradılması görkəmli dövlət xadi-
mi, ümummilli lider, cənab Heydər 
Əliyevin Azərbaycana rəhbərlik et-
diyi dövrə təsadüf edir. Belə ki, 27 
oktyabr 1970-ci ildə Azərbaycan 
SSR Ali Sovetinin qərarı ilə Ədliyyə 
Nazirliyi təsis edilmişdi və bununla 
da Azərbaycan  ədliyyə tarixində 
yeni mərhələ başlanmışdır. Ədliyyə 
Nazirliyi sabit fəaliyyət göstərərək 
məhkəmə orqanlarına təşkilati 
rəhbərliyi həyata keçirmiş,  əhaliyə 
hüquqi yardımı yaxşılaşdırmış, no-
tariat fəaliyyətinin və  məhkəmə 
ekspertizalarının aparılmasını 
təmin etmiş, ümumiyyətlə, ədliyyə 
işi təkmilləşdirilərək onun gələcək 
inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət 
müstəqilliyi əldə etdikdən və cənab 
Heydər  Əliyev ölkə  rəhbərliyinə 
gəldikdən sonra ədliyyə orqanlarının 
işinin müasir tələblər səviyyəsinə 
qaldırılması üçün əsaslı  tədbirlər 
həyata keçirildi, Ədliyyə Nazirliyi-
nin cəmiyyətdə rolu və əhəmiyyəti 
artdı, səlahiyyət dairəsi genişləndi.
Ədliyyə 
işçilərində 
və 
hakimlərdə  mənəvi stimul yaradıl-
ması məqsədilə onların  peşə  bay-
ramı gününün müəyyən edilməsinə 
təşəbbüs göstərilərək 22 noyabr 
- 1918-ci ildə Azərbaycan Demok-
ratik Respublikası Ədliyyə Nazirli-
yinin Əsasnaməsinin təsdiq edildi-
yi  günün Ədliyyə İşçilərinin Peşə 
Bayramı Günü kimi təsis edilməsi 
üçün dövlət başçısına müraciət edil-
miş  və  cənab Heydər  Əliyevin 11 
noyabr 2000-ci il tarixli Sərəncamı 
ilə 22 noyabr Ədliyyə  İşçilərinin 
Peşə Bayramı Günü kimi müəyyən 
edilmişdir.
Ə d ə b i y y a t
Həsənov, K. Ədliyyə sis-
temi daim təkmilləşir: 22 
noyabr Ədliyyə İşçilərinin 
Peşə Bayramı Günüdür 
/K.Həsənov //Respublika.- 
2013.- 19 noyabr.- S.10. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.xalqqazeti.com
22
7


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə