Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə138/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   134   135   136   137   138   139   140   141   ...   173

305
NOY
ABR
5
Kimya.Biologiya.Tibb
75 
illiyi
Abasqulu Quliyev
1940 
NOY
ABR
Abasqulu Məmməd oğlu Quli-
yev 1940-cı il noyabr ayının 13-də 
Ermənistan Respublikası  Şaumyan ra-
yonu Razdan qəsəbəsində anadan ol-
muşdur.
Bakı Dövlət Universitetinin kimya 
fakültəsində  təhsil almış, sonra Sum-
qayıt şəhərində “Səthi aktiv maddələr” 
zavodunda işləmişdir. 
1964-1968-ci illərdə keçmiş SSRİ 
Elmlər Akademiyasının (indiki AMEA) 
Yüksək Molekullu Birləşmələr İnstitu-
tunun (Sankt-Peterburq) aspirantura-
sında təhsilini davam etdirmişdir. 
1970-ci ildə namizədlik, 1987-ci 
ildə “Viniltsiklopropanlar birləşmə, 
telomerləşmə  və polimerləşmə reak-
siyalarında” mövzusunda doktorluq 
dissertasiyası müdafiə etmişdir. Onun 
əsas tədqiqat obyekti funksional əvəzli 
viniltsiklo propanların birləşmə və izo-
merizasion polimerləşmə reaksiyaları-
nın elmi əsaslarının yaradılması, kar-
ben və tsiklopropan kimyasının inkişaf 
etdirilməsindən ibarətdir. Onun elmi 
araşdırmaları  nəticəsində viniltsiklop-
ropanların polimerləşməsinin mexa-
nizm barədə ümumi mülahizə forma-
laşdırmış, onların polimerləşməsinin 
aralıq mərhələdə əmələ gələn tsikloalkil 
radikallarının qruplaşması ilə getməsi 
barədəki konsepsiya təsdiq edilmiş-
dir. Praktiki əhəmiyyət kəsb edən 
karbo- və heterozəncirin alınmasının 
ümumi prinsipi yaradılmış  və yüksək 
litoqrafik göstəricilərə malik yeni foto-
elektronrezistorlar işlənib hazırlanmış-
dır.
Pedaqoji fəaliyyətlə  məşğul olan 
Abasqulu müəllim 1997-2000-ci illərdə 
Azərbaycan Dövlət Neft Akademiya-
sında dərs demişdir.
Professor A.Quliyev keçmiş Sovet 
İttifaqında, Türkiyədə keçirilən bir sıra 
Beynəlxalq konfransların iştirakçısı 
olmuş  və  məruzələrlə  çıxış etmişdir. 
300-ə yaxın elmi əsərləri çapdan çıx-
mış, onlardan yarısı xarici mətbuatda 
dərc edilmişdir. Macarıstan, Bolqarıs-
tan,  İngiltərə, Almaniya, Braziliya və 
İspaniyada keçirilən konfransların ma-
teriallarında elmi əsərləri dərc edilmiş-
dir. 62 müəlliflik  şəhadətnaməsi və 1 
patentin müəllifidir. 
Görkəmli alim kadr hazırlığı ilə 
məşğul olmuş, 5 elmlər namizədinin, 
2 elmlər doktorunun yetişməsinə 
rəhbərlik etmişdir.
O, Azərbaycan Respublikası Prezi-
denti yanında Ali Attestasiya Komissi-
yasının kimya elmləri üzrə Ekspert Şura-
sının üzvüdür. 2007-ci ildə Azərbaycan 
Milli Elmlər Akademiyasının müxbir 
üzvü, 2005-ci ildən Azərbaycan Res-
publikasının Əməkdar elm xadimidir. 
Ə d ə b i y y a t
Polymerizaton of p-(2-
functionally substituted)
cyclopropyl styrenes and 
synthesis of new photo- and 
electronsensitive polymers 
/A.Guliyev //A New Interna-
tional Polymer Conference 
“Partnership in Polymers”, 
Cambridge, 1996.
Synthesis and Investigation 
of properties of cyclopropa-
ne containing polyacrilates. 
/A.Guliyev //International 
Polymer Conference SCI 
“Polymers in the Third Mil-
lenium”, Montpellier, 2001.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.science.gov.az
13
Alim


306
Tarixdə bu gün
Azərbaycan Bayrağı Günü
 2009
NOY
ABR
Azərbaycan Respublikasının Dövlət 
Bayrağı haqqında ilk hökumət qərarı 
1918-ci il iyunun 24-də verilmişdir. 
Həmin qərara görə Azərbaycan bayrağı-
nı qırmızı materialdan, üstündə ağ aypara 
və qırmızı fonda ağ səkkizguşəli ulduzun 
təsviri verilmiş bayraq kimi qəbul etmək 
nəzərdə tutulmuşdu. Bu qərar qəbul 
edilərkən Azərbaycan hökuməti hələ 
Gəncə  şəhərində yerləşirdi. Hökumət 
Bakıda yalnız 15 sentyabr - şəhər 
türk qoşunlarının köməyi ilə düşmən 
qüvvələrdən təmizləndikdən sonra 
fəaliyyət göstərə bilmişdi. Azərbaycan 
Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə 
başlamasından az sonra, bayraq haqqın-
da ikinci qərar qəbul edilmişdi.
1918-ci il noyabr ayının 9-da 
 
Azərbaycan Xalq Cümhuriyyəti 
Nazirlər  Şurası milli bayraq haqqında 
qərar vermişdir. Nazirlər Şurasının sədri 
Fətəli Xan Xoyskinin imzaladığı həmin 
qərarda deyilir: “Milli bayraq kimi yaşıl, 
qırmızı, mavi rənglərdən, ağ aypara və 
səkkizguşəli ulduzdan ibarət olan bayraq 
qəbul edilsin”.
1920-ci il aprelin 28-də Xalq 
Cümhuriyyəti süqut etdikdən və So-
vet hakimiyyəti qurulduqdan sonra 
Azərbaycanda bu bayraqdan imtina edil-
mişdir.
İkinci dəfə 1990-cı il noyabrın 17-
də Naxçıvan Muxtar Respublikası Ali 
Məclisinin qərarı ilə bu bayraq bərpa 
edilmiş  və Muxtar Respublikanın dövlət 
bayrağı kimi qəbul edilmişdir. Naxçı-
van Muxtar Respublikası Ali Məclisi 
Azərbaycan SSR Ali Soveti qarşısında 
üçrəngli bayrağın Azərbaycanın rəsmi 
dövlət rəmzi kimi tanınması haqqında 
vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azər-
baycan Respublikası Ali Soveti Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin 
vəsatətinə baxmış  və üçrəngli bayrağın 
Azərbaycanın dövlət bayrağı kimi qəbul 
edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət 
bayrağı  bərabər enli üç üfüqi zolaqdan 
ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq 
qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi 
rəng - Azərbaycan xalqının türk mənşəli 
olmasını, qırmızı rəng - müasir cəmiyyət 
qurmaq, demokratiyanı inkişaf etdirmək 
istəyini, yaşıl rəng - islam sivilizasiyası-
na mənsubluğunu ifadə edir. Qırmızı zo-
lağın ortasında bayrağın hər iki üzündə 
ağ  rəngli aypara ilə  səkkizguşəli ulduz 
təsvir edilmişdir. Bayrağın eninin uzun-
luğuna nisbəti 1:2-dir. 
Azərbaycan bayrağının dalğalandığı  
dirək dünyada ən hündür bayraq dirəyi 
hesab olunur. “Ginnes”in dünya rekord-
ları  təşkilatı Azərbaycan dövlət bayra-
ğı dirəyinin dünyada ən hündür bayraq 
dirəyi olduğunu təsdiq edib.
Qeyd edək ki, bayrağın çəkisi 350 
kiloqramdır. İnşa olunmuş dayağın hün-
dürlüyü isə 162, bünövrəsinin diametri 
3,2, bünövrənin üst hissəsinin diametri 
isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 
220 tondur.
Prezident İlham Əliyev 2009-cu il 17 
noyabr tarixli Sərəncamla noyabr  ayı-
nın 9-nu Azərbaycanda Dövlət Bayrağı 
Günü elan etmiş  və bu bayram ölkədə 
qeyri-iş günü olan bayramların siyahısı-
na daxil edilmişdir.
Ə d ə b i y y a t
Əhmədov, S. Azərbaycan 
Respublikasının Dövlət 
Bayrağı /S.Əhmədov, 
V.Məmmədov; elmi 
red. və ön sözün müəl. 
N.Vəlixanlı.- Bakı: Mega 
basım, 2010.- 153 s.
Əroğul, Ə. Azərbaycan 
bayrağı /Ə.Əroğlu         
//Respublika.- 2011.- 1 
yanvar.- S.2.
Mirzəbəyli, E. Bir 
Millət - Bir Bay-
raq! /E.Mirzəbəyli                  
//Xalq cəbhəsi -2010.- 4 
noyabr.- S.3.
Turan, A. Azərbaycan 
bayrağında Ay-ulduz 
/A.Turan //Türküstan.- 
2013.- 21-27 iyul.- S.9.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaycanli.org
www.gov.az
www.mct.gov.az
9


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə