Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə135/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   131   132   133   134   135   136   137   138   ...   173

299
Milli Qəhrəmanlar
55 
illiyi
Gültəkin Əsgərova 
1960-1992 
NOY
ABR
Gültəkin Məlik qızı  Əsgərova 
1960-ci il noyabr ayının 20-də Bakı 
şəhərində anadan olmuşdur. 
1978-ci ildə  Nərimanov rayo-
nundakı 200 saylı orta məktəbi  əla 
qiymətlərlə başa vurmuşdur.
1989-ci ildə Azərbaycan Dövlət 
Tibb İnstitutunu bitirmişdir. 
Əmək fəaliyyətinə  8№-li təcili 
yardım stansiyasında başlamış, 1991-
ci ildən Uroloji kliniki xəstəxanada 
işləmişdir. 
Gültəkin Əsgərova 1992-ci ilin ap-
rel ayından konüllü cəbhəyə yollan-
mış, Turşsu,  Şuşa xəstəxanalarında, 
Ağdamın Mahrızlı  kəndindəki hos-
pitalda hərbi həkim kimi fəaliyyət 
göstərmişdir. 
20 iyun 1992-ci ildə Aranzəmin-
Naxçıvanik istiqamətində gedən ağır 
döyüşdə öz xidməti borcunu yerinə 
yetirərkən qəhrəmancasına həlak ol-
muşdur.
Azərbaycan Respublikası Pre-
zidentinin 20 noyabr 1993-cü il ta-
rixli 31 saylı  Fərmanı ilə  Əsgərova 
Gültəkin Məlik qızı ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Bakı  şəhərinin  Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir. Oxuduğu 200 
saylı orta məktəbə onun adı verilmiş, 
büstü qoyulmuşdur. Xəzərdə üzən 
gəmilərdən biri qəhrəmanın adını da-
şıyır, gəmidə muzeyi yaradılmışdır.
Bakıda Nərimanov rayonundakı 
xəstəxananın önündə büstü qoyulmuş-
dur. Yaşadığı Mustafa Kamal Atatürk 
prospekti 2a ünvanındakı binaya xatirə 
lövhəsi vurulmuşdur.
Elm və  Təhsil Mərkəzi Təfəkkür 
Universitetinin Tibbi biologiya kafed-
rası milli qəhrəmanın adını daşıyır, ka-
fedrada xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Gültəkin Məlik qızı Əsgərovaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Tibb xidməti baş leytenantı - Azərbaycan 
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, yaralı əsgərlərin həyatının xilas edilməsində göstərdiyi şəxsi 
igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 20 noyabr 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin 
Məlumatı.- 1993.- № 3.- S.9.- (Ölümündən sonra).
Xanməmmədli, Ə. Gültəkin /Ə.Xanməmmədli.- Bakı: Nicat, 1997.- 47 s.
Əsgərov, V. Əsgərova Gültəkin Məlik qızı //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.99.
Əsgərova Gültəkin Məlik qızı (1960-1992) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.-Bakı, 2008.- S.70.
Seyidzadə, M. Əsgərova Gültəkin Məlik qızı /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.70.
İ n t e r n e t d ə
www.adam.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.qazax-ih.gov.az
20
Milli Qəhrəman


300
NOY
ABR
2
Milli Qəhrəmanlar 
50 
illiyi
Yuri Kovalyov 
1965-1991  
NOY
ABR
Yuri Petroviç Kovalyov 1965-ci il 
noyabr ayının 29-da Göyçay rayonunda 
anadan olmuşdur. 
1972-ci ildə ailəsi ilə birgə Rusiya-
nın Krasnodar vilayətinə köçmüş, 5 
ildən sonra Bakıya qayıtmışdır. 
1981-ci ildə Bakı  şəhərinin Nizami 
rayonundakı 229 saylı tam orta məktəbə 
daxil olmuşdur. 
1983-1985-ci illərdə Sovet Ordusu 
sıralarında xidmət etmişdir. 
Dənizçi olmaq arzusu ilə 1987-ci ildə 
Qırmızı Bayraqlı Dəniz Donanmasının 
109 saylı miçmanlar və praporşiklər 
məktəbinə daxil olmuşdur.
1990-cı ildə  DİN xüsusi təyinatlı 
polis bölməsinə  qəbul olunmuş, bir 
çox döyüş bölgələrində iştirak etmiş və 
qəhrəmanlığı ilə fərqlənmişdir. 
1991-ci il oktyabr ayının 3-də 
digər Omonçu dostları - Sergey Barı-
nin, Andrey Kudenin, Aleksandr Ab-
ramovla birlikdə  Ağdam  ərazisində 
Xocavənddən növbəti tapşırıqdan qayı-
danda içində olduqları “UAZ” markalı 
avtomobili ermənilər fasiləsiz olaraq 
atəşə tutmuş, Yuri həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin sərəncamı ilə Azərbaycan Res-
publikasının suverenliyi və ərazi bütöv-
lüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində 
göstərdiyi  şəxsi igidlik və  şücaətə 
görə Yuri Kovalyova 5 iyun 1992-ci il 
tarixində “Azərbaycan Respublikasının 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Kovalyov Yuri Petroviç - XTMD milis starşinası – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 
əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 
6 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.24.- (Ölümündən sonra).
Əsgərov, V. Kovalyov Yuri Petroviç //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.154.
Kovalyov Yuri Petroviç (1965-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.-Bakı, 2008.- S. 114-115.
Seyidzadə, M. Kovalyov Yuri Petroviç /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.117.
İ n t e r n e t d ə
www.adam.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.qazax-ih.gov.az
www.milliqahraman.az
29
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə