Teqvim-2015. pdf


Milli Qəhrəman Milli Qəhrəmanlar 55



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə148/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   144   145   146   147   148   149   150   151   ...   173

327
Milli Qəhrəman
Milli Qəhrəmanlar
55 
illiyi
Niyazi Aslanov  
1960-1992  
DEKABR
Niyazi Şərəfxan oğlu Aslanov 1960-
cı il dekabr ayının 25-də Goranboy ra-
yonunun Tap Qaraqoyunlu kəndində 
anadan olmuşdur. 
Burada orta məktəbi bitirdikdən son-
ra, 1979-1981-ci illərdə Rusiyanın Altay 
vilayətində  hərbi xidmətdə olmuşdur. 
Ağdam Kənd Təsərrüfatı Texnikumunda 
təhsil almış, oxuduğu müddətdə  əmək 
fəaliyyəti ilə də məşğul olmuşdur. 
1989-cu ildə Goranboy rayonunda 
yaradılan özünümüdafiə  dəstəsinə qo-
şulmuşdur. Yoldaşları ilə birlikdə sıradan 
çıxmış iki tankı təmir etmiş, bu tanklarla 
nəinki Tap Qaraqoyunlu kəndini, hətta 
qonşu kəndləri da layiqincə müdafiə 
etmişdilər. 
Niyazi Aslanoov Şəfəq, Gürzalı-
lar, Todan, Sarısu, Tərtər və  Ağdam 
şəhərinin müdafiəsində  fəal iştirak et-
mişdir. 1992-ci il mayın 4-də Tap Qa-
raqoyunlu kəndi yaxınlığında gedən 
döyüşlərdə Niyazi komandiri İsfəndiyar 
Əsədovu xilas edərkən qəhrəmancasına 
həlak olmuş,   doğulub boya-başa  çat-
dığı Tap Qaraqoyunlu kəndində  dəfn 
edilmişdir. 
Ailəli idi, iki oğlu var. 
Azərbaycan Respublikası Prezidenti-
nin 5 fevral 1993-cü il tarixli  457 saylı 
Fərmanı ilə Aslanov Niyazi Şərəfxan 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. 
Tap Qaraqoyunlu kəndindəki  orta 
məktəbə  və Naftalan şəhərindəki 
küçələrdən birinə qəhrəmanın adı veril-
miş, Goranboy şəhərində büstü qoyul-
muşdur. 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi 
igidlik və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 1993-cü il //Azərbaycan Respublikası Ali 
Sovetinin Məlumatı.- 1993.- №3.-  S.11.- (Ölümündən sonra).
Aslanov Niyazi Şərəfxan oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- 
Bakı, 2008.- S.31.  
Əsgərov, V. Aslanov Niyazi Şərəfxan oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.24. 
Seyidzadə, M. Aslanov Niyazi Şərəfxan oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.27.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
 www.milliqahraman.az 
www.e-qanun.az
25


328
Milli Qəhrəmanlar
50 
illiyi
Eldar Həsənov  
1965-1994 
DEKABR
Eldar  İsfəndiyar oğlu  Həsənov 
1965-ci il dekabr ayının 26-da 
Cəlilabad rayonunun Lallar kəndində 
anadan olmuşdur. 
1983-cü ildə Xanəgah kənd orta 
məktəbini bitirmişdir. 
1984-cü ildə ordu sıralarına çağı-
rılmışdır. 1986-cı ildə hərbi xidmətini 
başa vurub doğma kəndinə qayıtmış-
dır. 
1990-cı ildə E.Həsənov xüsusi 
təyinatlı polis dəstəsinə üzv yazılmış-
dır. 
1991-ci ildə Polis Akademiyası-
na daxil olmuşdur. 1994-cü ilin yan-
var ayında E.Həsənovun ikinci cəbhə 
həyatı başlamışdır. Cəbhədə göstərdiyi 
şücaətlərə görə təşvişə düşən ermənilər,  
onun başına 50 min ABŞ dolları qoy-
muşdular. 
Həsənov Eldar İsfəndiyar oğlu  
1994-cü il mayın 12-də Horadiz 
qəsəbəsi uğrunda gedən döyüşlərin 
birində  qəhrəmancasına həlak olmuş-
dur. 
Subay idi. 
Azərbaycan Respublikası Prezi-
dentinin 15 yanvar 1995-ci il tarixli 
262 saylı  Fərmanı ilə  Həsənov El-
dar  İsfəndiyar oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür. 
Anadan olduğu Lallar kəndində 
torpağa tapşırılmışdır. Cəlilabad Ra-
yon Polis şöbəsinin həyətində büstü 
qoyulmuşdur.  
Ə d ə b i y y a t
 
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Həsənov Eldar İsfəndiyar oğlu – Daxili İşlər Nazirliyi, starşina – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorun-
masında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə q əhrəmanlıqla vuruşaraq göstərdiyi 
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə]: Azərbaycan 
Respublikası Prezidentinin Fərmanı, 15 yanvar 1995-ci il //Azərbaycan.- 1995.- 17 yanvar.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Həsənov Eldar İsfəndiyar oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.84.
Həsənov Eldar İsfəndiyar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- 
Bakı, 2008.- S.83. 
Seyidzadə, M. Həsənov Eldar İsfəndiyar oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.84.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
 www.milliqahraman.az 
www.e-qanun.az
26
Milli Qəhrəman


329
Tarixçi, türkoloq
Tarix
125
illiyi
Əhməd Zəki Validi Toğan 
1890-1970 
DEKABR
Əhməd Zəki Validi Toğan 1890-cı il 
dekabr ayının 10-da Başqırdıstanın Sterli-
tamak mahalının Küzən kəndində doğul-
muşdur.  İbtidai və orta təhsilini  əvvəlcə 
Küzəndə, sonra dayısı  Həbib Nəccarın 
Ütəkdəki mədrəsəsində, 1912-ci ildə Ka-
zan Universitetinin tarix və  ədəbiyyat 
fakültəsində ali təhsil almış, ancaq ali 
təhsilini sona çatdıra bilməmişdir. O, uni-
versitet təhsilini uzun müddətdən sonra, 
1931-1935-ci illərdə Vyanada tamamla-
mışdır. Kazanda təhsil aldığı müddətdə 
elmi tədqiqatlara başlamış, “Türk və 
tatar tarixi”nin ilk cildini 1912-ci ildə 
Kazanda nəşr etdirmişdir. Bu əsər onun 
Kazan Universiteti Tarix və Arxeologiya 
Cəmiyyətinə üzv qəbul edilməsinə səbəb 
olmuşdur.
1914-cü ildə o, Rusiya EA tərəfindən 
Fərqanə  və Buxara bölgələrinə elmi 
ezamiyyətlərə göndərilmişdir. “Qeyri-rus 
məktəblərində rus dili müəllimi” kur-
sundan imtahan verərək Ufa şəhərindəki 
Osmaniyyə  mədrəsəsində türk dili 
müəllimliyinə başlamış, həmçinin burada 
siyasi fəaliyyətlə  məşğul olmuşdur. Du-
maya deputat seçilmiş, 1917-ci il noyabrın 
29-da qurulan Milli Başqırd hökumətinin 
daxili işlər naziri olmuşdur. 1918-ci il 
yanvarın 18-də Orenburq bolşeviklər 
tərəfindən işğal edildikdən sonra həbs 
olunmuş, başqırdlar və qazaxlar üstünlü-
yü  ələ aldıqdan sonra həbsxanadan azad 
olunmuş, 1918-ci il iyunun 7-də Milli 
Başqırd hökumətini yenidən bərpa etmiş-
dir.
Lakin artıq sovet qırmızı terrorunun 
uzaqda olmadığını görən Toğan bir neçə 
yaxın silahdaşı ilə 1920-ci il iyunun 29-
da gizlicə Türküstana keçmiş, üç ilə qədər 
bolşeviklərə qarşı gizli mübarizə apar-
sa da, Rusiya qoşunları ilə mübarizənin 
mümkün olmadığını görərək 1923-cü ildə 
İrana keçmiş, Əfqanıstan yolu ilə Hindista-
na getmişdir. Bir müddət sonra Türkiyəyə 
yola düşsə də, vizası olmadığı üçün ölkəyə 
buraxılmamış, Avropaya gedərək Paris və 
Berlində yaşamışdır. 
1925-ci ilin əvvəllərində Türkiyənin 
maarif naziri tərəfindən ora dəvət edilərək 
Ankaraya getmiş, 1927-ci ildən  İstan-
bul Universitetində müəllimlik etməyə  
başlamışdır. 1932-ci ildə 
İstanbul 
Universitetində tutduğu vəzifədən iste-
fa vermiş, ali təhsilini tamamlamaq üçün 
Vyanaya getmişdir. 1935-ci ildə doktorluq 
dissertasiyasını müdafiə etmiş, Bonn və 
Gettingen universitetlərində müəllimlik 
etmişdir.
II Dünya müharibəsi zamanı Z.Validi 
1944-cü il mayın 15-də “turançılıq təbliğatı 
ilə Türkiyədə SSRİ  əleyhinə  hərəkatda 
olması” ittihamı ilə  həbs edilərək 10 il 
müddətinə azadlıqdan məhrum edilmiş, 
1945-ci ilin oktyabrında azad olunmuş-
dur. 
O, Azərbaycanın tarixi etnoqrafiyasını 
öyrənən ilk xarici şərqşünas alim olmuş-
dur. Onun nəşr etdirdiyi “Azərbaycanın ta-
rixi coğrafiyası” məqaləsi və “Ümumtürk 
tarixinə giriş” əsərində Azərbaycan tarixi-
nin qədim və orta əsrlər dövrünə geniş yer 
ayrılıb. “Azərbaycan” adlı  məqaləsi “İs-
lam ensiklopediyası”nda çap olunmuşdur. 
“Xatirələr”, “Tarixdə üsul”, “Ümum-
türk tarixinə giriş” və “Türkün müqəddəratı 
üzərinə” əsərlərinin müəllifidir. 
Z.V.Toğan 1970-ci il iyulun 26-da 
İstanbulda vəfat etmiş, Qaracaəhməd 
qəbiristanlığında dəfn olunmuşdur.  
Ə d ə b i y y a t
Azərbaycanın tarixi coğ-
rafiyası /Ə.Z.Validi.-Bakı: 
Təhsil, 2009.- 112 s.
Azərbaycan /Ə.Z.Validi; 
tərt.: M.Ənsərli, 
T.H.Nəcəfli; red. 
Ş.Mustafayev.- Bakı: Ocaq, 
2007.- 88 s. 
Əhməd Zəki Validi Toğanın 
anadan olmasının 120 
illiyinə həsr olunmuş 
Beynəlxalq elmi konfransın 
materialları: Bakı, 28-30 
aprel 2010 /Azərb. Respub. 
Mədəniyyət və Turizm 
Nazirliyi, M.F.Axundov ad. 
Azərbaycan Milli Kitabxa-
nası; TÜRKSOY Uluslara-
rası Türk Kültürü Teşkilatı; 
AMEA, akad. Z.M.Bünyadov 
ad. Şərqşünaslıq İn-tu; red. 
və burax. məs. K.Tahirov; 
tərt. Ə.Cəfərova.- Bakı, 
2010.- 93 s. 
Baxşəliyeva, G. Türk 
tarixinin yorulmaz 
tədqiqatçısı /G.Baxşəliyeva                         
//Azərbaycan.- 2010.- 13 
may.- S.7.
Fərəcov, S. Bir başqırd 
kəndindən İstanbuladək 
/S.Fərəcov //Mədəniyyət.- 
2013.- 15 mart.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
10


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə