Teqvim-2015. pdf


Kinorejissor Teatr.Kino Həsən Seyidbəyli



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə147/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   143   144   145   146   147   148   149   150   ...   173

325
Kinorejissor
Teatr.Kino
Həsən Seyidbəyli   
1920-1980  
DEKABR
Həsən Mehdi oğlu Seyidbəyli 1920-
ci il dekabr ayının 22-də Bakı şəhərində  
anadan olmuşdur. 
1938-1939-cu illərdə Leninqrad Kino 
Mühəndisləri  İnstitutunda, 1943-1951-
ci illərdə Moskvada Ümumittifaq Dövlət 
Kinematoqrafiya  İnstitutunun kinore-
jissorluq fakültəsində  təhsil almışdır. 
“Azərbaycanfilm” kinostudiyasında ki-
norejissor kimi fəaliyyət göstərmişdir. 
Kino tariximizin bir sıra  ən par-
laq səhifələri, onun adı ilə bağlıdır. 
H.Seyidbəylinin ssenarisi əsasında 
“Doğma xalqımıza”  bədii-sənədli, “Qız-
mar günəş altında”, “Uzaq sahillərdə”, 
(İ.Qasımovla birgə) bədii, “Əyri yol-
la qazanc”, “Yolda əhvalat” (hər ikisi 
İ.Qasımovla birgə) qısametrajlı  bədii, 
“Toral və Zəri”, “Sağ ol, dostum ” ani-
masiya, “Kamillik” və s. sənədli filmləri 
çəkilmişdir. “Ömrün səhifələri” kino-
almanaxında intermediyanın müəllifi, 
“Onun bəlalı sevgisi” filminin bədii 
rəhbəri olmuşdur. Yazıçının “Xidmət lif-
ti” hekayəsinin motivləri əsasında “Lift-
çi qız” filmi lentə alınmışdır. “Nəsimi” 
(1973) filmi 7-ci Ümumittifaq Kinofes-
tivalda “Ən yaxşı tarixi film üçün” mü-
kafatına layiq görülmüşdür. “İmtahan”, 
“Qızılaxtaranlar”, “Bağlı qapılar” adlı 
dram əsərləri Azərbaycanda və xaricdə 
səhnəyə qoyulmuşdur. 
O, həm də yazıçı kimi fəaliyyət 
göstərmiş, “Kür sahillərində” (1953), 
“Telefonçu qız” (1960) povestlərini, 
“Cəbhədən-cəbhəyə” (1961), “İllər 
keçir” (1973), (İ.Qasımovla birgə), 
“Tərsanə” (1975), “Çiçək” (1978) ro-
manlarını, “Dəniz cəsurları sevir” 
(1954), “Sən nə üçün yaşayırsan” (1959 
(hər ikisi İ.Qasımovla birgə) pyeslərini 
və digər əsərlərini qələmə almışdır. So-
vet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə 
həsr olunmuş məşhur “Uzaq sahillərdə” 
(1954,  İ.Qasımovla birgə) roma-
nı  əsasında eyniadlı  film çəkilmişdir. 
“Qiymətli damcılar” (1952), “Cəbhədən 
cəbhəyə” (1979), “Çiçək” (1980) kitab-
ları nəşr olunmuş, əsərləri bir sıra xarici 
dillərə tərcümə edilmişdir.
H. Seyidbəyli ictimai xadim kimi də 
Azərbaycan kinosunun inkişafına bö-
yük təkan vermiş, 1963-1975-ci illərdə 
Azərbaycan Kinematoqrafçılar  İttifaqı 
İdarə heyətinin I katibi, 1975-1980-ci 
illərdə sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Ali Sovetinin (IX-X ça-
ğırış) deputatı olmuşdur. 
Kinorejissor, yazıçı, ssenarist 
H.Seyidbəylinin xidmətləri dövlət 
tərəfindən yüksək qiymətləndirilmiş, o, 
“Əməkdar incəsənət xadimi”, “Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür. 
“Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” 
ordenləri və medallarla təltif edilmişdir. 
Həsən Seyidbəyli 1980-ci il iyun ayı-
nın 25-də Bakıda vəfat etmiş, II Fəxri 
Xiyabanda dəfn edilmişdir.
Bakı  şəhərindəki küçələrindən biri 
sənətkarın adını daşıyır.    
22
16
Ə d ə b i y y a t
Cəbhədən cəbhəyə: [po-
vest] /H.Seyidbəyli.- Bakı: 
Gənclik, 1988.- 269 s.  
Çiçək: [povest] 
/H.Seyidbəyli; red. 
P.Salamova.- Bakı: 
Gənclik, 1978.- 132 s. 
Gördüyüm yerlər: (yol 
qeydləri) [Amerika, 
Yaponiya, Yuqoslaviya] 
/H.Seyidbəyli.- Bakı: 
Gənclik, 1980.- 208 s.
Tərsanə: [roman] 
/H.Seyidbəyli; red. 
Ə.Mehdiyeva.- Bakı: 
Azərnəşr, 1975.- 232 s.
Vəfalı it və oğru pişik: 
[kiçikyaşlı uşaqlar üçün].- 
Bakı: Gənclik, 1986.-      
12 s. 
Babayev, B. Həsən 
Seyidbəylinin bədii 
nəsri /B.Babayev; red. 
B.Nəbiyev; AMEA,   
Nizami ad. Ədəbiyyat 
İn-tu.- Bakı: Müəllim, 
2011.-  150 s.  
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
95 
illiyi


326
1
Milli Qəhrəmanlar
50
 illiyi
Füzuli Rüstəmov 
1965-1990   
DEKABR
Füzuli Salah oğlu Rüstəmov 1965-ci 
il dekabr ayının 25-də Tərtər rayonunun 
Hüsənli kəndində anadan olmuşdur. 
1978-ci ildə Xocalıda orta məktəbə 
getmiş, səkkizillik təhsilini orada başa 
vurmuşdur. 
O,  əvvəlcə Xocalı üzümçülük sov-
xozunda, 1990-cı ildə isə Xocalı To-
xuculuq fabrikində çalışmışdır. Qara-
bağ  hadisələri başlayan zaman vətənə 
xidməti borcunu yerinə yetirmək 
məqsədilə cəbhəyə yollanmışdır. 
1990-cı ildə ermənilərin Xankəndinə 
gedişinin qarşısını almaq üçün əməliyyat 
planı hazırlayan 4 nəfərin içərisində 
Füzuli də vardı. O, Xocalı faciəsi za-
manı  əhalinin təhlükəsizliyinin təmin 
edilməsində xüsusi şücaət göstərmişdir. 
Neçə-neçə insanı ölümün pəncəsindən 
xilas etmiş və həmin vaxt aldığı ağır ya-
radan Ağdam Mərkəzi Xəstəxanasında 
dünyasını dəyişmişdir. 
Doğulduğu Tərtər rayonunun Hüsənli 
kəndində dəfn edilmişdir. 
Subay idi. 
Azərbaycan Respublikası Preziden-
tinin 25 fevral 1995-ci il tarixli 553 say-
lı  Fərmanı ilə Rüstəmov Füzuli Salah 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Ə d ə b i y y a t
 
Fizuli Salah oğlu Rüstəmova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Xocalı özünümüdafiə dəstəsinin döyüşçüsü – 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, erməni qəsbkarlarına qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc 
əhalinin xilas edilməsində xüsusilə fərqlənərək şücaət və mərdlik göstərdiyinə, Vətən qarşısında borcunu şərəflə yerinə yetirdiyinə görə]: 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 25 fevral 1995-ci il //Azərbaycan.- 1997.- 26 fevral.- S.1.-(Ölümündən sonra).
Əsgərov, V. Rüstəmov Füzuli Salah oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.-Bakı, 2005.- S.185
Rüstəmov Füzuli Salah oğlu//Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- Bakı, 
2008.- S.31.  
Seyidzadə, M. Milli Qəhrəmanlar zirvəsi /M.Seyidzadə.- Bakı, 2010.- S.186.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
 www.milliqahraman.az 
www.e-qanun.az
 
25
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə