Teqvim-2015. pdf


Tarixdə bu gün Xankəndinin işğalı



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə155/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   151   152   153   154   155   156   157   158   ...   173

342
Tarixdə bu gün
Xankəndinin işğalı 
 1991  
DEKABR
Ərazisi:  1048 km² 
Əhalisi: 57 000 nəfər 
28 dekabr  – Yuxarı Qarabağın mərkəzi olan 
Xankəndi şəhərinin işğalı günüdür. Şəhər 28 dekabr 
1991-ci il tarixində Ermənistan silahlı qüvvələri 
tərəfindən işğal olunmuş, separatçı rejim yaradıl-
mışdır. Məhz həmin tarixdə Xankəndindən sonun-
cu azərbaycanlı ailələr qovulmuş və 1989-cu ildən 
soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa 
çatmışdır. 
1991-ci il dekabr ayının 28-da Xankəndinin  
itirilməsi, qarşıda Xocalı soyqırımı,  Şuşa, La-
çın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, 
Zəngilanın işğalına yol açdı.
Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının 
sahilində, Qarabağ silsiləsinin  Şərq  ətəyində, 
Bakıdan 329 km aralıda yerləşən Xankəndi, 
Azərbaycanın inkişaf etmiş  sənaye mərkəzi idi. 
Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri 
var idi. Elektrotexnika, avtomobil təmiri və asfalt-
beton zavodları, mebel fabriki, tikinti materialları, 
sənaye, istehsalat və tədris istehsalat kombinatları 
belə müəssisələrdən idi. 
Tarixi sənədlərə görə Xankəndi  şəhəri XVIII 
əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan 
dövlətlərindən biri olan Qarabağ xanlığının xan-
larının istirahəti üçün yaşayış  məskəni kimi sa-
lınmışdı. Elə şəhərin adı da buradan yaranmışdır. 
1813-cü ilədək bircə nəfər erməninin də yaşama-
dığı Xandəndində sonralar çar Rusiyası tərəfindən 
etnik təmizləmə siyasəti aparılmış və bura İrandan 
köçürülən ermənilər yerləşdirilmişdir. 
SSRİ dövründə Xankəndində azərbaycanlılara 
qarşı etnik təmizləmə siyasəti daha da güclənmiş, 
şəhərdə erməni ailələrinin sayı süni surətdə ar-
tırılmışdır. 1923-cü ildə Rusiya İmperiyası-
nın siyasətilə Azərbaycanın tərkibində  mərkəzi 
şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar 
Vilayəti yaradılmışdı. Bundan sonra vilayətin 
erməniləşdirilməsi siyasəti aktivləşmiş, 6 oktyabr 
1923-cü ildə ermənilərin müraciəti nəzərə alına-
raq Xankəndinin adı  dəyişdirilərək Azərbaycan 
xalqına qarşı genosid törətmiş cinayətkar Stepan 
Şaumyanın  şərəfinə Stepanakert adlandırılmışdır. 
Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli 
çəkilmiş, beləliklə də, Xankəndi erməni işğalı al-
tına düşmüşdü.
Keçmiş SSRİ dövründə Xankəndində yaşayan 
azərbaycanlılar tədricən buradan didərgin salın-
mışlar. 
1988-ci il hadisələri başlayanda Xankəndində 
erməni  əhalisi azərbaycanlılardan xeyli çoxluq 
təşkil edirdi. Həmin vaxt azərbaycanlıların sayı 17 
minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək 
artmışdılar. 
1988-1989-cu ildə Xankəndi artıq erməni se-
paratizminin mərkəzinə çevrilmişdi. Moskva-
nın himayəsilə güclənən erməni separatizmi so-
nuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə 
Xankəndindən qovmağa nail olmuş, şəhərin işğalı 
tam başa çatdırılmışdı. 
Təəssüf ki, bu gün işğal tarixləri qeyd olunarkən 
Xankəndinin işğalı bir çox hallarda unudulur. 
Ə d ə b i y y a t
Feyziyev, C. Xankəndiyə gedən yol /C.Feyziyev //Azərbaycan.-
2012.- 1 mart.- S.4. 
İ n t e r n e t d ə 
www.anl.az 
www.xankendi.az
28
DEKABR
2


343
DEKABR
1
Tarixdə bu gün
Dünya Azərbaycanlılarının 
Həmrəylik Günü 
1991 
DEKABR
31 Dekabr - Dünya Azərbaycanlılarının 
Həmrəylik günü - Azərbaycan millətinin bir-
lik  şüarının simvolik günüdür. Bu bayram ayrı-
ayrı ölkələrdə yaşayan azərbaycanlılarla  əlaqələr 
qurmaq, onlar arasında birlik və  həmrəylik 
yaratmaq işində mühüm rol oynayır. Dünya 
Azərbaycanlılarının Həmrəylik gününün qeyd 
edilməsi bütün dünya azərbaycanlıları  tərəfindən 
artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət 
göstərdikləri və çoxluq təşkil etdikləri Avropa 
ölkələrində bu tendensiya özünü yüksək səviyyədə 
göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı 
Azərbaycan diaspor təşkilatları öz qüvvələrini 
səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı 
cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət 
və qurumlar halında birləşmək baxımından dünya-
nın sivil nöqtələrindən biri olan Avropada mühüm 
əhəmiyyət kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının 
Həmrəylik Günü bayramı dünyanın 70-dən çox 
ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. 
Həmrəylik günü Azərbaycan diasporu üçün ən 
mühüm bayrama çevrilmiş, Yeni il isə ikinci pla-
na keçmişdir. Həmrəylik gününü hətta milliyyətcə 
azərbaycanlı olmayıb, lakin Azərbaycanda do-
ğulub böyümüş, Azərbaycan  əsilli diaspor 
nümayəndələri də qeyd edirlər. 
Azərbaycanlılar minilliklər boyu özlərinin 
doğma torpağı olan tarixi Azərbaycan  ərazisində 
yaşayaraq dünya sivilizasiyasına böyük 
töhfələr vermişlər. Müharibələr, inqilablar, 
hərbi münaqişələr, dünyada   gedən müxtəlif ic-
timai-siyasi proseslər nəticəsində Azərbaycan 
parçalanmış, azərbaycanlıların bir qismi öz 
yurd-yuvalarından didərgin salınmış, deportasi-
yalara məruz qalmış, bir-birindən ayrı düşmüş-
dür.  İş tapmaq, təhsil almaq məqsədilə doğma 
yurdu tərk edərək başqa ölkələrdə  qərar tutub 
yaşayan azərbaycanlılar da vardır. Beləliklə  də, 
azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından 
bütün dünyaya yayılmışlar. Hazırda onlar dün-
yanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, 
Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər 
ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Ame-
rikada,  Şərq ölkələrində iri Azərbaycan icmaları 
yaranmışdır.
SSRİ-nin son günləri, Azərbaycan millətinin, 
Arazın hər iki sahilində  sərhəd yürüyüşü, dəmir 
tikanlı  məftilləri qırması, özünü suya vurub öz 
doğma qardaş bacısına qovuşmaları iki totalitar 
dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı- 
bu taylı millətin həftələrlə Araz qırağında gecə-
gündüz birləşmək  şüarı, azərbaycanlıların bir 
millət olduğunu dünya çapında bir daha canlandır-
dı. Həmrəylik günü, bu birləşmək istəyinin simvo-
lik nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü-
nün  əsası 1989-cu il dekabrın axırlarında Naxçı-
vanda, sərhədlərin (SSRİ-İran sərhədləri) dağılma-
sı zamanı qoyulmuş, Şimali və Cənubi Azərbaycan 
arasındakı sərhəd dirəkləri dağıdılmışdı. Bu vaxt 
İstanbulda türkdilli xalqların Konfransı keçi-
rilirdi. Konfransda dünya azərbaycanlılarının 
həmrəyliyinin qeyd olunmasına qərar verilmişdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 
dünya azərbaycanlılarının birliyini yaratmağın 
əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya 
Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, 
beləliklə, bütün azərbaycanlılar üçün əziz olan bu 
gün bütün dünyada bayram edilir.
31


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə