350
Milli ədəbiyyat
Xətib Təbrizi
1030-1109
985
illiyi
2015
Əbu Zəkəriyyə Yəhya İbn Əli İbn
Məhəmməd İbn Həsən İbn Məhəmməd
İbn Musa İbn Bistam əl Şeybani 1030-
cu ildə Təbriz şəhərində doğulmuş-
dur. Lakin o özünü Xətib Təbrizi kimi
təqdim etmişdir.
Ərəb ədəbiyyatının ən məşhur si-
malarından biri Əbül-əla-əl Məərri ya-
nında təhsil almışdır. Tarixçilər Əbül-
əlanın yanında təhsilini bitirdikdən
sonra Xətibin müxtəlif Şərq ölkələrində
dövrünün məşhur alimlərinin yanında
da biliyini artırdığını yazırlar.
Oxumaq həvəsi onu Suriyaya çəkib
aparmışdır. O, burada tanınmış ərəb
alimlərindən ilahiyyat, leksikoqrafiya
və poetika dərsləri almışdır. 1064-cü
ildə Xətib
Dəməşqə getmiş və burada
onun tanınmış tarixçi Xətib Bağdadi
(1002-1071) ilə dostluğu başlamışdır.
Bundan sonra Misirə yola düşən Təbrizi
orada saray alimi Tahir ibn Babaşazdan
ərəb qrammatikasını öyrənmişdir.
1067-ci il sentyabr ayının 22-də
Bağdadda türk-səlcuq hakimlərinin
vəsaiti hesabına məşhur vəzir, iranlı
Nizamülmülkün şərəfinə “Nizamiyyə”
adlandırılan və sonralar bütün Şərqdə
şöhrət tapan mədrəsə açılmışdır. Xətib
Təbrizi “Nizamiyyə” mədrəsəsinin açı-
lış günündən ömrünün sonuna qədər,
təxminən 40 il burada filologiyanı
tədris etmiş, mədrəsədəki məşhur ki-
tabxananın təşkilatçısı və rəhbəri ol-
muşdur. Azərbaycan kitabxanaçılığının
inkişafında
misilsiz xidmətləri olmuş
şəxsiyyətlərdən biri olmuşdur.
Xətib yaradıcılığında əsas fəaliyyət
sahəsi ədəbiyyatşünaslıq idi. Bu möv-
zuya o, iyirmiyə yaxın risalə həsr et-
mişdir. Bundan başqa Xətib Təbrizi
“Qurana dörd-cildlik şərhlər”in, ədəbi
əsərlərin və leksikoqrafiyaya, qrammati-
kaya, habelə ərəb poetika nəzəriyyəsinə
dair bir sıra risalələrin müəllifidir.
Məhəmmədəli Tərbiyət onun ərəb
ədəbiyyatına həsr olunan əsərlərinin
əhəmiyyətini
qiymətləndirərək Xətib
Təbrizini ərəb dilinin “anası” adlandı-
rır.
Xətib Təbrizi 1109-cu il yanvar
ayının 3-də vəfat etmiş, “Bab Abraz”
qəbiristanlığında dəfn edilmişdir.
Xətib Təbrizinin Təbriz şəhərində
zəngin şəxsi kitabxanası olmuşdur. İlk
Azərbaycan ədəbiyyat nəzəriyyəçisi
kimi tanınan Xətib Təbrizi Ə.Müərrinin
yanına gedərkən hədiyyə olaraq ərəb
aliminə şəxsi kitabxanasından bir neçə
kitab da aparmışdır. O, Bağdadda dəfn
edilərkən həmin kitabların (17 adda) və
bütün əsərlərinin sərgisi təşkil edilmiş-
dir.
Xətib Təbrizinin əlyazmaları bir
çox tanınmış muzey və kitabxanalarda
saxlanır. Bunlardan ən qiymətlisi, şai-
rin özü tərəfindən
üzü köçürülmüş və
Tunis milli kitabxanasında saxlanan
şərhin əlyazmasıdır. Həmin şərh şair
Müfəzzəl Dabinin “Müfəzzəliyyat”
adlı antologiyasına yazılmışdır.
Ə d ə b i y y a t
Kitab əl-kafi fi-l-əruz və-
l-qəvafi /X.Təbrizi; tərc.
ed. Q.Allahverdiyev; red.
İ.Həmidov.-Bakı: Tural,
2005.-428 s.
Allahverdiyev, Q.
XI əsr Azərbaycan
ədəbiyyatşunaslığı
məsələləri Xətib Təbrizinin
“Şərh Əl-Həmasə” kitabı
əsasında /Q.Allahverdiyev;
Şərq Araşdırmaları
Mərkəzi-2.- Bakı, 2004.-
286 s.
Mahmudov, M. Xətib
Təbrizinin həyat və yara-
dıcılığı /M.Mahmudov;
AzSSR EA Yaxın və Orta
Şərq Xalqları İn-tu.-Bakı:
Elm, 1972.-203 s.
“Ədəbiyyatşünasların
rəhbəri” Xətib Təbrizi: 20
yaşlı gəncin qeyri-adi iste-
dadı //Azadlıq.- 2012.- 17
noyabr.- S.14.
Xətib Təbrizi //Qafarova S.,
Gərayzadə E. Azərbaycan
ədəbiyyatının tədrisi tarixi:
dərs vəsaiti.- Bakı, 2010.-
S.38-41.
Qasımov, X. Xətib Təbrizi
//Qasımov X. Orta əsrlərdə
Azərbaycan mədəniyyəti.-
Bakı, 2008.- S.114-117.
İ n t e r n e t d ə
www..anl.az
www.az.wikipedia.org
Ədəbiyyatşünas
351
Milli ədəbiyyat
225
illiyi
Heyran xanım Dünbüli
1790-1860
2015
Heyran xanım Kərim xan qızı Dün-
büli 1790-cı ildə Naxçıvanda Dünbuli
Kəngərli xanları ailəsində doğulmuş-
dur. Naxçıvanda təhsil almış, ərəb və
fars
dillərini, klassik Azərbaycan və
fars ədəbiyyatını öyrənmişdir. XIX
əsrin əvvəllərində Rusiya-İran toq-
quşmaları dövründə çoxlu xoylu nax-
çıvanlılar ilə birlikdə onun da ailəsi
Naxçıvandan İrana köçürülmüşdür.
Füzuli ədəbi məktəbinin davamçıların-
dan, klassik Azərbaycan poeziyasının
tanınmış nümayəndələrindəndir.
Azərbaycan və fars dillərində,
əsasən, aşiqanə şeirlər yazmışdır.
Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şi-
razi, Hafiz Şirazi, İmadəddin Nəsimi,
Əlişir Nəvai, Məhəmməd Füzuli, Qöv-
si Təbrizi və başqa şairlərə nəzirələri
var. Əruzun heca vəzninə yaxın
bəhrlərində, sadə xalq dilində yazmış-
dır. Bəzi şeirləri şifahi xalq ədəbiyyatı
nümunələrinə yaxındır. Əsərlərinin
3 əlyazması (Bakı, Tehran və Tbili-
si nüsxələri)
məlumdur; bunlardan ən
mükəmməli şairənin sifarişi ilə ya-
zılmış Bakı nüsxəsidir. Həmin nüsxə
Azərbaycan Respublikası Əlyazmalar
İnstitutunda saxlanılır.
Doğma yurdundan və yaxın adam-
larından ayrı düşən Heyran xanımın
həyatı kədərli keçmişdir. O, həmişə
zəmanədən, adamların vəfasızlığından,
özünün qürbətdə tək-tənha qalmasından
gileylənmiş, yaşadığı Təbriz şəhərini
“guşeyi-zindan” adlandırmışdır. Ömrü
iztirablar içində keçən şairənin gənclik
təravəti və gözəlliyi tez solmuş, zahirən
tamam qocalmışdır.
Şairənin ömrünün sonları daha
kədərli keçmişdir. Ailə ixtilafları və
narazılıqları onun iztirablarını daha
da çoxaltmış, dərd-qəmini artırmışdır.
Təbii ki, bunlar ona ağır təsir göstərmiş,
getdikcə səhhəti pisləşmişdir. Heyran
xanım 1848-ci ildə Təbrizdə vəfat et-
miş və orada dəfn olunmuşdur.
Yaradıcıllığında
klassik poeziya
üslubunu davam etdirən Heyran xa-
nım əsərlərini İmadəddin Nəsimi,
Məhəmməd Füzuli, Əlican Qövsi kimi
klassik Azərbaycan şairlərinin ədəbi
təsiri ilə yazmışdır.
Təmiz, insani məhəbbətin tərən-
nümü, ayrılıq dərdi, hicran aləmi,
vüsal arzusu onun şeirlərinin əsas
mövzusudur. Böyük sələflərinin yara-
dıcıllıq yolunu davam etdirən Heyran
xanım gözəlliyi ehtirasla tərənnüm edir,
müasirlərini mənəvi-əxlaqi təmizliyə
çağırır. Şairənin fikrincə həqiqi
gözəllik
ağılla ölçülür. Gözəlliyin birinci meya-
rı ağıldır. Camalı gözəl olanların ağlı,
kamalı da gözəl olmalıdır.
İstedadlı şairənin əsərləri janr, üslub,
bədii sənətkarlıq keyfiyyətləri baxımın-
dan zəngindir. O, klassik poeziyyanın
qəzəl, müxəmməs, müstəzad, rübai,
tərcibənd janrlarında, habelə məsnəvi
formasında əsərlər yaratmış, lirik
qəhrəmanın daxili aləmini, sevinc və
kədərini dərindən açmaq üçün təşbeh,
istiarə, təzad, təkrir, mübaliğə kimi
bədii təsvir və ifadə vasitələri işlətmiş,
ədəbiyyatımızı yeni keyfiyyətlərlə
zənginləşdirmişdir.
Heyran xanım 1860-cı ildə vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Hey-
ran xanım; tərt. ed.:
M.Soltan, Q.Məmmədli; red.
C.Nağıyeva.- Bakı: Şərq-
Qərb, 2006.- 232 s.
Divan /Heyran xanım.-
Təbriz: Hadi, 1990.- 180 s.
37 qəzəl və bir tərci-bənd
/Heyran xanım.- Bakı:
Gənclik , 1981.-37 s.
Naxçıvanlı şairə Hey-
ran xanım Kəngərlinin
təxəllüsündəki “Dünbüli”
sözü haqqında //Yol (Bilim
Kültür Araşdırma Dərgisi).-
Ankara, 2009.- S.242-244.
Heyran xanım //Rəhimova A.
Qulam Məmmədli Təzkirəsi
“Azərbaycanlı alim, yazı-
çı, şair və başqa görkəmli
xadimlər haqqında biblioq-
rafik materiallar”.- Bakı,
2012.-S.8-14.
Teymurbəyli-Rəhimli, S.
Heyran xanım //Naxçıvan
Muxtar Respublikasında
yaşayıb-yaradan qadınlarımız
/S.T.Rəhimli.-Naxçıvan, 2011.-
S.8-14.
www.anl.az
www. az.wikipedia.orq
www. kitabevi.ws
www.misra.az
Şairə