354
Dünya ədəbiyyatı
Yunus Əmrə
1238/40-1320/1
2015
Kitabların bildirdiyi tarix və
məlumatlara görə Yunus Əmrə 1240(1)-
1320(1)-ci illərin arasında yaşamışdır.
Bəzi mənbələrdə 1238-ci ildə Porsuq
çayının Sakaryaya töküldüyü yerdə -
Sərfi kəndində anadan olmuşdur. Do-
ğulduğu yerin tam aydın olmaması
bəzi müzakirələrə gətirib çıxardığın-
dan mənbələrin çoxu artıq Yunusun
Əskişəhərin Mihalıççık kəndində do-
ğulması ilə bağlı fikri qəbul etmişlər.
Həmçinin, təhsili haqqında da heç bir
məlumat tapılmayıb. “Əmrə” sözünün
mənası Anadoluda müxtəlif xalq ozan-
larının, aşiğin və dərvişin adında iştirak
edən Əmrə/Emre sözünün (məsələn,
Yunus Əmrə, Tapdıq Əmrə) türkcədə
“Aşiq” mənasını verdiyi elmi baxımdan
öz təsdiqini tapmışdır.
Həyatı və şəxsiyyəti haqqında çox az
məlumat olan Yunus Əmrənin yaradıcı-
lığı, Anadolu Səlcuq dövlətinin dağıl-
ması və Anadolunun çeşidli bölgələrə
kiçik-böyük Türk bəylikllərin qurul-
maya başladığı dövrləri əhatə edir.
Həmçinin yaşadığı dövr, Osmanlı impe-
riyasının qurulmağa başladığı dövrdür.
Yunus Əmrə uzun müddət Hacı-
Bektaşı Vəli Dərgahında işləmişdir.
Yunusun yaşadığı illər ərzində,
Anadolu türkləri ilə Moğol imperiyası
arasında sıx ittifaq və münaqişə olmuş-
dur. Həmçinin, Yunus Əmrənin yaşayış
tarixçəsi, yalnız siyası baxışlarla deyil,
həmçinin məzhəb və inanclarında toq-
quşduğu və müharibələrin geniş vüsət
aldığı illərlə zəngindir.
Yunus Əmrə yaradcılığının ilham
qaynağı Mövlana Cəlaləddin Rumi,
Hacı Bektaşi-Vəli, Əhli Evrani Vəli və
sair şairlərdir. Yunus Əmrə bu insanlar
sayəsində Allaha sevgini, məhəbbət və
əxlaqi düşüncələri, digər başqa batil
inanclara qarşı yöntəmləri öyrənmişdir.
Bir sıra mənbələr Hacı Bektaşi-Vəlidən
dərs aldığını söyləyirlər.
Yunus Əmrə şeirləri Divani Lüğət
adlı bu divanda toplanılmışdır. Şeirlər
əruz ölçüsü və heca vəznində yazılıb.
Yunus Əmrədən qalan bütün infor-
masiya və şeirlər məhz həmin kitabda
cəmləşib.
Hər il may ayında Türkiyənin ən
gözəl şəhərlərindən olan Əskişəhərdə
Yunus Əmrə günləri keçirilir.
Yunus Əmrə xalq ozanı idi. Təkkə
şeirinin öncülüdür. Təmiz türk di-
linin bayraqdarı “Vəhdəti vücud”
fəlsəfəsinin qaranlıqlarını dələn bir filo-
sofdur. O, sufizm fəlsəfəsini sadə xalq
dilində, əsasən heca vəznində yazdığı
qoşmalarda, gəraylılarda, ilahilərdə,
eləcə də əruz vəznində yaratdığı qəzəl
və məsnəvilərdə ifadə etmiş, şeiri-
mizi yüksək bədii səviyyəyə qaldır-
mış, özündən sonra yaranan Türkiyə,
Azərbaycan və Türkmən ədəbiyyatlarına
güclü təsir göstərmişdir.
Türk şairi Yunus Əmrə 1320/21-ci
ildə vəfat edib, doğulduğu Sarıköydə
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Əsərləri /Ə.Yunus; tərt.,
ön söz və lüğətin müəl.
C.Bəydili.-Bakı: Şərq-
Qərb, 2009.-357 s.
Divan /Ə.Yunus; tərt.,
ön söz və lüğətin müəl.
C.Bəydili.- Bakı: Nafta-
Press, 2004.- 285 s.
Risalətün-nüshiyyə
/Ə.Yunus.- Bakı: Elm və
təhsil, 2013.- 194 s.
Böyük Türk şairi Yunus
Əmrənin həyat və yara-
dıcılığına həsr olunmuş
“Yaşayan Yunus Əmrə”
beynəlxalq elmi konf-
ransının materialları. 9
dekabr 2013 /red. hey.
İ.Həbibbəyli.- Bakı,
2013.- 845 s.
Hümmətova, X. Yunus
Əmrə: məqalələr
toplusu /X.Hümmətova.-
Bakı, 2012.- 236 s.
Özgen, K. Yunus Əmrəm
var yarına: roman
/K.Özgen.- Bakı, 2008.-
123 s.
İ n t e r n e t d ə
www.anl.az
www. adam.az
www az.wikipedia.org
tabevi.ws
775
illiyi
Türk ozanı
355
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
190
illiyi
Mirzə Qədim
İrəvani
1825-1875
2015
Mirzə Qədim İrəvani 1825-ci ildə
qədim İrəvan şəhərində, sənətkar
ailəsində anadan olmuşdur.
Mirzə Qədim şəhərdə yeni açılan
“Üsuli-cədid” məktəbində oxumuşdur.
Sonra atası təhsilini davam etdirmək
məqsədilə onu Tiflisə göndərmiş, gim-
naziya təhsili almışdır. Təhsilini başa
vurduqdan sonra İrəvana dönmüşdür.
O, yaradıcılığının ilk dövrlərində
dekorativ sənət sahəsində çalışmışdır.
Əsasən divar rəsmləri, bədii tikmələr
üçün rəsm və trafaretlər çəkmiş, qı-
zılgül, zanbaq və digər çiçəklərdən
mürəkkəb kompozisiyalar tərtib etmiş-
dir. Rəssam yaradıcılığının erkən çağ-
larından Avropa boyakarlığına böyük
maraq göstərmişdir. O, həmin dövrdə
kağız, şüşə və güzgü üzərində bir neçə
portret çəkmişdir. Bu əsərlər arasın-
da “Süvari”, “Rəqqasə”, “Dərviş”
portretləri xüsusilə seçilir.
O, İrəvan sərdarı Hüseynqulu xanın
məşhur sarayının divar rəsmlərini bərpa
etmək dəvəti almış, burada rəssam sa-
rayın otaqlarını, xüsusən güzgülü zalın
divarlarını bəzəyən köhnə dekorativ
pannoları və süjetli kompozisiyaları
yenidən bərpa etmişdir. Eyni zaman-
da bir neçə tarixi şəxsiyyətlərin portret
təsvirlərini çəkmişdir. Həmin əsərlər ara-
sında tamaşaçıların və mütəxəssislərin
diqqətini ən çox Fətəli şah Qacar,
şahzadə Abbas Mirzə, sonuncu İrəvan
xanı Hüseynqulu xanın portretləri cəlb
etmişdir. Təəssüf ki, Azərbaycan bədii
sənətinin yüksək səviyyəsini, həmçinin
irəvanlı azərbaycanlılara məxsus oldu-
ğunu sübut edən Sərdar sarayı məhv
edilib. Təkcə iki portret (Fətəli şah və
Abbas Mirzənin) divardan çıxarılaraq
Tiflisə aparılıb. Hazırda bu əsərlər Gür-
cüstan Dövlət İncəsənət Muzeyində
saxlanılır.
Mirzə Qədim İrəvaninin yaradıcılı-
ğının ən məhsuldar dövrü 1860-1870-
ci illərə təsadüf edib. Rəssamın möv-
cud olan ən qiymətli əsərləri məhz bu
illərdə yaranıb. Onun “Oturmuş qa-
dın”, “Vəcihulla Mirzə”, “Şah Tələt”
(hər üçü Gürcüstan Dövlət İncəsənət
Muzeyində saxlanılır), “Molla”, “Gənc
qadın”, “Fətəli şah”, “Abbas Mirzə”,
“Naməlum qadın” (Azərbaycan Milli
İncəsənət Muzeyi) və s. başqa portretlər
rəssamın bu dövrdəki yaradıcılıq uğur-
larını əks etdirir.
O, xalq sənətini dərindən bilən,
əsərlərində bu tükənməz sərvətin gözəl
ənənələrindən bacarıqla istifadə edən
mahir ornamentalist rəssam olub.
Əsərlərində - döşəməyə salınmış xalça,
mürəkkəb naxışlı şəbəkə, adamların ge-
yimi və ev əşyasının üzərində çəkdiyi
müxtəlif biçimli ornament bəzəkləri
bunu bir daha sübut edir. O, təsviri
incəsənətdə yeni bir dövrün əsasını
qoymuşdur.
Mirzə Qədim İrəvani ömrünün və
yaradıcılığının ən coşqun çağlarında,
1875-ci ildə İrəvan şəhərində vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Əfəndi, R. Mirzə Qədim
İrəvani //Əfəndi R.
Azərbaycan incəsənəti.-
Bakı, 2007.- S.114-116.
Fərəcov, S. Təsviri
incəsənətimizin
ilk realist rəssamı
/S.Fərəcov
//Mədəniyyət.- 2012.- 1
iyun.- S.15.
Görkəmli Azərbaycan
rəssamı Mirzə Qədim
İrəvani: Gənc rəssamın
yeni fərqli üslubu...
//Azadlıq .-2012.- 11
oktyabr.- S.14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.jurnal.meclis.gov.
az
www.iravan.info
Rəssam
Dostları ilə paylaş: |