Teqvim-2015. pdf


Tarixdə bu gün Azərbaycan Milli Arxiv İdarəsi



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə154/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   150   151   152   153   154   155   156   157   ...   173

340
Tarixdə bu gün
Azərbaycan Milli Arxiv İdarəsi 
1920 
DEKABR
Dövlət arxivinin əsası 1920-ci il dekabr ayının 
6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman 
Nərimanov tərəfindən imzalanmış dekretlə qoyul-
muşdur. Bu dekretə  əsasən Azərbaycan  ərazisində 
keçmişdə mövcud olmuş  və dekret verilərkən 
fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin 
arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil 
edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi 
dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarın-
dan isə Azərbaycan Respublikası  Mərkəzi Dövlət 
Arxivi Qafqazda ilk dövlət arxivi kimi fəaliyyətə 
başlamışdı. 
Müxtəlif dövrlərdə burada yaranan qiymətli ar-
xiv sənədləri ya məhv edilmiş, ya da xarici işğalçılar 
tərəfindən talanıb aparılmışdır. Təsadüfi deyildir ki, bu 
gün Avropa, Asiya, Amerikanın müxtəlif ölkələrinin 
muzey və arxivlərində Azərbaycan tarixinə aid çoxlu 
qiymətli sənədlər və nadir əlyazmalar saxlanmaqda-
dır.  
SSRİ-nin yaranması ilə  əlaqədar olaraq 1922-ci 
ildə arxiv fondları ilə bağlı səlahiyyətlər müttəfiq res-
publikaların  əlindən alınır, arxiv təşkilatları ittifaq-
respublika tabeli orqana çevrilir, onların işinə məhz 
Moskvadan rəhbərlik edilməyə başlanılır. Onlara 
əməli rəhbərlik Daxili İşlər Nazirliyinin Baş Arxiv 
İdarəsi, sonra isə SSRİ Nazirlər Soveti yanında Baş 
Arxiv  İdarəsi tərəfindən həyata keçirilirdi. 1922-ci 
ilin avqust ayında Mərkəzi Dövlət Arxivinə rəhbərlik 
bilavasitə Azərbaycan SSR Mərkəzi  İcraiyyə 
Komitəsinin Rəyasət (MİK) Heyətinə  həvalə olu-
nur. 1925-ci il dekabr ayının 13-də Naxçıvan Mux-
tar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə 
Azərbaycanın qəzalarında qəza arxiv bürolarının ya-
radılmasına başlanılır.
1938-ci ildə arxiv təşkilatları Xalq Daxili İşlər 
Komissarlığının tabeçiliyinə verilmiş, 1960-cı ilə 
qədər bu tabeçilik davam etmişdir. 1960-cı ildə ar-
xiv təşkilatları Daxili İşlər Nazirliyinin tabeliyindən 
Nazirlər Sovetinin tabeliyinə verilir və yalnız bundan 
sonra arxiv işinə  və arxiv sənədlərindən istifadəyə 
diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən 
qurulması və genişləndirilməsi işinə başlanır.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan 
xalqı öz mənəvi sərvətləri olan arxivlərə sahib ola 
bildi.  İllərlə qapalı saxlanmış bu arxiv materialla-
rından tariximizin tədqiqində  və  həqiqətlərin orta-
ya qoyulmasında geniş istifadə olunmağa başlandı. 
Beynəlxalq arxiv təşkilatları və ayrı-ayrı dövlətlərin 
arxiv xidməti orqanları ilə  əlaqələr yaradan Baş 
Arxiv  İdarəsi 1996-cı ildə YUNESKO yanında 
Beynəlxalq Arxiv Şurasına tam hüquqlu üzv qəbul 
edilmişdi. Arxivlər MDB-yə daxil olan ölkələrin 
arxivləri ilə yanaşı, bir sıra qonşu ölkələrin arxivləri, 
xüsusilə Türkiyə və İran arxivləri ilə geniş əlaqələr 
yaratmışdı. Bu gün ABŞ, İngiltərə, Fransa, Almani-
ya, Türkiyə, İran, Belçika, Polşa və başqa ölkələrdən 
olan tədqiqatçılar respublikamızın arxivlərində sax-
lanılan elmin müxtəlif sahələrinə aid sənədlərdən ge-
niş istifadə edirlər. 
1999-cu il iyul ayının 27-də isə ümummilli lider 
Heydər  Əliyev tərəfindən  “Milli arxiv fondu haq-
qında”  Azərbaycan Respublikası Qanununun tətbiq 
edilməsi barədə fərman imzalanmışdır. İlk dəfə olaraq 
bu Qanunla müəyyən edilmişdir ki, Azərbaycan Res-
publikasında dövlət, ictimai, dini və digər təşkilatlar, 
vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qay-
dalarla arxiv yaratmaq hüququna malikdirlər. Yara-
dılmış bu arxivlər küll halda Azərbaycan Respubli-
kasının milli arxiv fondunu təşkil edir. Bu Qanuna 
əsasən  mülkiyyət formasından və mühafizə olundu-
ğu yerdən asılı olmayaraq Milli arxiv fonduna daxil 
olan sənədlər Milli Arxiv İdarəsi tərəfindən dövlət 
qeydiyyatına götürülür.
Xalqımızın tarixinin ilk mənbələr  əsasında 
öyrənilməsində idarə  və müəssisələrin, habelə 
vətəndaşların informasiyaya olan gündəlik 
tələbatlarının ödənilməsində milli arxiv fondu-
nun böyük əhəmiyyətini nəzərə alaraq arxiv işi-
nin təkmilləşdirilməsi məqsədi ilə 2002-ci ildə 
Azərbaycan Respublikasının Nazirlər Kabineti ya-
nında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan 
Respublikasının Milli Arxiv İdarəsi yaradılmışdı. Bu 
idarəyə  tabe olan respublika əhəmiyyətli 6 dövlət 
arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar 
Respublikasının dövlət arxivi, habelə 55 rayon və 
şəhər dövlət arxivləri mövcuddur.
6
95
illiyi


341
Tarixdə bu gün
Rabitə və İnformasiya Texnologiyaları 
Sahəsi İşçilərinin Peşə Bayramı Günü
2006
DEKABR
Azərbaycan Respublikasının 
Prezidenti  İlham  Əliyevin 2 de-
kabr 2006-cı il tarixli sərəncamına 
əsasən, hər il dekabrın 6-sı Rabitə və 
İnformasiya Texnologiyaları Sahəsi 
İşçilərinin Peşə Bayramı Günü kimi 
qeyd edilir. 
Ən qədim dövrlərdə insanlar 
hündürlükdə tonqal yandırmaqla, 
çaparlarla, göyərçinlərlə  informa-
siya ötürülməsi prosesini təmin edə 
bilmişdilər. Lakin zaman ötdükcə
insan zəkası inkişaf etdikcə daha 
mütərəqqi üsullara ehtiyac artmış 
və informasiya texnologiyalarının 
yaranması üçün labüd şərait ya-
ranmışdır. Azərbaycanda rabitənin 
tarixi çox qədimdir. 1881-ci ildə 
ölkəmizdə ilk telefon xəttinin Ba-
kıda “Nobel qardaşları  Cəmiyyəti” 
tərəfindən çəkilməsilə tarixə düşən 
Azərbaycan rabitəsi yarandığı 
gündən özünəməxsus inkişaf yolu 
keçərək bugünkü dövrə çatmışdır. 
1901-ci ildə Tiflis Poçt Teleqraf 
Dairəsi  İdarəsinin tərkibində Bakı 
Poçt-Teleqraf kontoru yaradılmış-
dır.
1916-cı ildə bu kontor ləğv edil-
miş və ayrı-ayrılıqda poçt və teleqraf 
kontorları  təşkil edilmişdir. 1918-
ci il may ayının 25-də Azərbaycan 
Milli  Şurası müstəqillik haqqında 
Bəyannamə  qəbul etdikdən sonra 
Müvəqqəti Hökumətin tərkibində 
Yollar, Poçt və Teleqraf Nazirliyi 
yaradılmışdı. 
II Kabinə hökumətdaxili 
dəyişiklik-lərdən sonra oktyabr  ayı-
nın 6-da Azərbaycan Respublikası 
Poçt və Teleqraf Nazirliyi, 1954-cü 
ildə Azərbaycan SSR-də Respubli-
ka Rabitə Nazirliyi, 2004-cü il fev-
ral ayının 20-də Azərbaycan Res-
publikası Prezidentinin 94 nömrəli 
Sərəncamı ilə Azərbaycan Respub-
likasının Rabitə  və  İnformasiya 
Texnologiyaları Nazirliyi yaradıl-
mışdı.
Qədim tarixə malik olan 
rabitə sahəsi müasir dövrdə 
yüksək inkişaf səviyyəsinə çat-
mışdır. Dövlət siyasətinin pri-
oritet istiqamətlərindən birinə 
çevrilən bu sahənin daha da inki-
şaf etdirilməsi ilə  əlaqədar olaraq 
ölkəmizdə  məqsədyönlü işlər apa-
rılmış, müxtəlif dövlət proqram-
ları, layihələr həyata keçirilmiş-
dir. “Azərbaycan Respublikasında 
rabitə  və informasiya texnologi-
yalarının inkişafı üzrə 2005-2008-
ci illər üçün Dövlət Proqramı”, 
“Azərbaycan Respublikası region-
larının sosial-iqtisadi inkişafı üzrə 
Dövlət Proqramı” və “Ümumtəhsil 
məktəblərinin informasiya və kom-
munikasiya texnologiyaları ilə 
təminatı proqramı” bu gün də uğur-
la icra edilir.
Ə d ə b i y y a t
Mükərrəmoğlu, M. 
Rabitə və informasiya 
texnologiyaları sahəsi 
işçilərinin peşə bay-
ramına həsr edilən 
tədbir keçirilmişdir 
/M.Mükərrəmoğlu 
 //Xalq qəzeti .-2011.- 6 
dekabr.-    S. 6. 
Rabitə və informasiya 
texnologiyaları sahəsi 
işçiləri peşə bayram-
larını qeyd etmişlər               
//Azərbaycan .-2011.- 6 
dekabr.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.aztelekom.org
www.ict.az
www.mincom.gov.az
6


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə