Teqvim-2015. pdf


Kitabxanaşünaslıq.Biblioqrafiya Knyaz Aslan



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə153/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   149   150   151   152   153   154   155   156   ...   173

338
Kitabxanaşünaslıq.Biblioqrafiya
Knyaz Aslan  
1960
DEKABR
Knyaz İlyas oğlu Aslan 1960-cı il de-
kabr ayının 25-də Gürcüstan Respublikası 
Dmanisi (Başkeçid) rayonunun Hamamlı 
kəndində anadan olmuşdur.
1979-cu ildə orta məktəbi qızıl medalla 
bitirmişdir. 1988-ci idə ADU-nun kitabxa-
naçılıq fakültəsini, 1998-ci ildə jurnalisti-
ka fakültəsini fərqlənmə diplomu ilə bitir-
mişdir.
1988-2012-ci illərdə BDU-nun 
Kitabxanaçılıq-informasiya fakültəsinin 
Kitabxanaşünaslıq kafedrasında labo-
rant, müəllim, dosent vəzifələrində ça-
lışmış, eyni zamanda Аzərbаycаn MEA 
Beynəlхаlq Münаsibətlər  İnstitutunun 
və Nizаmi  аdınа  Ədəbiyyаt  İnstitutunun 
elmi işçisi оlmuşdur. 1998-ci ildən Xəzər 
Universitetinin dosenti kimi Azərbaycan 
ədəbiyyatı və jurnalistika ixtisasları üzrə 
mühazirələr oxuyur.
2004-cü ildə “Şəxsiyyətin formalaşma-
sında bədii ədəbiyyatın rolu” mövzusunda 
dissertasiya müdafiə edərək pedaqogika 
üzrə  fəlsəfə doktoru alimlik dərəcəsini, 
2006-cı ildə dosent elmi adını almışdır. 
Həmin ildən BDU-nun doktorantı kimi 
“Azərbaycan  ədəbiyyatı klassiklərinin 
irsində kitab və mütaliə məsələləri” möv-
zusunda doktorluq dissertasiyası üzərində 
işləyir. 2012-ci ilin yanvar ayından BDU-
nun Kitabşünaslıq və Nəşriyyat işi kafed-
rasının müdiri vəzifəsində çalışır. 
1979-cu ildən Gürcüstan və Azərbaycan 
kütləvi informasiya vasitələrində 
müntəzəm çıxış edir. Müxtəlif illərdə 
“Bakı Universiteti”, “Azərbaycan 
gəncləri”, “Azərbaycan Ordusu”, “Res-
publika”, “Borçalı”, “Elturan” (“Milli 
Məsələlər”), “Xəzər Xəbər” kimi qəzet və 
jurnallarda müxbir, redaktor və baş redak-
tor vəzifələrində işləmişdir. 1992-1995-ci 
illərdə Azərbaycan Respublikası Müdafiə 
Nazirliyi sistemində “Azərbaycan Ordu-
su” qəzetinin  şöbə redaktoru və “Hərbi 
Nəşriyyat”ın redaktoru olmuş, hərbi jur-
nalist kimi işğalçı Ermənistanla aparı-
lan döyüşlərdə  iştirak etmişdir. Qarabağ 
müharibəsi veteranıdır.
Hazırda “Kitabxanaşünaslıq və infor-
masiya” jurnalının, “Ədəbi əlaqələr” top-
lusunun baş redaktor müavini, “Kitabxana.
az”, “Göyqurşağı” uşaq jurnalının, “Bor-
çalı” qəzetinin və jurnalının redaktorudur. 
Çoxsaylı elmi-nəzəri,  ədəbi-publisistik 
məqalələrin, 5 monoqrafiyanın, 30-dan 
artıq kitabın müəllifidir. 
Şeirləri rus, ingilis və alman dillərinə 
çevrilmişdir. A.Puşkin, M.Lermontov, 
S.Yesenin, T.Şevçenko və başqa məşhur 
şairlərin  əsərlərini Azərbaycan dilinə 
tərcümə etmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin, 
Aşıqlar Birliyinin, Yazıçılar Birliyinin, 
Mətbuat  Şurasının üzvüdür. Azərbaycan 
yazıçılarının və jurnalistlərinin son qurul-
taylarının nümayəndəsi olmuşdur. ABŞ, 
Rusiya, Ukrayna, Gürcüstan, İran və baş-
qa ölkələrdə keçirilmiş bir sıra beynəlxalq 
elmi konfranslarda iştirak etmişdir. 
2011-ci ildə BDU-da “İlin alimi”, 2012-
ci ildə isə “Azərbaycan Respublikasının 
Qabaqcıl təhsil işçisi” fəxri adına layiq 
görülmüşdür. Ədəbi-publisistik uğurlarına 
görə N.Gəncəvi, H.Zərdabi,  M.Şəhriyar, 
Ö.F.Nemanzadə, A.Şaiq, S.Yesenin mü-
kafatları laureatı olmuş, “Büllur Qələm”, 
“Qızıl Saz”, “Qızıl Kitab”, “Qızıl Qələm”, 
“Peşəkar Jurnalist”, “Kamil Söz Ustası”, 
“Ustad” və başqa mükafatlarla təltif edil-
mişdir.
Ə d ə b i y y a t
Bu dünyaya nə gətirdim… 
Hamlеt İsayеv (İsaхanlı): 
mоnоqrafiya /K.Aslan, 
V.Ömərli.- Bakı: 
Хəzər Universiteti 
Nəşriyyatı, 2005.- 118 
s.- (Azərbaycan və rus 
dillərində)
Dünyа kitаbхаnаlаrı tarixi 
(XVII əsrin ortalarından 
XXI əsrin əvvəllərinədək): 
dərs vəsаiti /K.Aslan.- 
Bаkı: Bаkı Univеrsitеti 
Nəşriyyаtı, 2010.- 448 s.
Elm və təhsil fədaisi (Prof. 
A.Xələfov): monoqrafiya 
/K.Aslan.- Bаkı: Bаkı 
Univеrsitеti Nəşriyyаtı, 
2006.- 240 s.
Şəхsiyyətin 
fоrmalaşmasında 
bədii ədəbiyyatın rоlu: 
mоnоqrafiya /K.Aslan.- 
Bakı: Bakı Univеrsitеti 
Nəşriyyatı, 2005.- 300 s.
Qədim və orta əsrlər 
dünya kitаbхаnаları: 
Dərs vəsaiti /K.Aslan.- 
Bаkı: Bаkı Univеrsitеti 
Nəşriyyаtı, 2011.- 416 s.
Üzü yaza gedən cığır: 
şeirlər və poemalar  
/K.Aslan.- Bakı: Qartal, 
2011.- 368 s.
İ n t e r n e t d ə
www.anl.az
25
55
illiyi
Alim


339
Tarixdə bu gün
QİÇS-lə Mübarizə Günü 
1988
Bеynəlxalq Əlillər Günü 
1992
DEKABR
Hər il dekabr ayının 1-i Ümumdünya 
QİÇS-lə Mübarizə Günü kimi  qeyd edilir. 
İlk dəfə 1988-ci ildə  təsis edilmiş AİDS 
günü bu il Azərbaycanda artıq 25-ci ildir 
ki, keçirilir.
Azərbaycanda ilk dəfə HİV infeksiyası-
nın aşkar edildiyi 1987-ci ildən  bugünədək  
QİÇS-lə Mübarizə  Mərkəzində  HİV in-
feksiyası təsdiq olunmuş 3199 nəfər rəsmi 
qeydiyyata götürülmüşdür. 
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə 
yaşayan insanlara profilaktika, müalicə, 
qulluq və  dəstəyin göstərilməsinin 
təmin edilməsi işi Respublika QİÇS-lə 
Mübarizə  Mərkəzində davam etdirilir. 
Belə ki, AİDS, vərəm və malyariya ilə 
mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 
08.11.2006-cı il tarixdən etibarən HİV-lə 
yaşayan insanlara pulsuz qaydada həyata 
keçirilən antiretrovirus terapiyasına hazır-
da 310 nəfər cəlb olunmuşdur.
Dünyada hər gün 6800-dən artıq insan 
HİV-ə yoluxur, 5700-dən artıq insan isə 
AİDS səbəbindən vəfat edir. 2007-ci ilin 
sonuna Yer kürəsində HİV-lə yaşayan in-
sanların sayı 33,2 milyon təşkil etmişdir 
ki, onlardan da 15,4 milyonu qadın, 2,5 
milyonu uşaqdır. 
Ə d ə b i y y a t
Sevinc. Azərbaycanda 
QİÇS-lə mübarizə 
güclənir /Sevinc //Həftə 
içi.- 2013.- 30 noyabr-2 
br.- S.6.
www.joy.az
Ə d ə b i y y a t
Alim.Əlillər hansı üstün 
əmək hüquqlarına ma-
likdir?: Pərviz Zamanlı: 
“Əlillər artıq iş vaxtına 
yalnız onların öz razılığı ilə 
cəlb oluna bilərlər” /Alim 
//Olaylar .-2013.- 25-27 
may.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.un.org 
1
3
1
Dekabrın 3-nün Əlillər Günü kimi 
qeyd olunmasıyla bağlı qərar Rusiya 
Federasiyasının təşəbbüsü ilə 1992-
ci ildə BMT-nin Baş  Məclisində 
qəbul edilmişdir.  Hər il bu tarixdə 
BMT-yə üzv olan ölkələrdə  əlillərin 
cəmiyyətdəki mövqelərinin daha da 
möhkəmlənməsinə yönələn tədbirlər 
görülür. Hər il keçirilən Beynəlxalq 
əlillər günü, əlillərin ehtiyaclarını 
başa düşmək və  məhdud imkanlara 
malik olan insanların ləyaqət, hü-
quq və rifahına dəstəyi irəli çəkmək 
və  həmçinin, məhdud imkanlı in-
sanların siyasi, sosial və  mədəni 
həyatın bütün aspektlərinə  cəlb 
edilməsindən əldə olunan xeyir haqda 
məlumatlandırmanı yaxşılaşdırmaq 
məqsədilə elan edilmişdir. 
Bu günün elan olunmasının  digər 
bir məqsədi - insan hüquqlarına tam və 
bərabər riayət edilməsinə və əlillərin 
cəmiyyətin həyatında iştirakına nail 
olmaqdır. Bu məqsəd 1982-ci ildə 
Baş  Məclis tərəfindən qəbul edilmiş 
əlillərə münasibətdə Ümumdünya 
hərəkət proqramında göstərilmişdir. 
Hazırda dünyada 150 milyondan 
çox xüsusi qayğıya ehtiyacı olan əlil 
uşaq var. 
Azərbaycanda isə bu gün 462 min 
672 nəfər əlil var. Bunların müəyyən 
hissəsi  əmək pensiyası, digər qismi 
isə sosial müavinətlə dolanır.


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə