29
Tarixdə bu gün
Ümumxalq Hüzn Günü
1990
Y
ANV
AR
1990-cı il yanvar ayının 20-si Azər-
baycanın müasir tarixinə ən faciəli
günlərdən biri kimi daxil olmuşdur.
Düz 25 il əvvəl doğma yurdunun, xal-
qının azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan vətənpərvər
Azərbaycan övladları həmin müdhiş
gecədə canlarından keçərək şəhidlik
zirvəsinə ucalmışlar.
Bədnam M.Qorbaçov başda ol-
maqla, SSRİ rəhbərliyinin Azərbay-
cana qarşı qərəzli, ermənipərəst
siyasətinə, əzəli torpaqlarımıza id-
dia edən Ermənistanın
təcavüzkar
hərəkətlərinin açıq-aşkar dəstək-
lənməsinə və o zamankı respublika rəh-
bərliyinin xəyanətkar mövqeyinə eti-
raz əlaməti olaraq ayağa qalxmış geniş
xalq kütlələrinə qarşı sovet ordusunun
iri hərbi birləşmələrinin yeridilməsi
Azərbaycanda, xüsusilə Bakıda misli
görünməmiş faciəyə gətirib çıxarmış-
dı, böyük itkilərlə, günahsız insanların
ölümü ilə nəticələnmişdi. Nəticədə
170 nəfər həlak olmuş, 400-ə yaxın
insan yaralanmışdı. Bunların içində
asudə insanlar: gənclər, uşaqlar, qoca-
lar və qadınlar da var idi,
hətta hərbi
qulluqçular da.
Buna baxmayaraq, Azərbaycanın
o vaxtkı səriştəsiz, kölə psixologiya-
lı rəhbərlərinin əksinə olaraq, həmin
vaxt Moskvada yaşayan xalqımızın
dahi oğlu Heydər Əliyev həyatını
təhlükədə qoyaraq, faciənin ertəsi
günü Azərbaycanın daimi nüma-
yəndəliyinə gələrək, Qanlı Yanvar
qırğınını törədənləri pisləyən kəskin
bəyanatla çıxış etmişdi, xalqımızın ba-
şına gətirilən müsibəti dünyaya çatdır-
mışdı. Bununla da ulu öndərimiz cəsa-
rətini, mərdliyini, xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut etmişdi.
Xalqımızın ümummilli lide-
ri
Heydər Əliyevin Azərbaycan
rəhbərliyinə yenidən qayıdışın-
dan sonra, 1994-cü ildə 20 Yanvar
hadisələrinə siyasi-hüquqi qiymət ve-
rilmiş və cinayəti törədənlərin adları
ictimaiyyətə çatdırılmışdı. 20 Yanvar
- Ümumxalq Hüzn Günü elan edilmiş-
di.
Bakının ən yüksək nöqtələrindən
birində hər bir azərbaycanlı üçün mü-
qəddəs and yerinə çevrilmiş bir yer
var. Bu, 20 Yanvar qurbanlarının və
Ermənistanın hərbi təcavüzünə qarşı
döyüşlərdə həlak olanların dəfn edildi-
yi Şəhidlər Xiyabanıdır.
Hər il yanvar ayının 20-də
minlərlə insan Vətənin azadlığı və
suverenliyi uğrunda canlarından keç-
miş Azərbaycan oğul və qızlarının
əziz xatirəsini ehtiramla yad etmək
üçün buranı ziyarət edirlər. Nəsillər
dəyişəcək, lakin Vətən oğullarının
xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Ə d ə b i y y a t
Əbdülsəlimzadə, Q.
20 yaşlı 20 yanvar
/Q.Əbdülsəlimzadə.- Bakı:
Şirvannəşr, 2010.- 391 s.
Şıxlar, N. Dünyamızın 20
yanvar faciəsi /N.Şıxlar; red.
R.Əsgər.- Bakı: Müəllim,
2010.- 92 s.
Məhərrəmov, V. Qanlı gecə,
qanlı tarix /V.Məhərrəmov.-
Bakı: Hərbi Nəşriyyat,
2011.- 95 s.
Şəhidlər: biblioqrafiya
M.F.Axundov ad. Azərb. Mil-
li Kitabxanası; Azərb. Resp.
Mədəniyyət və Turizm Nazir-
liyi; tərt. ed. M.Məmmədova,
A.Əliyeva; ixtisas red. və
burax. məsul. K.Tahirov.-
Bakı, 2010.- 397 s.
Abbasov, İ. 20 Yanvar-
Qəhrəmanlıq salnaməsi
/İ.Abbasov //İki sahil.-
2014.- 15 yanvar.- S.15.
20 Yanvar - əsarətin son
gecəsi //Şərq.- 2014.- 18
yanvar.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
20
25
ili
30
Tarixdə bu gün
70
illiyi
Azərbaycan Milli Elmlər Akademiyası
1945
Y
ANV
AR
1923-cü ildə elmi-tədqiqat işləri apar-
maq üçün Ə.B.Haqverdiyevin sədrliyi
ilə Azərbaycan Tədqiq və Tətəbbö
Cəmiyyəti yaradıldı və respublikanın baş
elmi müəssisəsinə çevrildi. İlk dövrdə
Cəmiyyətin tərkibinə Tarix-Etnoqrafiya,
İqtisadiyyat və Təbiətşünaslıq bölmələri
daxil edilmişdi. Respublikanın Şama-
xı, Gəncə, Lənkəran, Zaqatala və digər
qəzalarında, o cümlədən Naxçıvan MSSR
və DQMV-də Cəmiyyətin bölmələri yara-
dıldı.
1925-ci ildə cəmiyyət Azərbaycan
hökumətinin sərəncamına verildi.
1929-cu ildə Azərbaycanın
Tədqiq və
Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnsti-
tutu (DETİ) adlandırıldı.
1932-ci ildə Azərbaycan DETİ
əsasında SSRİ Elmlər Akademiya-
sı Zaqafqaziya Filialının Azərbaycan
Şöbəsi təşkil edildi. Şöbəyə R.Axundov
rəhbərlik edirdi. Şöbədə 11 bölmə və
bir neçə komissiya fəaliyyət göstərirdi.
Bir sıra məşhur alimlər - F.Y.Levinson-
Lessinq, İ.M.Qubkin, A.A.Qrossheym,
N.Y.Marr, İ.İ.Meşşanov, A.N.Derjavin,
İ.Q.Yesman, ilk Azərbaycan alimlərindən
B.Çobanzadə, V.Xuluflu, M.Əfəndiyev,
A.Tağızadə, S.Mümtaz, A.S.Məmmədov
və başqaları burada elmi-tədqiqat işləri
aparırdılar. 1935-ci ilin oktyabrında şöbə
SSRİ EA-nın Azərbaycan Filialına çev-
rildi. Filialın yanında mövcud bölmələr
əsasında Kimya, Botanika, Zoologiya və
Tarix, Etnoqrafiya və Arxeologiya, Dil
və Ədəbiyyat
Elmi-Tədqiqat institutla-
rı, habelə Energetika, Fizika, Geologiya,
Torpaqşünaslıq sektorları yaradıldı. Filia-
lın Rəyasət Heyətinin sədri əvvəl akade-
mik İ.M.Qubkin, sonralar isə akademik
S.S.Namyotkin oldu.
SSRİ Xalq Komissarları Sovetinin
1945 il 23 yanvar tarixli qərarı ilə filial
Azərbaycan EA-na çevrildi. Bu vaxt aka-
demiyanın 4 bölməsi, 16 elmi-tədqiqat
institutu, elmi-tədqiqat şöbəsi, 3 muze-
yi, mərkəzi elmi kitabxanası, Naxçıvan,
Gəncə, Xankəndi və Qubada elmi baza-
ları var idi. Həmin il Azərbaycan EA-na
15 həqiqi üzv seçildi.
Onun ilk heyətində
Ü.Hacıbəyli, S.Vurğun, M.İbrahimov,
Y.Məmmədəliyev, M.Qaşqay,
A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman,
M.Mirqasımov, Ş.Əzizbəyov, Ə.Əlizadə,
M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov
və İ.İ.Şiroqorov kimi şəxsiyyətlər var idi.
1945-ci il martın 31-də akademiya-
nın həqiqi üzvlərinin ilk ümumi iclasında
M.Mirqasımov prezident seçildi. Sonra-
kı illərdə Y.Məmmədəliyev (1947-1950,
1958-1961), M.Əliyev (1950-1958),
Z.Xəlilov (1961-1967), R.İsmayılov
(1967-1970), H.M.Abdullayev (1970-
1983), E.Y.Salayev (1983-1997),
F.Q.Maqsudov (1997-2000), M.Kərimov
(2001-2013) akademiyanın prezidenti ol-
muşlar. 2013-cü ildən akademik Akif Əli-
zadə AMEA-nın prezidentidir.
AMEA-nın 5 bölməsi var: fizika, tex-
nika və riyaziyyat elmləri; kimya elmləri;
yer elmləri; biologiya elmləri; ictimai
elmlər.
1972-ci ildə AMEA Naxçıvan filialının
elmi mərkəzi yaradılmışdır. Hazırda Aka-
demiyanın İnformasiya resurs mərkəzi və
əsaslı kitabxanası fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyev elm
sahəsinə daim böyük diqqət və qayğı
göstərmişdir. O, özünün 15 may 2001-ci
il tarixli fərmanı ilə Azərbaycan Elmlər
Akademiyasına
Azərbaycan Milli Elmlər
Akademiyası adını verməklə Akademiya-
nın statusunu yüksəltmişdir.
Hazırda AMEA-nın 64 həqiqi üzvü,
146 müxbir üzvü var.
23
Ə d ə b i y y a t
Azərbaycan Milli Elmlər
Akademiyasının 70 illik
yubileyinin keçirilməsi
haqqında: Azərbaycan
Respublikası Prezidenti-
nin Sərəncamı, 14 mart
2014-cü il //Azərbaycan
2014.- 15 mart.- S.1.
Azərbaycan Milli Elmlər
Akademiyasının infrast-
rukturu müasir dünya
standartları səviyyəsində
yenidən qurulur: Dövlət
rəhbərliyinin tapşırığına
əsasən son illər Akade-
miyada aparılan təmir
və bərpa işləri, eləcə də
maddi-texniki bazanın
möhkəmləndirilməsi
bunları deməyə əsas
verir //Elm.- 2011.- 25
aprel.- S.4-5.
Zümrüd. Azərbaycan
Milli Elmlər Akademiyası
65 illik yubileyini qeyd
edir: Akademiyanın təsis
edilməsi xalqın ictimai
fikir tarixində mühüm
bir hadisəyə çevrilib
/Zümrüd //Səs.- 2010.- 13
yanvar.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.science.gov.az