Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə156/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   152   153   154   155   156   157   158   159   ...   200

325

70 

illiyi

Natiq Əliyev 

1947 

   

NOY

ABR

Natiq Ağaəmi oğlu Əliyev 1947-

ci il noyabr ayının 23-də Bakı 

şəhərində anadan olmuşdur. 

1965-ci ildə orta məktəbi, 1970-ci 

ildə M.Əzizbəyov adına Azərbaycan 

Neft və Kimya İnstitutunu dağ 

mühəndis-geoloqu ixtisası üzrə bitir-

mişdir. Əmək fəaliyyətinə təyinatla 

göndərildiyi “Xəzərdənizneft”  İs-

tehsalat Birliyinin “Azərdənizneft 

- kəşfiyyat” trestinin 1 saylı qazma 

idarəsində qazmaçı köməkçisi  kimi  

başlamışdır. 

1971-1974-cü illərdə Azərbaycan 

SSR EA Geologiya İnstitutunun aspi-

ranturasında təhsil almışdır. 1974-cü 

ildə geologiya-mineralogiya elmləri 

namizədi elmi dərəcəsini almış,  bö-

yük elmi işçi vəzifəsində işləmişdir. 

1984-cü ildən Azərbaycan KP MK 

Neft və kimya şöbəsində təlimatçı, 

daha sonra Sosial-iqtisadi şöbənin 

bölmə müdiri vəzifələrində çalış-

mışdır. 1989-cu ildən 1991-ci ilədək  

Azərbaycan KP MK-nin İctimai-

iqtisadi departamentinin şöbə müdi-

ri olmuşdur. 

1993-cü ildən 2005-ci ilə  qədər 

Azərbaycan Respublikası Dövlət 

Neft Şirkətinin prezidenti və Direk-

torlar Şurasının sədri, 1994-cü ildən 

Azəri-Çıraq-Günəşli yataqlarının 

işlənməsi üzrə layihənin Rəhbər 

komitəsinin sədri, 2002-ci ildən 

Bakı-Tbilisi-Ceyhan 

Şirkətinin 

(BTC Ko) Direktorlar Şurasının 

sədri olmuşdur. 

2005-ci ildə Azərbaycan 

Neftçilər Konqresinin prezidenti se-

çilmişdir. Natiq Əliyevin 100-dən 

artıq elmi məqaləsi, 4 monoqrafi-

yası    və kitabları  nəşr olunmuşdur. 

Neft və qaz yataqlarının axtarışı 

və kəşfiyyatı üzrə 30-dan çox elmi 

məqalənin müəllifidir. 1994-cü ildən  

Beynəlxalq Şərq Neft Akademiyası-

nın akademiki, 2008-ci ildən iqtisad 

elmləri doktorudur. 

2008-ci ildə Beynəlxalq 

Mühəndislik Akademiyasının (Ru-

siya Federasiyası, Moskva) müxbir 

üzvü seçilmişdir. 

Azərbaycan Milli Elmlər Aka-

demiyasının Rəyasət Heyətinin 

18 noyabr 2009-cu il tarixli qərarı 

ilə Respublika Elmi Tədqiqatların 

Təşkili və  Əlaqələndirilməsi  Şura-

sının üzvüdür. 

Neft sənayesinin inkişafında 

xidmətlərinə görə Azərbaycan Res-

publikasının “Şöhrət” , Gürcüstanın 

“Şərəf” , Fransanın “Milli Fəxri Le-

gion” , Polşanın “Böyük Koman-

dor Xaçı” ordenləri və müxtəlif 

Beynəlxalq Akademiyaların orden 

və medalları ilə  təltif olunmuş-

dur. Azərbaycan Respublikasının 

“Əməkdar mühəndisi” fəxri adına 

layiq görülmüşdür. 

 Azərbaycan Respublikası Prezi-

dentinin 6 dekabr 2004-cü il tarixli 

Fərmanına əsasən Sənaye və Ener-

getika Nazirliyi yaradılmış və  Na-

tiq Əliyev nazir təyin edilmişdir.  

2013-cü ildən Azərbaycan Res-

publikasının Energetika naziridir.  



Ə d ə b i y y a t

Neft sənayesinin intibah 

dövrü /N.A.Əliyev; burax. 

məs.: R.Məmmədov, 

A.Mənsimli; Azərbaycan 

Respublikası  Sənaye 

və Energetika Nazirli-

yi.- Bakı: Qanun, 2013.-     

119 s.

Avropa ittifaqı - 

Azərbaycan: Strateji 

əməkdaşlıqda yeni üfüqlər 

/N.Əliyev //Azərbaycan.- 

2009.- 21 fevral.- S.3. 

Əliyev Natiq Ağaəmi 

oğlu //Azərbaycanda kim 

kimdir?:( Ensiklopedik 

sorğu kitabı) /Müəl. 

Tariyel Cahangir; Red: 

Əliağa Cəfərov.- Bakı, 

2010.- S.96.

Əliyev Natiq Ağaəmi 

oğlu //Böyük iqtisadi 

ensiklopediya: 5 cilddə: 

/İdeya müəllifi və baş 

red. Z.Səmədzadə.- Bakı, 

2012.- Cild II.- S.128-129.

https://az.wikipedia.org/

wiki/Natiq_Əliyev

23

İctimai xadim

Siyasət.Hüquq.Hərbi iş


326

Siyasət.Hüquq.Hərbi iş

125 

illiyi

Tərlan bəy Əliyarbəyov

1892-1956 

NOY

ABR

Əliyarbəyov Tərlan Abdulla 

oğlu 1892-ci il noyabr ayının 28-də 

Azərbaycanın qədim  Şamaxı rayo-

nunda anadan olmuşdur. 1908-ci ildə 

Şamaxıdakı altıillik  şəhər məktəbini 

bitirmişdir. 1911-ci ildə üçüncü Qaf-

qaz alayının  əlaçı  əsgəri olan Tərlan 

bəy  Əliyarbəyov Tiflisdəki Mixay-

lovsk hərbi piyada məktəbinə oxumağa 

göndərilmişdir. Hərbi məktəbi birinci 

dərəcəli diplomla bitirmiş  və  podpo-

ruçik  Əliyarbəyov  Şamaxıdakı 205-ci 

piyada alayında xidmətə başlamışdır. 

1914-cü ilin yayında, Birinci Dünya 

müharibəsi zamanı xidmət etdiyi 205-ci 

alay Qərb cəbhəsinə göndərilmişdi. Rota 

komandiri olan Əliyarbəyov batalyon 

komandiri kimi məsul vəzifəyə  təyin 

edilmişdir. 1916-cı ilin mayında onun 

sinəsini üçüncü dərəcəli “Müqəddəs 

Stanislav” və üzərində  “İgidliyə görə” 

yazılmış dördüncü dərəcəli “Müqəddəs 

Anna” ordenləri bəzəyirdi. Verden 

şəhəri ətrafında gedən vuruşlarda o, ge-

neral Əliağa Şıxlinski ilə görüşmüşdür. 

Axırıncı dəfə sinəsindən aldığı yara-

nın müalicəsi ilə bağlı Brest şəhərində 

müalicə aldıqdan sonra Bakıya 

göndərilmişdir. 1918-ci ilin noyabrında 

Əliağa Şıxlinskinin yaratdığı Əlahiddə 

Müsəlman Korpusuna könüllü gələn 

Tərlan bəy  Əliyarbəyov ikinci alayın 

komandir köməkçisi təyin edilmişdir. 

1920-ci ildə Bakı  qəzasında və 1921-

ci ildə bütün respublikada səfərbərliyi 

yüksək bacarıqla həyata keçirmişdir. 

1923-1929-cu illərdə Azərbaycan 

Sovet Sosialist Respublikası  hərbi ko-

missarının köməkçisi və ərazi idarəsinin 

rəisi vəzifəsində çalışmışdır. 1925-1931-

ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə 

Komitəsinin üzvlüyünə namizəd seçil-

mişdir. Azərbaycan SSR Ali Sovetinin 

(2-ci çağırış) deputatı olmuş, 1927-ci 

ildə M.V.Frunze adına Hərbi Akade-

miyada Ali komanda heyəti kursunu 

bitirdikdikdən sonra Bakıya qayıdan 

Əliyarbəyov hərbi istedadını milli hərbi 

kadrların yetişdirilməsinə sərf etmişdir.

1932-ci ildə Azərbaycan Neft İns-

titutunda hərbi-pedaqoji fəaliyyət 

göstərmişdir. O, ikinci dəfə (1941-ci il) 

M.V.Frunze adına Ali Hərbi Akademi-

yanı bitirəndə Böyük Vətən Müharibəsi 

başlanmışdı. Cəbhəyə  səfərbər olunan 

polkovnik Tərlan bəy Əliyarbəyov 1942-

ci il oktyabrın 15-də azərbaycanlılardan 

ibarət 416-cı diviziyanın komandir 

müavini, üç ay sonra isə komandiri 

təyin edilir. Müharibə illərində  Tərlan 

bəy  Əliyarbəyovun döyüş xidmətləri 

yüksək qiymətləndirilərək 1944-cü il 

fevralın 9-da ona general-mayor rütbəsi 

verilmişdir. 

1946-1948-ci illərdə Azərbaycan 

SSR Maarif nazirinin müdafiə  işləri 

üzrə müavini olmuş, 1948-ci ildə is-

tefaya çıxmışdır. General Tərlan bəy 

Əliyarbəyov altmış dörd illik ömür yo-

lunda üç müharibənin iştirakçısı olmuş-

dur. O, Birinci Dünya müharibəsində, 

1918-1920-ci illərdə Azərbaycan Milli 

Ordusunda və Böyük Vətən müharibəsi 

cəbhələrində vuruşmuşdur. 

“Lenin” , “Qırmızı Bayraq”, “Qırmı-

zı ulduz” ordenləri və medallarla təltif 

olunmuşdur.

Peşəkar hərbçi, igid general Tərlan 

bəy Əliyarbəyov 1956-cı il  fevral ayı-

nın 15-də Bakı  şəhərində  vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn olunmuşdur.

Dünyaya gəldiyi Şamaxı şəhərindəki 

və Bakıdakı küçələrdən biri Tərlan bəy 

Əliyarbəyovun adını daşıyır.

Ə d ə b i y y a t

Əliyarbəyov Tərlan Ab-

dulla oğlu //Azərbaycan 

Xalq Cümhuriyyəti En-

siklopediyası: iki cilddə 

/Baş red. Yaqub Mah-

mudov.- Bakı, 2004.- 

Cild1.- S.360-361.

Əliyarbəyov Tərlan Ab-

dulla oğlu //Biz birlikdə 

qalib gəldik: faşizm 

üzərində Qələbənin 65 

illiyinə həsr olunmuş 

məqalələr toplusu                        

/AMEA; Azərb. Tarixi 

Muzeyi; elmi red. 

N.Vəlixanlı.- Bakı, 

2010.- S.73-77.

Nəzirli, Ş. General 

Tərlan bəy Əliyarbəyov 

//Nəzirli Ş. Güllələnmiş 

Azərbaycan general-

ları.- III nəşri.- Bakı, 

2016.- S.565-572.

Nəzirli, Ş. Hərb 

tariximizdə nələr 

olmuşdur? /Ş.Nəzirli                

//Azərbaycan.- 2001.- 9 

fevral.- S.5.

Nəzirli, Ş. “Şamaxı 

tərlanı” //Nəzirli Ş. 

Azərbaycan generalla-

rı.- Bakı, 1991.- S.138-

141.

28

General-mayor



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə