Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə46/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   42   43   44   45   46   47   48   49   ...   200

96

Ə d ə b i y y a t 

Gender Azərbaycanda: 

Azərbaycan, ingilis və rus 

dillərində /Z.Quluzadə; 

BMT-nin Əhali Fondu 

(UNFPA).- Bakı: [s. n.], 

2006.- 324, [4] s.

Azərbaycanda XIX əsrdə 

fəlsəfi fikir /Z.Quluzadə       

//Xalq cəbhəsi.- 2014.- 21 

iyun.- S.14.

Azərbaycan fəlsəfəsinin 

qədim dövrü: Fəlsəfi fikrin 

təşəkkülü və inkişafının 

ideya əsasları /Zümrüd 

Quluzadə //Xalq cəbhəsi.- 

2014.- 28 fevral.- S.14.

Bir daha Azərbaycan tarix-

şünaslığının məxəzləri olan 

“Kitabi-Dədə Qorqud” 

dastanı və Abbasqulu Ağa 

Bakıxanovun “Gülüstani-

İrəm” əsəri haqqında 

/Z.Quluzadə //Respublika.-

2015.- 11 iyul.- S.6. 

Zümrüd Əli Qulu qızı 

Quluzadə: Biobiblioqrafik 

göstərici: azərbaycan, rus, 

ingilis, türk, alman, fransız, 

ərəb və fars dillərində          

/tərt. ed. R.Nəcəfov; elmi 

red. İ.Məmmədzadə.- Bakı: 

[s.n.], 2015.- 151 s.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/xalqcebhesi/2014/

fevral/355521.htm

http://www.anl.az/down/

meqale/xalqcebhesi/2014/

iyun/378763.htm

Filosof

Zümrüd Quluzadə

1932  

Zümrüd  Əliqulu qızı Quluzadə 

1932-ci il mart ayının 17-də Bakı 

şəhərində, ziyalı ailəsində anadan ol-

muşdur. 1939-1949-cu ildə rusdilli 

orta məktəbi fərqlənmə ilə bitirmişdir. 

1949-1954-cü ildə Azərbaycan Dövlət 

Universitetinin tarix fakültəsinin azər-

baycandilli fəlsəfə bölməsini bitirmiş, 

1954-1957-ci illərdə Azərbaycan Pe-

daqoji  İnstitutunun Fəlsəfə kafedrası-

nın aspiranturasında təhsilini davam 

etdirmişdir. 1957-1960-cı illər arasın-

da Azərbaycan Politexnik İnstitutun-

da fəlsəfə  fənni üzrə assistent və baş 

müəllim vəzifələrində işləmişdir. 1959-

cu ildə Moskva Dövlət Universitetində 

fəlsəfə fakültəsinin Elmi Şurasında 

“Antaqonist cəmiyyətdə üst qurumun 

rolu” mövzusunda namizədlik disser-

tasiyasını müdafiə etmişdir. 1960-cı 

ildən bugünə kimi fasiləsiz Azərbaycan 

Elmlər Akademiyasının  Fəlsəfə və Hü-

quq İnstitutunda Fəlsəfə və ictimai fikir 

tarixi  şöbəsində elmi işçi, böyük elmi 

işçi,  şöbə müdiri vəzifələrində  işləmiş 

və hazırda baş elmi işçi vəzifəsində ça-

lışır. 


1969-cu ildə “Hürufilik və onun 

Azərbaycanda nümayəndələri” möv-

zusunda doktorluq dissertasiyası 

Azərbaycan məkanında ən böyük fəlsəfi 

cərəyanlardan birinə - hürufiliyə  və 

Azərbaycanda onun görkəmli nümayən-

dələrinə  həsr olunmuşdur. Sonralar 

onun bu qəbildən olan tədqiqatları  sı-

rasına “Nəsimi-Şərqin filosof və şairi”, 

“Qasım Ənvərin dünyagörüşü” (1976), 

“Nizamişünaslıq və  Şərq mədəniyyət 

tarixinin nəzəri problemləri” (1987), 

“VII-XVI  əsrlər Azərbaycan fəlsəfə 

tarixindən” (1992), “Fizulişünaslığın 

problemləri” (2006) kimi əsərləri də da-

xil etmək olar.

Azərbaycan məkanında Qərb-Şərq 

problemi fəlsəfi aspektdə ilk dəfə Züm-

rüd Quluzadə  tərəfindən “XIII-XVI 

əsrlər Şərq fəlsəfəsinin inkişaf qanuna-

uyğunluqları  və  Şərq-Qərb problemi” 

monoqrafiyasında tədqiq olunmuşdur. 

O, ilk dördcildlik “Azərbaycan fəlsəfə 

tarixi”nin I, II, cildlərinin (qədim 

dövrdən XVIII əsr də daxil olmaqla) 

müəlliflərindən biri və  məsul redakto-

rudur.

Zümrüd Quluzadə 1983-1986-cı  və 



1997-2010-cu illərdə Fəlsəfə və Hüquq 

İnstitutunun “Fəlsəfə  və  İctimai  fikir” 

şöbəsinin müdiri, 1996-2005-ci illərdə 

Azərbaycan Fəlsəfə 

Cəmiyyətinin 

Fəlsəfə tarixi şöbəsinin rəhbəri olmuş-

dur. 1996-cı ildən onun təşəbbüsü ilə və 

təklif etdiyi elmi konsepsiyaya müvafiq 

nəşr edilən “Şərq fəlsəfəsi problemləri” 

beynəlxalq elmi-nəzəri jurnalın baş 

redaktorudur. 2010-cu ildən Rusiya 

Fəlsəfə Cəmiyyətinin üzvüdür. 

Azərbaycan Respublikasının 

“Əməkdar elm xadimi” və Prezident 

təqaüdçüsüdür. 2015-ci ildə  “Şöhrət” 

ordeni  və  “2000-ci ilin qadını” fəxri 

diplomu ilə təltif edilmişdir.

85 

illiyi

Fəlsəfə.İqtisadiyyat

17

MART



97

97

Mədəniyyət.Maarif.Təhsil

65 

illiyi

Aydın Dadaşov

1952 

Aydın  Ərşad oğlu Dadaşov 

1952-ci il mart ayının 1-də  Ağdam 

şəhərində anadan olmuşdur. 3 saylı 

şəhər orta məktəbi bitirdikdən son-

ra 1968-1973-cü illərdə Azərbaycan 

Dövlət Xalq Təsərrüfatı İnstitutunun 

maliyyə-kredit fakültəsində  təhsil 

almışdır.  Əmək fəaliyyətinə 1973-

1974-cü illərdə “Azərbaycanfilm” 

kinostudiyasında iqtisadçı, bədii 

filmlər üzrə direktor kimi başlamış-

dır. 1975-1980-ci illərdə Leninqrad 

Dövlət Teatr, Musiqi və Kinema-

toqrafiya  İnstitutunun dramaturgiya 

sənəti fakültəsində  təhsilini davam 

etdirmişdir. Təhsilini başa vurduq-

dan sonra 1980-1984-cü illərdə  

“Azərbaycanfilm” kinostudiyasında 

redaktor olmuş, 1984-1986-cı illərdə  

Moskvada ali ssenari kursunu bitir-

mişdir. Bir müddət Azərbaycan SSR 

EA-nın Memarlıq və  İncəsənət  İns-

titutunun teatr və kino şöbəsində  və 

Nizami adına Ədəbiyyat İnstitutunun 

nəzəriyyə şöbəsində işləmişdir. 

“Azərbaycanfilm” və “Tele-

film” kinostudyalarında 60-dan çox 

müxtəlif janrlı filmlərdə filmin direk-

toru, rejissoru, ssenari  müəllifi kimi 

çalışaraq, “Mənim bəlalı sevgilim”, 

“Yarımçıq qalmış mahnı”, “Birisi 

gün gecəyarısı”, “Gümüşü furqon”, 

“Bulaq”, “Tənha narın nağılı” və s. 

filmləri  ərsəyə  gətirmişdir. Eyni za-

manda pedaqoji fəaliyyət göstərərək 

ali məktəblərdə dram nəzəriyyəsi, ek-

ran dramaturgiyası və reklamşünaslıq 

fənlərini tədris etmişdir.

Azərbaycanda bir sıra ciddi 

şirkətlərin marketinq proqramlarının 

müəllifidir. 

“Ekran dramaturgiyasında infor-

masiya gerçəkliyi” mövzusunda 

namizədlik, “Ekran dramaturgiya-

sında mövzu, struktur, üslub və janr 

problemləri” mövzusunda doktor-

luq dissertasiyasını müdafiə etmiş-

dir. 2000-ci ildə dosent, 2006-cı 

ildən isə professor elmi rütbəsinə 

yüksəlmişdir. 

Bir çox dərslik və monoqrafiyala-

rın müəllifidir: “Müasir Azərbaycan 

dramaturgiyası” (dərslik, Bakı, 2012), 

“Qarabəy Qarabəyov” (monoqrafi-

ya “Letterpres” nəşriyyatı, 2012), 

“İran kinosunun inkişaf təmayülləri” 

(mоnоqrafiya “Elm” nəşriyyatı, 

2012) və s. 

Aydın Dadaşov 1987-ci ildə Dövlət 

Mükafatı laureatı olmuş, 2005-ci ildə 

isə “Əməkdar incəsənət xadimi” fəxri 

adına layiq görülmüşdür. 

Hal-hazırda AMEA-nın Nizami 

Gəncəvi adına Ədəbiyyat İnstitutun-

da baş elmi işçi vəzifəsində çalışır. 



Kinoşünas

Ə d ə b i y y a t

 

Dramaturgiya: dərslik           

/A.Dadaşov; elmi red. 

X.Əlimirzəyev.- Bakı: BDU-

nun nəşr, 2004.-320 s.

İran kinosunun inkişaf 

təmayülləri: monoqrafi-

ya /A.Dadaşov; elmi red. 

İ.Kərimov.- Bakı: Elm, 

2012.- 189, [3] s.

Kinoşünaslıq: dərslik            

/A.Dadaşov; elmi red. 

R.Bədəlov; rəyçi. N.Mehdi, 

A.Salayev; Azərb. Resp. 

Mədəniyyət və Turizm Na-

zirliyi.- Bakı: Elm və Təhsil, 

2009.- 539, [3] s.

Qarabəy Qarabəyov: 

Q.Qarabəyovun ictimai 

siyasi mühiti və idealları: 

monoqrafiya /A.Dadaşov; 

elmi red. T.Musayeva.- Bakı: 

Letterpress, 2012.- 266, 

[1] s.

Müasir Azərbaycan drama-

turgiyası /A.Dadaşov; elmi 

red. B.Nəbiyev; Azərb. Resp. 

Mədəniyyət və Turizm Na-

zirliyi.- Bakı: Elm və təhsil, 

2012.- 303, [1] s.

Kinomuzun ilk qadın kinore-

jissoru: [Qəmər Salamzadə 

haqqında] /A.Dadaşov 

//525-ci qəzet.- 2013.- 13 

sentyabr.- S.7.

İ n t e r n e t d ə

http://www.anl.az/

down/meqale/525/2013/

sentyabr/325697.htm

http://science.gov.az/http://

web.anl.az/el/

MART

1


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə