TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   22   23   24   25   26   27   28   29   ...   91

təslim etsin. Sonra da şah babamın malı və xəzinəsi kimin əlində olmuş olsa onu 
geri alacağam. 
Qala hələ alınmamışdan varlılar və böyük rütbə sahibləri qalanın mal-
dövlətini öz aralarında bu qayda ilə bölüşdülər. 
Qala alındıqdan sonra oranın mal-dövlətini öz aralarında bölüşdürmək 
məqsədilə Abbas Mirzə Söhrab ağa Tarımovu və Şeyxovları, Mehdiqulu xan isə 
Müqdisi baba Haqumovu və Xandəmirovları öz tərəflərinə çəkdilər. Allah-Allah, 
bu nə  təəccüblü işdir! Bunlar hələ suya çatmamış  çırmalanırlar. Hamıdan artıq 
qalaya hücum edib, onu tutmaq üçün sərdar  Əmir xan çalışırdı, bu iş onu heç 
vaxt rahat buraxmırdı. Ona görə də şah onu öz oğlu Məhəmməd Mirzə ilə Gəncə 
tərəfə göndərdi. 
Bir gün kəndxuda və başçılardan biri yüzbaşı Sarıxan qala əhlinin yanına 
gedib onlara nəsihət etmək,  İran dövlətinin təbəəliyinə  təhrik və  təşviq etmək 
üçün göndərildi. Yüzbaşı Sarıxan Abbas Mirzənin sifarişini qalada olanlara 
yetirdikdən sonra gizlincə belə demişdi: “Bizim oğlanlar, möhkəm olun, 
qızılbaşların arxaları boşdur”. 
Bu sözləri eşidən Qarabağ türklərindən birisi bunu Mehdiqulu xana nəql 
etmişdir. Mehdiqulu xanın yüzbaşı Sarıxana qəzəbi tutub əmr etdi ki, onun dilini 
kəssinlər. Bu zaman yüzbaşı ilə dost olan Qarabağ bəylərindən biri birtəhər onu 
dilini kəsilməkdən xilas etdi. 
Sonra Mehdiqulu xan özü iki-üç nəfər qızılbaşla qalanın yaxınlığına getdi. 
Qalanın məşhur adamlarından olan Ağa bəy Kələntərovu öz yanına çağırtdırdı. 
Ağa bəy  əvvəl gəlmək istəmədi, bir-birinə  sədaqətli olduqlarını bildirdi. Buna 
görə  də özünü məzəmmətdən,  şübhədən, pis fıkirlərdən qoruduğunu xatırlatdı. 
Nəhayət, polkovnik türkcə bilən çinovniklərindən kapitan Qudoviç və 
Fonkloqinin paltarlarını  dəyişdirib nökər adı ilə  Ağa bəylə birlikdə Mehdiqulu 
xanın və qızılbaş xanlarının yanına göndərdi. 
Mehdiqulu xan Ağa bəylə hal-əhval tutduqdan sonra ona dedi: 
- Ağa bəy! Utanmırsınız mənim çörəyimi yaddan çıxarırsınız, bizə güllə 
atırsız. 
Ağa bəy Kələntərov cavabında belə dedi: 

Biz sizin duz-çörəyinizi yaddan çıxarmarıq və sizə güllə atmarıq,  əgər 
siz özünüz bizim aramıza gəlsəniz, biz hamımız ayaqyalın-başıaçıq imperatorun 
yanına gedib xahiş edərik ki, sizin təqsirinizdən 
  
 84


keçsinlər, amma siz utanmırsınız gedib bizlik-sizlik mal və canımıza göz dikən
ata-babalarımızın düşməni olan, köhnə qisasları geri almaq, mal-əyalımıza 
təcavüz etmək istəyən düşmənləri götürüb üzərimizə gəlmisiz. 
Bu sözlərdən Mehdiqulu xan utandı  və oradan geri qayıdıb, ondan sonra 
qalanın tutulmasına o qədər də israr etmədi. Abbas Mirzə  də ona o qədər 
əhəmiyyət vermirdi, özünün hər cür məsləhəti, sözü olsaydı Hacı ağa ilə edərdi. 
General Mədətovun qızılbaş qoşunları ilə Şəmkirdə vuruşması nəticəsində və 
Əmir xan sərdarın məğlubiyyət xəbəri Abbas Mirzəyə yetişən kimi o, Gəncəyə 
getmək fikrindən  əl çəkdi. Bu isə belə olmuşdur: Elə ki Şuşa qalasının 
mühasirəsindən bir ay keçdi, sərdar  Əmir xan hücum edib qalanı tutmağa çox 
mübarizə və böyük səy etdi. Abbas Mirzə Əmir xana əmr etdi ki, Cahardolu və 
qeyri yerlərdən 4 min atlı toplayıb Ziyadoğlu Uğurlu xan ilə birlikdə gedib 
Gəncədə otursunlar və Tiflisdən hərəkət edən qoşunun qabağını alıb ona xəbər 
versinlər. 
Sərdar  Əmir xan qocalmışdı, hər hansı bir işin həllində çox ləng hərəkət 
edərdi, heç də tələsməzdi. Buna görə də Abbas Mirzə öz böyük oğlu Məhəmməd 
Mirzəni sərdara qoşdu ki, fürsət düşdükdə onu zirəng tərpənməyə sövq eləsin. 
Əmir xan da Məhəmməd Mirzə ilə qoşun götürüb Gəncəyə yola düşdü. 
Onlardan qabaq təyin olunmuş  Uğurlu xanla yolda birləşib bir yerdə Tiflisə 
hərəkət etdilər. Kürək çayı ətrafında Tiflisdən Qarabağa kağız aparan bir qasidi 
tutdular. Bu kağızda general Mədətov Qarabağ  əhlini özünə tabe olmağa 
çağırırdı. Kağız türkcə yazılmışdı... 
Bu məktubun məzmunu ürəkləri qorxuya və titrəməyə saldı. Qoşun və 
zabitlər Mədətovun adını  eşitcək sərsəm oldular. Aşağıdakı sözləri mahnı ilə 
oxudular. 
 
F ə r d: 
 
O türk nəslindən olan kişinin 
     Belə bir günə düşdüyünü göz görməsin. 
 
  
 85


Oradan köçə-köçə Gəncəyə yola düşdülər. Gəncə əhli bağların qurtaracağına 
kimi  şəhərin aşağısında  Əmirzadə  Məhəmməd Mirzəni və  sərdarı qarşıladılar. 
Onlara sədaqətli olacaqlarını bildirdilər. Uğurlu xan Gəncənin Narın qalasında 
yerləşdi, oranın camaatını  hər nöqteyi-nəzərdən xatircəm etdi. Əmirzadə  və 
sərdarın orduları  şəhərin aşağı  tərəfində, çayın kənarında dayandılar və  şəhərin 
işlərini nizam-intizama salmaqla məşğul oldular. Bütün Ayrım,  Şəmsəddinli 
rəisləri, eləcə  də o vilayətlərin nümayəndələri onların görüşünə  gəlib, itaət 
etdiklərini bildirdilər. Gəncə elləri Qacariyyə adı ilə adlandığı üçün gəncəlilər 
qızılbaş başçılarına dayı deyərdilər və onlara öz yaxınlıqlarını izhar edərdilər. 
Kəlisa kənd məhəlləsinin erməniləri də onlara itaət və xidmət etməyə hazır 
olduqlarını bildirdilər. 
Sərdar  Əmir xan qardaşı  oğlu Məhəmməd Zaman xanı min nəfər atlı ilə 
birlikdə yolu mühafizə edib qorumaq məqsədilə  Gəncə  və Tiflis sərhədindəki 
Həsənsu və  Zəyəmə göndərdi ki, orada durub Tiflisin vəziyyətindən və 
işlərindən xəbərdar olsunlar. Bundan iki həftə keçəndən sonra qəflətən general 
Mədətovun Tiflisdən Ağstafaya gəldiyi, qoşun, top və  hərbi sursat topladığı 
xəbəri yetişdi. Sərdar  Əmir xan vəziyyəti Abbas Mirzəyə  xəbər verib, belə bir 
məktub yazdı: “Mən  Şuşa qalasında istədim ki, qoşunun ixtiyarını  mənə verə-
siniz ki, qalanı zəbt edim. İndi də öz xahişimi bildirib mənə beş-altı alay sərbaz 
və beş top vermənizi xahiş edirəm. Ya gedib Mədətovu məğlub edərək, Tiflisə 
qədər irəliləyərəm, ya da məhv olaram”. 
Abbas Mirzə onun xahişini qəbul etmədi. Bunun da səbəbi o idi ki, Abbas 
Mirzəyə demişdilər: “Mədətovun yanında o qədər də rus qoşunu yoxdur, əgər siz 
bu topları, əsgərləri sərdar Əmir xana versəniz, o gedib Mədətovu məğlub edib, 
Tiflisə kimi gedər və Tiflisi də zəbt edər. Nəticədə də şahın yanında adı çıxar”. 
Abbas Mirzə bu sözlərə inanıb top və əsgər göndərməkdən boyun qaçırdı. O 
belə yazdı: “Sizi Mədətov ilə dava etməyə göndərməmişəm, onunla mən özüm 
vuruşacağam. Siz Gəncənin Narın qalasını tutub, orada ruslardan qalmış topların 
hamısını qalanın içinə çəkin, bu topların güllə-barıtını hazır edin. Mədətov gələn 
kimi girib qalada oturun, ta ki, onda mən özüm gəlib Mədətovun cavabını 
verərəm”. 
Bir də belə demişdi: “Qoşun və atlı göndərin, rusların Mədətovun yanında 
olan topdaşıyan atlarını, cəbbəxanasını qarət edib özünüzlə  gətirin ki, onlar 
irəliləyə bilməsinlər”. 
 
  
 86


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə