TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   21   22   23   24   25   26   27   28   ...   91

yollanan adamların üzərinə hücum edib vəlvələ saldılar. Qalada yaşayan 
köməksizlərin bəzilərini qılıncdan keçirdilər və güllələdilər. Sonra qala üzərinə 
hücum çəkdilər. Gəncüm ağa Xandəmirov həmin vaxt qalabəyi idi. O, iki dəstə 
əsgərlə qabağına torpaq qalanmış qala darvazasını açaraq, qaladan çıxıb onlarla 
vuruşdu, bəziləri isə fürsətdən istifadə edib bürclərdən keçərək, qalanın üstü ilə 
içəriyə girdilər.   
Gəncüm ağa yenə də qalaya qayıdıb darvazaları torpaqla doldurdu. Bürclərin 
başında yenə dava başlandı.  Əsgərlər qalaya aşıb düşsələr də qalanın 
bürclərindən onlara top atılırdı. Qaladakılar da ruslar ilə birləşib birlikdə 
vuruşurdular. Polkovnik onların hamısına silah verib bürclərin zirvəsinə 
göndərmişdi. Burada çox böyük vuruşmalar baş verdi, amma Abbas Mirzə 
tərəfindən bir kömək yetişmədi. Vuruşmalar səhər gün çıxandan gün batana kimi 
çəkdi. Bu zaman Abbas Mirzə adam göndərib xanların qalaya girmələrinə  və 
qalaya hücum etmələrinə mane oldu və geri qayıtmaq əmrini verdi. Həmin xanlar 
məqsədlərinə nail olmadan geri qayıtdılar və öz ordularına daxil oldular. 
 
İQBALIN MÖHKƏMLƏNMƏSİ, 
FƏTHLƏR VƏ TƏRİFLƏR 
 
Bu hadisələrin  əsnasında xanlar və  ətraf bəylərin qələbə  xəbərləri və 
təbrikləri yetişdi. Belə xəbərlər Mehdiqulu xan və sərdar Əmir xanın təkəbbür və 
iddialarını birə-yüz artırdı: o cümlədən Mirhəsən xan Talış  və  Lənkəran 
tərəflərini asanlıqla zəbt etdi, rusları Ərkivan qalasından çıxartdı. Sərdar İbrahim 
xan Mustafa xan ilə birlikdə  Şirvandan Salyana kimi torpaqları tutdu. Ruslar 
tərəfindən buranı mühafızə edən general Qrabbe baş götürüb Qubaya qaçdı. 
Sərdar Hüseyn xan Pənbək və Şuragül hüdudlarını öz əlinə keçirdi. Bu yerlərdəki 
rus istehkamlarını dağıtdılar. Həsən xan və onun qardaşı Borçalı mahalını talan 
etdi. Çoxlu əsir aldı, Rusiyanın bu vilayətlərdə olan qoşunlarının hamısı Tiflisə 
tərəf getdilər. Gəncənin Zurnabad kəndində olan rus qoşunları  Gəncəyə daxil 
olmaq istədilərsə, amma Gəncə  əhli onlara mane oldu. Onlar da bütün hərbi 
ləvazimatı atıb Tiflisə  tərəf qaçdılar. Abbas Mirzə  sərdar Hüseyn xanın  ərz-
halına belə cavab yazdı. 
 
  
 81


Cavabın eyni: “Allahın sonsuz iltifat və köməyi ilə bu ali tərəfin (Abbas 
Mirzənin) rəğbət və hörmətinə müvəffəq olan uca məqamlı, yüksək rütbəli, 
cəsur, qeyrətli, cah-calallı, dövlət və  şöhrət sahibi, İrəvan və Çuxursəədin 
bəylərbəyisi, böyük əmirlər əmiri Hüseyn xan sərdara məlum olsun ki, o yüksək 
rütbəli xoşbəxtin sədaqətlə dolu olan ərizəsi mərhəmətli, ali tərəfin (Abbas 
Mirzənin) nəzərinə çatdırıldı. Böyük Allahın köməyi və ədalətli cənabın yüksək 
iqbalı sayəsində o səadətli ali məqama və qardaşı Həsən xan Sarı Aslana nəsib 
olan arasıkəsilməz qələbələrdən xəbər tutaraq onlara təşəkkür edilir”. 
Abbas Mirzə yazmışdı ki, o yüksək rütbəli, calal sahibi qalib qoşunu ilə 
hərəkət edib Pənbək və Şuragülü ələ almış və Qarakilsəni də mühasirə etmişlər. 
Dünyaları yaradan Allaha şükür olsun. Bu gün düşmən üçün matəm günüdür. Bu 
gün  şahın bədxahlarının qüvvətinin zəiflədiyi və  məğlub olması  Əli dininin 
qalibiyyətidir. 
Talış  zəfər qoşununun igidliyi nəticəsində düşmənlər məğlub oldu. Şirvan 
həvalisi Salyana kimi əlimizə keçdi. 
Şəki və Carda Qacar təbilinin səsi ucaldı. Gəncənin qapıları  səadətin sehrli 
açan ilə açıldı.  Şuşa  əhlinin  şüşəyəbənzər taqəti və gücü daş kimi bərkimişdi. 
Top və tüfəngin gülləsindən ürəkləri təngə  gəlmişdi. Ancaq o qüvvətli Allahın 
azacıq mərhəməti bu qədər fəthləri aşkar etdi: 
 
F ə r d: 
Kim Allahın hökmünü yerinə yetirməyə bilər. 
 
 
O yüksək rütbəli və  şücaətli Həsən Sarı Aslan şahlıq taleyinə  və onun 
iqbalının məğlubedilməzliyinə ümid edirdi. Kim düşmən qarşısında igid və 
qüvvətli olsa, inşallah, biz Allahın köməkliyilə  Şuşa qalasının işini  ən yaxın 
zamanda bitirib, şəhəri zəbt edərik, Tiflisə gedərik... 
 
  
 82


MÜHARİBƏ DÖVRÜNDƏKİ ƏHVALATLAR 
 
Şuşa qalasının mühasirəsi aşağıdakı qayda üzrə olmuşdur: bir tərəfdən 
qapılar açılmırdı, uzun müddət mühasirədə qalmış qala əhli və qoşun təşvişdə 
idi. Abbas Mirzə dəfələrlə sifariş göndərib qalanın təslim olmasını tələb və təkid 
edirdi. Ancaq bu təkid bir nəticə vermirdi, ərzağın və yeyintinin azlığı  və 
olmaması onları getdikcə qorxuya salıb taqətdən də salmışdı. Bəzi  şayiələr 
yayılmışdı ki, guya sərdar ruslara vilayətdən kənara çıxmaq və qalanı  təhvil 
vermək hökmünü vermişdi. Ona görə  də  qızılbaşlar bu məsələnin düzlüyünü 
yoxlamaq məqsədilə Biçin xanı polkovnik Reuttun yanına göndərdilər. 
Qala  əhli polkovnikin əmrinə görə Biçin xanın gözlərini bağladıqdan sonra 
qalaya buraxıb polkovnikin yanına gətirdilər. Danışıqdan sonra belə  qərara 
gəldilər: qalanın komendantı mayor Çilayev kapitan Adıgözəl bəy ilə birlikdə 
tərəflərə iki həftə müddətinə əmanət və girov verilir. Bu məqsədlə ki, bir rus və 
bir də Abbas Mirzənin adamlarından biri Tiflisə gedib Yermolovdan xəbər 
gətirsin. 
Beləliklə, ruslar tərəfindən bir mayor və şahzadə tərəfindən bir nəfər yasavul 
Tiflisə göndərildi. Tiflisdə sərdarı işin gedişatı ilə tanış etdilər və ondan qalanı 
təslim etməyə icazə verib-verməməsini soruşdular. Sərdar cavabında dedi ki, 
kapitulyasiya sözü rus dilində yoxdur, bu sözün mənası fransız dilində  təslim 
olmaq deməkdir. 
O günlərdə general Mədətov İstisudan qayıdıb Tiflisə gəldi. Abbas Mirzənin 
nümayəndəsini (yasavulu) generalın qulluğuna apardılar. General əvvəl yasavula 
qəzəblənib dedi: 
- Mənim yanıma nə üçün əlağacı ilə  gəlmisən, - sonra Abbas Mirzəni pis 
sözlərlə hədələdi: - Gör o əlağacı ilə Abbas Mirzəyə mən nə edərəm. 
Şahzadə Abbas Mirzənin fikri və rəyi Şuşa qalasını tutmaq və əhalisini itaətə 
gətirib, mal-dövlətinə sahib olmaq idi. Abbas Mirzə istəmirdi qalanın mal-
dövlətini qoşun qarət etsin. Başqalarının fikri və arzusu qalanı güc ilə zəbt edib, 
mal-dövlətini öz aralarında bölmək idi. Abbas Mirzə bir dəfə xidmətçilərinə 
dedi: 
- Ey fahişədən törəyənlər! Hamınız göz dikmisiniz ki, mən Şuşa qalasını zor 
ilə alım, siz də oranın malını, dövlətini qarət edəsiz. Mən burada o qədər 
əyləşəcəyəm ki, Şuşa əhli özü zinhara gəlib qalanı 
 
  
 83


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə