TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   29   30   31   32   33   34   35   36   ...   91

bir neçə atlını rus gözətçisi hesab edərək rus qoşununun gəldiyini xəbər 
veribmişlər. Buna görə də ordu içinə bir vəlvələ düşmüşdü. Abbas Mirzə oradan 
sərdarın ordusuna və ya adamlarına rast gəlmək ehtimalı ilə yenə Naxçıvana 
tərəf gəldi. O zaman sərdar Paskeviç knyaz Eristovu ordu başçısı təyin etdiyini 
və Naxçıvandan keçib Təbriz üzərinə hücuma keçəcəyini eşitdi. Həmin generalın 
rəşadəti və qızılbaşların arasında şöhrəti var idi. Abbas Mirzənin ayağı daha yer 
tutmayıb olduqca sürətlə Arazdan keçib tələsik Xoy tərəfə getdi. Evoğlu 
həvalisində ordunu yenidən nizama salıb durdu. 
 
SƏRDARABAD VƏ İRƏVANIN FƏTHİ 
 
Paskeviç  İrəvana gedib iri topları  Sərdarabad üzərinə  çəkdi. Haman il 
sentyabrda qalanı topa tutdu, tezliklə qalanı öz ixtiyarına gətirdi. 
Hədsiz-hesabsız azuqə, ehtiyat və başqa sursatları  əlinə keçirdi. Oradan 
haman il oktyabrın onunda İrəvan qalası üzərinə yürüş etdi. 
Neçə gün bu qayda ilə topları güllə ilə doldurub, şəhərin  şimal tərəfindəki 
divarını alt-üst etdi. Şəhər  əhli nə  qədər səy, nə  qədər hümmət etdisə  də fayda 
vermədi. Nəhayət, ruslar şəhəri güc ilə tutdular. Həsən xan və başqa əmirləri əsir 
və həbs etdilər. 
Oranın işini qaydaya salandan sonra müharibə  və vuruşma məqsədilə Xoy 
tərəfə, Abbas Mirzənin üzərinə hücum etmək qərarına gəldi. 
 
KNYAZ ERİSTOVUN TƏBRİZ ÜZƏRİNƏ  
GETMƏSİ 
 
Abbas Mirzə  Təbrizlə Xoy arasındakı Evoğluda olduğu zaman sərdarın 
əmrilə knyaz Eristovun Abbasabad həvalisindən keçib Mərənd yolu ilə Təbrizə 
gedəcəyini eşitdi. 
Belə deyilirdi ki, knyaz Təbrizə getməzdən  əvvəl Mərənd tərəfində  Bəhri-
Zənd adı ilə məşhur olan bənddə dayanacaqdır. Şahzadə gözətçi sifətilə Mərəndə 
gəlib gördü ki, knyaz bir neçə gözətçi 
 
  
 105


qoyub, Təbrizə  tərəf getmişdir. Yenə  də Evoğluya qayıtdı. Səs düşmüşdü ki
sərdar (Paskeviç) Sərdarabad və  İrəvanın işini bitirib Xoya gəlir. Axşamçağı 
Araz tərəfdən bir toz qalxdı. 
Qızılbaş qoşunu qorxuya düşüb, bunu Arazı keçib onların üzərinə hücum 
edən sərdar qoşunu hesab edərək, yüklərini bağlayıb Xoy şəhərinə tərəf qaçmağa 
üz qoydular. Ondan sonra məlum oldu ki, tozu çaya su içməyə  gələn qoyun 
sürüsü qoparmışdır. Abbas Mirzə bu işdən çox təəssüf etdi və dedi: “Qoyunun 
qopardığı tozdan qaçan bir qoşunla rus müharibəsinə getmək ağlasığışmaz bir 
işdir”. 
Ş e i r (sətri tərcümə): 
 
Ey ərəb, qorxuram sən Kəbəyə yetişə bilməyəsən. 
Bu yol ki, sən gedirsən, bu Türküstan yoludur. 
 
Və bir də dedi: “Mən şahlar arasında ən bədbəxtiyəm, hər bir şahın özünün 
tayı və babı olmuş, ona ya qalib gəlmiş və ya qaçıb xilas olmuş. Amma mənim 
düşmənim mənə tay deyildir. Rus kimi sayda güclü bir dövlətdir, mən nə edə 
bilərəm, nə ona güc gələr, nə də qaçıb qurtara bilərəm”. 
Odur ki, ruslardan qabaq Təbrizə çatıb onlarla sülh etmək məqsədilə oradan 
köçüb Təbrizə yola düşdü. 
Şahzadə Abbas Mirzə  Təbrizin bir milliyinə yetişən kimi xəbər gəldi ki, 
knyaz Eristov sərdar Paskeviçin əmrinə görə  mərəndli Nəzərəli xanın 
oğlanlarının bələdçiliyi ilə Təbrizə daxil olmuşdur. 
Bu məsələnin şərhi belədir: 
Knyaz Eristov sərdar Paskeviçin əmri ilə qoşun götürüb, Arazdan keçərək 
Təbrizə getməli olur. Öz ixtiyarında olan qoşunu Arazdan keçirib Mərəndə gəlir. 
Mərəndli Nəzərəli xanın oğlanları Abbas Mirzə onların atalarını boğduqdan 
sonra ondan uzaqlaşmışdılar. Onlar həmişə knyazın yanına gəlib ona öz itaət, 
qulluq və  sədaqətini bildirmək üçün fürsət axtarırdılar. Vaxtdan istifadə edən 
knyaz onları ümid elədi ki, bir neçə gündən sonra Təbrizə gedəcəklər. Nəzərəli 
xanın oğlanlarının bələdçiliyi ilə on dəstə  Mərəndi keçib Təbrizə getdi. Rus 
qoşunu Təbriz həvalisinə yetişən kimi, Təbriz  əmirləri darvazaları açıb  əyan-
əşrəflə bəylərbəyi Fətəli xan və müctəhid Mir 
 
  
 106


Fəttah darvazaların açarını götürüb itaət simvolu olan duz-çörəklə knyazı 
qarşılamaq üçün şəhərin kənarına gəldilər. Knyazın qarşısına çıxmazdan  əvvəl 
darvazalardan top atdılar. Knyaz davanın başlandığını  zənn etdi. Sonra bunun 
salam atəşi olduğunu başa saldılar. Hamı knyazın hüzuruna gəlib onu ehtiram və 
izzətlə şəhərə apardılar. Abbas Mirzə ürəksıxıcı hadisəni eşitdikdən sonra o gecə 
qızılbaş əmirləri və xanları ilə iclas və məsləhət etdi: “Bundan sonra gedib atama 
və qardaşıma dəxil düşmək, onların vilayətlərinə göz dikmək mənə ölümdən 
betərdir. Rus imperatoruna boyun əymək daha yaxşıdır, o, böyük və  rəhmli 
padşahdır. Onun ixtiyarında mənim kimi şahlar və  şahzadələr çoxdur, əlbəttə, 
məni də bir oğul, bir general kimi hesab edər, bir parça çörək verər ki, asudəliklə 
öz həyatımı keçirim”. 
Beş yüz nəfər xan və xanzadəni götürüb rus imperatorunun yanına getməyi 
məsləhət gördü. Bu məsləhəti və öz fikrini haman gecə öz xəzinədarı Biçin xanla 
qoşunları ilə Mərənddə dayanan Paskeviçə məlum etdi. Sərdar cavabında yazdı: 
“Mən bir neçə günə Təbrizə daxil olana kimi bu məsələ qalsın. Təbrizdə sizinlə 
görüşüb işi həll edərəm”. Abbas Mirzəyə bu bərk toxundu və bundan xəcalət 
çəkdi. Özünə tabe olan qoşunu və adamların bir hissəsini dağıtdı. Bir az qoşun 
saxlayıb Səlmas yolu ilə Marağa yaxınlığındakı Dehqarqana gəldi. Paskeviç 
Təbrizə daxil oldu, şəhərin işlərini nizama salmağa başladı, hakimlərdən hər kəsi 
öz vəziyyəti və bacarığına görə rütbəyə çatacağını ümidvar etdi. Bir neçə 
generalları yaxın  şəhərləri tutmağa göndərdi. General-mayor Laptev Urmiyanı 
zəbt etdi. General-mayor Pankratyev Marağanı aldı. General-adyutant Suxomilin 
Ərdəbili tutdu. Bundan sonra Abbas Mirzə ilə əlaqə başladı. 
Paskeviç Abbas Mirzə ilə Marağanın Dehqarqanında görüşdü. Cənab sərdar 
ona hörmət və izzət göstərdi. Bir an belə ondan heç bir hörməti  əsirgəmədi. 
Onlar bir müddət söhbət etdilər, aralarında sülh və dostluq yarandı, təminat və 
xəsarət barəsində danışıldı. Əvvəlcə, Fətəli şah razı olmadı, vaxtı uzatmaq istədi. 
Bir neçə müddətdən sonra sərdar Təbrizə gəldi. Abbas Mirzə də öz məmləkətinə 
getdi. Əmirlər arasında dostluq və birlik möhkəm oldu. Sərdar yaxşı bilirdi ki, bu 
fəsadları, işlərin çətinliyini, münaqişələri sülh yolu ilə imperatordan başqa heç 
kəs həll edə bilməz. Buna görə ikinci dəfə vuruşa 
 
  
 107


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə