TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

At üstündə balaca bir uşaq kimi görünərdi. Abbas Mirzə onun süstlüyünü və 
qalanı əldən verməsini nəzərə alaraq, yüksək mənsəbdən məhrum etdi və həmin 
mənsəbi sərdar  Əmir xanın böyük oğluna verdi. Abbas Mirzənin bacısı 
Məhəmməd xanın arvadı idi. O, bacısını Məhəmməd xandan boşatdırıb dedi: 
- Qalanı düşmənə verən bir adam mənimlə arvad qohumu ola bilməz. 
Abbasabad və Naxçıvan şəhərinin yerləri yay fəslində isti olduğundan Abbas 
Mirzə bu şəhərlərin nizam-intizamını qaydaya salıb bütün işlərini 
möhkəmləndirdikdən sonra Abbasabad qalasında qalabəyi və mühafizə  dəstəsi 
qoydu, özü isə qoşunu ilə Qarababa yolu ilə Sisyan dağı və Qaradağ yaylaqları 
tərəfə getdi. İstilər qurtarana qədər bu yerlərdə qalmağı qərara aldı. 
 
ABBAS MİRZƏNİN İRƏVAN TƏRƏFƏ GETMƏSİ, 
RUSİYA İLƏ AVARANDA VURUŞMASI 
 
Abbas Mirzə Abbasabad qalasını verdikdən sonra camaat arasında 
məzəmmət edilməsin deyə, bu nöqsanları birtəhər düzəltməyə çalışdı. 
Abbas Mirzə Paskeviçin araba, çadırlar və qaladağıdan toplarla Avaran 
qalasını tutmaq üçün İrəvana tərəf hərəkət etdiyini eşitdi. O, Paskeviçin qarşısını 
almaq məqsədilə qoşununu və  zənburəkxanasını götürüb Ağrı dağı yolu ilə 
İrəvana tərəf yollandı. Buraya gələndən sonra sərdar Hüseyn xanla görüşdü. Bəzi 
məsələləri ona danışdı. İrəvan qalası barədə kömək və tövsiyələr verdi. 
Rusların yerləşdiyi yerlər möhkəm olduğu üçün və oraya bir neçə  ağır top 
gətirildiyi nəzərə alınaraq Hüseyn xana rus qoşunu üzərinə hücum etməyi 
məsləhət görmədi. 
Abbas Mirzə gözətçi adı ilə 200 cəsur atlı götürüb Avaranla üzbəüzdəki 
dağın  ətəyində durdu. Durbinlə baxıb onların qalasını, durduğu yerlərin 
vəziyyətini öyrəndikdən sonra qayıtdı. İrəvandan Üçkilsə istiqamətində Həştərək 
həvalisinə  tərəf yollanıb, onun iki ağaclığında düşdü. Gürcü Söhrab xanı iki 
batalyon əsgər və iki topla Üçkilsə qalasına hücum edib onu tutmaq məqsədilə 
oraya göndərdi. 
Sərdar Paskeviçin əmrilə də orada mühafizədən ötrü 500 əsgər qoyulmuşdu. 
 
  
 102


Söhrab xan hər gün Üçkilsə qalasına top atırdı  və onu mühasirə etməyə 
girişirdi. Burada olan rus əsgərlərinin azuqəsi qurtarmaqda idi. Paskeviç əsgərləri 
razı salmaq məqsədilə Avaranda olan Krasovskinin yanına adam və  məktub 
göndərib oradan ya azuqə göndərmək, ya da əsgərləri yanına çağırmağı xahiş 
etdi. Dünya işi üçün bu yerləri dağıtmağa dəyməz. General Krasovski 4 min 
əsgərlə 4 top götürüb, onun yanına yola düşdü. O, Avarandan çıxdı. 
Şam vaxtı  qızılbaş keşikçiləri rusların Avarandan çıxıb gəldiklərini xəbər 
verdilər. Qızılbaş qoşunu içərisinə böyük qorxu düşdü. Arabaları yükləyib, atları 
yəhərləyib, rus qoşunları  gələn kimi qaçsınlar deyə o gecə  səhərə  qədər 
gözlədilər. Bunun səbəbi o idi ki, qızılbaşlar gecə dava etməzdilər, öz canlarını 
mühafizə etməyi də vacib bilirdilər. 
Ruslar gecəyarı hücum etməsin və körpünün təmiri ilə  ləngisinlər deyə 
qızılbaşlar çay üzərindəki körpünü dağıtmışdılar. Gün çıxandan iki saat sonra rus 
qoşunlarının gəlməsi xəbəri çatdı. Abbas Mirzə bütün atlı qoşunlarını Üçkilsəyə 
gedən yolun ətrafına göndərdi, topxana və  sərbazlarını yol kənarındakı böyük 
təpə üstündə yerləşdirdi, özü də onların arasında dayandı. Hökm elədi ki, onun 
işarəsi olmadan heç kəs təpədən enməsin. Birdən rus qoşunları göründü, onlar 
dörd dəstə ilə, nizamla yolun sağ tərəfindən Üçkilsəyə tərəf hərəkət edirdilər. 
Qazax, Borçalı  və Qarapapaq atlılarından ibarət rus qoşunlarını dövrəyə 
almış qızılbaşlar vuruşmağa başladılar. O gün güclü müharibə və vuruşma oldu. 
O gün gündüz saat ikidən gün batana kimi top və tüfəngin atəşi hər yeri 
bürümüşdü, dava və müharibənin odu isə alovlanırdı. Hər iki tərəf qurban 
verməkdən çəkinmirdi. 
Ruslar  ətrafından qızılbaş atlılarının güc gəldiyini hiss etdikdə, arabaları 
mahud və başqa şeylərlə doldurub orada qoyaraq özləri qabağa getdilər. Qızılbaş 
qoşunu arabalarda xəzinə  və ya parça olduğunu zənn edib, qarətlə  məşğul 
oldular. Bu vaxt ruslar toplarını seçmə ilə doldurub onların üstünə atdılar. 
Beləliklə, qızılbaşların bir çoxu məhv oldu. 
Rus qoşunu Üçkilsəyə yaxınlaşdığı zaman Söhrab xan top-tüfəng səsi eşidib 
oradan  əl çəkdi,  əsgərləri və topları ilə Abbas Mirzənin qoşunu tərəfə  gəldi. 
Rusların ön dəstələri ilə rastlaşanda, rus alayı onlara hücum etdi. 
 
  
 103


Söhrab xan çıxış yolunun kəsildiyini görüb, yolun kənarındakı  təpəyə  tərəf 
geri oturdu. Ruslar onlardan çoxunu öldürdülər. Sonra Miralay İbrahim xan Xoy 
alayının sərbazları ilə Abbas Mirzənin səngər tutduğu təpədən düşüb onların 
köməyinə  gəldi. Onlardan sağ qalanlarını rusların  əlindən xilas etdi. Burada 
İbrahimxəlil bəyə fürsəti əldən verməyib, çətin zamanda lazımi xidmət göstərdiyi 
üçün xanlıq mənsəbi verildi. Ruslar da bu qayda ilə vuruşa-vuruşa Üçkilsəyə 
yetişib, üç dəstə qoşunla qalaya daxil oldular. Rusların axırda qalan dördüncü 
dəstəsi istinin şiddətindən və susuzluqdan qalanın yuxarısından axan böyük çaya 
yetişdikdə su içməkdən ötrü çayın kənarına nizamsız olaraq səpələndilər. O vaxt 
qızılbaş atlılan fürsətdən istifadə edərək, atlarını onların üstünə çapıb, qoşunun 
içərisinə daxil oldular. Onların bəzilərini öldürdülər, bəzilərini də əsir aldılar. 
Xülasə, bu dəhşətli vuruşmada 500 nəfərdən artıq əsir və ölən oldu. General 
Krasovskiyə güllə  dəyib yaralandı. Abbas Mirzə bu hadisədən çox şad oldu
əsirləri şahın yanına göndərdi. Özü isə oradan köçüb təpənin döşündə, Toxmaq 
deyilən yaxşı bir yaylaqda yerləşdi. Orada bir neçə gün qaldı, birdən xəbər gəldi 
ki, sərdar Paskeviç bu vəziyyəti eşidərək on beş min rus qoşunu götürüb tələsik 
yola düşübdür. Abbas Mirzə bu xəbəri eşidən kimi təşviş içində oradan köçdü. 
Başı salamat qalsın deyə Xoy şəhərinə tərəf yollandı. Günorta vaxtı İrəvan qalası 
yanından keçərək, oranın camaatına qalanı saxlamaqdan ötrü səbirli və möhkəm 
olmalarını tapşırdı  və özü isə axşamçağı qoşun və  hərbi ləvazimatla Araz 
çayından keçib Ağrı dağı tərəfə üz tutdu və Arazın o tayında dayandı. 
Abbas Mirzənin qoşunu atlar üçün ot və qeyri şeylər tapmaqdan ötrü ətrafa 
dağıldı. Birdən səs düşdü ki, budur, rus qoşunu gəlir. Qoşunun içərisində 
həyəcan, çaxnaşma qopdu. Çadırlardan başqa qalan şeyləri götürdülər, axşam 
düşəndə isə əhalini dağıtmaq üçün top atmağa başladılar. 
Ordu döyüşçüləri elə  zənn etdilər ki, atılan rus topudur. Odur ki, dava 
başlandı, çoxu şeylərini töküb, atına minib qaçdı, bəziləri də qorxu və vahimədən 
başqasının atına minib aradan çıxdı. 
Bu qayda ilə həmin gecə səhərə kimi hamısı qaçmaqdaydı. Heç kəsin işin nə 
yerdə olduğundan xəbəri yox idi. Hava işıqlaşandan sonra məlum oldu ki, nə 
dava varmış, nə vuruş. Qızılbaş gözətçiləri 
 
  
 104


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə