TəRTİBÇİDƏN


KNYAZ PASKEVİÇİN İRƏVANA TƏRƏF GETMƏSİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   27   28   29   30   31   32   33   34   ...   91

KNYAZ PASKEVİÇİN İRƏVANA TƏRƏF GETMƏSİ, 
ABBAS MİRZƏ İLƏ MÜHARİBƏSİ, ABBASABAD VƏ 
İRƏVAN QALALARININ TUTULMASI 
 
İrəvan  əmiri cənab qraf Paskeviç 1827-ci miladi ilinin martında sərdarlıq 
vəzifəsi  əmri ilə Qafqaz korpusuna komandan təyin olundu. 0, vilayətlərin 
hüdudunu nizama salıb, yaxın və uzaq yerlərin işlərini tərtib edərək, hakimlərin 
təyinatı ilə  məşğul oldu. Qoşunun və  əsgərlərin qüvvətli, nizamlı, müzəffər, 
güclü olması haqqında lazımi tədbirlər gördükdən və sayıqlıq ruhunda tərbiyə 
verdikdən sonra İrəvana getmək haqqında qərara gəldi. Lazımi tədarük və çoxlu 
qoşunla Tiflisdən İrəvana hərəkət etdi: İrəvan bəylərbəyisi sərdar Hüseyn xan bu 
xəbəri eşitdikdən sonra həmin nahiyələrin el-obasına kömək etmək əmrini verdi. 
Qardaşı  sərdar Həsən xanı  Sərdarabad və  İrəvan qalasının mühafizəsinə  təyin 
etdi. Özü də qoşunla o yerlərin ətrafında dolandı. O biri tərəfdən vəliəhd Abbas 
Mirzə  də qoşun toplayıb, sərbaz, atlı, topxana ilə Hüseyn xan və  Həsən xanın 
köməyinə  Təbrizdən Xoya tərəf hərəkət etdi. Araz çayı  kənarının yaxınlığında 
Qara Ziyaəddin mahalına gəlib, orada dayandı. Bu əsnada İran dövləti tərəfindən 
Naxçıvan nahiyəsi Əylis dairəsində olan general-mayor Mehdiqulu xan sərdarın 
yanına adam göndərdi, özünün İran dövlətindən üz çevirib Rus dövlətinə itaət 
etmək arzusunda olduğunu bildirdi. Knyaz Ançarov general Pankratiyev ilə 
sərdarın  əmri və  fərmanına  əsasən iki rota əsgər götürərək, Mehdiqulu xanı öz 
tabe və ya yaxın adamları ilə köçürüb yanına gətirdi. Onu yüksək rütbəli sərdarın 
əmri ilə Qarabağda yerləşdirdi. Həm özü, həm təbəələri üçün daimi yaşayış yeri 
müəyyən etdi. 
Naxçıvan alayının başında duran naxçıvanlı polkovnik Ehsan xan uzaqgörən 
və  məlumatlı bir adam idi. Əsgərləri ilə Abbasabad qalasının mühafizəsinə 
başladı. O, Qızılbaş dövlətinin zəifliyinə  və düşkünlüyünə inanaraq sərdarın 
yanına adam göndərib, məlum etdi ki, hərgah sərdar qoşunla qalaya tərəf gələrsə 
o, Abbasabad qalasını ona təslim edər. Sərdar bu xəbəri eşidən kimi qoşunla 
Naxçıvan tərəfə  hərəkət etdi. Qızılbaş dövlətinin başçdarı Ehsan xanın fikrini 
duydular. Onların böyük əmirlərindən biri Fətəli şahın yeznəsi Abbas 
 
  
 99


Mirzənin  şəxsi gözətçisi olan Qacar Məhəmməd xan idi. Dörd min bəxtiyarlı 
əsgər və bir neçə xan ilə Abbasabad qalasının mühafizəsindən ötrü yola düşdü. 
Sərdar cənab Paskeviç Abbasabad qalasını möhkəm surətdə mühasirə etdi, həm 
Naxçıvan və həm də Arazın o tayında Xoy tərəfdən vuruşa girişdilər. 
 
GƏCLƏR VƏ CAVANBULAQ MÜHARİBƏSİNİN 
GEDİŞATI, ABBAS MİRZƏ QOŞUNUNUN 
ƏZİLMƏSİ VƏ BAYRAQLARININ 
ƏLƏ KEÇİRİLMƏSİ 
 
Bu zaman Abbas Mirzə rus qoşununun Abbasabadda şiddətli müharibə 
apardığını  və qazax atlıları  hər gün Arazdan keçib, çayın o tayında dayanmış 
İbrahim xanın qoşunu ilə  əlbəyaxa olub rəşadət ve qəhrəmanlıq göstərdiklərini 
bildirdi. 
Abbas Mirzə özü ilə bir neçə min cəsur sərbaz götürüb gecəyarısı Araz 
kənarına yaxın, ruslara güllə çatan məsafədəki Gəclər dağının ətrafında pusquda 
durmağı məsləhət gördü. Abbas Mirzənin məqsədi o idi ki, sübh vaxtı qazaxlar 
hərgünkü göstəriş üzrə buradan keçərsə, İbrahim xan onlarla əlbəyaxa olub, hay-
küy salsın,  İbrahim xan vuruşa-vuruşa qaçmağa üz qoyub, rusları Abbas 
Mirzənin durduğu yerə çəksin, Abbas Mirzə bu vaxt çıxıb onları məhv etsin. 
Beləliklə, Abbas Mirzə bu məqsəd və əzm ilə beş min döyüşçü götürüb, çox 
dərin olan Ağcabulaq dərəsində pusquda durdu. Gözünü dikib, səhərin açılmasını 
gözlədi. Sübh günəşi çıxan kimi xəbər gəldi ki, hərgünkü adət üzrə qazaxlar 
İbrahim xanın qoşunu ilə vuruşmaqdadırlar.  İbrahim xan Abbas Mirzənin 
dünənki məsləhətinə görə öz sərbaz və qoşunu ilə  məğlub olur deyə, Abbas 
Mirzənin oturduğu yerə çəkildi. Qazaxlar da öz növbəsində iki-üç min əsgər və 
iki nəhəng topla, nizam və intizam ilə gəlib arxadan yetişdilər. Bu zaman Abbas 
Mirzənin qoşunu pusqudan çıxıb  İbrahim xanın qaçan qoşununa qarışdı, 
qaçmağa üz qoydular. Qızılbaş qoşunu bu fikirdə idi ki, qazaxlar onları  təqib 
edərkən, bir-birlərindən ayrılıb dağılarlar, nəticədə  qızılbaşlar güclü 
müqavimətlə onlara qalib gələrlər. Amma işlər  əksinə oldu. Qazaxlar öz 
cinahlarını bərkidib, sıralarında nizam- 
 
  
 100


intizamı  əldən vermədilər. Elə ki qazaxlar qızılbaşlara yaxınlaşdılar, öz 
toplarının ağızlarını  qızılbaşların sıralarına tutdular, nəticədə  qızılbaş 
süvarilərindən bir çoxunun başı bədənindən ayrıldı. Ruslar dörd-beş ağac Abbas 
Mirzənin qoşununu təqib edib, sərbazlarından çoxunu öldürdülər və bir neçəsini 
də əsir aldılar. 
Nəhayət, Abbas Mirzə üzünü Gəclər dağına tərəf tutub, atını  həmin dağın 
səmtinə sürdü. Abbas Mirzənin sərbazları  hərəsi atını bir tərəfə çapıb dağıldı. 
Qızılbaşlar bu fıkirdəydilər ki, qazaxlar bir-birindən ayrılıb dağılarlar, amma 
əksinə özləri bir-birindən ayrılıb, hərə bir tərəfə dağıldı. Qazaxlar onların ardınca 
at çapıb öldürməkdən,  əsir almaqdan, əziyyət verməkdən, tutub bağlamaqdan, 
şikəst etməkdən əl çəkmirdilər. Onların çoxunu əsir etməklə bərabər bir bayrağı 
bayraqdarı ilə gətirdilər. Çoxlu qənimət və qarət ilə qayıdıb, sərdarın qulluğuna 
gəldilər. Abbas Mirzə bu məğlubiyyətdən sonra Qara Ziyaəddin kəndindən 
köçüb Xoy tərəfə qaçdı. Sərdar qızılbaşlardan  ələ keçən bayrağı Abbasabada 
göndərdi və bununla demək istədi ki, boş yerə  əziyyət çəkib, qalanın 
mühafizəsinə çalışmasınlar, çünki bu bayraq Abbas Mirzənin özünün bayrağı idi 
ki, onu qoyub qaçmışdı. Rus qoşunu sərdarın  əmri ilə qalanı mühasirə edib, 
şiddətli müharibəyə başladı. Dörd tərəfdən hücum oldu. Xəndəklər və səngərlər 
qazıldı. Abbasabad qalasının  əhalisi Abbas Mirzənin köməyindən ümidlərini 
kəsdilər. Naxçıvanlı  Həsən xan da söz vermişdi ki, qalanı  təslim etsin. Ona da 
xain kimi baxdılar. Həsən xan yaranmış  vəziyyətdən qorxaraq, qalanı  təslim 
etməyə razı oldu. Keçmiş təqsirlərinin bağışlanmasını xahiş etdi. 
Sərdar Abbasabad qalasını  zəbt edəndən sonra oradakı top və sursatları  ələ 
keçirtdi. Məhəmmədəmin xanı isə  qızılbaşların başqa xan və  sərbazları ilə  əsir 
elədi və Gəclər davasında əsir olanlarla bir yerdə birbaş Qarabağ yolu ilə Tiflisə 
göndərdi. Ehsan xana isə mehribançılıq edib, bəxşişlər verdi və Naxçıvan 
hakimlik və naibliyinə  təyin etməklə onu çox şad edib, öz tayları  və yaxın 
adamları yanında iftixarla adını ucaltdı. 
Abbasabadın zəbti 1243 (1827)-cü il iyul ayında başa çatdı. 
Məhəmməd xanı Tiflisə aparan zaman bir neçə gün Şuşa qalasında saxladılar. 
Məhəmməd xan Qacar nücabalarından olub, qısa-boylu, seyrəksaqqallı, qamətcə 
kiçik bir adam idi. Çox iri atı vardı. 
 
  
 101


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə