TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   26   27   28   29   30   31   32   33   ...   91

Ş e i r {sətri tərcümə): 
 
Vaxtında qaç ki, qaçmaq vaxtıdır, 
Get canının fikrində ol, can çox əzizdir. 
Can o demək deyil ki, onu asanlıqla vermək ola, 
Bilmirsənmi asan və çətin nə deməkdir? 
Ey şahın və vəliəhdin çörəyinin xaini, 
Şah və vəliəhdin özünə vəfalı olmaq lazımdır. 
 
QIZILBAŞLAR QAÇANDAN SONRA 
BAŞ VERƏN BƏZİ HADİSƏLƏR 
 
Düşmən kökündən sarsıldıqdan və onların mal və dövlətləri  əllərindən 
çıxdıqdan sonra şirvanlı Mustafa xan Şirvanı  tərk edib, sərdar  İbrahim xanla 
birlikdə Qaradağa tərəf qaçdılar. Mir Həsən xan da Talış mahalından  əl çəkib, 
qızılbaşların yanına getdi. Amma nuxalı Hüseyn xan bir müddət Nuxada birtəhər 
yaşadı. Başqa yerlərdən buraya gəlmiş  bəzi tacir və qaçqınlar da çoxlu mal və 
dövlət toplamışdılar. 
Hüseyn xan qardaşı Hacı xanı ləzgi qoşunu ilə Qarabağa göndərdi. O da Kürü 
keçib Qarabağ obalarının bəzi yerlərini qarət etdi. 
Nəhayət, sərdar Paskeviç Nuxanın üç fərsəxliyinə yetişən kimi Hüseyn xan 
və Hacı xan Nuxanı  tərk edib İrana qaçdılar. Sərdar Paskeviç rus qoşunu ilə 
Qarabağda Tavus adlanan yerin ətrafında dayandı. 
General Mədətov isə  Şuşa qalasının içərisinə daxil oldu. Burada yaşayan 
müsəlman  əhalisi Mədətovu görməyə çox şad oldular və ona xidmət etməkdə 
özlərini çox xoşbəxt hesab etdilər. O şəxslər ki, qüvvətli, vüqarlı Rus dövlətinə 
qulluqda və itaətdə sədaqət göstərmişdi, onlara yeni vədlər verildi, o adamlar ki, 
ağlının azlığından qızılbaşlarla birləşib, Rus dövlətinə qarşı qiyam və 
düşmənçilikdə bulundular, onlar tənbeh və təhdid olundu. Bundan başqa general 
onların hamısını özünə tabe etdi, öz yerlərində  və yurdlarında yerləşdirdi. 
Generalın  əmrinə görə müxtəlif yerlərdə saxlanılmış dövlət və qeyri azuqə 
anbarlarından Şuşa qalası əhlinə azuqə verildi. 
 
  
 96


Şuşa əhli mühasirə dövründəki vəziyyətdən xilas oldu. Mədətov Mehdiqulu 
xanın Çanaqçıda hörmətsizliyini eşitmişdi, odur ki, ondan qisasını aldı... General 
Paskeviç bu zaman Araz çayından keçib, Qaradağ vilayətini soyub qarət etdi, 
ondan sonra gəlib o tərəflərin  əhalisini özünə tabe etdi. Çoxlu qoşunla Tiflisə 
tərəf yollandı. Həmin ilin qışında general Mədətov Qarabağ  əhlinin  əlinə 
qənimət və başqa  şeylər keçirtmək məqsədilə mühasirə dövründə  çəkilən 
əziyyəti  əvəz etsin deyə, Qarabağ  və  Şirvan qoşunlarını götürüb Mişgini və 
Əhəri çapmağa, qarət etməyə getdi. Mişgin vilayətini o ki var soyub qarət etdilər. 
Çoxlu mal və dövlət bu tərəfin  əhalisinə  nəsib oldu. Bu yerlərdə yaşayan 
Şahsevən xanlarını imperatorun itaətinə  dəvət etdi, onlara imperatora xəyanət 
etməyəcəkləri barədə and içdirdi. Onlardan biri Ata xan idi. Yermolovun 
sərdarlığı zamanında və Mədətovun hökmdarlığı dövründə Ata xan rəşid və sərt 
adam olub məhdud dünyagörüşü var idi. O qədər də  qızılbaş qoşunlarının 
əmrlərinə əhəmiyyət verməzdi. Abbas Mirzə onu dəfələrlə Təbrizə çağırmağına 
baxmayaraq, o getmirdi. Hətta bir dəfə Abbas Mirzə  sərdar  Əmir xanla 
Qaradağda idi. Onun verdiyi əmrlərinin birisi də o idi ki, Ata xanı bir yol ilə 
tutub Təbrizə göndərsin. Əmir xan da Ata xanla yaxınlıq və qohumluq etdi, yəni 
öz qızını Ata xanın oğluna vermək bəhanəsi ilə onu tutmaq qəsdini etdi. Yenə də 
müvəffəq ola bilmədi,  şirvanlı Mustafa xan Fit dağından qaçandan sonra 
Qızılbaş dövləti tərəfinə getdi. Ata xan qonaqpərvərlik göstərib onu Təbrizə 
apardı. Bu məqsədlə ki, Mustafa xan onun təqsirini bağışlayacaqdı. 
Təbrizə daxil olandan sonra Abbas Mirzə onu tutdurub bir gözünü 
çıxartdırdı. Xülasə, general Mədətov Mişgindən Qaradağ xanlarının paytaxtı olan 
Əhər şəhərinə kimi getdi, orada Qarabağ əhlinin əlinə çoxlu qənimət keçdi, sonra 
general oradan da geri qayıtdı. O vaxt qızılbaş vilayətlərinə o qədər qorxu, 
vəlvələ, həyəcan düşmüşdü ki, əgər Mədətov Təbrizə və Tehrana getsəydi, heç 
kəs onun qarşısını ala bilməzdi. Hər hansı bir vilayətdə Mədətovun rus qoşunu 
ilə gəlməsini eşitcək itaətdə olanlar, xidmətdən canını qurtarmaq fikrinə düşənlər 
qaçmaq istəyirdilər. Hətta  şahzadə Abbas Mirzə özü də  Təbrizdən qaçmaq 
qərarına gəldi. Ona görə  də  hər gün əmrinə  əsasən atları  yəhərləyib həyətin 
ortasına aparırdılar, məşq və vərdiş 
 
  
 97


etmək üçün qadınları və qızları atlara mindirirdilər, bu məqsədlə ki, Mədətovun 
Qaradağdan keçib Təbrizə  gəlməsini eşidən kimi arvadlarını  və pul xurcununu 
götürüb qaçmağa üz qoya bilsinlər. Elə ki Mədətovun Əhərdən qayıtması xəbəri 
gəldi, çox şadlıq etdilər. Mədətov oradan qayıdıb Tiflisə getdi. Sərdar Yermolov 
onu çoxlu qoşunla İrana göndərdi. Mədətov da qoşununu götürüb Xudafərin kör-
püsündən keçməyə  əzm etdi. Qızılbaş  tərəfdən də qoşunlar qabağa yeriyib 
müdafiəyə  və vuruşa hazır dayandılar. Bu zaman Yermolov sərdarlıqdan xaric 
olub, onun əvəzinə qraf Paskeviç müstəqil hökmdar təyin edildi. 
Sərdar Paskeviç cənab knyaz Abxazovu general Mədətovun yerinə Qarabağ 
vilayətlərində hakim təyin etdi. Mədətovun komandanlığı altında olan qoşun 
general Pankratiyevin ixtiyarına və fərmanına verildi. 
Eyni zamanda knyaz Abxazov qərargah rəisi vəzifəsinə təyin olub, beş günün 
içərisində Tiflisdən Mədətovun Xudafərin körpüsündə olan ordusuna gəldi və 
burada işləri Mədətovdan təhvil alıb, onu Tiflisə göndərdi, özü isə oradan qoşunu 
götürüb Qozluçaya gəldi və o vilayətlərin hökumət işini əlinə aldı. 
General Mədətovun işdən götürülməsini bir çox səbəblərdən baş verdiyini 
söyləyirlər. Bəziləri deyirlər: Qraf Paskeviç gəldiyi zaman özünün sərdar 
olduğunu Mədətova bildirməmişdi və general bəzi hallarda onun əmrinə müxalif 
olurdu və onunla mübahisə edirdi. Bəziləri də deyirdilər ki, Mədətovun Mişginə 
getməsi və  Əhərdən qayıtması barədə dövlət başçılarının icazəsi olmayıb. Bir 
başqaları isə Mədətovun Əhərdən qayıtmasının başqa səbəblərlə bağlı olduğunu 
deyirdilər. Bir sözlə, general Mədətov Tiflisə gedib başqa yerə təyin olundu. 
 
  
 98


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə