Ş e i r {sətri tərcümə):
Vaxtında qaç ki, qaçmaq vaxtıdır,
Get canının
fikrində ol, can çox əzizdir.
Can o demək deyil ki, onu asanlıqla vermək ola,
Bilmirsənmi asan və çətin nə deməkdir?
Ey şahın və vəliəhdin çörəyinin xaini,
Şah və vəliəhdin özünə vəfalı olmaq lazımdır.
QIZILBAŞLAR QAÇANDAN SONRA
BAŞ VERƏN BƏZİ HADİSƏLƏR
Düşmən kökündən sarsıldıqdan və onların mal və dövlətləri əllərindən
çıxdıqdan sonra şirvanlı Mustafa xan Şirvanı tərk edib, sərdar İbrahim xanla
birlikdə Qaradağa tərəf qaçdılar. Mir Həsən xan da Talış mahalından əl çəkib,
qızılbaşların yanına getdi. Amma nuxalı Hüseyn xan bir müddət Nuxada birtəhər
yaşadı. Başqa yerlərdən buraya gəlmiş bəzi tacir və qaçqınlar
da çoxlu mal və
dövlət toplamışdılar.
Hüseyn xan qardaşı Hacı xanı ləzgi qoşunu ilə Qarabağa göndərdi. O da Kürü
keçib Qarabağ obalarının bəzi yerlərini qarət etdi.
Nəhayət, sərdar Paskeviç Nuxanın üç fərsəxliyinə yetişən kimi Hüseyn xan
və Hacı xan Nuxanı tərk edib İrana qaçdılar. Sərdar Paskeviç rus qoşunu ilə
Qarabağda Tavus adlanan yerin ətrafında dayandı.
General Mədətov isə Şuşa qalasının içərisinə daxil oldu. Burada yaşayan
müsəlman əhalisi Mədətovu görməyə çox şad oldular və ona xidmət etməkdə
özlərini çox xoşbəxt hesab etdilər. O şəxslər ki, qüvvətli, vüqarlı Rus dövlətinə
qulluqda
və itaətdə sədaqət göstərmişdi, onlara yeni vədlər verildi, o adamlar ki,
ağlının azlığından qızılbaşlarla birləşib, Rus dövlətinə qarşı qiyam və
düşmənçilikdə bulundular, onlar tənbeh və təhdid olundu. Bundan başqa general
onların hamısını özünə tabe etdi, öz yerlərində və yurdlarında yerləşdirdi.
Generalın əmrinə görə müxtəlif yerlərdə saxlanılmış dövlət və qeyri azuqə
anbarlarından Şuşa qalası əhlinə azuqə verildi.
96
Şuşa əhli mühasirə dövründəki vəziyyətdən xilas oldu. Mədətov Mehdiqulu
xanın Çanaqçıda hörmətsizliyini eşitmişdi, odur ki, ondan qisasını aldı...
General
Paskeviç bu zaman Araz çayından keçib, Qaradağ vilayətini soyub qarət etdi,
ondan sonra gəlib o tərəflərin əhalisini özünə tabe etdi. Çoxlu qoşunla Tiflisə
tərəf yollandı. Həmin ilin qışında general Mədətov Qarabağ əhlinin əlinə
qənimət və başqa şeylər keçirtmək məqsədilə mühasirə dövründə çəkilən
əziyyəti əvəz etsin deyə, Qarabağ və Şirvan qoşunlarını götürüb Mişgini və
Əhəri çapmağa, qarət etməyə getdi. Mişgin vilayətini o ki var soyub qarət etdilər.
Çoxlu mal və dövlət bu tərəfin əhalisinə nəsib oldu. Bu yerlərdə yaşayan
Şahsevən xanlarını imperatorun itaətinə dəvət etdi, onlara imperatora xəyanət
etməyəcəkləri barədə and içdirdi. Onlardan biri Ata xan idi. Yermolovun
sərdarlığı zamanında və Mədətovun hökmdarlığı dövründə Ata
xan rəşid və sərt
adam olub məhdud dünyagörüşü var idi. O qədər də qızılbaş qoşunlarının
əmrlərinə əhəmiyyət verməzdi. Abbas Mirzə onu dəfələrlə Təbrizə çağırmağına
baxmayaraq, o getmirdi. Hətta bir dəfə Abbas Mirzə sərdar Əmir xanla
Qaradağda idi. Onun verdiyi əmrlərinin birisi də o idi ki, Ata xanı bir yol ilə
tutub Təbrizə göndərsin. Əmir xan da Ata xanla yaxınlıq və qohumluq etdi, yəni
öz qızını Ata xanın oğluna vermək bəhanəsi ilə onu tutmaq qəsdini etdi. Yenə də
müvəffəq ola bilmədi, şirvanlı Mustafa xan Fit dağından
qaçandan sonra
Qızılbaş dövləti tərəfinə getdi. Ata xan qonaqpərvərlik göstərib onu Təbrizə
apardı. Bu məqsədlə ki, Mustafa xan onun təqsirini bağışlayacaqdı.
Təbrizə daxil olandan sonra Abbas Mirzə onu tutdurub bir gözünü
çıxartdırdı. Xülasə, general Mədətov Mişgindən Qaradağ xanlarının paytaxtı olan
Əhər şəhərinə kimi getdi, orada Qarabağ əhlinin əlinə çoxlu qənimət keçdi, sonra
general oradan da geri qayıtdı. O vaxt qızılbaş vilayətlərinə o qədər qorxu,
vəlvələ, həyəcan düşmüşdü ki, əgər Mədətov Təbrizə və Tehrana getsəydi, heç
kəs onun qarşısını ala bilməzdi. Hər hansı bir vilayətdə Mədətovun
rus qoşunu
ilə gəlməsini eşitcək itaətdə olanlar, xidmətdən canını qurtarmaq fikrinə düşənlər
qaçmaq istəyirdilər. Hətta şahzadə Abbas Mirzə özü də Təbrizdən qaçmaq
qərarına gəldi. Ona görə də hər gün əmrinə əsasən atları yəhərləyib həyətin
ortasına aparırdılar, məşq və vərdiş
97
etmək üçün qadınları və qızları atlara mindirirdilər, bu məqsədlə ki, Mədətovun
Qaradağdan keçib Təbrizə gəlməsini eşidən kimi arvadlarını və pul xurcununu
götürüb qaçmağa üz qoya bilsinlər. Elə ki Mədətovun Əhərdən qayıtması xəbəri
gəldi, çox şadlıq etdilər. Mədətov oradan qayıdıb Tiflisə getdi. Sərdar Yermolov
onu çoxlu qoşunla İrana göndərdi. Mədətov da qoşununu götürüb Xudafərin kör-
püsündən keçməyə əzm etdi. Qızılbaş tərəfdən
də qoşunlar qabağa yeriyib
müdafiəyə və vuruşa hazır dayandılar. Bu zaman Yermolov sərdarlıqdan xaric
olub, onun əvəzinə qraf Paskeviç müstəqil hökmdar təyin edildi.
Sərdar Paskeviç cənab knyaz Abxazovu general Mədətovun yerinə Qarabağ
vilayətlərində hakim təyin etdi. Mədətovun komandanlığı altında olan qoşun
general Pankratiyevin ixtiyarına və fərmanına verildi.
Eyni zamanda knyaz Abxazov qərargah rəisi vəzifəsinə təyin olub, beş günün
içərisində Tiflisdən Mədətovun Xudafərin körpüsündə olan ordusuna gəldi və
burada işləri Mədətovdan təhvil alıb, onu Tiflisə göndərdi,
özü isə oradan qoşunu
götürüb Qozluçaya gəldi və o vilayətlərin hökumət işini əlinə aldı.
General Mədətovun işdən götürülməsini bir çox səbəblərdən baş verdiyini
söyləyirlər. Bəziləri deyirlər: Qraf Paskeviç gəldiyi zaman özünün sərdar
olduğunu Mədətova bildirməmişdi və general bəzi hallarda onun əmrinə müxalif
olurdu və onunla mübahisə edirdi. Bəziləri də deyirdilər ki, Mədətovun Mişginə
getməsi və Əhərdən qayıtması barədə dövlət başçılarının icazəsi olmayıb. Bir
başqaları isə Mədətovun Əhərdən qayıtmasının başqa səbəblərlə bağlı olduğunu
deyirdilər. Bir sözlə, general Mədətov Tiflisə gedib başqa yerə təyin olundu.
98