zaman Qızılbaş qoşunu bu qalalardan keçib gedə bilmədi. Bu qalalara bir neçə
böyük top atdılarsa da, onların möhkəm binasına bir zərər yetirə bilmədilər.
Nəhayət, Əsgəranla Şuşa qalası arasında iyirmi gün məəttəl qaldılar. Onların
qatır, at və sair malları oğurlanıb, tələf oldu. Axırda, mərhum İbrahim xanın əmri
ilə tüfəngçilər və başqa qoşun əhli Əsgəran qalasını boşaldıb Şuşa qalasına
gəldilər. Bundan sonra Ağa Məhəmməd şahın qoşunları oradan keçib, Qarqar
çayının kənarında ordu quraraq, bir müddət dincəldilər və sonra Tiflisə getdilər.
Dördüncüsü - İbrahim xanın özünəməxsus imarətləridir. Şuşa şəhərində olan
bu imarətlərin birində Gəncə xanzadələrindən olan Mehdiqulu xanın anası
yaşayırdı. Bir imarətdə də polkovnik Xanlar ağa və Əhməd xanın anası Bikə ağa
olurdu. Bikə ağa, Avar vilayətinin valisi dağıstanlı Ümmə xanın bacısı idi.
Beşincisi - Xəzinə dərəsinin imarət və otaqlarıdır. Şuşa qalasında dağların,
daşların arasında olan imarətdir ki, mağaranın içində əhəng və daşla tikilmişdir.
Buraya təkcə bir yol vardır, çıxış yolları isə yoxdur. Bu yoldan yalnız piyada
keçmək olar. Burada eni və uzunu təxminən 40-50 sajen olan bir yer vardır ki,
oradan çaya qədər 100 sajen hündürlüyündədir. Əgər qaya başından tüfəng
atsalar, buraya çox çətinliklə gəlib çatar, böyük daş atmaq istəsələr, imarətlərə və
otaqlara dəyməyib çaya düşər, o imarətin qarşısında Şuşa qalası tərəfində böyük
bir mağara vardır ki, dərinliyi kimsəyə məlum deyildir. Məlik Şahnəzər bu
mağaranın ağzına yaxın bir yerdə özü üçün bir neçə otaq tikdirmişdir ki, xanın
otaqlarına baxır. Düşmən gələn zaman o mənzillərdə oturanlar bir-birlərinə
kömək edərək, düşməni Şuşa qalasına və çaya tərəf gəlməyə qoymazlar. 1826-cı
ildə Şuşa kəndi əhalisi orada mənzil edib, o evlərə və mağaraya pənah apardılar.
Qalaya və şəhərin içinə gedib-gəlirdilər, qoşun və şəhər əhalisinin taxdını orada,
çayda üyüdüb gətirirdilər. Qızılbaş qoşunu orada olan şeyləri ala bilmədilər. O
zaman, o yerin şəhərə və qalaya çox köməyi dəydi.
Altıncısı - qalanın bir ağaclığında olan Xan bağı imarətləridir. Burada
tövlələr, bağlar, buzxana, dəyirmanlar və arxlar vardır. Habelə burada böyük bir
zorxana tikilmişdir. Mərhum İbrahim xan, vaxtının çoxunu burada keçirərdi.
1826-cı ildə Qızılbaş qoşunu bu imarətləri xarab edib yandırmışdı. Sonra
Mehdiqulu xan bunları yenidən təmir etdirdi.
Yeddincisi - Ağdam bağının hasarı və oranın böyük günbəzləridir. Bu
günbəzlər mərhum Pənah xanın və onun vəfat etmiş başqa övladlarının
qəbirlərinin üzərində tikilmişdir. Orada qəşəng otaqlar, imarətlər və böyük
üstüörtülü bazar tikilmişdir. Bura mərhum Pənah
281
xanın və atası İbrahimxəlil ağanın qədim ocağı idi. Evləri yonulmuş daşdan
tikilib, səqfi taqbənd idi. Ağa Məhəmməd şah burada ordu qurduğu və Tiflis
şəhərinə getdiyi zaman evləri və günbəzləri xarab etmişdi. Rəhmətlik İbrahim
xanın oğlu və varisi mərhum general-mayor Mehdiqulu xan o yerləri yenidən
təmir edib əvvəlkindən daha zinətli bir şəklə saldı. Haman qəbirlərə vəqf olaraq,
ayrıca ehsan bağı saldırdı. Haman bağın 4 tərəfinə daş və əhənglə divar-barı çək-
dilər. Bu qəbirlərə ehsan olmaq üçün böyük bir buzxana düzəltdi. Ellər, səhrada
yaşayanlar və kəndlilər hər il yayda biçin vaxtı öz xəstələri üçün buradan buz
aparırdılar. Ən azı min yük bəlkə daha çox buz sərf olunurdu. Allah ona rəhmət
eləsin.
General Cəfərqulu xanın atası mərhum general-mayor Məhəmmədhəsən ağa,
rəhmətlik Pənah xanın imarətinin yanında gözəl imarət tikdirmişdi. Cəfərqulu
ağa onu daha da zinətləndirib içində yaşayır. Ağa Məhəmməd şah qalanı alıb,
haman imarətdə sakin oldu. Oranı özünə mənzil etmişdi. Onun içində də
öldürüldü. Mərhum İbrahim xanın qədim evlərini rəhmətlik arvadı Bədircahan
bəyim çox qəşəng təmir etdirmişdi.
MƏRHUM İBRAHİM XANIN ƏXLAQ VƏ
RƏFTARI HAQQINDA
Mərhum İbrahim xan qəribləri dost tutan, qonaqpərəst, yetimpərəst, qeyrətli,
ürəkli, çörək verən, səxavətli bir adam idi. Mərhum İbrahim xan çox əliaçıq idi.
O çoxlu sədəqə, nəzir və çörək verərdi. Alimlərə və seyidlərə olduqca hörmət
edərdi. Ətrafın: Azərbaycan, Şirvan və sair vilayətlərin xanları və
bəyzadələrindən hər kəs ondan kömək istəyib, ona pənah aparsa idi, o adamların
xahişlərini yerinə yetirməyə çalışardı. Onları məqsədlərinə nail edərdi. Gözəl
qadınlarla söhbət etməyi çox sevərdi. Yaxşı at və qəşəng ilxı saxlardı. Xanın
ilxısındakı atlar o dərəcədə yaxşı idi ki, hətta İran və Türkiyə vilayətlərində
şöhrət tapmışdılar. O atların çoxu mərhum Nadir şahın Azərbaycan, Şahsevən,
Şəqaqi, Türkmən və Xorasan xanlarından alıb, topladığı atların cinsindən idi.
Cins ayqırlardan başqa 3500, bəlkə daha çox balalayan doğar madyan at saxlardı.
Özünəməxsus olan qoyun sürülərinin mal və camışının sayı-hesabı yox idi.
282
İBRAHİM XANIN SURƏTİ VƏ ŞƏKLİ
Mərhum İbrahim xan qarabuğdayı, iri cüssəli, uzunboylu, gözəl əndamlı bir
kişi idi. Boyu o qədər uca idi ki, ayaq üstündə duranda başqa adamların
hamısından tez gözə çarpardı.
MƏRHUM İBRAHİM XAN HÖKUMƏTİNİN
NİZAM VƏ ZABİTLƏRİ HAQQINDA
Mərhum İbrahim xanın əsrində Qarabağın bütün elləri dəftərə və siyahıya
alınmış atlı qoşundan ibarət idi. Lazım olan vaxtda mahalların və kəndlərin
piyada tüfəngçiləri məliklərlə birlikdə hazır olurdular. Qarabağ ellərindən ev başı
töycü pulu və məhsuldan malcəhat alınmırdı. Lakin mahallardan və kəndlərdən
hər il malcəhat və töycü alınırdı. Arabir Dağıstandan ləzgi qoşunu gətirildikdə bu
qoşun üçün həmçinin qoşunun batan, itən və tələf olan atlarının əvəzini ödəmək
üçün ellərdən də töycü pulu və başqa sursat - taxıl, qoyun və mal alınardı. Adları
dəftərə yazılmış nökər və qoşun sıralarında olanlardan heç bir şey alınmırdı.
Onlar vergidən azad idilər. Onların taxılı, atı və başqa şeyləri mərhum İbrahim
xandan yetişərdi. Hər bir nökər və qoşun əhli bir evə tapşırılmışdı. Bu evlər
nökər və süvarinin ehtiyacını təmin etməli idilər.
MƏXARİC VƏ PEŞKƏŞLƏR
Mərhum İbrahim xan hər il novruz bayramı günündə, qoşunun bütün
sərkərdələrinə və minbaşılarına xələt, bəxşiş, at və qılınc verərdi. Hər kəs öz
rütbəsinə görə Azərbaycan vilayətlərindən, mahallarından və məliklərindən
İbrahim xana peşkəşlər gətirərdi.
İbrahim xan səfərə çıxdığı və ya bir yerdə ordu qurduğu zaman onun yanında
olan minbaşıların, yüzbaşıların, bəylərin, ağaların və Azərbaycan xanlarının
hamısının günorta, səhər və axşam naharı, həmçinin onların atlarının arpaları
xanın hesabına olurdu. Qoşun əhlinin bəzisi, bütün əmələlər, mirzələr,
eşikağasılar, keşikçilər və
283
yasavullar mərhum İbrahim xanın hesabına dolanırdılar. Minbaşılara və sairlərə
verilən diri qoyunlardan başqa, çoxlu keçə, 40 puddan artıq düyü və 30 baş
qoyun işlənərdi. Bu hesabdan sərf olunan başqa şeylərin - çörəyin, atlara verilən
arpanın, yağın, halvanın, qənd və ədviyyənin miqdarını təsəvvür etmək olar.
MƏRHUM İBRAHİM XANIN GƏLİRİ
Mərhum İbrahim xanın gəliri mahalların və kəndlərin istər taxıl, istər çəkil
(tut) bağlarından və başqa əkinlərdən alman malcəhatdan, habelə xanın xüsusi
kotanlarından əldə edilən mənfəətdən ibarət idi. Hətta yadımdadır ki, bir dəfə
xanın taxıl zəmilərində işləyən xüsusi cüt və kotanını hesabladılar. Məlum oldu
ki, xanın cüt və kotanı bütün Qarabağ əhalisinin cüt və kotanına bərabər, bəlkə
də onlardan iki cüt artıqdır. Bu qədər taxılın, malcəhatın hamısı qoşuna,
karxanaya, hərəmxanaya, nökərlərə, qulluqçulara və qonaqlara sərf edilirdi.
Qarabağın icarəyə verilmiş yerlərindən zərbxanadan mədaxil olur və Azərbaycan
vilayətlərindən istər pul, istərsə cins şəkildə çoxlu peşkəş gəlirdi.
MƏRHUM İBRAHİM XANIN
KARGÜZARLARI HAQQINDA
İbrahim xanın qardaşları, qardaşı oğlanları, öz övladları və əmisi uşaqları
məruf bəy olub, mal-dövlət, nökər və calal sahibi idilər. Onların hər biri başqa
vilayətlərin xanlarına bərabər idi. O cümlədən öz əmisi oğlu mərhum Mirzə Əli
bəy və Lütfəli bəy və bibisi oğlu Feyzi bəyi göstərmək olar. Cavanşir, Kəbirli,
Otuziki, Dəmirçi Həsənli, Püsyan, Bərgüşad, Qaraçurlu, Hacısamlu və Kolanı
ellərinin bəyləri, Vərəndə, Çiləbörd, Talış, Dizaq və Xaçın mahallarının
məlikləri də sair vilayətlərin xanları kimi əsaslı-köklü dövlət sahibi idilər.
Mərhum İbrahim xanın özü bəslədiyi çalışqanlıqları və rəşa-
284
dətlərinə görə dövlət və rəiyyət sahibi etdiyi başqa bəylər və evində olan
qulluqçular və dövlət işlərinə baxan adamları da məşhurdurlar.
Əvvəl mərhum Axund Molla Pənah idi ki, o, ağlı, tədbiri və kamalı ilə
məşhurdur. İranda və Türkiyədə böyük şöhrət qazanmışdır. Təxəllüsü Vaqif idi.
Onun türkcə yazdığı şeirləri ağızlarda deyilir və dillər əzbəridir. Sair
kargüzarları, eşikağasılan, nazirləri və məmurları çox idi. Ağa Məhəmməd şah
əhvalatından sonra Qarabağ vilayətinin halı pərişan və camaatın dağınıq düşməsi
ilə əlaqədar olaraq mərhum xanın məmur və kargüzarlarından elə adamlar
qalmadı.
Adlı-sanlı övladı haqqında bunu demək olar: mərhum İbrahim xan sağ ikən
Allah rəhmətinə gedən böyük oğlanları Cavad ağa və Məhəmmədhəsən ağa bir
anadan cəbrayıllı bir bəyin qızından olmuşdular. Mərhum İbrahim xandan sonra
polkovnik Xanlar ağa vəfat etdi. Əbülfət xan da İranda vəfat etdi. Podpolkovnik
Məhəmməd Qasım ağa, Fətəli ağa, Süleyman ağa və Hüseynqulu ağalar, bu
yaxın günlərdə Allah rəhmətinə getdilər. Onun bir oğlu da rəhmətlik general-
mayor Mehdiqulu xan idi. Mehdiqulu xan böyük imperator, kəramətli Xaqan
Nikolay Pavloviçdən daş-qaşlı cıqqa, cavahirli qılınc və həmail almışdı. Əhməd
xanın anası xan qızı idi. Şıxəli ağa isə kənizdən doğulmuşdur.
Mərhum İbrahim xanın indi Qarabağda yaşayan qızlarından biri Göhər ağadır
ki, Gürcüstan əyanlarından bir Tavadzenin qızından olmuşdur.
İkinci qızı İzzət bəyim Gürcüstan valisinin vəziri Mirzə Rəbiin qızından
olmuşdur. Gürcüstan valisi İrakli xan həmişə mərhum İbrahim xanla müttəfiq və
dost olmağa çalışırdı. Məzhəblərinin ayrılığı, qohum olmağa yol vermədiyindən
vəzirinin üç qızını mərhum İbrahim xana və onun iki oğlu Əbülfət xana və
Məhəmməd Qasım ağaya vermişdi ki, bu vasitə ilə aralarında dostluq və
məhəbbət olsun.
285
QARABAĞ VİLAYƏTİNİN TORPAĞI VƏ
ƏYALƏTİ HAQQINDA
Doğrudan da Qarabağ vilayətinin əyaləti hər cəhətdən yer üzünün behiştidir.
Qarabağ torpağının ab-havası, məhsulu və genişliyi gərək ki, yer ölçənlərin
hesabı ilə yüksək Rusiya dövləti başçılarına məlumdur. Qarabağın dağlıq yerləri
və yaylaqları Göyçə sərhədindən tutmuş Ordubada qədər başdan-başa cənnətə
bənzər çəmənlikdir. Yaylaq olmasına baxmayaraq, burada qışda da mal-qara,
qoyun, heyvan saxlamaq olur. Bu yerlər də, Qarabağ səhrasının qışlaqları kimi
çox səlamət olur və qışda mal-qaraya soyuqdan heç zərər toxunmur. Dağlıq
yerləri və dərələrinin hamısı rəiyyətlərin kəndləri və məskəni idi. Rəiyyətlər
qışda və yayda qoyun və mal saxlayır, taxıl əkirdilər. Çox xoş dolanırdılar. İndi
bir çox zəmi və kənd yerləri vardır ki, əgər onları əkmək və kənd salmaq üçün
qayda-qanunla rəiyyətlərə paylasalar, kəndləri abad edər, əkin əkər və heyvan
saxlarlar. Bu yerlərdə 5 mindən artıq ailə yaşaya bilər. Taxıl əkilərsə, bir çet-
vertdən 3-4 çetvert məhsul alınar. Xüsusilə bal arısı saxlayanlar hədsiz-hesabsız
gəlir əldə edirdilər.
Qarabağ səhralarına gəldikdə demək olar ki, dağın ətəyindən, Arazın
Xudafərin körpüsündən başlayaraq, Gəncə sərhədi və Cavad kəndinə qədər olan
yerlərin hamısı Arazdan çəkilən arxların suyu ilə suvarılırdı. Bir tərəfi Qarqar
çayı, başqa tərəfdən isə Köndələn çayı axır. Köndələn çayından Qarqar çayının
kənarında olan Qala təpəsinə qədər böyük bir arx vardır ki, su gəlib, Qarqar
çayına tökülür. Bu böyük arxdan Cavad kəndinə qədər olan məsafə təxminən altı
ağacdır ki, 42 verst edir. Bunlar, əlbəttə, yüksək dövlət məmurlarına məlumdur.
Mustafa xanın ixtiyarına verilmiş yerlər və arxlardan başqa, burada 5-6 minə
yaxın, bəlkə daha artıq rəiyyətin ailəsi asudə yaşaya bilər. Taxd, çəltik, pambıq
və sair dənli bitkiləri əkməkdə, çəkil (tut) və üzüm bağları salmaqda heç bir
çətinlik çəkməzlər. Mal-qaralarını və qoyun sürülərini yaylaqda və qışlaqda
otarıb, gen-bol həyat sürər, çoxlu fayda əldə edərlər.
Qarabağ torpağı çox mənfəətli və bərəkətlidir. Heç bir iqlim və məmləkətdə
bu cür torpağın olduğunu eşitməmişəm. Lakin Qarabağ
286
rəiyyətləri məişət işlərində kahil və tənbəldirlər. Onlar sair vilayətlərin rəiyyətləri
kimi qazanmağa, bağ salmağa və əkin əkməyə səy etsələr, var-dövlətlərinin sayı-
hesabı olmaz. Burada əkin əkmək asandır. Yeri birbaş atla əziyyət çəkmədən,
yaxşıca şumlamaq olar. Buranın iki baş qoşqu malı sair vilayətlərin 12-16 baş kəl
və başqa heyvandan düzəltdikləri kotan dəstəsinə bərabərdir. Rəiyyətlərin əkin,
biçin və ziraət işlərindəki bu tənbəlliyinə baxmayaraq, İran ilə sülh müahidəsi
bağlandığı tarixdən Qarabağda padşahın müzəffər əsgərlərinin gücü sayəsində
tam farağatlıdır. O gündən bəri rəiyyətlər o qədər bağ salmış, əkin yerlərini abad
etmiş, təzə arxlar, kəhrizlər və yeni kəndlər qurmuşlar ki, misli indiyə qədər
görünməmiş və eşidilməmişdir. Pərvərdigari-aləm böyük imperator, kəramətli
xaqanın və əziz vəliəhdinin mərhəmət kölgəsini əbədi Rusiya dövlətinin itaəti
altında olan bütün vilayətlərin, xüsusən Qarabağ əhalisinin başı üstündən əskik
eləməsin. Qarabağ əhalisi ürəkdən, davasız, savaşsız, öz razılığı və rəğbətilə
böyük kərəm sahibi olan əzəmətli padşaha ümidvar olub, əlahəzrət, kəramətli
imperatorun himayəsi, müdafiəsi altına daxil oldular. İran dövləti ilə düşmənçilik
edilən zaman gördükləri çoxlu zərər və narahatlığa baxmayaraq, neçə il padşaha
qulluq etməkdə sabitqədəm və fədakar oldular. Müzəffər əsgərlərlə birlikdə
düşmən qarşısında igidlik göstərərək padşahın lütfünə nail oldular.
287
MÜNDƏRİCAT
Tərtibçidən........................................................................................................5
Mirzə Yusif Qarabaği
Tarixi-Safi
(On söz Ə.Hüseynzadənindir.
Farscadan tərcümə, şərhlər N.Axundovundur).................................................7
Mir Mehdi Xəzani
Kitabi-tarixi-Qarabağ
(Müqəddimə və şərhlər A.Fərzəliyevindir.
Transliterasiya A.Fərzəliyev və A.Ramazanovundur).................................107
Rzaqulu bəy Mirzə Camal oğlu
Pənah xan və İbrahim xanın Qarabağda
hakimiyyətləri və o zamanın hadisələri
(Ön söz, farscadan tərcümə və şərhlər N.Axundovundur)...........................235
288
QARABAĞNAMƏLƏR
İkinci kitab
“ŞƏRQ-QƏRB”
BAKI-2006
289
Buraxılışa məsul:
Əziz Güləliyev
Texniki redaktor:
Rövşən Ağayev
Tərtibatçı-rəssam: Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi: Ələkbər Kərimov
Korrektorlar: Elnaz
Xəlilqızı
Fəridə Səmədova
Yığılmağa verilmişdir 25.07.2006. Çapa imzalanmışdır 08.12.2006.
Formatı 60x90
1
/
16
Fiziki çap vərəqi 18. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 190.
DÜST 5773-90, DÜST 4.482-87
Kitab “CBS-PP” MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.
290
Dostları ilə paylaş: |