TəRTİBÇİDƏN


RUSLARIN İLK DƏFƏ QARABAĞ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   83   84   85   86   87   88   89   90   91

RUSLARIN İLK DƏFƏ QARABAĞ 
VİLAYƏTİNƏ GƏLİŞİ HAQQINDA 
 
(Əhdnamə bağlanan zaman) belə  şərt elədilər ki, mərhum 
Məhəmmədhəsən ağanın ikinci oğlunu Tiflisdə  əmanət qoysunlar. 
Mərhum İbrahim xan da Rusiya qoşunlarından bir dəstəsinin topxana ilə 
bərabər həmişə  Şuşa qalasında saxlanmasını xahiş etmişdi. O məclisdə, 
mərhum 
İbrahim xanla, Səlim xana general-leytenantlıq, 
Məhəmmədhəsən ağa ilə Mehdiqulu xana general-mayorluq və  mərhum 
Xanlar ağaya polkovniklik rütbəsi verilməsi haqqında sərdarın vasitəsilə 
padşahın hüzuruna məktub yazıldı. Bu iltifat və  məvacibli rütbələrin 
verilməsi haqqında fərman 4 aydan sonra gəlib çatdı. 
Kürək çayı  yığıncağından sonra mayor Lisaneviç sərdarın  əmri üzrə 
bir yeger dəstəsi və topxana ilə Qarabağın on verstliyində olan Xan 
bağına gəldi. Bu zaman, Qızılbaş qoşununun Araz qırağına yaxınlaşması 
xəbəri yetişdi. 
 
MƏHƏMMƏDHƏSƏN AĞANIN RUSİYA 
QOŞUNUNU QARABAĞA GƏTİRMƏSİ VƏ 
QIZILBAŞLARLA DAVA ETMƏSİ HAQQINDA 
 
Məhəmmədhəsən ağa yeger dəstəsini və mayoru götürüb, Qarabağın 
adlı-sanlı atlıları ilə birlikdə  Qızılbaş qoşununun qarşısını almaq üçün 
yola düşdü. Araz çayının daşan vaxtı idi. Körpüdən başqa ayrı bir keçid 
yox idi. Məhəmmədhəsən ağa, Qızılbaş qoşununu Qarabağa girməyə 
qoymamaq, ellərin, kəndlərin, habelə vilayətin malı, taxılı ayaq altında 
tələf olmaması üçün körpünün yanını  kəsdirmək fikrində idi. Lakin 
Qızılbaş qoşunu onu qabaqlayıb körpüdən keçmiş və Qarabağ torpağına 
girmişdi. Qızılbaş qoşunu Cəbrayıllı bağları ətrafında Rusiya və Qarabağ 
əsgərlərinə rast gəldi. Hər iki qoşun arasında bərk dava oldu. Gecə, 
mərhum Məhəmmədhəsən ağa  Şuşa qalasını qorumağı vacib bilərək, 
qoşunla qalaya qayıtdı. Qızılbaş qoşunu, qalanın dörd ağaclığında olan 
Ağoğlana girdi. Onlar 5 minə yaxın qoşunla  Əsgəran qalasına 
yaxınlaşaraq, hər iki tərəfdən qalanı almaq istəyirdilər. 
 
  
 272


Mayor bu əhvalatı sərdara yazmışdı. Bu zaman İranın naibüssəltənəsi 
Çanaxçı kəndində dayanaraq, Əsgərandan qoşunun gəlməsini gözləyirdi. 
Böyük sərdarın  əmri ilə polkovnik Karyagin və podpolkovnik 
Kotlyarevski topxana ilə  Şahbulaq qalasına yetişdilər. Naibüssəltənə 
Çanaxçıdan köçüb polkovnik Karyaginin üstünə getdi. Onun qoşunu 
vuruşa-vuruşa Əsgəran yaxınlığına çatdı. Qızılbaş qoşunu hər yeri, bütün 
dərələri, yolları möhkəm edib, Əsgəran qalasını tutduğundan qoşunun və 
topxananın keçməsi çətinə düşdü. Rusiya qoşununun bir dəstəsi Əsgəran 
ətrafında səngər qurub 15 gün ərzində gecə-gündüz Qızılbaş qoşunu ilə 
dava etdi. Bunu da qeyd etmək lazımdır ki, Rusiya qoşununun səngərləri 
sudan uzaqda idi. 15 gün arasıkəsilmədən dava etdikdən sonra polkovnik 
Karyagin və Kotlyarevski yaralandılar. Rusiya qoşununun yarısı davada 
tələf oldu. Onlar 300 nəfər soldatı  və topxananı götürüb, hal-hazırda 
məlik olan Vanya yüzbaşının bələdçiliyi ilə Şahbulağa qayıtdılar. Məlik 
Vanya o müharibədə diqqətəşayan xidmətlər göstərdi. 
Rus qoşununun  Şahbulağa girə bilməməsi üçün orada çoxlu piyada 
Qızılbaş qoşunu qoyulduğuna baxmayaraq, (ruslar) haman gecə yürüş 
edib, qalanı qızılbaşların əlindən aldılar və bir Qızılbaş xanını neçə nəfər 
əsgəri ilə birlikdə öldürdülər. Orada üç gün qaldıqdan sonra yenə  də 
məlik Vanyanın bələdçiliyi ilə Yelizavetpola getdilər. 
Fətəli xan Qızılbaş qoşunu ilə Qarabağa gəlib,  Şuşa qalasının altı 
ağaclığında ordu qurdu. Polkovnik Karyagin Yelizavetpola getdikdən 
sonra naibüssəltənə Abbas Mirzə  Şahbulağın  ətrafında ordu qurmuşdu. 
Bu zaman böyük sərdar Sisianov naibüssəltənə Abbas Mirzəni və Fətəli 
şahı  dəf etmək üçün Rusiya əsgərləri ilə Qarabağ torpağı  və  sərhədinə 
daxil oldu... 
Fətəli  şah Ağoğlanda qalmışdı. Bu zaman Rəşt tərəfindən xəbər 
yetişdi ki, Rusiya dövlətinin qoşunu Xəzər dənizi yolu ilə Talış və Rəşt 
vilayətlərinə tərəf gəlməkdədir. Şah, bu xəbərə görə, habelə Sisianovdan 
gələcək zərərdən ehtiyat edərək,  Ərdəbil tərəfə  hərəkət etdi. Sərdar 
Sisianov Ağoğlanın iki ağaclığında olan Xonaşenə çatdıqda, şahın köçüb 
getdiyindən xəbər tutaraq, Şuşa qalasına getdi. Burada bir para işlərə baş 
çəkib Fətəli şah tərəfindən yuxarıda 
 
  
 273


göstərilən  şərt və  təəhhüdlərlə  İbrahim xanın yanına elçi sifətilə 
göndərilmiş 2-3 nəfər xanı götürüb, çox hörmət və razılıqla Qarabağdan 
Tiflis tərəfə yola düşdü. 
Haman ilin qışında yüksək dövlətin  əsgərləri ilə Kürdən keçərək, 
Şirvan, Bakı, Quba və Dərbəndi almaq niyyəti ilə Şəki tərəfə hərəkət etdi. 
Yüksək dövlətə səmimiyyəti olan mərhum İbrahim xan, öz ali-cənab 
oğlu mərhum Mehdiqulu xanı Qarabağ qoşunu və bəyzadələri ilə birlikdə 
padşahın əsgərləri sırasında tapşırılan işləri yerinə yetirmək üçün sərdarın 
yanına göndərdi. 
Yüksək dövlətə tabe olan Şəki hakimi Səlim xan da çoxlu tədarük və 
sərdarə layiq peşkəşləri  Şəki vilayəti sərhədindən ötürüb, Şirvan 
vilayətinə çatdırdı. 
İlk günlərdə mal-dövlətinə  və  məkanının çətin yollarına güvənən 
Mustafa xan bir neçə gün sərdara qürurlu cavabını yazaraq itaətdən 
boyun qaçırdısa, axırda qüdrətli rus əsgərləri və Qarabağla  Şəki qoşunu 
qarşısında müqavimət göstərə bilməyəcəyini düşündü. Bu zaman 
Qarabağ qoşunu da fürsət tapdıqca Şirvana əl uzadıb, qarət edirdi. (Buna 
görə Mustafa xan) Mehdiqulu xanla Səlim xanın təşviqi ilə itaətdən dəm 
vuraraq mərhum İbrahim xan kimi əhdnamə yazdı və üzdə yüksək Rusiya 
dövlətinin itaəti altına keçdi. 
Böyük sərdar Şirvandan keçib, Bakı tərəfə getdi. Bu zaman mərhum 
İbrahim xanın böyük oğlu general-mayor Məhəmmədhəsən ağa Allah 
rəhmətinə getdi. Bu küdurətli hadisədən bütün Qarabağ vilayətini qəm və 
pərişanlıq basdı. Batində yüksək Rusiya dövlətinə tabe olmaq istəməyən 
bəzi adamlar Məhəmmədhəsən ağanın vəfatından Mehdiqulu ağanın 
vilayətdən uzaqlaşmasından və mərhum İbrahim xanın xəstəliyi, zəifliyi 
və qocalığından istifadə edərək, peyman və əhdnamənin əksinə olan işlər 
görməyə başladılar. Odur ki, böyük sərdar Mehdiqulu xanı Qarabağ 
qoşunu ilə geri göndərməyi məsləhət bilərək, onu izzət, hörmət, layiqli 
ənam və ümidlərlə Qarabağa yola saldı. Mərhum general-mayor 
Məhəmmədhəsən ağa xüsusi məhəbbəti və  səmimiyyəti olduğundan 
hörmətli cənab polkovnik Cəfərqulu ağaya həmdərdlik və mehribanlıq 
andıran məhəbbətli bir məktub yazıb, onu sevəcək və atalıq edəcəyini 
bildirdi. 
General-mayor Mehdiqulu xan Qarabağın qoşunu və  bəyzadələri ilə 
birlikdə hörmətli atasının yanına gələrək, böyük sərdarın məhəb- 
  
 274


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə