TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

ki, yüksək Rusiya dövlətinə itaət etməyi lazım bilmişlər, biz də  mərhəmətli 
Rusiya padşahına dostluq göstərib, ona itaət etməyi qəbul edəcəyik”. Mərhum 
İbrahim xan adları çəkilən xanların məktublarını yenə də böyük sərdar Zubova 
göndərdi. 
Gürcüstan valisi Şirvan, Xoy və İrəvan xanlarına nisbətən daha böyük əzəmət 
və calal, qədim ocaq, geniş vilayət və çoxlu dövlət sahibi olduğuna baxmayaraq, 
bütün işlərdə mərhum İbrahim xanla məsləhət edir və onun göstərişindən kənara 
çıxmırdı. Çünki, Avar hakimi Ümmə xan və Dağıstanın sair böyükləri mərhum 
İbrahim xana yaxın və qohum olduqlarına görə ona itaət edirdilər. Gürcüstan 
valisi ilə mərhum İbrahim xanın arasında düşmənçilik əmələ gəlsə idi Ümmə xan 
və Dağıstanın sair xanları mərhum İbrahim xanın işarəsi ilə güclü qoşun götürüb 
Gürcüstan üzərinə yürüş edərək, oraya böyük zərər vururdular. Məsələn, hicri 
1199-cu ildə
1
 Gürcüstan valisi ilə mərhum İbrahim xanın arasında düşmənçilik 
törəmişdi. Avar hakimi Ümmə xan, çoxlu Avar qoşunu ilə Gürcüstan tərəfə 
hərəkət edib, valinin Sığnaq qalasını və Gürcüstanı tutdu və çoxlu adam öldürdü. 
Yerdə qalan arvad-uşağı  əsir edərək,  ətraf kəndlərin bir çoxunu soyub taladı. 
Axıska vilayətinə, Süleyman paşanın yanına gedərək, qışı orada qaldı. Osmanlı 
padşahından çoxlu bəxşiş və xələt alıb, yazda yenə Gürcüstan yolu ilə Dağıstana 
tərəf hərəkət etdi. 
Keçid və  sərhəd üstündə olan Knyaz Abaşidzenin öz ailəsi ilə yaşadığı 
möhkəm Vaxan qalasını mühasirə edib aldı. Qala əhalisindən çoxunu öldürdü. 
Yerdə qalan arvad-uşağı əsir alıb mallarmı qarət etdi. 
Knyaz Abaşidzenin bir qızmı peşkəş  və sovqat kimi bəzi  şeylərlə birlikdə 
mərhum  İbrahim xanın yanına göndərdi. Mərhum  İbrahim xan o qızı aldı  və 
knyaz Abaşidzenin bu qızından  İbrahim xanın bir qızı oldu. Haman knyaz 
Abaşidzenin o biri qızını da Ümmə xan özü aldı. Belə  işlərə görə  də valinin 
mərhum  İbrahim xana çox ehtiyacı var idi. Şirvan,  Şəki, Gəncə,  İrəvan, Xoy, 
Qaradağ, Naxçıvan, Talış, Təbriz, Şahsevən və Şəqaqi xanları mərhum İbrahim 
xana itaət edərək, onun sözündən çıxa bilmədikləri kimi, Tiflis valisi də  həm 
səmimiyyət, həm də ehtiyat üzündən yüksək Rusiya dövlətinə itaət etməyə razı 
olub, elçilər və ərizələr göndərmişdi. 
 
                                                 
1
 
 Hicri 1199-cu il miladi 1784/85-ci illərə uyğundur. 258 
  
 
 260


Bunların hamısı yüksək Rusiya dövlətinə tabe olmağa hazırlaşdıqları 
bir zamanda imperatriçə  vəfat etdi. Böyük sərdar Zubov Əbülfət xanı 
Qarabağ kəndxudaları və bəyzadələri ilə birlikdə izzət, hörmət və çoxlu 
peşkəşlərlə yola salıb, mərhum padşah Pavelin əmrinə görə Rusiyaya 
qayıdacağını mərhum İbrahim xana xəbər verdi. 
Xan bu xəbərdən çox kədərləndi. O tərəfdən də Ağa Məhəmməd şahın 
ədavəti artdı. Bəlkə də Ağa Məhəmməd şahın ürəyindən keçirdi ki, çoxlu 
zərər görmədən,  İbrahim xanı yumşaqlıqla özünə tabe etsin. Lakin 
mərhum İbrahim xanın davasız, müharibəsiz əbədi Rusiya dövlətinə itaət 
edib, səmimiyyət göstərməsi, islam və İran padşahından üz çevirməsi onu 
olduqca qəzəbləndirib, yaz fəslində saysız-hesabsız qoşunla Azərbaycan 
üzərinə getməyə vadar etdi. 
Qarabağ vilayətində üç il tamam yağmursuzluq və quraqlıq olub, taxıl 
və başqa dənli bitkilər bitmədiyindən bərk qəhətlik üz vermişdi. Taxılın 
məzənnəsi o dərəcəyə qalxmışdı ki, hətta bir çetvert buğdanı o vaxtın 
pulu ilə 45 manata çətinliklə almaq olurdu. Vəziyyətin belə bir 
çətinləşdiyi vaxtında Ağa Məhəmməd  şah Qızılbaş qoşunu ilə Araz 
kənarına gəlib çatdı. Neçə illik qəhətlik və  əziyyətdən sonra elə bir 
padşahın qarşısmda qalada dayanınaq çətin olduğundan,  İbrahim xan 
çarəsiz qalıb, öz ailəsini, oğul-uşağını, qohumlarını, məşhur bəylərin 
ailəsini və  səmimi qulluqçularını götürüb Car və Tala tərəfə getdi ki, 
orada dayanıb Dağıstandan, Gürcüstandan və sair vilayətlərdən kömək və 
tədarük ala bilsə, Ağa Məhəmməd  şahın qarşısına çıxsın. Yoxsa oradan 
Dağıstana, qohumu Avar hakimi Ümmə xanın evinə gedib özünü Ağa 
Məhəmməd şahın tənbehindən qorusun. 
Mərhum  İbrahim xanın yanında olan və ondan ayrılmaq istəməyən 
xanlar sırasında kürəkəni mərhum Nəsir xan, Şahsevən  Əta xan, yenə 
kürəkəni olan Şəki vilayətinin hakimi Səlim xan, Şahsevən və  Şəki 
vilayətinin bəyləri və onların oğul-uşaqları da var idilər. 
Ağa Məhəmməd  şah, Araz çayı  kənannda mərhum  İbrahim xanın 
qaladan çıxıb getdiyini eşitcək ona Gəncə yolunda və ya Kür kənarında 
çatmaq üçün sərkərdələrilə iki min atlı göndərdi. Qızılbaş qoşunu Tərtər 
körpüsünün yaxınlığında mərhum  İbrahim xanın köçünə  və adamlarına 
yetişdi. Arada dava oldu. Köçə, külfətə və sair adamlara zərər dəymədi. 
Onlar ancaq köçün bir para şeylərini qarət edib geri qayıtdılar. 
 
  
 261


Mərhum  İbrahim xan, Kürdən və  Şəkidən keçib, Balakən və Car 
torpağına daxil oldu. Car, İlisu və Balakən  əhalisi mərhum  İbrahim 
xandan uzun müddət məhəbbət və çoxlu bəxşişlər gördüklərindən və 
həmişə mərhum xanın əmrlərinə itaət edib, xeyirxahı olduqlarından, Car 
və Tala kəndxudaları  və başçıları  mərhum  İbrahim xanı başqa xanlarla 
Dağıstan tərəfə getməyə qoymamaları haqqında Ağa Məhəmməd xandan 
fərman aldıqlarına baxmayaraq, ona lazım gələn ehtiram və 
qonaqpərəstlik göstərərək, istədiklərini yerinə yetirdilər.  İbrahim xan 
Balakən torpağında 20 gün qalmışdı ki, Ağa Məhəmməd  şahın  Şuşa 
qalasında öldürülməsi xəbərini eşitdi. 
 
AĞA MƏHƏMMƏD ŞAHIN ÖLDÜRÜLMƏSİ 
 
Ağa Məhəmməd  şah  Şuşa qalasına girib, bir həftə orada qaldıqdan 
sonra bir gecə xoşu gəlmədiyi bir işə görə Səfərəli bəy və Abbas bəy adlı 
iki nəfər yaxın qulluqçusuna acıqlanıb dedi: “Səhər açılan kimi hər ikinizi 
cəzalandıracağam”. Qulluqçular şahın sözündə və buyruğunda dəyişiklik 
olmadığını bildikləri üçün qorxularından səhər açılanadək şahı öldürməyi 
lazım bildilər. Səhərçağı, hələ şah yuxuda ikən, əllərində iti və qan tökən 
xəncər və  qılıncla içəri girib, şahı öldürdülər. Qapıları bağlayıb,  şahın 
cavahirli bazubəndini, tac və  həmailini götürüb, Şəqaqi Sadıq xanın 
yanına getdilər və  işin həqiqətini ona söylədilər. Sadıq xan, şahın 
qorxusundan inanmadı. Şah tərəfindən əmin və xatircəm olmayıb, həmişə 
öz canının qorxusunu çəkdiyindən o söhbətləri şahın hiyləsi təsəvvür etdi. 
Nəhayət, onlara qəliz andlar verdikdən sonra yenə  əvvəlki kimi qorxa-
qorxa Ağa Məhəmməd şahın yaşadığı İbrahim xanın böyük oğlu mərhum 
Məhəmmədhəsən xanın evinə daxil oldu. Baş əyə-əyə, yavaş-yavaş, tam 
bir  ədəblə  şahın yatdığı otağa girdi. Səfərəli bəyin ona ürək verməsinə 
baxmayaraq, yenə  də qorxurdu. Səfərəli bəy irəli gedib şahın başından 
yorğanı götürdü və onun xəncərlə doğranmış  cəsədini Sadıq xana 
göstərdi. Sadıq xan tab gətirməyib, tez bazubəndi, tacı  və  həmaili 
götürüb, öz mənzilinə qayıtdı.  Şah məni Gəncə  və Gürcüstan tərəfinə 
göndərir deyə  səs salıb, bütün öz tabelərini,  Şəqaqi qoşununu və  şahı 
öldürənlərdən Abbas adlananı özü ilə götürüb qaladan çıxdı. Səfərəli bəy 
isə qalada qaldı. 
 
  
 262


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə