TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   83   84   85   86   87   88   89   90   91

1804-cü ilin yazında Fətəli  şahdan qorxusu olan İrəvan hakimi 
Məhəmməd xan və  Fətəli  şahdan qaçaraq İrəvanda yaşayan Naxçıvan 
hakimi Kəlbəli xan sərdar Sisianovun yanına elçi göndərib ondan kömək 
istədilər və  xəbər verdilər ki, Fətəli  şah, oğlu vəliəhd Abbas Mirzəyə 
İrəvan üzərinə getməyə  əmr vermişdir. Hərgah sərdar gəlib bizə kömək 
göstərərsə, biz İrəvan qalasını  sərdara təslim edib, yüksək Rusiya 
dövlətinə tabe olmağı qəbul edərik. 
Ona görə də sərdar Sisianov İrəvana tərəf hərəkət etdi. O tərəfdən də 
Qızılbaş vəliəhdi naibüssəltənə Qızılbaş qoşunu ilə gəlib İrəvana yetişdi. 
Arada böyük müharibə oldu. Qızılbaş qoşunu basılıb qaçmağa üz qoydu. 
 
FƏTƏLİ ŞAHIN İRƏVANDA RUSİYA 
SƏRDARI İLƏ MÜHARİBƏSİ 
 
Bu xəbər Fətəli  şaha yetişəndən sonra knyaz Sisianovu dəf etmək, 
həm də  İrəvanın Rusiya dövləti  əlinə keçməsinə yol verməmək üçün 
böyük qoşunla İrəvana gəldi. 
Bir tərəfdən Fətəli şah, digər tərəfdən naibüssəltənənin qoşunu, o biri 
tərəfdən də  sərdarla bağladıqları  əhdi pozub qalanı ona təslim etməyən 
Məhəmməd xan və  Kəlbəli xan Rusiya qoşununu aralığa alaraq, hətta 
azuqənin gəlməsinə belə mane oldular. Bu qədər zəhmətlərə baxmayaraq, 
yene də Rusiya qoşununa əl tapa bilmədilər, hər iki qoşuna çoxlu ziyan 
dəydi, knyaz Sisianov Tiflisə qayıtmağı  məsləhət bilərək, köçüb Tiflisə 
getdi. 
 
ƏBÜLFƏT XANIN TUĞ KƏNDİNDƏ 
İBRAHİM XAN, MƏHƏMMƏDHƏSƏN XAN VƏ 
MEHDİQULU XANLA DAVASI 
 
Fətəli şah Azərbaycan və oradan da Tehran tərəfə qayıtdı. İrəvandan 
qayıdan zaman mərhum  İbrahim xanın Rusiya sərdarları ilə olan 
dostluğunu və onların yanına elçilər göndərməsini eşitmişdi. Əbülfət xanı 
5 min nəfər qoşunla Qarabağa, İbrahim xanın yanına 
 
  
 269


göndərdi ki, mərhum xana kömək etsin və  mərhum Məhəmmədhəsən 
ağanı bir neçə nəfər Qarabağ bəyzadələri ilə birlikdə Fətəli şahın yanına 
göndərsin. Nə  qədər ki, İbrahim xan sağdır,  Əbülfət xan onun yanında 
vəkil olaraq qalsın. Qarabağda  Əbülfət xandan icazəsiz heç bir iş 
görülməsin. 
Mərhum  İbrahim xan Fətəli  şahın bu təklifiərindən inciyib, Əbülfət 
xana kobud cavab yazdı  və geri qayıdıb Qarabağ torpağına ayaq 
basmamasını təklif etdi. 
Əbülfət xan hörmətli atasının  əmrini qəbul etməyərək, Qızılbaş 
qoşununu götürüb, mərhum  İbrahim xan və  Məhəmmədhəsən ağanın 
Dizaq mahalının Tuğ kəndində olduqları zaman böyük qələbəliklə onların 
üzərinə  hərəkət etdi. Əbülfət xanın belə  hərəkət edəcəyinə kimsə inana 
bilmirdi. Buna baxmayaraq, Zəngəzur mahalında olan Mehdiqulu xan 
dağın o tərəfindəki  əhalinin qoçaq tüfəngçilərini və özünün bacarıqlı 
qulluqçularını götürüb tam sürətlə  mərhum  İbrahim xanın və böyük 
qardaşı mərhum Məhəmmədhəsən ağanın yanına gəldi. Mehdiqulu xanın 
gəlib çatdığı gecənin səhəri, Əbülfət xan çoxlu qoşunla Tuğ kəndi üzərinə 
hücum etdi. Mərhum xanın və oğullarının yanında olan qoçaq tüfəngçiləri 
və adlı-sanlı atlılar hücum edib, Qızılbaş qoşununu sındırdılar. Onların 
bütün atları, heyvanları qarət edildi. Onlardan bir çoxu tutuldu və 
öldürüldü. Əbülfət xanın özü isə bir neçə nəfərlə Arazın o tayına qaçdı. 
Fətəli  şah bu əhvalatı  eşidib, mərhum  İbrahim xanın Qızılbaş 
dövlətindən bütünlüklə  əl çəkməməsi və Rusiya dövlətinə qoşulmaması 
üçün yenə yumşaqlıqla mərhum  İbrahim xanın yanına iki-üç nəfər elçi 
göndərdi və  Əbülfət xanı danlayıb məzəmmət etdi. Kərim xan, Rəhim 
xan və Abdulla xanı  nəvazişli fərmanlar, təəhhüdlərlə  və  qəliz andlarla 
İbrahim xanın yanına göndərib, belə danışmaqlarını tapşırdı: bütün 
Qaradağ vilayəti padşahlığa çatan gəliri ilə birlikdə  həmişəlik olaraq 
İbrahim xan nəslinin ixtiyarında qalacaqdır. Öz övla-dından iki nəfərini 
Şuşa qalasında, mərhum  İbrahim xanın yanında  əmanət qoyacaqdır. 
İbrahim xan da Tiflis və Yelizavetpol yolları üstündə, Şuşa qalasının üç 
ağaclığında olan hər iki Əsgəran qalasını  Qızılbaş qoşununun ixtiyarına 
verməlidir. Rus qoşununun yolunu kəsmək üçün hər iki qala 
möhkəmləndirilməli və içinə qoşun qoyulmalıdır. Həmçinin, qalanın bir 
ağaclığındakı çayı və Şuşa qalasının  
  
 270


üç verstliyində olan səngəri Qızılbaş qoşununun ixtiyarına verməlidir. Hər iki 
çay keçidlər və yollar Qızılbaş qoşununun  əlində olmalıdır. Rusiya dövlətinin 
qoşunu  Şuşa qalasına gəlmək istədiyi zaman onun qarşısını almaq üçün bu 
yerlərdə möhkəm səngərlər qurulmalıdır. Bir nəfər sərdar 2-3 min atlı ilə 
Şahbulaqda dayanmalı, Tiflis və Gəncə tərəflərindən xəbər tutmalı və o tərəflərin 
xalqını  qırıb, qarət etməlidirlər. Hər bir kimsə  İbrahim xanın  əmrindən çıxma-
malıdır. Qızdbaş qoşununun bütün xərci Fətəli şahın xəzinəsindən veriləcəkdir. 
Qarabağ vilayətinin heç bir şeyinə tamah gözüylə baxılmamalıdır. Qızılbaş 
qoşununa lazım olan sursat və qeyri şeylər qoşunun öz pulu ilə alınmalıdır. 
Bunlardan məqsəd Gürcüstanın və Şirvanın qapısı olan Allahın əli ilə yaranmış 
möhkəm Şuşa qalası Rusiya dövləti əlinə keçməməsidir. 
Mərhum  İbrahim xanın qızı  Ağa Bəyim ağa Fətəli  şahın birinci və baş 
hərəmi, oğlu Əbülfət xan isə şahın ən hörməfli adamı olduğuna baxmayaraq, o, 
(İbrahim xan) yüksək Rusiya dövlətini əbədi və böyük imperatorun mərhəmətini 
daimi sanıb, qüdrətinin və mərhəmətinin dəyişilməz olduğuna inamı var idi. Ona 
görə də Tiflis şəhərinə təkrar elçi göndərib Sərdar Sisianovla görüşmək, itaət və 
dostluq  şərtlərini yazıb, bitirmək istədiyini bildirdi. Knyaz Sisianov, mərhum 
İbrahim xanın elçilərini hörmət və ənamla geri qaytarıb, görüşün yazda, Gəncə 
vilayətində əmələ gələcəyini xəbər verdi. 
Ona görə, 1805-ci il may ayının əvvəlində mərhum İbrahim xan öz oğulları: 
mərhum general-mayor Məhəmmədhəsən ağa, general-mayor Mehdiqulu xan, 
polkovnik Xanlar ağa
1
 və Qarabağın başqa əyanları ilə birlikdə gəlib, onlardan 
qabaq Kürək çayının başında ordu qurub böyük sərdar Sisianovla görüşdü. Eyni 
zamanda etimadlı bir adam göndərib, kürəkəni olan Şəki vilayətinin hakimi 
Səlim xanı da Şəkinin əyanları ilə birlikdə böyük sərdarın yanına gətirtdi. 
Bir neçə gün Kürək çayında böyük təntənə,  şənlik və qonaqlıq oldu. Sonra 
traktat və  əhdnamə yazıldı. Mərhum  İbrahim xan və  Şəki hakimi Səlim xan 
əhdnaməni möhürlədikdən və böyük sərdar isə onu imzaladıqdan sonra bir-birinə 
izzət və hörmət göstərib qayıtdılar. 
 
 
 
 
 
 
                                                 
1
 
İbrahimxəlil xanın oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa yalnız 1805-
ci il Kürəkçay sazişindən sonra hərbi rütbə almışlar. 
 
 
 271


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə