TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   83   84   85   86   87   88   89   90   91

Tiflis  şəhərinə gedib, qrafla görüşdü.  İkinci gün, ümumi yığıncaq oldu. 
Qraf  əhdnamədə qeyd olunmuş Qarabağ hakimiyyətinin fərmanını, 
cavahiratla bəzənmiş  qılıncı  və padşahlıq bayrağını Mehdiqulu xana 
təhvil verib, onu böyük mərhəmət, ümid və  vədlər ilə Qarabağa yola 
saldı. 
Mehdiqulu xanın hökuməti bu tarixdən 1822-ci ilin oktyabr ayına 
qədər davam etmişdir.  Əlbəttə, yüksək dövlətin kargüzarları bu barədə 
dəftərlərə yazmış  və sizə  məlum olduğundan mənim  ərzimə ehtiyac 
qalmır. 
 
MEHDİQULU XANIN VARİSLİYİ VƏ 
VƏLİƏHDLİYİNİN SƏBƏBLƏRİ 
 
Yuxarıda qeyd olunduğu kimi mərhum  İbrahim xan Kürəkçayda 
sərdar knyaz Sisianovla ilk dəfə görüşdükdə varislik və vəliəhdlik böyük 
oğlu mərhum Məhəmmədhəsən ağanın adına idi və orada 
Məhəmmədhəsən ağanın ikinci oğlu  əmanət və girov sifətilə  sərdar 
Sisianova verildi. General-mayor Məhəmmədhəsən ağa, mərhum İbrahim 
xanın sağlığında vəfat etdiyindən xanın  ən böyük oğlu general-mayor 
Mehdiqulu ağa idi. Buna görə  də  mərhum  İbrahim xanın sağlığında 
varislik və  vəliəhdlik kağızı xanın və Qarabağın başqa  əyanlarının 
möhürü ilə Mehdiqulu ağaya verildi, xan və varis adlandırıldı. 
Bu səbəbə görə  mərhum  İbrahim xan vəfat etdikdən sonra mayor 
Lisaneviç  əhvalatı general-mayor Nesvetayevə yazmışdı  və ona əsasən 
böyük imperator mərhum Aleksandr Pavloviçin fərmanı, bayraq və 
qılıncla Mehdiqulu xanın adına göndərildi və o, 1807-ci ildə Qarabağ 
hökumətinə və xanlığına təyin edildi. 
 
XANLARIN HAKİMİYYƏT DÖVRÜ 
HAQQINDA 
 
Mərhum Pənah xanın Qarabağ vilayətində hakimiyyəti Nadir şahın 
qardaşı  oğlu Adil şahdan aldığı xanlıq ləqəbi və hakimlik fərmanından 
sonra 12 il davam etmişdir. 
 
  
 278


Mərhum İbrahim xan Qarabağ vilayətində 44 il
1
 müstəqil xanlıq etmiş və bir 
kəsə xərac verməmişdir. 
Mərhum Mehdiqulu xan böyük imperatorun fərmanı üzrə 17 ildən bir neçə ay 
artıq hakim olmuşdur. 
 
PƏNAH XANDAN QARABAĞDA QALMIŞ 
ƏSƏRLƏR VƏ İMARƏTLƏR HAQQINDA 
 
Əvvəl Bayat qalasıdır. Bu qala bişmiş  kərpicdən tikilmiş, içində bazarı, 
hamamı, barsı və Pənah xanın özünə məxsus imarəti var idi. İndi xarab olmuş, 
xırdapara qalıqları görünür. Mərhum Pənah xan Bayat qalasını hicri 1161-ci, 
miladi 1745-ci ildə
2
 tikdirmişdir. 
İkincisi - Şahbulaqdır. Burada bulaq başında daşla və  əhənglə  məscid, 
hamam, şəhər və bazar tikilmişdir. Bunun adına Tərnəküt qalası deyirlər. Pənah 
xan o qalanı 1165-ci ildə
3
 tikdirmişdir. 
Üçüncüsü - Şuşa qalası adlanan Pənahabaddır. Şuşa qalasının binasını Pənah 
xan qoymuş, hal-hazırda abad olan qalanın üçdəbir hissəsini o bina etmiş  və 
ətrafına,  əvvəldən, möhkəm hasar çəkdirmişdir. Onun bir tərəfində, qalanın 
kənarında özü üçün kiçik qalaya bənzər bürclü, barılı imarət düzəltmişdi. Bir 
təpənin üzərində öz evinə  bənzər bürclü və banlı gözəl bir ev də böyük oğlu 
İbrahim xan üçün tikdirmişdi. Bundan məqsəd düşmən gələndə qalanı ondan 
qorumaq idi. İkinci oğlu Mehralı  bəy, üçüncü oğlu Talıbxan üçün də qalada 
gözəl evlər tikdirmişdi. 
Mərhum Pənah xan tərəfindən binası qoyulmuş Şuşa qalası hicri 1170, miladi 
1754-cü ildə
4
 tikilmişdir. Kərim xan Zənd İraq, Fars və Azərbaycan vilayətlərini 
ələ keçirdikdə  mərhum Pənah xan ehtiyat üçün Şuşa qalasının binasını qoydu. 
Qala Vərəndə mahalının məliki Məlik  Şahnəzərin tədbiri və  bələdçiliyi ilə 
tikilmişdir. 
 
 
                                                 
1
İbrahimxəlil xan 1759-1806-cı illərdə 47 il Qarabağ hakimi olmuşdur. 
 
     
2
 
Hicri 1161-ci il miladi 1748-ci ilə təsadüf edir və həmin ildə Bayat qalası tikilmişdir.
 
3
 
Şahbulaq qalası 1749-cu ildə tikilmişdi. Hicri 1165-ci il isə miladi 1751-1752-ci illərə təsadüf 
edir. 
 
4
 
Hicri 1170-ci il miladi 1756/57-ci ilə bərabərdir. 
 
 
 279


MƏRHUM İBRAHİM XANIN QARABAĞDA 
APARDIĞI ABADLIQ İŞLƏRİ 
 
Birincisi - indi də şəhərin ortasında, qalanın içərisində olan böyük məsciddir 
ki, hicri 1182-ci il miladi 1766-cı ildə
1
 tikilmişdir. Köhnəldiyinə görə onu 
mərhum  İbrahim xanın qızı Gövhər ağa bu yaxınlarda 1279-cu ildə
2
  əsaslı su-
rətdə təmir etdirdi. 
İkincisi - Şuşa qalasının hasar və divarıdır ki, indi də durur. Bunu mərhum 
İbrahim xan 1198-ci ildə
3
 tikdirmişdir. Bu hasar 3 ilə, yəni 1782-ci ildə tikilib 
qurtarmışdır. Bəzi yerləri köhnəlmiş idi. Yüksək Rusiya dövləti işçiləri onu 
tezliklə möhkəmlətdilər. 
Mərhum İbrahim xanın yadigarlarından üçüncüsü - hər iki Əsgəran qalasıdır. 
Bu qalaları hicri 1203, miladi 1786-cı ildə tikdirmişdir
4
. Bu qalalar Şuşa 
qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında 
yerləşmişdir.  Şirvan,  Şəki və Dağıstan vilayətləri  əhalisi mərhum Pənah xanla 
düşmən olduqlarından ehtiyat üçün böyük oğlu İbrahim xana vəsiyyət etmişdi ki, 
əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düş-
mən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa 
qalasına 8 verstə qədər məsafə vardır
5
. Düşmən oradan keçib qalaya gələ bilməz. 
Belə ki, bu qalaların  ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük 
səhralardır. Düşmənçilik zamanı ellər və başqaları orada sığınaq edərlər. 
Qalalarda tüfəngçilər qoyarlarsa, düşmən oradan keçib, xalqın mal-qarasını qarət 
və talan edə bilməz. 
Mərhum  İbrahim xan haman vəsiyyətə görə  hər iki qalanı - birini Şərq, o 
birini isə  Qərb tərəfdə daş  və  əhənglə tikdirib, möhkəm bürc və barı  çəkdirdi. 
Ağa Məhəmməd  şah gələndə  əvvəl  Şuşa qalasının üzərinə qoşun çəkdi.  Şuşa 
qalasını tutmağı bacarmadığı üçün Şuşa kəndindən köçüb Tiflis tərəfə getdiyi 
                                                 
      
1
 
Hicri 1182-ci il miladi 1768/69-cu ilə bərabərdir.
 
2
 
Hicri 1279-cu il, miladi 1862/63-cü ilə bərabərdir. 
 
3
Hicri 1198-ci il, miladi 1783/84-cü ilə bərabərdir. 
 
4
 
Hicri 1203-cü il, miladi 1788-1789-cu illərə təsadüf edir. Əslində Əsgəran qalaları 1783-1784-
cü illərdə tikilmişdir. 
 
5
 
Əslində Əsgərandan Şuşaya 24 kilometr məsafə vardır. 
 
 
 280


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə