TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   77   78   79   80   81   82   83   84   ...   91

at, dəvə və başqa heyvanlarını gizlində və aşkarda qarət edib, Məhəmmədhəsən 
xanın qoşununa çoxlu ziyan vurdular. 
Bu zaman Kərim xan Zəndin Fars məmləkətini və  Şirazı istila edib, başına 
çoxlu adam toplayaraq, İraq və Mazandaranı tatmaq qəsdində olması  xəbəri 
Məhəmmədhəsən xana yetişdi. Ona görə qalanı almaq və  Şirvanla Gəncəni 
tutmaq fikrindən  əl çəkərək tam bir sürətlə  İraq, Fars və Mazandaran tərəfə 
hərəkət etdi. Məhəmmədhəsən xan yetişənə  qədər Kərim xan Zənd bütün İraq, 
Fars və  ətraf vilayətləri  ələ keçirib, Məhəmmədhəsən xanla dava etməyə 
hazırlaşmışdı. 
Bu tərəfdən Məhəmmədhəsən xan Azərbaycandan, Gilandan və başqa 
yerlərdən çoxlu adam toplayıb, Kərim xanı aradan qaldırmaq niyyətilə Fars 
tərəfə hərəkət etdi. Amma necə ki, deyirlər "baxt aləmləri bəsləyənin bəxşişindən 
asılıdır. İstədiyinə mülk verər, istəmədiyinin əlindən mülkü alar, istədiyini əziz, 
istəmədiyini zəlil edər". Məhəmmədhəsən xanın yaxın adamlarından bir neçə 
nəfəri xəyanət fikrinə düşüb onu öldürdülər və böyük mənsəb və çoxlu bəxşiş 
almaq niyyətilə başını kəsib Kərim xan Zəndin yanına apardılar. Belə pis işlərdə 
böyüklərin və sərdarların qeyrətini çəkmək nəcib və alicənab adamların özdəsinə 
düşdüyündən Kərim xan Məhəmmədhəsən xanın qatillərini mərhəmət və 
bəxşişdən məhrum edərək, başqalarınm çöreyini yediyi ağalarına xəyanət 
etməmələri üçün onlara cəza verdi. 
Məhəmmədhəsən xanın  əhvalatından sonra mərhum Nadir şahın böyür 
sərdarlarından biri olan urmiyalı  Fətəli xan Əfşar Urmiya vilayətindən baş 
qaldırıb, bütün Azərbaycanı  əlinə keçirdi. Mərhum Pənah xan belə bir sərdara 
itaət etməyi həqiqətən özünə ar bilərək, onun göndərdiyi adamları kobud 
cavablarla geri qaytardı. Elçilər qayıdıb gəldikdən sonra Fətəli xan Azərbaycan
1

Urmiya və sair vilayətlərdən çoxlu adam toplayaraq, Şuşa qalasını almaq qəsdilə 
hərəkət edib, qalanm bir ağaclığında ordu qurdu. 
Gizlində  Pənah xana qarşı  ədavət bəsləyən Çiləbörd və Talış mahallarının 
məlikləri Fətəli xanın yanına getdilər. Altı ay müddətində mərhum Pənah xanla 
Fətəli xanın qoşunları arasmda hər neçə gündən bir dava olur və hər dəfə Pənah 
xanın qoşunu Qızılbaş qoşununa qalib gəlirdi. Bu müddət ərzində Fətəli xan bir 
iş görə bilmədi. Nəhayət, bir gün, özünün gündən-günə  çətinliyə düçar olaraq, 
şikəst 
 
 
 
 
  
                                                 
1
  Cənubi Azərbaycan nəzərdə tutulur 
 251


tapdığını müşahidə edən Fətəli xan bütün qoşunu və yuxarıda adları  çəkilən 
məliklərin ixtiyarında olan mahalların atlı  və piyadası ilə birlikdə hücuma 
başlayaraq Şuşa çayından keçib, qalanın yarım verstliyinə yetişdi. 
Bu tərəfdən də  mərhum Pənah xan adlı-sanlı  və bacarıqlı cavanlar, ellərin, 
habelə Vərəndə və Xaçın mahallarının qoçaq tüfənglilərilə hücuma keçdi. Başqa 
tərəfdən, ellərin süvariləri öz sərkərdələri və  Pənah xanın igid qohumları ilə 
birlikdə hücum edib, Fətəli xanın qoşununa böyük zərbə endirdilər. Dar 
dərələrdə, dava yerinin keçidlərində düşməni tutub öldürməyə başladüar. Fətəli 
xanın ordusu müharibədən əl çəkilməyincə, Pənah xanın qoşunu düşməni tutub 
öldürməyə davam etdi. Bu yürüşdə Fətəli xanın piyada və atlı döyüşçülərindən 
təxminən iki min nəfəri öldürüldü, əsir tutuldu, qalanı isə kor və peşman öz 
ordugahlarına qayıtdı. Mərhum Pənah xan Fətəli xanın qoşunundan alınmış 
əsirlər və qənimətlə qalib və müzəffər bir surətdə Qalaya qayıtdı. 
Bu hadisədən sonra Fətəli xan Əfşar qoşununun belə bir məğlubiyyətə düçar 
olmasına və  qışm yaxınlaşdığına görə sazişə girişmək və barışmaq istədi. Ona 
görə də Pənah xanın yanına məharətli elçilər göndərdi; bərk and içib vədə verdi 
ki, “Əgər Pənah xan qoşunundan aldığı  əsirləri qaytarsa, mənimlə ittifaq və 
dostluq etsə, qızımın kəbinini ürəkdən onun böyük oğlu  İbrahimxəlil ağaya 
kəsdirərəm. Beləliklə, biz əbədi dost və qohum olarıq.  Şərtim budur ki, 
İbrahimxəlil ağanı  mənim yanıma göndərsin. O da şirni içilib, kəbin kəsilənə 
qədər 2-3 gün mənim ordumda qalsın”. 
Pənah xanı xatircəm salmaq üçün üç nəfər adlı-sanlı övladını və qohumunu 
onun yanına girov göndərdi ki, İbrahimxəlil ağa qayıdana qədər öz yanında 
saxlasın. 
Mərhum Pənah xan Fətəli xanın möhkəm andlarına, övladını  və qohumunu 
göndərəcəyinə inanıb  İbrahimxəlil ağanı iki-üç nəfər kəndxuda ilə  Fətəli xanın 
ordusuna göndərdi. Fətəli xan bu xəbərdən xoşhal olub, öz övladlarından bir 
neçəsini onları qarşılamağa göndərdi. İbrahimxəlil ağanı böyük ehtiram və izzət, 
şənlik və çalğı ilə orduya gətirdilər. Fətəli xan saatın bədliyini bəhanə edib, 
İbrahimxəlil ağanı iki gün hörmət və izzətlə orduda saxladı. Özgələrini aldadıb, 
öz işlərini düzəltmək bunların adəti olduğu üçün Pənah xanın yanına dəfələrlə 
etimadlı adamlar və şirai göndərdi. Üçüncü gün 
 
  
 252


İbrahimxəlil ağanı kəndxudalarla birlikdə həbs edib, heç bir yerdə dayanmadan 
Urmiyaya apardı. 
Mərhum Pənah xan və Qarabağın  əyanı bu işdən çox qəmgin və  pərişan 
oldular. Nəhayət, Pənah xan peşmançılığın və  qəmginliyin heç bir fayda 
verməyəcəyini düşünüb oğlunu azad və  Fətəli xanı  məhv etmək fikrinə düşdü. 
Bu barədə cürbəcür tədbirlər gördü. 
Pərvərdigari-aləm, insi-cinsi yaradan Allah, hər bir an və zamanda 
doğruların, vəfalıların və  həq tərəfdarlarının köməkçisidir. Xüsusən  əhdində, 
ilqarında və sözündə möhkəm durub, dediyindən qaçmayanlara, xüsusilə sonu 
peşmançılıq və ziyan olan məkr və hiylədən çəkinənlərə kömək edər. Bu 
ruzigarın tədbirçisi olan Allah, Fars və  İraqda baş qaldırmış  Kərim xan Zəndə 
tam istiqlal mərhəmət etdi. Kərim xan Zənd, Fətəli xana qarşı mübarizəyə 
başlayaraq, onu məhv etmək üçün öz qohumlarından bir nəfəri  İraq və Fars 
qoşunları ilə Azərbaycana göndərdi. Fətəli xan dəxi onların gəlməsi xəbərini 
eşidən kimi Azərbaycandan və  ətrafdan qoşun toplayıb, Kərim xanın qoşunu 
gəlməmişdən əvvəl onların qarşısına çıxdı. İsfahanın yaxınlığında hər iki qoşun 
bir-biri ilə toqquşdu. Bu döyüşdə Kərim xanın qoşunu basıldı. Qoşunun sərdarı 
olan Kərim xanın qohumu da öldürüldü. Fətəli xan qalib gəlib,  İraqın bəzi 
vilayətlərini də aldıqdan sonra öz mülkünə qayıtdı. 
Bu hadisədən sonra Kərim xan Fars vilayətindən çıxıb intiqam almaq və 
Fətəli xanı  məhv etmək məqsədilə saysız-hesabsız qoşunla Azərbaycana tərəf 
yola düşdü. Azərbaycana girmədən əvvəl, mərhum Pənah xanın yanına etimadlı 
bir elçi göndərərək, ona məhəbbət və birliyini andıran belə bir məkrub yazdı: 
"Fətəli xan bizim ilə  nəinki düşmən, bəlkə qanlıdır. O, əhdə  vəfa etməmək, 
andından və sözündən dönmək, hiylə  işlətmək kimi yaramaz işlərin hamısını 
sənin haqqında etdi. Oğlunu məkr və hiylə ilə yanına apartdırıb həbsə aldı. İndi 
əlindən gələn yoldaşlığı  və dostluğu müzayiqə etmə.  İntiqam alsaq və  oğlunu 
azad etsək, sən sevindiyin kimi biz də arzumuza çatmış olacağıq". 
Pənah xan yalançı  və hiyləgər olan düşməni məhv etmək üçün bu vasitəni 
qənimət bilərək müntəzəm qoşun və Qarabağın igid atlıları ilə Azərbaycan 
torpağında Kərim xanla görüşdü. Kərim xan dəxi lazım olan hörmət, ehtiram və 
bəxşişləri ondan müzayiqə etmədi. Pənah xanla birləşərək, Urmiyaya tərəf yola 
düşdü. Fətəli xan da öz 
 
  
 253


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə