TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   74   75   76   77   78   79   80   81   ...   91

 
100-200 evdən ibarət böyük və abad kəndlər var idi. Bu kəndlər taxıl, 
çəltik, ipək və pambıq məhsulundan çoxlu mənfəət əldə edirdilər. 
Bəyləqan şəhəri 300 il bundan əwəl xarabalıq olduğuna baxmayaraq
mərhum Pənah xan və  İbrahim xan hakimiyyətinin ilk dövrlərində bu 
arxlar abad idi, mərhum xanlar bu arxların gəlirindən faydalanırdılar. 
Arxların adları belədir: 
1. Kürək arxı; 2. Luvar arxı; 3. Meymənə arxı; 4. Gəmiçi arxı; 5. Sarı 
arx; 6. Ayaz arxı; 7. Qaşqay arxı; 8. Xan arxı. 
Doğrudan da Qarabağ vilayətinin abı-havası yaxşılıqda, təmizlikdə və 
gəlirdə cənnət kimidir və olduqca məhsuldardır. Əgər Qarabağ vilayətinin 
rəiyyətləri sair vilayətlərin rəiyyətləri kimi gəlir  əldə etməyə  və  əkin 
işlərinə  səy və  cəhd etsələr, həddindən artıq varla-narlar. Camaatın 
tənbəlliyinə baxmayaraq, Qarabağ vilayəti Rusiya dövlətinin himayəsi 
altına daxil olandan və İran dövləti ilə sülh bağlandığı tarixdən etibarən 
hər tərəfdə rahatlıq və asudəlikdir. 
Yüksək olan Allaha şükür olsun ki, Rusiyanın mərhəmətli böyük 
imperatorunun və  əziz xaqanının  əbədi olan dövlətinin bərəkətindən 
burada çoxlu bağlar salınmış, zəmilər  əkilmiş, arxlar çəkilmiş, mal və 
heyvan misli görünməmiş bir dərəcədə artmışdır. Adamlar çox zaman
qədim vaxtlardan bəri Qarabağa mənsub olan ata-baba yaylaqlarına və 
qışlaqlarına yiyələnə bilmirdilər.  Şükür olsun Allaha, indi onlara sahib 
olub, tam xatircəmlik və firavanlıqla yaşamağa nail olmuşlar. Onların 
dövləti, mülkü, mal-qarası ildən-ilə artmaqda və yaşayışları 
yaxşılaşmaqdadır. O cümlədən  Şuşa  şəhərini göstərmək olar. Şuşanın 
bazarı, küçələri və ali imarətləri böyük imperatorun əbədi dövlətinin 
sayəsində həddindən ziyadə genişlənmiş və artmışdır. Şuşa şəhərinin xoş 
havası  və qalasının möhkəmliyi məşhurdur. Onun misli heç bir 
məmləkətdə görünməmişdir. 
Allah rəhmli və  ədalətli padşahın mərhəmətini bu yerin əhalisinin 
başının üstündən  əskik eləməsin.  Əlahəzrət böyük imperatorun və  əziz 
vəliəhdin rəhm və mürvətini ümum sədaqətli nökərlərinə  və 
xidmətçilərinə aid eləsin. Padşahın vilayətinin  əhalisinə  bədbəxtlik və 
səadətsizlik nəsib etməsin. Amin. 
 
  
 242


QARABAĞ VİLAYƏTİNİN 
TƏBƏƏLİYİ HAQQINDA 
 
İranda olan Səfəvi padşahlarının dövründə Qarabağ vilayətinin elləri, 
Dizaq, Vərəndə, Xaçm, Talış  və Çiləbörddən ibarət olan erməni Xəmsə 
mahalları  mərhum Nadir şahın dövrünə  qədər Gəncə  bəylər-bəyisinin 
hökmünə tabe idi. Cavanşir, Otuziki və  Bərgüşad elləri içərisində kiçik 
xanlar olmuşsa da onların da hamısı Gəncə bəylərbəyisinin hökmünə tabe 
idi. Mərhum Nadir şah Tiflis, Gəncə,  İrəvan, Naxçıvan və Qarabağ 
vilayətlərini Rum qoşununun və  əhalisinin  əlindən ahb öz ixtiyarına 
keçirdikdən sonra Qarabağ vilayəti, az da olsa yenə bir müddət Gəncə 
bəylərbəyisinin hökmünə tabe olaraq qalmışdı. Arabir Azərbaycan 
sərdarının hökmü altına da düşürdü. Hər elin və mahalın özünəməxsus 
xanı, məliki və sultanı var idi. Bunlar, Azərbaycan sərdarının əmri üzrə 
padşahın xidmətini yerinə yetirirdilər. Bu vəziyyət Nadir şahın 
öldürüldüyü 1160 (1747)-cı ilə qədər davam edirdi. 
 
İBRAHİMXƏLİL AĞANIN OĞLU 
MƏRHUM PƏNAH XAN CAVANŞİRİN 
QARABAĞ VİLAYƏTİNDƏ MÜSTƏQİL 
HÖKUMƏT SÜRMƏSİ HAQQINDA 
 
Mərhum Pənah xanın  əsil-nəsəbi Dizağın Cavanşir elindəndir. Bu el 
qədim zamanlarda Türküstandan gəlmiş  Bəhmənli elinin bir qolu olan 
Sarıcalı oymağmdandır. Bu oymaq böyük Əfşar elindən,  Əfşar eli dəxi 
böyük Türkmən elindəndir. Qeyd etmək lazımdır ki, mərhum Pənah xan 
hökumət qurmaq fikrinə düşdüyü zaman, Qarabağ  kəndlərinin və 
ellərinin  əhalisini öz başına toplamağa başladı.  İranda hökmü keçən 
nüfuzlu, müstəqil padşah olmadığından, həm də  Gəncə hakimi
1
 öz 
hökmünü Qarabağ ellərində  və  kəndlərində yeridə bilmədiyindən Pənah 
xanın başına toplananlar, habelə  Pənah xanın  ələ keçirdiyi bütün 
mahallar, o vaxtdan başlanmış, xanın ölən gününə  qədər; həmçinin 
mərhum İbrahim xanın müstəqil hökmranlıq etdiyi 
 
__________ 
1
 Qarabağ bəylərbəyliyi nəzərdə tutulur. 
 243


zamandan başlayaraq Qarabağ vilayətinin və Şuşa qalasının öz razılığı və 
rəğbəti ilə müharibəsiz böyük Rusiya dövlətinə qoşulduğu günə  qədər
1
 
heç bir padşaha, istər az və ya çox xərc və vergi verməmişlər. 
Onların ata-babası Cavanşir eli içində çörəkli, adlı-sanlı  və  məşhur 
adamlar olmuşlar. Nadir şah Qarabağ, Gəncə, Tiflis və  İrəvanı  ələ 
keçirdiyi vaxtlarda ellər və  kəndlərdə olan igid, iş bilən və bacarıqlı 
adamları öyrənib, onları öz yanında qulluğa götürər, hörmət, mənsəb və 
məvacib sahibi edərdi. O cümlədən Cavanşir elləri içində  Pənahəli bəy 
Sarıcalı Cavanşir adı ilə  məşhur olan Pənah xan idi. O, bir çox məşhur 
işlərdə ad qazanmışdı. Müharibədə öz tay-tuşundan hünərli idi. Xüsusən, 
mərhum Nadir şahın Rum qoşunları ilə müharibəsində ad qazanmışdı. 
Ona görə  də Nadir şah Pənah xanı öz yanına aparmışdı. Pənah xan 
sarayda və səfərdə sədaqətlə xidmət etməyə çalışırdı, mənsəb və hörmət 
sahibi olaraq, özünə həvalə olunan işləri yerinə yetirirdi. 
Neçə müddət bu qayda ilə çalışdıqdan sonra Nadirin ona qarşı 
mərhəməti artdı. Öz tay-tuşunun arasmda rütbə  və  mənsəb cəhətdən 
yüksək mövqe qazandı.  Şahın sarayında olan bir para fitnəkarlar və 
Qarabağ ellərinin Xorasanda olan bəzi kəndxudaları paxılhqdan gizlində 
və aşkarda xanın pisliyinə o qədər damşırlar ki, axırda Nadir şahın ürəyi 
Pənah xandan soyudu. İşin həqiqətini bilən Pənah xan, canınm 
qorxusundan  şahın Xorasanda olmasmdan istifadə edərək, yaxm 
adamlarından və qohumlarından bir neçə  nəfərin özü ilə götürüb hicri 
1156 (1743)-cı ildə qaçıb Qarabağ vilayətinə gəldi. 
Onun qaçmasından xəbər tutan şah, bəlkə yolda tutarlar deyə, ardınca 
athlar saldırdı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə 
təkidlə fərmanlar yazıb hökm etdi ki, Pənah xanı hər yerdə tapsalar, tutub 
şahın hüzuruna göndərsinlər. 
Şahın hökmü ilə  Pənah xanın Qarabağdan Xorasana köçürülmüş 
ailəsini və sair qohumlarını çox incitdilər və cərimə etdilərsə də bir fayda 
vermədi. Mərhum Pənah xan Qarabağa gəldikdən sonra vaxtını yaxın 
adamları ilə birlikdə gah Qarabağ dağlarında, gah da Şəki vilayətinin 
Qəbələ mahalında keçirirdi. Pənah xanın o vaxtlarda 15 yaşına çatmış 
Xorasanda öz evlərində qalan böyük oğlu İbrahim- 
 
  
                                                 
1
 1805-ci il Kürəkçay müqaviləsi nəzərdə tutulur. 
 244


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə