TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub
onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra indi 
Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə  də 
Bayat qalasını buraxıb,  Şahbulaqda bir təpənin üstündə, böyük bir 
bulağın yanında qala tikdirdi. Bu qalanın  ətrafma, uca bir yerdə, geniş 
hasar çəkdirdi. Bazar, meydan, hamam və  məscid tikdirib, hicri 1165 
(1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, 
özünün yaxın adamlarını  və qulluqçularını  Şahbulaq qalasında 
yerləşdirdi. 
Pənah xan 3-4 il tamamilə müstəqil olaraq Şahbulaqda qaldı. Xanın 
istiqlaliyyəti gündən-günə  şöhrət tapırdı, qüvvəsinin və camaatının 
artması xəbəri ətrafa yayılırdı. Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan və 
Qaradağ xanları  Pənah xana məktublar və elçilər göndərərək, öz 
dostluqlarmı  və  həmrəyliklərini bildirdilər. O da bəzi xanlarla qohum 
oldu. Naxçıvan, Tebriz və Qaradağ hakimlərinin hökmü altında olan 
Naxçıvanm Zəngəzur mahalına, Təbrizin Qapan mahalına və Qaradağın 
Çuldur mahalına  əl atıb, onların hamısına sahib oldu və Qarabağ 
rəiyyətləri sırasına keçirib o yerlərə  məliklər və soltanlar təyin etdi. 
Onların hamısı mərhum Pənah xanın əmrinə tabe oldular... 
 
MƏRHUM PƏNAH XANA ADİL ŞAH 
TƏRƏFİNDƏN XANLIQ VƏ HAKİMLİK 
FƏRMANI VERİLMƏSİ HAQQINDA 
 
Nadir  şah öldürüldükdən sonra onun qardaşı  oğlu  Əliqulu xan Adil 
şah ləqəbilə Nadir şahın  şahhq taxtına  əyləşdi. Adil şah tərəfindən 
Azərbaycan sərdarlığına təyin olunub, Təbrizdə oruran sərdar Əmiraslan 
xan mərhum Pənah xanın bu cür müstəqilliyini eşidib, öz tərəfindən at, 
qılmc və  xələt göndərərək, onu Adil şaha tabe olmağa təşviq etdi. 
Mərhum Pənah xan Əmiraslan sərdarın göndərdiyi adamlarla bərabər elin 
adlı-sanlı və işgüzar kəndxudalarından bir neçəsini onun yanına göndərdi. 
Çünki elə bir dövlət və  şövkət sahibi olan adamlarla düşmənçilik edib, 
ədavət saxlamaq və müharibə etmək vaxtı  hələ  gəlib çatmamışdı. Eyni 
zamanda  ətraf vilayətlərin xanları gizlində  Pənah xanın pisliyini 
istəyirdilər. Ona görə Adil şah dövlətinə itaət etməyi lazım bilib, 
sədaqətini bildirən 
 
 248


  
cavablar və layiqli peşkəşlər göndərdi və  şah tərəfdarı olduğunu bildirdi. 
Əmiraslan sərdar Pənah xanın bu cür itaətini və göndərdiyi adamların gəldiyini 
görüb, bu işi Adil şah dövlətinə böyük xidmət sayaraq, Adil şahın hüzuruna bu 
xüsusda bir ərizə yazdı. Hicri 1161 (1745)-ci ildə
1
  şahın xanlıq və Qarabağ 
hakimliyi fərmanı bahalı  xələt, qızıl yəhərli at, daş-qaşlı  qılıncla  Əmiraslan 
sərdarın yaxın adamları vasitəsilə o zaman yaşadıqları Bayat qalasına çatdı. 
Əmiraslan sərdar da bir neçə nəfər mötəbər adamla Pənah xana layiqli sovqat və 
hədiyyələr göndərdi. Pənah xanın göndərdiyi kəndxudalara hörmət edib, xələtlər 
bağışladı. 
Beləliklə, xanlıq və hakimlik adı, mərhum Pənah xana, ilk dəfə  mərhum 
Nadir şahın qardaşı oğlu Adil şahın fərmanı ilə verildi. Qısa bir müddətdən sonra 
mərhum Nadir şahın oğlu  Şahrux Mirzənin Adil şah adlanan Əliqulu xanı 
öldürərək Xorasanda taxta çıxması,  İraq, Azərbaycan və Fars torpaqlarında 
iğtişaş üz verməsi xəbəri mərhum Pənah xana çatdı. 
Belə bir zamanda mərhum Pənah xan, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ və 
Ərdəbil vilayətləri ilə dostluq etmək və o yerlərin xanlarını öz tərəfinə çəkmək 
fikrinə düşdü. Az müddət içərisində onların bəzisini zorla, bəzisini elçilik və 
məktublaşma və bir parasını da yaxınlıq və qohumluq vasitəsilə özünə tabe etdi. 
Xüsusilə, Sarıcalı  Dərgahqulu bəyi  Ərdəbil  şəhərinə hakim təyin etdi. Gəncə 
xan-zadələrindən kefi istədiyini hökumət işinə  təyin edir, istəmədiyini isə 
qulluqdan çıxarırdı. O vilayətlərin xanlarının uşaqlarından bir neçə  nəfərini 
gətirib öz yanında girov saxlayırdı. 
Bu vəziyyət Məhəmmədhəsən xan Qacarın Mazandaran, İraq və Azərbaycan 
tərəflərində istiqlal qazandığı xəbəri yayıldığı günə qədər davam edirdi. Mərhum 
Pənah xanın daima hökumət işlərilə  məşğul olan bacarıqlı  və  işgüzar adamları 
Pənah xanın işarəsi ilə  yığılıb belə  məsləhət gördülər: "Mərhum Nadir şahın 
vəfatından sonra bizimlə Əliqulu xan və Əmiraslan sərdar arasında sülh, ittifaq 
və dostluq əlaqəsi davam etməkdə idi. İndi mümkündür ki, belə bir dostluq 
əlaqəsi bizimlə  Məhəmmədhəsən xanın arasında olmasın.  Ətraf xanlardan da 
lazımi qədər xatircəm deyilik. Məhəmmədhəsən xanı  əleyhimizə  təhrik edərək, 
onunla birlikdə bizə qarşı çıxmaları 
 
 
  
                                                 
1
 
 Hicri 1161-ci il miladi 1748-ci ilinə təsadüf edir. 
 
 249


ehtimalı vardır. Belə bir vəziyyətdə Qarabağ elləri və qoşunları  Qızılbaş 
qoşununun ayağı altında məhv olar, biz isə  Şahbulaq qalasında elə qüvvətli 
düşmənin və  ətraf xanların qarşısında müqavimət göstərə bilməyib tamamilə 
qırılarıq. Buna görə vaqiənin  əlacını qabaqcadan düşünmək lazımdır. Qalanı 
dağlar arasında, keçilməz bir yerdə həmişəlik və əbədi olaraq tikmək lazımdır ki, 
hətta qüvvətli düşmən belə onu mühasirəyə ala bilməsin. Qalanm bir tərəfi daima 
dağlarda olan ellərin üzünə açıq olmalı, mahallarla da əlaqəmiz kəsilməməlidir". 
Bu məsləhəti həmişə xeyirxah olan Məlik Şahnəzərə dedilər. Məlik Şahnəzər 
bəyin bəyənməsi ilə  Şuşa qalasını tikmək qərarına gəldilər. Xanın bilici və 
məlumatlı adamlarından bir neçə nəfəri gedib qalanın yerini və ətrafını gözdən 
keçirdi. Qala yerinin içərisində 2-3 kiçik bulaqdan başqa axar su yox idi. Bu da 
qalanın bu qədər çox olan əhalisinə kifayət etməzdi. Güman gələn yerlərdə 
quyular qazdırıb, müəyyən etdilər ki, qalanın bir çox yerindən su çıxır. Bu xəbər 
mərhum Pənah xana verildikdə, çox xoşhal oldu. O, bir neçə nəfər yaxın adamı 
ilə gəlib, bu yeri gözdən keçirdikdən sonra qalanı tikdirməyə başladı. 
Xan hicri 1160-cı ildə
1
  Şahbulaqda sakin olan bütün rəiyyətləri,  əyanların, 
məliklərin, qulluqçuların, ellərin və  bəzi kəndlərin kəndxudalarının ailələrini 
köçürüb bu qalanın içərisində yerləşdirdi.  Əvvəllər bu yerlərdə heç bir abadlıq 
yox idi. Bura, şərq tərəfdə, qalanın altı verstliyində olan Şuşa kəndi  əhalisinin 
əkin və otlaq yeri idi. Xalqı rahatlaşdırıb, hamıya, xüsusən özü üçün ev, yurd və 
imarət müəyyən etdikdən sonra mahir ustalar, ağıllı, işgüzar adamlar vasitəsilə 
qalanın hasarını çəkdi. Mərhum Pənah xan tikdirdiyi o hasar və divar indi xarab 
olmuşdur. Yalnız bəzi yerdə qalıqlan görünür. 
Qala tikilib qurtarandan bir il sonra Ağaməhəmməd  şahın atası  Məhəm-
mədhəsən xan Qacar İraq və Azərbaycan qoşunları ilə  Şuşa qalasını tutmaq və 
Pənah xanı özünə tabe etmək üçün Arazdan keçib, qalanın dörd ağaclığında ordu 
qurdu. Mərhum Pənah xanı özünə tabe etmək və Şuşa qalasını ələ keçirmək üçün 
çox fikirləşdi, tədbirlər tökdü, lakin baş tutmadı. Bir ay orada dayandısa da, o 
qədər qoşunla qalaya yaxınlaşa bilmədi. Qarabağın qoçaq əhalisi onun 
ordusunun 
 
 
                                                 
1
Hicri 1160-cı il miladi 1747-ci ilə bərabərdir. Lakin müəllif səhv edir. Şuşa 
qalası 1750-ci ildə inşa olunmağa başlamışdır. 
 
   
 250


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə