TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

 
  
 
 
 
 
 
 
 
 
RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU 
PƏNAH XAN 
VƏ İBRAHİM XANIN 
QARABAĞDA 
HAKİMİYYƏTLƏRİ 
VƏ O ZAMANİN HADİSƏLƏRİ 
 
 237


RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU 
 
Rzaqulu bəylə Mirzə Camal oğlu Vəzirovun həyatı yaxşı 
öyrənilməmişdir. Mənbələrdən məlumdur ki, o, XIX əsrin  əvvəllərində 
Tiflis  şəhərində praporşik vəzifəsində  işləmişdir. Adolf  Berje Mirzə 
Camalın "Qarabağ tarixi" əsərini ruscaya tərcüme edib 1855-ci ildə 
"Kavkaz" qəzetində çap edərkən Rzaqulu bəydən atasının tərcümeyi-
halını almışdır. A.Berje yazır ki, onu Rzaqulu bəylə Mirzə  Fətəli 
Axundov tanış etmişdir. 
Rzaqulu bəy özü yazdığı kimi atası Mirzə Camalın "Qarabağ tarixi"ni 
xülasə etmiş və əsərə bəzi əlavələr etmişdir. Rzaqulu bəy ədəbiyyat tarixi 
üçün elmi maraq doğuran daha iki əsər yazmışdır: 
1. "Müqəddimati-keyfiyyəti bəzi  əhvalat və  sərgüzəşti Axund Molla 
Əlipənah Vaqif təxəllüs". 
2. "Müqəddimati-sərgüzəşti Qasımbəy Zakir təxəllüs mərhumun bəzi 
əhvalatları". Rzaqulu bəy Mirzə Camal oğlu Vəzirovun oxuculara təqdim 
olunan həmin  əsəri Azərbaycan SSR EA-nın  Əlyazmaları  İnstitutunda 
mühafizə olunan (B-470 nömrəli  şifrli, inv.
  № 
2088) farsca əlyazma-
sından tərcümə olunmuşdur. 
  
 
  
 238


...Əql və bilik sahiblərinə gizlin və örtülü deyildir ki, hər vilayətin 
keçmiş vaqiələrini, hadisələrini, vəziyyət və keyfiyyətini bilib, onlardan 
xəbərdar olmaq məlumatın artmasına səbəbdir. Xüsusən bu, qüdrətli 
hakimlər üçün çox faydalıdır. 
Ona görə  də bu həqir fədakarın atası Qafqaz məmləkətinin məşhur 
adlı-sanlı alimləri və Rusiyamn şövkətli dövlətinin qədim sədaqətli 
işçilərindən olan Qarabağ vilayətinin xanları dövründə  həmişə 
səlahiyyətli kargüzar olub, yüksək və şövkətli dövlət başçılarının yanında 
xidmət etmiş, əziz və möhtərəm tutulan vəzir Mirzə Camal bəy Cavanşir 
dövlət başçılarma öz məhəbbət və  bəndəliyini göstərmək məqsədilə 
Qarabağ vilayətinin  əhvalatını doğru və dolğun bir tarix şəklində yazıb, 
onların şanlı hüzurlarma təqdim etmiş, lütf və ehsanə nail olmuşdu. 
Şərafətli və yüksək nəslə  mənsub olan hökmdar, şahzadə Velikii 
knyazın - onun yüksək olan calalı daimi olsun - vücudu bu ölkelərin 
ümidvar və başıuca olmaq istəyən  əhalisi üzərinə  şahın iltifat nurunu 
saçdığı  sədaqətli bir dövrdə bu fədakar praporşik Rzaqulu bəy mərhum 
Mirzə Camal bəy oğlu yuxarıda adı çəkilən öz atasının yolu ilə getməyi 
vacib bilərək, onun yazdığı tarixi, oxucunun şövqini artıran xoş və qəşəng 
ibarələrlə xülasə edib, əlahəzrət  şövkətli və  şərufetli  şahzadəyə - onun 
yüksək olan calalı daimi olsun - hədiyyə etdi ki, yazdığı bu tarix 
vasitəsilə bu fədakarın yüksək və  şövkətli dövlətə qarşı olan qədim 
sədaqətli və bəndəliyi onun günəş əsərli nəzərinə çatsın. Xoşlayıb qəbul 
edəcəyinə və hədiyyənin kiçikliyinə göz yumacağına ümidvaram. 
 
B ey t: 
Bağışlamaq Süleymana bir çəyirtkə ayağın 
     Eyb olsa da, lakin bu iş qarışqa üçün hünərdir. 
 239


  
QARABAĞ VİLAYƏTİNİN VƏZİYYƏTİ, 
SƏRHƏDLƏRİ VƏ İQLİMİ HAQQINDA 
 
Qədim tarixlərdə yazıldığı üzrə Qarabağ vilayəti Araz çayının 
Xudafərin körpüsündən, indi Qazaxla Dəmirçi Həsənli (kəndi) arasında 
sərhəd olan və Rusiya dövlət başçılarının Qızıl körpü və ya Krasnıy most 
dedikləri Sınıq körpüyə  qədər olan məsafədən ibarətdir. Qərb tərəfi 
Qarabağ dağları, Gəncə, Şəmsəddin, Qazax mahalıdır. Cənub tərəfi Araz 
çayı; şimal tərəfi Kür çayı, Şərq tərəfi isə Cavad kəndidir ki, burada Kür 
və Araz çayları birləşərək, gedib Xəzər dənizinə tökülür. 
Nəhayət, vilayətdə baş verən iğtişaşlarla əlaqədar olaraq İran, Rum və 
Türküstan padşahları buralara gəlib bu vilayətləri ələ keçir-dikdə əlahiddə 
sərhədlər qoymuş, qalalar tikdirmiş və onlara ayrı-ayrı adlar vermişlər. 
Hal-hazırda, Qarabağın müəyyən edilmiş sərhədi cənub tərəfdən Araz 
çayı  və  şimal tərəfdən Gəncə  sərhədində olan Kür çayıdır. Qarabağ 
vilayətinin eni bu iki çay arasındakı  məsafədən ibarətdir. Xanlar 
dövründə ölçülüb hesablandığı üzrə 26 mildir (1 mil 7 verstdir). Şərq 
tərəfdən Cavad kəndi və qərb tərəfdən Güşbək, Salvartı və Ərikli adlanan 
Qarabağ dağlarıdır. Qarabağ vilayətinin uzununu təşkil edən bu dağların 
boyu 39 mildir. 
Qarabağ vilayəti Aran məmləkəti vilayətlərindən biridir. Nuh 
peyğəmbərin tufanından uzun müddət keçdikdən sonra Kür və Araz 
çayları arasında Tiflis, İrəvan, Gəncə, Naxçıvan, Ordubad, Qarabağ 
torpağında olan Bərdə  və  Bəyləqan (indi Bəyləqan  şəhəri xarabadır və 
Bərdə  şəhərinin yerində  Bərdə  rəiyyətindən bir kəndin  əhalisi qədər 
camaat qalmışdır) şəhərlərindən ibarət nə qədər vilayət və şəhərlər varsa, 
hamısma Aran demişlər. Nuhpeyğəmbərin övlad və  nəvələrindən Aran 
adlı birisi bu vilayətlərdə hökmranlıq etmiş və özünün adını bu mülkə və 
vilayətlərə qoymuşdur. 
Qarabağda ilk əvvəl bina olunmuş  şəhər Bərdə  şəhəri və qalasıdır. 
Bərdə  Tərtər çayının başında, cənub tərəfdən Kürün 3 verstliyindədir. 
Lakin hicri 36-cı (miladi 656-657-ci illərdə) bəniümeyyə  xəlifələrinin 
Dəməşqdə  xəlifəlik etdikləri dövrdə  Bərdə  şəhərinin  əhalisi müsəlman 
oldu. 
 
  
 240


Ondan sonra Bəyləqan  şəhəridir. Bu şəhəri  İran və Fars 
padşahlarından Qubad padşah, təxminən 1500 il bundan əvvəl bina 
etdirmişdir. Araz çayınmdan bir böyük arx çəkdirmişdir. Bu arx, 
Köndələn çayından tutmuş Qarqar çayına qədər Bəyləqanın təxminən 6 
ağacdan ibarət olan geniş  səhrasını suvarırdı. Qubad padşah bu səhrada 
kəndlər saldırmış, rəiyyətlərə yer və məskən vermişdi. Bu yerlər başdan-
ayağa əkin və bağ idi. Haman arxın adı qədim tarixlərdə Barlas idi, indi 
isə Kovurarx adı ilə  məşhurdur. Bu şəhər, kəndlər və arx Çingiz xanın 
dövrünə qədər abad idi. 
Monqol Çingiz xanın qoşunu hicri 635-ci, miladi 1239-cu ildə
1
 gəlib 
buranı mühasirə etmiş  və bir neçə aydan sonra şəhəri tutaraq bütün 
xalqını  qırdı. Bu vilayətin kəndliləri isə Qarabağ  və  Şirvan dağlarına 
dağıldılar. Bəyləqan şəhəri və haman böyük arx, Teymurun Türküstandan 
Rum vilayəti üzərinə hücum edərək müharibədə oranın hakimi Soltan 
Bayazidə qalib gəlincəyə  qədər xaraba halında idi. Teymur oradan 
qayıtdığı zaman Bəyləqanı yenə əvvəlki kimi abad etdi. Oraya çoxlu əhali 
topladı  və haman arxı  təkrar  şəhərə  çəkdirdi. Bir müddət bura abad idi. 
Səfəvi padşahları və Nadir şah dövründə qoşunların Gürcüstan və Şirvan 
tərəflərinə yürüşündən və Tiflis, Gəncə, Qarabağ,  İrəvan və Naxçıvanı 
zəbt etmiş osmanh dövləti qoşunları ilə edilən müharibədən Bəyləqan 
təkrar viran oldu və əhalisi dağıldı. İndi arx xaraba halındadır. 
Doğrudan da bu çox mənfəət verən böyük bir arx idi. Bu arxdan 
suvarılan taxıl, çəltik və pambıq  əkinləri, ipək qurdu üçün salınmış tut 
bağları və başqa bitkilərin zəmiləri bol məhsul verə bilər. Demək olar ki, 
bir çetvert
2
 buğdadan 20 çetvertdən artıq məhsul  əldə etmək olar. 
Xüsusilə, çəltik və darı əkilərsə, təxminən bir çetvertindən əlli çetvertdən 
artıq məhsul götürmək olar. Əkməyi də asandır. Belə ki, bu işi iki baş 
öküzlə yaxşıca görmək olar. Əgər bu yerlərdə qayda-qanunla arxlar 
çəkilsə, yəqin ki, 5-6 min ailə özləri üçün kəndlər və bağlar salaraq gen-
bol yaşaya bilərlər. 
Bu böyük arxdan başqa, qədim zamanlarda Araz çayından Bəyləqan 
şəhəri çölünə bir neçə arx da çəkdirilmişdi. Hər arxın başında 
                                                 
      
1
 Hicri 635 - miladi 1237-1238 
2
Bir çetvert-250 puddur. 
 
 241


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə