TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

arxa hissəsinə çaxnaşma düşdü. Qazax
1*
 qoşunları və rusların atlıları müharibə 
meydanının aşağı  və yuxarısında durub çaydan keçdilər. Bu əsnada eşikağası 
sərdar Dəmir xanın yanına gəlib ona dedi: 
- Nə durmuşsunuz, bütün qoşun qaçdı. 
Əmir xan cavabında belə dedi: 
- Mən hara gedim, mən bir də Abbas Mirzənin üzünə baxa bilmərəm. Mənim 
ruslara əsir düşməyim və ya ölməyim, diri qalıb Abbas Mirzənin yanında xəcalət 
çəkməyimdən yaxşıdır. 
Onun atını  gətirdilər, sərdar ata minib Məhəmməd Mirzəni salamat aradan 
çıxartmaq əmrini verib dedi: 
- Məhəmməd Mirzənin başına bir iş gəlsə, mən Abbas Mirzənin əlindən xilas 
ola bilmərəm. 
Özü isə getdi ki, topların rus qoşununun əlinə düşməsinə imkan verməsin. Bu 
vaxt qardaşı  oğlu Məhəmməd Zaman xan iki yüz atlı ilə buraya gəldi. Qazax 
dəstələri də böyük xiyaban tərəfdən çayı keçib arxadan özlərini yetirdilər. Dava 
qızışdı, sərdarı buradaca bir qazax gülləsi yerə saldı və məhv etdi. Həmin qazax 
onun silah-yarağını götürdü. Ölənin sərdar olduğunu bilən general Mədətov çox 
təəssüf etdi ki, niyə onu diri gətirməyiblər. 
Əmir xanın atı, cib Quranı generala çatdı. Sərdar  Əmir xan ilə general 
Mədətov arasında keçmişdən bir tanışlıq var idi. Sərkərdələrin bir-birinə ehtiram 
etməsini və hörmətini bilirdi. General sərdarın nəşini müsəlman adəti üzrə 
oradaca yolun kənarında dəfn etmək əmrini verdi. 
 
Ş e i r (sətri tərcümə): 
 
Bu qorxulu fələyin qanunu belədir ki, 
Dünya insanı gah ucaldır, gah da aşağı endirir. 
 
Əmir xan yoğun, ucaboylu və qarınqulu bir adam idi. O, Qacar Qamqulu 
ağanın oğlu və Canməhəmməd xanın qardaşıdır. Elə ki Qacar Məhəmmədhəsən 
xan Nadir şahdan sonra taxta çıxdı, Qacarlar arasına ikitirəlik düşdü. Onlar bir-
birlərini öldürüb, əsir edirdilər. 
 
 
                                                 
*
 
1
 Don kazakları nəzərdə tutulurdu.  
 
 90


Nəhayət, düşmənçiliyi aradan qaldırmaq üçün qanbahası olaraq Qacar 
ağsaqqallarından olan Canməhəmməd xanın qardaşı  Şamqulu ağanın qızını 
Fətəli  şah adı ilə  məşhur olan Baba xana verdilər. Abbas Mirzə  də  həmin 
arvaddan olmuşdur. Buna görə də Əmir xan Abbas Mirzənin dayısı idi. 
Əmir xan öldürülən vaxt 50 yaşı var idi, yaxşı güllə atardı. Xülasə, rus 
qoşunları  Məhəmməd Mirzənin qoşununu Gəncə  ətrafına kimi təqib etdilər və 
onların çoxunu öldürdülər, çöl-düz əsgər meyiti ilə dolmuşdu. Ölənlərin 
nəşlərindən təpələr  əmələ  gəlmişdi. Ruslar saysız-hesabsız qənimət  ələ 
keçirtdilər. Qabaqda qaçanlar çadırlara, arabalara yetişdilər. Hamısı bir yerdə 
Gəncədən Qarabağa qaçmağa üz qoydu. O qədər tələsdilər ki, çoxlu dəvə  və 
qatırları sürü ilə başdı-başına buraxıb boş qaçırdılar. 
İranlılar o qədər mal və  qənimət tökürdülər ki, dağ  və çöl bərabərləşdi. O 
başsız dəstədən o qədər qənimət qaldı ki, ayaq qoymağa yer olmadı. 
Məhəmməd Mirzə qaçıb Gəncəni keçəndən sonra gecə bir neçə yerdə 
dayandı və şeypurçuya əmr etdi ki, hər kəs yolda yıxılıb qalarsa, şeypur çalsın. 
Ona görə də heç kəs qorxusundan yıxılmırdı və hər kəs çalışırdı ki, bir-birindən 
qabağa düşsün. 
Xülasə, o gecə sübhə kimi qaçaqaç oldu. Sübh açılana yaxın Tərtər çayının 
kənarına yetişib, orada istirahət etdilər. 20 fərsəxlik yolu bir gecədə gedirdilər. 
Nəzərəli xan gecəyarısına kimi əsgərlərlə  Gəncə qalasında qaldı. Amma 
qalanın ruslar tərəfindən zəbt edilməsindən artıq dərəcədə qorxaraq, sərbazlarla 
qaladan çıxıb, Qarabağ  tərəfə qaçdı, yolda Məhəmməd Mirzənin qoşununa 
qoşuldu. Məhəmməd Mirzə bütün baş vermiş hadisəni Abbas Mirzəyə yazdı və 
Abbas Mirzə çarəsiz qalıb Şuşa qalasını tutmaqdan əl çəkdi, oradan əliboş köçüb 
qoşunu ilə Gəncə tərəfə yola düşdü. 
 
  
 91


GƏNCƏDƏ GENERAL MƏDƏTOVUN 
ABBAS MİRZƏ İLƏ MÜHARİBƏSİ, 
MƏDƏTOV TƏRƏFİNDƏN 
QIZILBAŞLARIN VƏ 
ABBAS MİRZƏNİN ƏZİLMƏSİ 
 
Şəmkir müharibəsindən bir gün sonra general Mədətov Gəncəyə gəldi. İşləri 
qaydaya salmağa, vəziyyətlə yaxından tanış olmağa, pis vəziyyətdə olanlara
ürəyismanlara və  xəstələrə ürək-dirək verməyə başladı. Kəlisa kəndinin 
erməniləri can və mallarının qorxusundan məhəllələrin küçələrini bağlamışdılar. 
Bu yolla qorxulu vəziyyətdən və mühasirədən özlərini xilas etmişdilər. 
Hörmətli adamlar, əyanlar, rəislər və kəndxudalar generalın yanına gedib öz 
sevinc və təbriklərini ona izhar etdilər. İki gündən sonra qraf Paskeviç 15 min rus 
qoşunu və 5 böyük topla Mədətovun yanına gələrək onun qoşununa qoşuldu. Atlı 
və qazaxdan başqa on doqquz min nizami qoşun və 22 top var idi. 
Bu tərəfdən də Abbas Mirzə  Şuşa qalasının  ətrafında olan bütün qoşununu 
götürüb gəldi. Məhəmməd Mirzənin qoşunu ilə bir yerdə hamısı altmış min atlı 
və piyadadan ibarət idi. Məhəmməd Mirzənin 4 topundan başqa 24 topu da var 
idi. 
Abbas Mirzə  əmr etdi ki, mərəndli Nəzərəli xanın saqqalını  qırxıb eşşəyə 
mindirsinlər və qoşunun içində gəzdirsinlər, ona görə ki, Abbas Mirzənin ənırinə 
əməl etməmiş, nə qalanı mühafizə etmiş, nə  də  Məhəmməd Mirzənin  əmrinə 
əməl etmiş, həmçinin onun sərbazları da Məhəmməd Mirzəyə kömək 
etməmişdilər. 
Məhəmməd Mirzənin qoşununun içərisində car çəkdilər: öz sərkərdəsini 
qoyub qaçan sərbazların cəzası düşmən qoşunu ilə öz qoşununun arasında 
öldürülməkdir. 
Xülasə, Abbas Mirzə gecə ikən Gəncənin Zazalı deyilən yerinə  gəldi və 
gecəni orada qaldı. O, sübhə kimi qorxusundan yatmayıb otaqda gəzirdi. O biri 
gün sübh vaxtı Abbas Mirzə  Gəncəyə getməyib  Şeyx Nizaminin məzarı olan 
yerin  ətrafına gəldi. Qoşunu nizama salmaqla və  vəziyyəti öyrənməklə  məşğul 
oldu. Rus dövlətindən üz çevirən və Qızılbaş dövlətində sərkərdə olan Səmsam 
xan Abbas Mirzəyə dedi: 
 
  
-  
 92


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə