TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

Mən bir dəfə and içmişəm ki, rus padşahı  və onun qoşunu ilə müharibə 
etməyəm, amma yaxşı olar ki, siz qoşunu bir neçə tərəfdən onlarla müharibəyə 
aparasınız. Əgər bir tərəfdən güc gələrsə, siz ayrı tərəfdən gəlib, bizim qoşunun 
sırasını dağıtmağa qoymazsınız, çünki sizin qoşununuz çoxdur, onların qoşunu 
isə az. 
Abbas Mirzə Səmsamın məsləhətini qəbul etməyib dedi: 
- Siz dava etməmək haqqında and içdiyiniz üçün məsləhətiniz işə yaramaz. 
Sonra Abbas Mirzə öz qoşunundan bir dəstə düzəltdi və Göy İmamdan 
başlayıb Kürün kənarına kimi səf çəkdirdi. Topxana və  cəza dəstəsini 
(zənburəkxana) təpənin kənarında, sərbazların qabağında yerləşdirdi. Özü isə 
təpənin üstündə qərar tutdu. 
O buradan hər iki tərəfin qoşununun vuruşmasına tamaşa edirdi. O biri 
tərəfdə də bütün rus qoşunu bir yerə toplandı. 
General bu vaxt demişdi: “Əgər qızılbaşlar iki-üç tərəfdən vuruşmağa 
başlasalar, o vaxt vuruşma bir qədər çətin olacaq, əgər hamısı bir tərəfdən dava 
etsələr, o saat onları qaçmağa məcbur edərik”. 
Sərdar Paskeviç qoşunun başında durub, döyüşün ixtiyarını, qoşunu idarə 
etməyi general Mədətova tapşırdı, general toplan seçmə və barıtla doldurtdurub 
peyinlikdə və samanlıqda gizlətməyi əmr etdi. 
Rus əsgərlərindən üç bölüyün qabağa getməsi və tüfəng atəşilə müharibənin 
qızışdırılması əmrini verdi. 
Bu tərəfdən də  ən igid sərbazlardan olan Mərənd və Qaradağ  sərbazlarına 
əmr olundu ki, döyüşə başlasınlar. Sərbazlar tüfəngdən yaylım atəşi ilə “ya Əli” 
deyib haman saat amansızcasına, arasıkəsilmədən rus əsgərlərinə hücum etdilər
ruslar ilə əlbəyaxa olub onları geri oturtdular. 
Bu zaman sərdar Paskeviç vəziyyətin çətin olduğunu görərək, sabaha kimi 
tədbir görmək məqsədilə qoşuna geri çəkilmək  əmrini vermək istədi. Amma 
general Mədətov buna razı olmayıb dedi: 
- Bunlar Avropa qoşununa bənzəməz, əgər siz geri çəkilmək təbilini vursanız, 
onlar o saat atlarını çapıb bizi dağıdarlar. 
Bu sözdən sonra sərdar dedi: 
- İxtiyar sizindir. 
Sonra generalın  əmri ilə qoşunun içərisində gizlədilmiş toplara birdən od 
vurdular. O əjdaha ağızlı toplar sağdan və soldan ağızlarından 
 
  
 93


od püskürdülər. Onlar hoqqabazlar kimi küy salıb hər tərəfə qaçır və ya ürəyi 
yanğın divanələr kimi min bir xəyalla boyunlarına zəncir salıb o tərəf-bu tərəfə 
hərəkət edirdilər. O, meydanda döşünə döyənləri birdəfəlik aradan qaldırıb, 
Abbas Mirzənin adamlarını və qoşunun səflərini bez kimi parçalayıb dağıdırdı. 
Meyit meyit üstünə qalandı, bənövşə rəngli göylər onların üzərinə pərdə çəkdi. 
Meydandan qalxan tüsrü, buxar bütün dünyanı zülmətə bürüdü. 
 
N ə z m (sətri tərcümə): 
 
...O vuruşmada qan su kimi axdı. 
Ölüm sürətlə hərəkətdə idi. 
O, müharibə meydanında o qədər 
meyit var idi ki,  
Dünya alt-üst olmuş kimi görünürdü. 
 
İyirmi beş dəqiqə müddətində heç kəs bir-birinin üzünü görə bilmədi. Bir az 
sonra havanın üzü müharibə meydanındakı top-tüfəng tüstüsündən təmizləndi. 
Top-tüfənglərin vahiməsindən gizlənmiş  qızılbaşların bir hissəsi öz 
yoldaşlarının yanlarında görmədikdə  sərsəm halda qaçmağa üz qoydular. 
Bəziləri də heç silaha əl atmadan dolu tüfənglə geri qayıtdılar. 
Abbas Mirzə  vəziyyəti belə görüb durduğu təpədən aşağı düşüb yel kimi 
gedən atına minərək qaçmağa üz qoydu. Araz çayının kənarına kimi atın 
cilovunu çəkmədi. Abbas Mirzənin qoşununun hamısı vadiyə doğru qaçmağa üz 
qoydu. 
Bütün dava müddəti bir saat yarım, Şəmkir davası isə üç-dörd saat çəkmişdi. 
Abbas Mirzənin qaçan qoşunları Xudafərin körpüsündən keçdilər. Vuruşma 
zamanı böyük sərdarlardan biri olan salar Allahyar xanın qoşununun bir dəstəsi 
təpənin üstündə səngər düzəldib gizlənmişdi. Abbas Mirzənin qoşunu qaçandan 
sonra Allahyar xanın yanına adam göndərmişdi ki, boş yerə özünü ölümə 
verməsin. 
Allahyar xan Mədətovun təklifini qəbul edib, bütün silah-yaraqlarını yerə 
tökdülər, təpədən aşağı düşdülər, beləliklə də ölümdən xilas oldular. 
 
  
 94


Abbas Mirzə qaçandan sonra onun iki topu Tərtər çayının kənarında, çəltik 
tarlası arasında qalmışdı, onları qoşuna yetirmək üçün Uğurlu xanı göndərdi, 
amma gətirilməsinə müvəffəq olmayıb, topları gizlədib getdilər. 
Şahzadə Abbas Mirzə qaçandan sonra bir gün içərisində Arazdan keçib
mərəndli Nəzərəli xanın boğazına ip saldırıb asdırdı. Özü isə  Şam torpağında 
olan Fətəli şahın yanına getdi. Bu məğlubiyyəti və qaçmağın təqsirini Əmir xan 
və Nəzərəli xanın boynuna qoyub dedi: 
- Yalnız onlar süstlük və xəyanət edib, İranın belini sındırdılar. 
Fətəli şah oradan köçüb İraq tərəfə yollandı. Abbas Mirzə isə Təbriz şəhərinə 
yola düşdü. 
Belə  nəql edirlər ki, Fətəli  şah Qaplanguhdan İraqa keçəndə oradan 
Azərbaycana həsrət gözü ilə baxıb bu beyti oxumuşdu. 
 
F ə r d: 
 
Təbriz şəhəri mənim hərarətimi qaldırır,  
Bu Azərbaycan mülkündən mənim 
canıma necə od düşdü. 
 
Bu böyük fəthdən sonra general Mədətov artıq dərəcədə  şöhrət tapdı  və 
bundan sonra Mədətova  İranduf dedilər. Onun şəninə çoxlu şeir və  mədhlər 
qoşdular. Bu aşağıdakı beyt de ixtisarcasına deyilmişdir: 
 
Çəkdi nərradi qəza qalayi Fit üstünə döv,  
Mustəfa məsnudinin sahibi oldu Mədətov
1*

 
Bir neçə  şeir və  həcv də Abbas Mirzənin qoşununun sərdarı  və saları olan 
Allahyar xanın barəsində deyilmişdi. Bəziləri də belə güman edirdi ki, həcvlər 
Abbas Mirzənin özünə deyilmişdir. Bu beytlərdən bir neçəsi burada qeyd olunur. 
 
 
 
 
 
 
 
                                                 
*
 
1
 Oyunbaz fələyin tərsliyindən,  
Mədətov Mustafanın taxtına sahib oldu. 
 
 95


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə