TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   23   24   25   26   27   28   29   30   ...   91

Abbas Mirzənin  əmr və hökmü gələndən sonra Əmir xan ondan boyun 
qaçırıb, Abbas Mirzənin  əmrini qəbul etmədi və Narın qalasının içərisinə 
getməyi rədd etdi, aydınca olaraq Abbas Mirzəyə yazdı ki, mən sərdaram, 
vəzifəm odur ki, qoşun götürüb düşmənin qabağına gedəm və onunla dava edəm. 
Zənən xeylağı kimi qalada əyləşə bilmərəm ki, düşmən bizim dörd tərəfimizi 
tutub əsir edə və ya öldürə. Mən heç vaxt Narın qalasının içərisinə getmərəm və 
getməyəcəyəm. Abbas Mirzənin oğlu Məhəmməd Mirzə də bu əhvalatı müfəssəl 
atasına yazmışdı ki, sərdar qalanın içərisinə getməyə razı olmur. Abbas Mirzə 
əmrini sərdarın rədd etməsindən və qalaya getməməsindən çox qəzəbləndi
özünün vəliəhdi olan oğlu Məhəmməd Mirzəyə  zəhərdən də acı bir məktub 
yazdı. 
Oğlu ona yazmışdı ki, sərdar Əmir xan qala üçün olan topu, gülləni və hərbi 
sursatı  Gəncənin Narın qalasına çəkməyə razı deyil. Atası da cavabında ona 
yazdı: “Bunun eybi yoxdur, mən mərəndli Nəzərəli xanı iki alay sərbaz ilə Narın 
qalasında yerləşdirib, onun mühafizəsinə başlamaq üçün göndərirəm. Sizin qala 
ilə  işiniz olmasın, onu Nəzərəli xanın öhdəsinə buraxın. Qalanın bütün işlərinə 
Nəzərəli xan cavabdehdir. Əgər mən oraya gəlsəm, oğluma xidmət edən o 
saqqallı arvadın üzünə gözüm sataşsa, mən bilmirəm ki, onun başına nə oyun 
açaram”. Abbas Mirzə bundan başqa öz əli ilə  sərdar  Əmir xana bir məktub 
yazıb, oğlunun məktubunun içərisinə qoymuşdu.  Əmir xana yazılan məktubun 
mətni: Məktubun surəti eynilə belədir: “Əmir xan! Ey kişi!  Şahın tacına and 
olsun, səni  Əmir xan Cahanbəylinin gününə salaram. Ey kişi! Bidrus bəy 
Mədətovun dayısıdır. Sən də  mənim dayımsan, gör o, Şuşa qalasını  təkbaşına 
necə saxlayır, sən isə qalanı qoşun və top gücü ilə saxlaya bilmirsən. Ah kişi! 
Bəlkə qorxursan ki, sən ölənnən sonra övladların ac qalar, onnan qorxma, 
övladlarını  mən ac qoymaram. Bəlkə  əsir düşməyin fikrini çəkirsən, övrətimin 
sırğasını satıb səni xilas edərəm, bu barədə fikir eləmə və qeyrət et! Vəssalam”. 
Bu sözlər Əmir xanın halına əsla təsir etmədi. Bu işdən daha da artıq boyun 
qaçırıb, mərəndli Nəzərəli xan sərbazları ilə  gəlib qalanın içərisinə yerləşənə 
qədər qalanın bayırında oturdu. Bu əsnada Məhəmməd Zaman xanın yanından 
adam gəldi. O belə yazmışdı: “Keçən gecə general Mədətov öz qoşunu və 
adamları ilə onun üzərinə hücum edib dava etmişlər, o isə bir az müqavimət 
göstərdikdən 
 
  
 87


sonra davam gətirməyib qaçıb mağaralarda, cəngəllikdə (meşədə) gizlənib 
özlərini birtəhər qorumuş, sabahı isə oradan geri qayıdaraq bir mənzil geri 
oturmuşlar, Mədətov da gəlməkdədir.  Əmir xan öz qızılbaş  əmirlərini və 
sərkərdələrini, əsgərlərini toplayıb belə  məsləhət etdilər: Mədətov adlı-sanlı bir 
sərkərdədi, rusların içərisində  cəldlikdə, igidlikdə, rəşadətdə  şöhrəti var. Rus 
qoşunları bizimlə vuruşsalar, biz onların qarşısını az qoşunlarımız və atlılarımız 
ilə ala bilmərik, bəziləri isə rusların piyadasının milçək kimi saysız olduğunu 
təsdiq edib, dağa çəkilməyi, Abbas Mirzə öz qoşunu və adamları ilə  gəlib 
Mədətova cavab verənə  qədər orada qorunmağı  təklif etdilər. Digər bir qismi 
Kürün kənarına çəkilib meşə  və  cəngəlliklər arasında vaxt keçirməyi məsləhət 
gördülər. Bir başqaları geri oturmağı, digərləri isə irəliləməyi lazım bildilər. 
Məhəmməd Mirzə isə dedi: 
- Mən rusların müharibəsini görmək istəyirəm, onları qabaqlayıb vuruşmaq 
lazımdır. Elə ki gördük qalib gəlirlər, onda Gəncə qalasına çəkilərik. 
Əmir xan bu sözün müqabilində dedi: 
- Bu rus davasıdır, zarafat və oyuncaq deyil, hərgah onlar qalib gəlsələr, 
işlərini qurtarmamış bizdən əl çəkməzlər. 
Bu  əsnada iranlı  sərbazlardan ibarət dörd min qoşun və dörd top Abbas 
Mirzənin yanından buraya gəldi. Köməyin gəlməsi onlara dayaq oldu. İrəvan 
sərdan Gəncə yaxınlığında olan Hüseyn xana bir məktub yazdı: “Bizim fikrimiz 
və  qərarımız Mədətovla vuruşmaqdır, siz də öz qoşununuzu götürüb, dağ 
tərəfdən köməyə gəlin, hər iki tərəfdən onunla vuruşub dəfinə çalışaq”. Hüseyn 
xan da cavabında yazıb, özünün böyük düşməni olan knyaz kimi bir sərdarın 
qabağında durduğunu xatırlatdı, bura gəlməsini məqsədə uyğun bilmədi. Bu vaxt 
sərdar Əmir xan onun yanında xidmət edən, divanxana işlərilə məşğul olan katibi 
öz yanına çağırıb ondan soruşdu: “Siz qalib və  məğlub olmağın səbəbləri ilə 
yaxşı tanışsınızmı? Hansımız qalib gələcəyik, Mədətov yainki biz?” 
O  ərz etdi ki, Mədətov bir Rüstəm-Zaldır, Abbas, Hüseyn, İbrahim və 
başqaları onun qarşısında nəkarədir? Sizin ki adınız Əmirdir, bu ad Rüstəm-Zal 
adına bərabərdir,  əgər siz onun üzərinə getsəniz, qalib gələcəksiniz. O sizin 
üzərinizə gəlsə, o qalib olacaqdır. 
 
  
 88


Əmir xan müşavirə və müzakirədən sonra min qorxu və tərəddüd ilə qoşunu 
və topları götürüb, Gəncədən  Şəmkir tərəfə yola düşdü. Gəncə qalasında olan 
Nəzərəli xana xəbər verdilər ki, o da bir-iki alay qoşun götürüb kömək məqsədilə 
onların yanına gəlsin.  Əvvəlcə onlar gedib Mədətovla vuruşacaqlar, qalib 
gəlsələr, çox yaxşı, məğlub olsalar, həmin sərbazları götürüb Gəncə qalasına 
sığınacaqlar. Hamı birlikdə qalanı Abbas Mirzə  gələnə kimi saxlayacaqdır. 
Nəzərəli xan sərbaz göndərməkdən boyun qaçırıb belə cavab verdi: 
- Məni qalanı saxlamağa göndəriblər, sizə  əsgər verməyə göndərməmişlər. 
Sizinlə birləşib vuruşmaq barəsində bir cavab verə bilmərəm. 
Əmir xan və  Məhəmməd Mirzə  həmin  İraq atlılarını, dörd top ilə götürüb
çayın bu tayındakı  Şəmkirə  gəldilər. Bir gecə keçdikdən sonra general 
Mədətovun rus qoşunu və adamları ilə onların üzərinə irəlilədiyi xəbəri yetişdi. 
Əmir xan bu xəbəri eşidən kimi arabaları  və çadırları  Gəncəyə  tərəf göndərdi. 
Özü və qoşunu dörd topla Şəmkirin bu tayında dayandı. Üçüncü gün sübhdən 
gözətçilik edən Məhəmməd Zaman xan qaçaraq Mədətovun rus əsgərlərilə 
minarənin altında, çayın o tayından keçdiyini aşkar gördüyü xəbərini verdi. Hər 
iki tərəf döyüşə  və müdafiəyə hazır dayandı. Topçular gəlib sərdardan 
soruşdular: 
- Əvvəl biz atəş açaq, ya rusların atəşini gözləyək? Sərdar cavab verdi: 
- Əvvəl fürsəti düşmənə verərlər. 
Bu zaman rusların topları atıldı. Bu tərəfdən də top atəşi başladı. Getdikcə 
rusların top atəşləri  şiddətlənirdi. Bir dəfədə yeddi topdan atəş açılırdı, bu 
tərəfdən isə yalnız dörd topdan atırdılar. Təəccüblü budur ki, qızılbaşlar arabaları 
bir gün əvvəl Gəncəyə yola salmışdılar. 
Nəhayət, ruslar davanı başlayıb vuruşa-vuruşa öz çadırlarını qururdular. Əmir 
xan sərdar çayın kənarında atdan düşüb durbinlə rus qoşunlarının vuruşmasına 
baxırdı. Məhəmməd Mirzə də başqa bir tərəfdən qoşunun içərisində göstəriş və 
əmr verməklə  məşğul idi. Rusların top güllələri atılandan sonra bu güllələrin 
bəziləri qızılbaşların üstünə düşüb çoxlarını tələf etdi. Yavaş-yavaş qoşunun 
 
  
 89


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə