TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   32   33   34   35   36   37   38   39   ...   91

bəziləri ondan xahiş etməyinə görə, o da yenə bir para güzarişaş və vəqayei ki, 
məzkur xanların  əsrlərində Qarabağda və  Gəncə  və Tiflis və  Şirvanatda vaqe 
olmuşdu, bir kitabça tərtib edib yazmışdı. Onun həm surəti yanımda var idi və 
bunlardan əlavə təvarixi-qədimlər həm mövcud idi. Bu kitabı onlardan məxuz və 
mərqum edib tərcümə və təlif etdim. Ümid ki, xilafı olmaya. İnşallah təala. 
 
ƏVVƏLİNCİ  FƏSİL 
 
QARABAĞ VİLAYƏTİNİN ƏSİL ABADLIĞINI 
VƏ SINUR-SƏRHƏDİNİ VƏ ONDA OLAN 
QƏDİM ŞƏHƏRLƏR VƏ NƏFLİ KÖHNƏ 
ARX VƏ NƏHİRLƏRİ BƏYAN EDƏR 
 
O ki qədim təvarixə görə Qarabağ vilayətinin sınur və sərhədi budur: Cənub 
və qiblə tərəfi Araz çayıdır ki, Xudafərin körpüsündən gedir ta Sınıq körpüyə ki, 
Dəmirçi-Həsənli və Qazax əhlinin içində vaqedir ki, əmnayi-dövləti-Rusiya ona 
Krasmy most adı qoyublar, yəni Qızıl körpü derlər. Şimal tərəfi Kür çayıdır və 
məşriq tərəfi Cavad qəryəsidir ki, orada Araz ilə Kür suyu bir-birinə mülhəq olub 
gedib dəryayi-Xəzəriyə müttəsil olurlar və  məğrib tərəfi böyük dağlardır ki, 
Qarabağın və  Gəncənin və Qazax Şəmsəddin xalqının yaylaqlarıdır. Amma 
keçən  əsrlərdə  bəzi zamanlar iğtişaşlıq çox olub, bəzi övqat İran və Rum və 
Türküstan padşahları bu vilayətlərə təsəllüt tapıblar. Övzai-zəmanə mütəğəyyar 
olduğu səbəbə  bəzi məkanlarda qalalar salıb və qeyri-sayaq abadanlıq edib, 
əlahəddə sərhədlər qoyublar və qeyri-ismlər ilə mövsüm ediblər. 
 
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar, 
Daim təğyir ilə təbdil qılıb şüar. 
 
Bundan qiyas eylə ki, gör gahi yay olur, 
Gahi xəzanü, gahi zimistanü, gahi bahar. 
 
Gah səfavü eyşü təravətdə gülü çəmən
Məcmu səbzü xürrəm olur bağu laləzar. 
 
  
 114


Gah fəsürdəxatir üşşaq tək zəmin, 
Fəsli-xərif cümlə nəhifü fükarü qar. 
 
Güldən gedər o ətrü səfa gördüyün tamam,  
Biçarə əndəlib olur bağdan kənar. 
 
Gəh bir zəlili qaldırırbən dəhr edər əziz,  
Eylər cəhanə xosrovi-sultani-tafdar. 
 
Gəh bir əzizi sərvərü sultanü xan ikən, - 
Eylər bu ruzigari-cahanda zəlilü xar. 
 
Ari Xəzani dəhrdə bu rəsmdir qədim,  
Əlbəttə bu fənayə könül vermə zinhar. 
 
Şimdi Qarabağda sərhəd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin 
körpüsünün ta Cavad, Əlvənd və  Zərdab kəndlərinin müqabilinə (kimi). 
Şərqiyyən Kür suyudur. Qərbiyyən kühüstanatü-əzimi-Qarabağdır ki, Köşbək və 
Salvartı  və  Ərikli dağlarıdır.  Şimaliki, Gəncə ilə Qarabağın sərhədidir, Göran 
çayıdır. Bu Qarabağ vilayəti Aran məmləkəti cümləsindədir. Ol zaman ki, Nuh 
peyğəmbər  əleyhissəlam  əsrində tufan oldu, tufan keçəndən bir müddəti-
mütəmadi keçəndən sonra Nuh peyğəmbərin övlad və əhfatından bir kimsə Aran 
adlı gəlib bu vilayətlərdə malik və hökmran olub, bu məkanları abad edibdir və 
Kür suyu ilə Araz çayının arasında vaqe olan şəhərlərə və vilayətlərə ki, ibarət 
ola Tiflis və İrəvan və Naxçıvan və Gəncə ki, imdi Yelizavetpol ad qoyulubdur 
və Qarabağ vilayətində vaqe olan Bərdə  və Beyləğan  şəhərlərinə ki, imdi hər 
ikisi də xarabalardır, tamam bunlara öz ismini qoyub Aran müsəmma edibdir. 
Buna görə ki, onun öz adı Aran imiş və dəxi əvvəl şəhər və qala ki, Qarabağda 
bina olunub Bərdə  şəhəridir ki, Tərtər çayının üstə  və Kür suyunun üç 
ağaclığında və qiblə tərəfində vaqedir və ol şəhərin əhli qədim sabiqdə xaçpərəst 
imişlər. Xulafayi-sabiqi bəni Abbasiyyə ki, şəhri-Bağdadı bina və abad edib və 
darül xəlafə  qılıb  əyləşdilər. Həmin  əsrdə ki, tarixi-islamiyyə  sənə 306 hicridə 
mütabiqi-sənəyi-məsihiyyə 889 sənədə o şəhərin əhli müsəlman 
 
  
 115


oldular
1
  və ondan sonra Beyləğan  şəhəri Qarabağda səmti-Araz da bina olub. 
Onu da Qubad padşah ki, İran və fars padşahlarının cümləsindəndir o, bina 
edibdir ki, təxminən min beş yüz il olur və  bəlkə daha dəxi ziyad ki, haman 
Qubad padşah rudi-Arazdan
2
 bir əzim arx götürüb səhrayi-vəsiül-fəzayi 
Beyləğanda şəhər bina eyləyib Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı 
kəndlər salıb, əmlak və məzrəələr rəiyyətlərə təyin və təqsim etdirib, abadlıq və 
məmurəlik qaldırıbdır ki, hamı o aralıq bağ, ziraətgah və abadlıq imiş  və 
qədimül-əyyamda o arxın adı Bərlasdır ki, imdi Govur arxı kimi məşhur olubdur. 
Dəxi haman şəhər və  nəhr və  kəndlər abad idilər, tainki islam tarixi 695-ci 
hicridə Çingiz xanın qoşunu
3
 gəlib o şəhəri mühasirə eylədilər və bir neçə aydan 
sonra oranı təsəllüt tapıb, o şəhəri qətliam buyurub şul arxı və şəhəri viran və xak 
ilə yeksan etdilər.  Əhaliyi-Qarabağ  dəxi təmamən mütəfərrin olub dağlara və 
Şirvanat vilayətlərinə dağıldılar və Çingiz xanın əhvalı budur ki, yazıblar: Çingiz 
xan ibn Yəsukay Bahadur ibn Bərtan ibn Fil - əvvəl adı Temuçin idi. Səneyi 649-
cu tarixdə Zilqədə ayının 26-cı günündə anadan mütəvəllüd olub
4
 ta otuz yaşına 
yetişənədək işi çox tənəzzüldə idi. Elə ki (yaşı) otuzdan təcavüz eylədi, 
günbəgün əhvalı və bəxti-dövləti və calalı qəvi olub ismi Çingiz xanı ona itlaq 
olundu.  Əzəmət və  şövkəti qayətdə  tərəqqi bulub, tamam məmaliki-Quran və 
Xatay və Xubən və Çin və Maçin və Dəşti-Xəra və Seqestin və Bulqar və Valan 
və Rusiya, dəxi qeyri müsəxxər edib sahib oldu. Dəxi şul zamanda İran padşahı 
Sultan Məhəmməd Xarəzmşah idi
5
. Müddətlər Çingiz xan ilə mabeynlərində 
ülfət və saziş və dostluq var idi, tainki 
 
 
 
 
 
 
 
 
 
_____________________________________ 
1
Miladi tarixi düzgün göstərilməmişdir. Hicri 306-cı il - 14/VI - 918-3/VI - 919 ili əhatə edir. 
Müəllif burada Mirzə Camalın səhvini təkrar etmişdir. Bax: Mirzə Camal.Qarabağ tarixi, Bakı, 1959, 
səh.12. 
2
Mirzə Camal “Araz” əvəzinə “Kür” yazmışdır (Qarabağ tarixi, səh.12). 
3
Xəzani Çingiz xanın qoşunlarını Azərbaycana gəlməsini səhv olaraq 695 hicri göstərir, bu da 
miladi tarixi ilə 1295/1296-cı illəri əhatə edir. Məlumdur ki, monqol dəstələri Beyləğanı 618-1221-ci 
ildə qarət edib dağıtmışlar. 
4
Müellif burada da tarixi düzgün göstərmir. Çingiz xan 649/1251-ci ildə yox, təqribən 550/1155-
ci ildə anadan olmuşdur. 
5
Sultan Məhəmməd Xarəzmşah  İranın yox, Xarəzm dövlətinin padşahı idi. İranın ancaq bir 
hissəsi 1194-cü ildə Xarəzmşahlar tərəfindən zəbt edilmişdir. 
 116


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə