bizim sultanımız və padişahımız yenə sizin vala-cənabınız ola ki, sizin vücudi-
məsudinizdən qeyri heç kimsə səltənəti-İranı vərtəq və fətəqi-mümümmati-
cahani kəmayanbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz”.
Hərçənd Nadir şah üzv və təhaşa edib, qəbuli-əmri-səltənət eylə-məzdi,
amma xəlaiq qəbul etməyib, israr və ilhahı həddən keçirdilər. Axır ki, qəbul edib
məzkur sənədə evrəngi-səltənətə cülus edib, məsnədi-şahlıqda mütəməkkin oldu.
Pəs şul məclisi-üzəma və məc-məyi-kübərayi-şura Muğanda bu güftəgu və
mühavirə və müşavirələr müddəti bir ay və bəlkə ziyadə çəkdi. Haman vaxtlarda
Gəncə xanı Ziyadoğluları pünhan və aşkar çox səy və təlaş edirdilər ki,
Səfəviyyə nəslindən qeyri heç kəs kimsə əcnəbilərdən İrana şah olmasın və sair
əsnafi-biganə balişi-səltənətə söykənməsin. Bunların bu gunə fıkir və təlaşın
tamam Nadir şaha xəbər aparmışlar. Elə ki Nadir padişah oldu və təxti-səltənətdə
qərar qıldı, Ziyadoğlular nəzərdən düşüb, Nadir şahın məğzubi oldular və əz bəs
ki, ocaqi-əzim və dudmani-qədim var idilər, o səbəbə görə bunlara qeyri-tənbeh
və siyasət rəva görməyib həmin məratib və mənasiblərin və nemət və
təvabelərini alıb əfsurdəhal və məqsurulcəlal etdi. Belə ki, Qazax Borçalını ki,
ilati-mötəbər idilər, xəvaniləri ilə Gürcüstan valisinə təfviz etdi və Qarabağın
ilatın ki, Kəbirli və Cavanşir və Otuziki ola, sürüb Xorasana aparıb Sərəxs
torpağında məskun etdi. Xəmsə əraminə mahalların dəxi alıb, mütləqül-inan qılıb
buyurdu ki, lazım olan mühümmatlarını vəqti-ləvazimdə özləri əlizəcat ilə
məzuri-pişgahi-hüzur etsinlər. Pəs xəvanini-Gəncənin hamı ixtiyarları əllərindən
gedib, məslubül-ixtiyar və mütkəsirül-bal oldular. Amma Nadir şah əsrindən irəli
Qarabağın tamam ilatı və Xəmsə mahalları və Bərgüşad və Həkəri çayları əgər
ki, kiçik xanlar Cavanşir və Otuziki və Bərgüşad ellərinin içində olublar, amma
hamıları tamamən Gəncə bəylərbəyisinə tabe olubdurlar. Gah zaman dəxi
Azərbaycan sərdarının ziri-hökmündə olublar. Bəd öz an ki, Nadir şah Gəncə və
Tiflis və Qarabağ və İrəvan və Naxçıvan və Şirvanatı Rum əhlinin qanunlarını
təsəllüblərindən çıxarıb öz təsərrüfünə götürdü. Bir qəlil müddətdə bu vilayətlər
Gəncə hakiminə baxdılar. Amma sonra Azərbaycan bəylərbəyisinə tabe oldular.
Belə ki, hər mahalların və ellərin içində xanlar və məliklər və mübaşirlər
olardılar. Amma
120
xədamati-divani və fərmayişi-padişahi-sərdari-Azərbaycanın əmri və mərifəti ilə
əncamə yetirdilər. Tainki Nadir şahı 1160-cı ildə cəmadül-axır ayının on beşinci
gecəsi ki, yekşənbə gecəsi idi
1
, Fəthabad mənzilində Məhəmməd bəy Qacar,
Qacar İrəvanlı və Musa bəy Gündüzlü, Əfşar Qarimi və Qoca xan Əmirli, Əfşar
Urmulu, Nadir şahın qardaşı oğlu Əliqulu xanın işarəsi ilə və Qırqulu Saleh xan
Əbivərdinin və Əfşar Məhəmmədqulu xan Keşikçibaşının və hafeyi-keşiklərinin
ittifaq və icvaları ilə öz ordusunda sərapərdə içində yatmış yerdə başını kəsib
kuyi-baziye-tiflan eylədilər və o baş ki, xaqan və qeysərə sərəfrazlıq edirdi,
ayaqlar altında paymali-ətfal etdilər. Pəs ondan sonra vilayətlər məğşuş və
pərişan və məmalik xərab və viran olub, zəmanə qeyri nəsəq və siyaqə mübəddəl
oldu. Bilmüəllifəhu:
Övzai-dəhrü kari-cahan dövri-ruzigar,
Daim təğyir ilə təbdil qılıb şüar.
Bundan qiyas eylə ki, gör gahi-yay olur
Gah xəzanu, gahi zimistanu, gahi bahar.
Gah səfavu eyşü təravətdədir çəmən,
Məcmu səbzü xürrəm olur dəştü kuhsar.
Gah fəsürdəxatir üşşaq tək zəmin,
Fəsli xərif cümlə nəhifu fükaru qar.
Güldən gedər ətrü səfa gördüyün təmam
Biçarə əndəlib olur bağdan kənar.
Gəh bir zəlili qaldırubən bəhr edər əziz,
Eylər cahanə xosrovi-sultani-tacidar.
Gəh bir əzizi-sərverü sultanu xan inək
Eyler bu ruzigari-cahanda zəlilü xar.
Ari, Xəzani dehrdə bu rəsmdir qədim,
Əlbəttə bu fənayə könül vermə zinhar.
1
Nadir şah 1160/1747-ci ilin iyun ayının 25-də öldürülmüşdür.
121
ÜÇÜNCÜ FƏSİL
PƏNAH XAN MƏRHUMUN ƏSİL VƏ
NƏSƏBİNİN VƏ QARABAĞ VİLAYƏTİNDƏ
HÖKUMƏT QILMAĞIN VƏ İSTİQLAL
BULMAĞIN BƏYAN EDƏR
Mirzə Camal mərhum yazar ki, Pənah xanın əsil-nəsəbi Cavanşir Dizaq
elindən və Sarıcalı oymağındandır ki, Sarıcalı həm qədim Bəhmənli elindən bir
firqədir ki, əyyami-sabiqdə Türküstan məmləkətindən gəliblər. Amma Mirzə
Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi
Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin
dövlət və səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib
əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavanini-
Gəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş.
Sonra ali olan hümməti şöylə xanlara xidmət-güzar olmağı özünə ar bilib, oradan
Qarabağa gəlib Cavanşir içində bəxti-cavani-yarıt qılıb, çox dövlət və mal və
həşəm üz verib və bir fərzəndi-ərcüməndi və bir mövludi-səadətməndi dəxi
təvəllüd edib ki, hüsni-vəcahəti və camali-bilətafəti həddən ziyad imiş. Pəs ol
əxtər bürci-nəcabətə və ol mehr-süpehri-şərafətə Əli müsəmma ediblər və çün
cəmali-rüxsarı və dürrbar olan məqal və göftarı ata-anasının gah misal olan
qülubi-xatirələrini kəhrəba kimi məczubi-məhəbbət etmişdi. Bu səbəb kəsrəti-
məhəbbətdən və nəhayəti-mehrü ülfətdən ona Sarıca Əli
1
xitab ediblər və əz
bəski dövlət və müknəti və malü qəniməti ziyad olduğu səbəbə yanında naxırçı
və ilxıçı və çoban və muzdur və xidmətkar çox olublar. Həmin obanın adı o
zamandan Sarıca Əlili qalmışdır və Pənah xan dəxi şul nəsildən əmələ gəlmişdir.
Əlqissə, Pənah xanın ata-babası həmişə Cavanşir içində məşhur və məruf və
sahibi-üsmü rəsm və nanü sahibi-hörmət və dövlətü ehsan olmuşlar və atasına
İbrahim Xəlil ağa derlər imiş ki, çox qövm və qəbilə sahibi və arxa və əqrəbası
ziyad olan şəxs imiş ki, vaqiən dövləti bipayan və avazəsi məzkurül-lisan və
1
Mirzə Camala görə o, Sarıcalı Cavanşir adı ilə şöhrət tapmışdır. Bax: Mirzə Camal. Qarabağ
tarixi, səh.14.
122
Dostları ilə paylaş: |