Əz qəzeyi-rəbbani bu hallarda Kərim xan Zənd ki, İraq və Fars
məmləkətlərində sahibi-daiyyə olmuşdu və istiqlal və istedad bulmuşdu, Fətəli
xan ilə bənayi-cəng və pürxaş qoyub öz qardaşı İskəndər xanı İraq və Fars
qoşunu ilə Fətəli xanın rəf və dəfı üçün Azərbaycan sövbinə göndərdi. Fətəli xan
dəxi bu xəbəri eşidib Azərbaycan və Urmiyyədən əsakir və cəmiyyət fərahəm
edin İskəndər xan hənuz səmti-Azərbaycana gəlməmiş qoşun ilə onun müqabi-
linə əzm eylədi. Pəs həvaliyi-İsfahanda təlağiyi-fəriğin vaqe olub, İskəndər xan
orada qətlə yetişdi. Kərim xanın qoşunu münhəzim olub fərari düşdü. Bəd əz an
Fətəli xan mənsur və müzəffər İraq məmləkətindən bir para məkanlar həm
təsərrüfə gətirib, oradan öz vilayətinə qayıtdı. Elə ki bu hadisə vaqe oldu, dəxi
Kərim xan qayətdə qeyznak olub fars vilayətlərindən əzim olan qoşun cəm edib
Fətəli xanın intiqamı üçün kəməri-himmət bağlayıb şiddəti-tamam və
Azərbaycan sövbinə azim oldu və hənuz-Azərbaycana gəlib yetişməmiş yoldan
bir yaxşı mötəmid kimsəni mərhum Pənah xanın yanına göndərib, şəraiti-
məhəbbət və məvəddat və yeganəliklər təqdimindən sonra yazmışdı ki, “Çün
Fətəli xan Əfşar qəddar və bədkirdir, bizim ilə nəinki düşmən, bəlkə qanlıdır və
sizin ilə dəxi o növ əyyaranə hərəkətlər ki, heç kimsədən çıxmaz idi, əmələ
gətirib yalan and içmək və əhd və iqrar edib sındırmaq və oğlunu məkrü qədərü
hiylə ilə öz yanına aparıb götürüb qaçmaq ilə onu qürbətdə məhbus və sizi
pərişan və məyus etmək işlərini tamam sizin həqqinizdə əmələ gətiribdir. Pəs
lazımdır ki, nə qədər qüdrət və qüvvət və himmətin vardır, bizim ilə saziş və
yarlıq etməkdən müzayiqə etməyəsən ki, həm o bədkarın mükafati-əməlinə görə
intiqam və qisas və həm sənin oğlunu və adamlarını həbsdən xilas etmək
müyəssər və məmul ola”. Çün Pənah xan bu növ vəsiləni həqqi-təaladan xahan
və cuyan idi, bu günə hekayəti eyni-bəşarət və qənimət və səadət bilib haman
dəm arastə olan qoşun Qarabağın adlı və rəşid olan atlılarından fərahəm qılıb
sürəti-tamam ilə Kərim xanın yanına gedib, özü oradan Azərbaycana yetişincə
onun ordusuna mülhəq oldu. Kərim xan dəxi onun mülaqatı ilə qayətdə şad və
xoşhal olub, necə ki, lazımdır, hörmət və izzət və ehtiram və ziyafətlər edib.
Bəd əz an hər ikisi müttəfiq olub Fətəli xanın dəfinə Urmiya vilayətinə
mütəvəcceh oldular. Fətəli xan dəxi öz ziri-hökmündə olan vüayətlərdən qoşun
cəm edib, tamam olan cəmiyyət ilə onlarla
144
müqabil gəlib, hər iki canibdən tərhi-cəng başlanıb, davayi-əzim vaqe oldu.
Axırül-əmr, Fətəli xan məğlubiyyətə düçar olub və Urmiya qalasına fərar qıldı və
oraya sığındı. Bir az müddətdə təngnayi-mühasirədə qalıb, axır itaət etməkdən
qeyri çarə görməyib və Kərim xan tərəfindən dəxi ümidnəvidlər hasil edib,
qaladan çıxıb Kərim xanın yanına gəldi və qalayi-Urmiyanı təslim edib itaət
qıldı. Kərim xan dəxi özünə Vəkil şahi-İran ləqəb qoymuşdu. Bu səbəbə ki, çün
hənuz İran mülkündə padşahi müstəqil yox idi. Deyirdi ki, ta padşahi-təzə və
layiq xücur və cülus edənə kimi mən İranda Vəkili-şahi-İranəm. O səbəbə görə
Kərim xan Zəndə Vəkil derlərdi. Əlqissə, İbrahim Xəlil ağa ki, Urmidə məhbus
var idi, Kərim xan hüzuruna gətirdib, ona at və qılınc və xələt verib və Qarabağ
vilayəti üçün xanlıq və hökumət fərmanı verib ezazi-tamam ilə əyaləti-Qarabağa
mənsub edib, Rəvanə eylədi. Pənah xandan dəxi lütfü mehribanlıq ilə xahiş-
mənd oldu ki, bir neçə vaxt gərək mənim yanımda olasan ki, sənin ialət və
sədaqətinə əvəz və təlafi edəm. Onu hər hal ilə razı edib, öz hüzurunda Şiraz
vilayətinə apardı. Fətəli xan Əfşan həm öz yanınca ittifaq aparırdı. Qərəz, yol
gedirdilər. İsfahan həvaləsinə güzar düşüb, haman məkana yetişdilər ki, Fətəli
xan ilə İskəndər xan müharibə qılmışdılar və orada Kərim xanın qardaşı İskəndər
xan qətlə yetişmişdi. Kərim xanın validəsi o yolda hərçənd ki, pərakəndə xatir
olub Kərim xana çox israr etdi ki, bu Fətəli xanı gərək İskəndər xana mülhəq
edəsən və vücudunu bizim nəzərimizdən məlum qılasan. Amma Kərim xan öz
əhd və iqrarını sındırmayıb və o sözlərə riza və mültəfit olmazdı.
Əlhasil, vəqti ki, gəlib haman o mənzilə yetişdilər və o məqama düşdülər.
Kərim xan Fətəli xandan sual eylədi ki: “Bu məkanı tanımırsan ki, haradır, ya
yox?” Fətəli xan əhvalını bal etməyib cavab verdi ki: “Bəli, bu haman məkandır
ki, İskəndər xanın afitabi-ömrü məğribi-fənayə yetdi və burada məqtul olub
aləmi-üqbayə getdi”. Elə ki Kərim xan Fətəli xandan bu cür cavabi-nasavabi
eşidəndə, bir növ təğyiri-hal və mükəddər əhval oldu ki, yaxın idi ki, qəlbi çak və
qeyzü qüssədən həlak ola. Dəxi (Kərim xan) bu münasibətsiz cavaba tab
gətirməyib, dərhal orada Fətəli xanı qətlə yetirib, aləmi axirətdə qardaşı İskəndər
xana qovuşdurdu. Ondan bir neçə gün yol gedib ta ki, Pənah xanın ittifaqı ilə
Şiraz şəhərinə varid oldular və orada daxili-şəhr və imarət olandan sonra eyşü-
işrətə və ləzzəti
145
söhbətə məşğul oldular və İbrahim Xəlil xan dəxi Urmiya məhbəsindən xilas
olub və Kərim xanın fərmanı ilə hökumətə mənsub olub, gəlib daxili-Qarabağ
oldu. Burada gəlib xanlıq taxtında əyləşib, təməkkün buldu və tamam əhaliyi-
Qarabağ və bir para əlavə vilayətlər İbrahim xana dəxi müti və münqad olub
beduni-itaəti-əhdi hökmüranlıq qılıb kəlami-istiqlal ilə hökumət qıldı
1
.
Pəs mərhum Pənah xan az müddət Şiraz şəhərində ki, Kərim xanın
darüssəltənəsi idi, söhbət və işrət ilə onun yanında qaldı. Bundan sonra qəzayi-
rəbbani varid olub, əcəl yetişib Şirazda həqq-təalanın rəhmətinə vasil oldu və
oradan onun nəşini kəmali-ehtiramla götürüb Qarabağa, öz halal və zərxərid olan
mülkü Ağdam torpağında mədfun etdilər (Rəhmətullah əleyhi)
2
. Ondan pareyi-
vəqaye və işlər ki, üz verib məlumdur ki, Nadir şah vəfat edəndən sonra on iki il
müddətində Pənah xan Qarabağ vilayətində hökumət edib, sahibi-kar və ixtiyar
olubdur. Öz əyyami-əhdində günbəgün tərəqqi və bəxt və nüsrət hər tərəfdən
Pənah xana ruyi avər olub və məmləkəti-Azərbaycanın çox vilayətlərinə hökmü
nüfuz edib ona itaət edərdilər.
DOQQUZUNCU FƏSİL
İBRAHİM XAN MƏRHUMUN HÖKUMƏTİ VƏ
ƏYYAMİ-HÖKUMƏTİNDƏ SADİR OLAN
HEKAYƏTİN BƏYANIDIR
Çün Pənah xan həqq-təalanın əmrini yetirib vəfat etdi, fərzəndi-ərşədi
İbrahim Xəlil xan hökumətdə müstəqillən mütəşəkkin olub tarixi islamiyyə 1174
sənədən 1221 (1760-1806) tarixə kimi Qarabağ vilayətində hökumət edib İran və
Rum padişahlarının heç birinin ziri-hökmündə olmayıb və heç kimsəyə itaət
qılmayıb biduni-itaət və inqiyad əhədi-hakimi-sahibi ixtiyar olub, istiqlali-təmam
ilə
________________________________
1
Burada əlyazmadan (B-518) iki vərəq (30ab-31ab) düşmüşdür. Bu çatışmayan hissəni biz başqa
nüsxədən (şifr M-195; 61b, 62ab, 63a vərəqlərində) transliterasiya etmişik.
2
Əslində isə Kərim xan Zənd Pənah xanın günü-gündən artan hörmət və qüdrətindən qorxub, onu
hiylə ilə Şiraza gətirib Qarabağa buraxmamışdır. Pənah xan 1760-cı ildə Şirazda vəfat etmişdir.
146
Dostları ilə paylaş: |