TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   39   40   41   42   43   44   45   46   ...   91

qələyi-Şahbulaqda sükunət qılıb mütəməkkin oldular və üç-dörd ildə orada 
istiqlali-təmam ilə  əyləndilər. Pənah xanın avazəsi və istiqlah və  şöhrəti-
cəmiyyət və tərəqqisi və calalı günbəgün iştihari-təmam bulub ətraf və əknafın 
cümləsində məşhur oldu və tamam Gəncə, Şəki, Şirvan, Qaradağ, Naxçıvan və 
İrəvan xəvanini rəsəl və rəsail və mürasilat və peşkəş və töhəf və sovqatlar Pənah 
xana göndərib, izhari-xüsusiyyət və  məvəddət və dusti və yeganəki və ülfət 
qoyardılar və əksəri xəvaninin övladlarından zəval rəsmi ilə Pənah xan öz yanına 
götürüb, qəleyi-Şahbulaqda saxlardı və bir parası ilə qövmlük edib və bəzilərilə 
dostluq və ülfət edib və bəzilərinə zor qılıb. Qərəz ki, Məğri, Günay və Çuldur 
mahallarını, ta Bərgüşad çayınadək Qaradağ hakiminin təsəllütündən və Tatif və 
Sisiyan mahallarını Naxçıvan hakimindən  əxz eylədi və  Zəngəzur və Qapanatı 
Təbriz bəylərbəyisindən intiza etdi və  Tərtər çayı (sahilindəki) Uşacıq 
günbəzindən yuxarı, ta Göyçə  sərhədinədək ki, Kolanı  məskənidir və  İrəvana 
tabedir, İrəvan hakimindən zəbt eylədi və Xudafərin körpüsündən, ta Gəncənin 
Kürək çayınadək xəvanini-Gəncənin  əlində olardı. Gəncə  xəvanilərindən  əlinə 
keçirdi və bunlardan maəda Kəngərli dəstəsi ki, bir minbaşıya tabe idilər və 
Naxçıvan elidir, Naxçıvandan gəliblər və Dəmirçi Həsənli ki, Gürcüstan Dəmirçi 
Həsənlisindən gəlmədir və bir minbaşıya mütəəlliqdir və Cinni tayfası yenə bir 
minbaşıya tabe idilər. Onlar da Gürcüstandan gəlmədir və Gürcüstan elidirlər. 
Təmamən Pənah xanın avazeyi-hörmət və  məhəbbət və riayəti səbəbinə  və 
yaxşılığına görə  ətraf vilayətlərdən gəliblər onun yanına və  məcmuinə 
Qarabağda yurt və məskən və məkan və məhəlli-təiş və güzəran, yaylaq və aran 
verib və izzətlər edibdir. Hamı ona müti və  mənqad olublar və xidmət və 
təbəiyyət edib, yanında qalıblar ki, şimdi təmamisi Qarabağ  əhli cümləsinə 
mülhəq olub Qarabağ hesab olunurlar. Əlqissə üç-dörd il var idi ki, Tərnəküt 
qalasında sakin olmuşdular ki, Qacar Məhəmməd Həsən xan validi -Ağa 
Məhəmməd xan Mazəndəran, İraq, Fars və Azərbaycan məmləkətlərində istiqlal 
behəm yetirib, şöhrət və avazəsi iştihar buldu və çün həmə övqat Pənah xanın 
kargüzarları  və hüzurunun xəvasları  və ixtiyarları hökumət fikrindən qafil 
olmazdılar, fikr və tədbirlər əndişə edib Pənah xanın səlah və işarəsilə məsləhəti 
bu növ gördülər ki, “çün Nadir şahın vəfatından sonra müddətlər ki, Əliqulu xan 
və 
 
  
 135


Əmiraslan xan ilə müdara edib və  rəbti-dostluq və ittihad var idi. Ola bilər ki, 
Məhəmməd Həsən xan ilə  şöylə süluk və  rəftar məqdur olmaya və o gunə 
müvafiqəti qəbul qılmaya və  xəvanini-ətrafdan dəxi o qədər xatircəmliyimiz 
yoxdur və batində bəzilərinin bizimlə həsəd və ədavəti çoxdur və şayəd ki, onlar 
Məhəmməd Həsən xanı təhrik edələr və onunla ittifaq olub gəlib bizimlə dava və 
münaziə başlayalar və Qarabağın  əmval və  əhşamı  Qızılbaş qoşunlarının pay-
malı ola. Bizlər bu Şahbulaq qalasında oturub şöylə  qəvi olan düşmənə  və 
xəvanini-ətrafa cavab verə bilmərik. Bilmərrə müstəsil oluruq”. Pəs əlacı vaqiə 
piş  əz vüqu bayəd kərd
1
 babından lazımdır ki, bir yaxşı möhkəm və münasib 
məkanda bir yaxşı  məstəhkəm qala bina edək ki, əbədi və  həmişəlik ola və 
ortalıq ola ki, aran və yaylaq, hər ikisi əldə ola. Bir tərəfi güşad ola ki, yaylaqda 
onların qaladan xəbərdarlığı və əlləri üzülməyə və mütləğa qəvi olan düşmənlər 
onu təxir etməyə qadir olmayalar və bu məsləhəti Məlik  Şahnəzər bəygilə 
həmişə  sədaqət və xeyirxahlıqda var idi, eylədilər. Onun məsləhəti və 
rəhnümalığı və səvabdidi ilə bu Şuşa qalasının binasına müsəmməm oldular. Pəs 
əvvəla neçə nəfər əhli-vüquf və kardan kamil və aqil əşxaslardan göndərdilər ki, 
ətraf və cəvanibdən şöylə qala binası üçün yer tapsınlar. Pəs gedib gəzib və baxıb 
həmin Şuşa qalasının yerini ki, şul vaxtda Şuşa kəndinin sakinlərinin cüzvü otlaq 
və biçənək yerləri idi tapıb, gördülər ki, hər babda layiqdir. Nəhayət, içində bir 
cari suyu yox idi, məgər inki iki-üç balaca çeşməsi var idi ki, şöylə cəmiyyəti-
kamil və  şəhri-qabil üçün kifayət edən deyildi. Pəs səlah və  məzənnə olan 
yerlərdən sudan ötrü quyu bina etdilər, gördülər ki, su çıxar. Məlum  əksər 
məkanlarından su çıxandır. Gəlib mərhum Pənah xanı hali eylədilər və xan özü 
də neçə nəfər xəvasları ilə gəlib baxıb, bu növ qabil gördülər. Bəd əz an təmirinə 
ağaz edib 1170 hicridə mütabiqa səneyi məsahiyə 1753-cü ildə qalanı qayı- 
rıb
2
 tamam Şahbulaqda olan evlərin və  əyan və  əşxas məliklər və ilat 
kəndxudaları  və böyüklərinin və mülazimlərinin evlərini oraya gətirib və  əlavə 
kəndlərdən və ilatın bəzilərindən çox 
 
 
 
                                                 
1
 
1
Tərcüməsi: Hadisə baş verməzdən əvvəl çarə qılmaq lazımdır. 
 
2
 
2
Hicri 1170-ci il miladi 1756-1757-ci ilə təsadüf edir. Şuşa qalasının tikintisi, Mirzə Adıgözəl 
bəyin “Qarabağnamə”sinə şərh yazanlar qeyd edirlər ki, 1752-ci ildə başa çatmışdır. (Mirzə Adıgözəl 
bəy. “Qarabağnamə”, səh.65-66). 
 
 
 
 136


evləri köçürüb gətirib qala içində onlara yurd, məqam və  mənzil verib mərqub 
olan şəhər və abadanlıq qayırdı. Adını Pənahabad qoyub o ism ilə pullar məskun 
etdilər ki, avazası iqlimlərdə  məşhur oldu. Ondan irəli heç bir əsrdə orada 
abadanlıq olmamışdı. Həmin ki, qalanın altı verstliyində vaqe olan Şuşa kəndinin 
otlaq yerləri idi ki, Pənah xan mərhum abad edibdir. Çün qala tamam oldu və 
orada möhkəmlənib aram və qərar və tədarükat əmələ gəlməkdən bir il müddəti 
keçmişdi, Məhəmməd Həsən Qacar ki, Ağa Məhəmməd şahın atası idi, İraq və 
Azərbaycan sipahından cəmiyyəti-mövhur və  əsakiri-naməhsur götürüb Pənah 
xanın tənbehi və  Şuşa qalasının təsxiri üçün Qarabağa azim oldu. Gəlib Arazı 
keçib, qalanın dörd ağaclığında vaqe olan Xatun arxı mənzilində ordu əylədi və 
xatirindən keçirdi ki, bəlkə Pənah xan itaətə gəlib bilamünaziə qalanı təslim edə. 
Müddəti-bir ay orada oturub hay-huy etdi. Baxıb gördü ki, Pənah xan məhəlgü-
zar olmaz çəndan mənzuruna olmaz, hənuz qalaya yavuq gəlməmiş ki, 
Qarabağın əhli və quldurları, ordu əhlinin at və qatır və çarpalarına küllü qarət və 
zərərlər həm yetirmişdilər. Bu əsnada daldan Məhəmməd Həsən xana xəbər 
yetişdi ki, Kərim xan Zənd  Şiraz və Fars məmləkətlərində istiqlal bulub və 
sahibi-dayə olub iddiai-səltənət ilə əsakiri-firavan cəm edib Şiraz şəhərindən İran 
və Mazandaran təsxirinə müsəmməm və azim olubdur. Pəs bu əhvalata görə 
Məhəmməd Həsən xan qala almağı, Gəncə  və  Şirvanatı müsəxxər qılmaq ki, 
məqsudi-zəmiri idi, mövquf edib çox istecal ilə müraciət qılıb Mazandaran və 
İraqi-Fars tərəfinə mütəvəcceh oldu. Belə ki, gedəndə təcilindən öz qalakub olan 
topların dəxi Xatun arxında qoyub getmişdi ki, haman toplar ilə 1826-cı ildə 
qızılbaş qoşunu gəlib, qalanı mühasirə edən zamanda imnayi-dövləti-Rusiya 
onlardan istifadə edirdilər. 
Əlqissə, Məhəmməd Həsən xan buradan qayıdıb, təcili-tamam ilə  İraq 
məmləkətinə gedib yetişənədək Kərim xan Zənd tamami-Fars və Mazandaran 
vilayətlərini və İraq məmləkətindən əksərini təsərrüfə gətirib Məhəmməd Həsən 
xanın müqatilə və müdafıəsinə amadə olmuşdu. Pəs Məhəmməd Həsən xan dəxi 
bu tərəfdən, Azərbaycandan və sairlərdən əsakiri-şayan və ləşkəri-külli münəcid 
edib Kərim xanın dəfinə əzmi tamam üə mütəvəcceh oldu və çün bəxtü dövlət və 
fəthü nüsrət xudavəndi-aləmin ətiyyeyi-üzmalarından 
 
  
 137


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə